"Qarabağla Marselin yerini xəritədə səhv salan bu qadın bilməliydi ki... "Müşahidələr onu göstərir ki, Fransanın siyasi elitasının üzvlərinin beynəlxalq hüquqdan, diplomatiya etikasından ümumiyyətlə xəbərləri yoxdur. Bu ölkənin baş diplomatının məsuliyyətsiz açıqlaması onun Valeri Pekres və Erik Siotti kimi siyasi nadanlardan heç nə ilə fərqlənmədiyini göstərir. Biz bunu təəssüf hissilə qarşılayırıq. Fransa kimi bir ölkəni idarə edənlərin və idarə etmək istəyənlərin siyasi mədəniyyətinin bu dərəcədə aşağı olması heyrət doğurur.

Bizim el dilində desək, bir dəli quyuya bir daş atıb, yüz ağıllı isə yığışıb o daşı çıxarmaq əvəzinə, əksinə, quyunu tamamilə kor günə qoyurlar. İndi Respublikaçılar partiyasının prezident seçkilərində namizədi, İl-dö-Frans regionunun rəhbəri Valeri Pekresin dekabrın 22-də Mişel Barniye və Brüno Retayyonun müşayiəti ilə Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Fransa Respublikası tərəfindən tanınmış beynəlxalq sərhədlərini qeyri-qanuni yolla və gizlicə keçməsi və Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər etməsinə Fransa parlamentarilərinin və bu ölkənin xarici işlər nazirinin münasibəti də məhz həmin el məsəlimizdəki şərti "yüz ağıllı"nın ağılsız davranışına bənzəyir. Onlar sivil dünyanın qanunlarını kobud şəkildə pozan qanunsuz səfərə sərt reaksiya vermək və V.Pekresin bu hərəkətini qınamaq əvəzinə, Azərbaycanın üzərinə gəlmək yolunu seçməklə siyasət və diplomatiya tarixində ən bağışlanmaz səhvlərdən birinə yol verdilər.

Pekres və onun ermənipərəst çevrəsi məlum qanunsuz səfərə görə Azərbaycan tərəfindən rəsmi şəkildə üzr istəməli ikən, bunun əksinə, Azərbaycan dövlətinə və xalqına qarşı iyrənc təbliğat aparır, fransız cəmiyyətində Azərbaycan xalqına qarşı nifrəti körükləyir və hətta açıq-aşkar yalana əl atmaqdan da çəkinmir. Bu xanım siyasətçi utanmadan keçmiş Dağlıq Qarabağ münaqişəsinə dini don geyindirməyə və bununla da fransız seçiciləri xristian-müsəlman ədavəti üzərinə kökləməyə cəhd göstərir.

Pekres daha bir həyasızlığa yol verərək deyir ki, "mən namizəd kimi istədiyim yerə gedə bilərəm". Fransa kimi supergücün idarəetmə sükanının başına keçmək istəyən bu adam anlamır ki, o bir namizəd kimi yalnız Fransa daxilində istədiyi yerə getməkdə, istədiyi məkanda seçki təbliğatı aparmaqda sərbəstdir. Qarabağla Marselin yerini xəritədə səhv salan bu qadın bilməliydi ki, Xankəndinə gəlmək üçün ilk növbədə Azərbaycan hökumətinə rəsmi qaydada müraciət etməli və icazə almalı idi. Lakin V.Pekresin belə bir icazə olmadan Azərbaycan ərazisinə oğrular kimi gizli gəlməsi bu qadının mağara təfəkkürünə malik olmasını göstərir.

Bəli, "hara istəsəm, gedə bilərəm" refleksi ilə hərəkət etmək yalnız qədim ibtidai insanlara xas olan hərəkət tərzidir. Belə bir gerizəkalının, mağara təfəkkürünün daşıyıcısının Fransa kimi dünyanın aparıcı ölkələrindən birinin rəhbəri seçilməsi ehtimalı belə qəbuledilməzdir. Belələrini seçki marafonuna buraxmaq olmaz. Pekres kimilərinin yeri siyasət aləmi deyil. Həm Azərbaycan qanunvericiliyinin, həm Fransa qanunvericiliyinin tələblərini, həm də beynəlxalq hüquq normalarını kobud şəkildə pozan belə bir avantürist və cahil namizədi fransızlar ümumiyyətlə seçmək və seçilmək hüququndan məhrum etməlidirlər.

Bu qadın heç olmasa, dərk etsəydi ki, lideri olmaq istədiyi Fransa dövləti Ermənistanla Azərbaycan arasında 30 ilə yaxın davam etmiş münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyət göstərib və hələ də həmsədr olaraq qalır, bəlkə də belə bir təxribatçı addıma yol verməzdi. Lakin nə V.Pekres, nədəki onu müşayiət edənlər Fransanın bir həmsədr dövlət kimi neytral qalmalı olduğunu düşünmədən, belə bir avantüraya yol veriblər.

Ümid etmək olardı ki, bəlkə Fransa hökuməti, Fransanın xarici siyasət idarəsi Pekressin bu səhvini düzəltmək və Azərbaycanla münasibətləri zədələməyin yolverilməz olduğunu hər kəsə izah etmək yolunu tutar. Ancaq əfsuslar olsun ki, biz bunu da görmədik. Fransanın xarici işlər naziri Jan İv Lö Drianın bu ölkənin parlamentində (Milli Assambleyada) Azərbaycana qarşı kobud fikirlər səsləndirən və Pekresi müdafiə edən Respublikaçılar partiyasının üzvü Erik Siottiyə təxribatçı çıxışına görə irad bildirmək əvəzinə, həddini aşması, diplomata yaraşmayan ritorika ilə Azərbaycan Prezidenti İlham Əliyevin Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirməsi böyük ənənələri olan Fransa diplomatiyasının tamamilə tənəzzülə uğradığını göstərir.

Bu ölkənin hazırkı xarici işlər nazirinin beynəlxalq hüquqa məhəl qoymaması, Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd mövqe tutaraq Pekresin Xankəndiyə qanunsuz səfərinə haqq qazandırmağa çalışması Fransa kimi bir ölkə üçün həqiqətən də çox utancvericidir. Lö Drianın sərgilədiyi bu "diplomatiya" peşəkar diplomatiya deyil, küçə "diplomatiya"sıdır. Pekresin və Lö Drianın bu cür məsuliyyətsiz hərəkətləri Fransanı Azərbaycanın ictimai rəyində tamamilə gözdən düşmüş bir ölkə halına gətirdi.

Çox istərdik ki, sadə fransızlar da onları idarə edənlərin və gələcəkdə idarə etmək istəyənlərin bu cür bərbad siyasətinə biganə qalmasınlar, buna münasibət bildirsinlər. Çünki sağlam təfəkkürdən uzaq olan və elementar məsuliyyət hissini itirmiş bu cür siyasətçilər, diplomatlar fransız xalqını heç də xoş gələcəyə doğru aparmır. Tarix boyu ədalət uğrunda mübarizə aparmış fransız xalqı, indi öz siyasətçilərindən və diplomatlarından da ermənipərəst, türkofob, islamofob siyasətə son qoymağı tələb etməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Tap.az-da qaz sayğacını satmaq istəyənlər saxlanıldı - FotoTap.az-da hər şeyə rast gəlmişdik, bircə qaz sayğacından savayı. Əfsuslar olsun ki, bunu da gördük. Belə ki, yanvarın 18-də sözügedən saytda Azəriqaz İstehsalat Birliyinə məxsus qaz sayğacı satışa çıxarılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinindən məlumat verilib.

Bildirilir ki, məsələdən xəbərdar olan Birlik rəhbərliyinin müraciətinə adekvat olaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları dərhal hərəkətə keçib.

Araşdırma nəticəsində məlum olub ki, sayğacı satışa çıxaran şəxs Nərmin adlı bir xanımdır. Əməliyyat nəticəsində saxlanılan xanım “alverçi” sorğu-sual edilir.

“İnanırıq ki, məsələ öz hüquqi həllini tapacaq. Azəriqaz İB olaraq vətəndaşlardan xahiş edirik ki, bu kimi hallardan çəkinsinlər. Çünki gec-tez üstü açılan bu tip əməllərin mütləq şəkildə cəzası olur”, - deyə qurumun məlumatında deyilir.
İki dəfə evli olan kişi məktəbli qızı qaçırdıTərtər rayonunda məktəbli qız qaçırılıb.

Avrasiya.net-in xəbərinə görə, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb. Qızın ailəsi hadisə ilə bağlı polisə müraciət edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən qaçdığı müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Qızı qaçıran Seymur Məmmədovun iki dəfə evli olduğu və boşandığı bildirilir.
Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs bəraət aldı"Gəncə hadisələri"nə görə həbs edilən və təcridxanada ölən Müşfiq Qurbanov ittiham olunduğu 10 maddə üzrə bəraət alıb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Müşfiq Qurbanov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunaraq Moskvada həbs olunub.

Bakıya gətirildikdən sonra təcridxanada vəfat edən Müşfiq Qurbanov sabiq icra başçısına sui-qəsddə ittiham olunurdu. Gəncə Ağır Cinayətlər Məhkəməsi M.Qurbanovun bu və digər daha 9 cinayət əməli törətmədiyini aşkar edib. Onun Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsinə heç bir aidiyyəti olmadığı, adam öldürməyə cəhd və buna bənzər başqa maddələri törtmədiyi sübut olunub.

O, yalnız hazırda həbsdə olan Yunis Səfərovla əlbir olub, terrorçuluğa hazırlıq, silah-sursat əldə etmə kimi əməllərdə təqsirli bilinib. Lakin öldüyünə görə ona bu maddələrlə cəza təyin olunmayıb.

Xatırladaq ki, Qurbanovla birlikdə Moskvada saxlanılaraq Bakıya ekstradisiya olunmuş Yusif Sadıxov da var. O da ittiham olunduğu 11 maddə ilə bəraət alıb.
İşdən çıxarılan icra başçısının əmlakları üzə çıxdıXəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülmməmədova vəzifəsindən azad edilib.

Avrasiya.net xəbər verir ki, Unikal.org saytı işdən çıxarılan İ.Gülmməmədovanın əmlaklarının siyahısını əldə edib:

Varovski qəsəbəsində "Vimay - Med" klinikası, "Af - Gen" klinikası;

Binəqədi rayonu, "Varovski"də 4 mərtəbəli villa və "Zümrüd" uşaq bağçası;

Binəqədi rayonu, 9-cu mikrorayonda "Zeytunluq"da 20 sot torpaqda üçmərtəbəli villa; Qeyd edək ki, "Zeytunluq" adlanan ərazidə 1 sot torpağın qiyməti 150 min manat dəyərindədir. Villanın tikintisi isə 1 milyon manata başa gəlib.

Quba rayonu, Qəçreş kəndində 20 sot torpaqda villası;

Görədil və Masazır qəsəbələrində villası;

Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən 200 kvadratmetrlik mənzil, həmçinin Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin yaxınlığında 2 mənzil;

Bakı şəhərində apteklər şəbəkəsi;

Saray və Fatmayı qəsəbələrində hektarlarla torpaq sahəsi;

Qeyd edək ki, İ.Gülməmmədova qanunsuz topladığı vəsaitləri həyat yoldaşının vasitəsi ilə Gürcüstana keçirib.
Əsgərlikdən yeni gələn oğlan bu gün faciəvi şəkildə öldüİsmayıllı rayonunda gənc oğlan dəm qazından boğularaq ölüb.

Avrasiya.net xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayon ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Süleyman Faiq oğlu Hüseynov hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S.Hüseynov yanvar ayının əvvəlində hərbi xidmətini başa vuraraq evə qayıtmışdı.

MEDİA qəzetlərə pul ayırdı - ADLARMedianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

Bu barədə MEDİA-dan məlumat verilib.

Eyni zamanda Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri də açıqlanıb.

Müsabiqədə qalib gələn onlayn və çap media subyektləri aşağıdakılardır:
“Rusiya hər an hücum edə bilər, biz artıq hazırıq” – Putinə şok xəbərdarlıqAğ Evin sözçüsü Cen Psaki keçirdiyi mətbuat konfransında Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə bütün variantların masada olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Psaki Rusiyanın hər an Ukraynaya hücum edə biləcəyi bir mərhələdə olduqları xəbərdarlığını edib.

ABŞ Dövlət katibi Entoni Blinkenin Ukrayna və Almaniyaya səfər edəcəyini xatırladan Psaki onun Ukrayna və Rusiya arasındakı gərginliyi azaltmaq üçün burada danışıqlar aparacağını bildirib.

Psaki Blinkenlə Rusiya Xarici işlər naziri Sergey Lavrov arasında bu səhər telefon danışığında Cenevrədə görüş keçirməyə razılaşdıqlarını və dövlət katibinin bu görüş zamanı gərginliyi azaltmaq üçün Rusiyaya xəbərdarlıq edəcəyini deyib.

Ukrayna və Rusiya arasındakı gərginliyin məsuliyyətinin sərhəddə on minlərlə hərbçi toplayan Rusiya Prezidenti Vladimir Putin olduğunu söyləyib:

“Açığını deyim, hazırda vəziyyət kifayət qədər təhlükəlidir. Biz elə bir mərhələdəyik ki, Rusiya hər an Ukraynaya hücum edə bilər. Blinken Cenevrədəki görüşdə bununla bağlı diplomatik yol olduğunu açıq şəkildə bəyan edəcək. Putin bunu etməyəcək. Ukraynaya təcavüzün ağır iqtisadi nəticələri ilə üzləşib-üzləşməməyi istəmək Putin və ruslara bağlıdır”.

Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı bütün variantların masada olduğunu vurğulayan Psaki iqtisadi sanksiyalarla bağlı avropalı tərəfdaşları ilə yaxın təmasda olduqlarını bildirib.