Rusiya diplomatlarını Ukraynadan çıxarırABŞ və Ukrayna rəsmiləri iddia edirlər ki, sərhəddəki vəziyyətlə bağlı danışıqlar başlamazdan bir həftə əvvəl Rusiya Kiyevdəki səfirliyini boşaltmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“Ukraynanın yüksək rütbəli təhlükəsizlik rəsmisinin sözlərinə görə, yanvarın 5-də Rusiyaya gedən avtobuslara əsasən rusiyalı diplomatların uşaqları və xanımları olan 18 nəfər minib. O bildirib ki, yaxın bir neçə gün ərzində Kiyevdən və Lvovdakı konsulluqdan daha 30-a yaxın adamın getdiyini müşahidə edib. Bununla yanaşı həmin şəxslər arasında diplomatların olması təsdiqlənməyib. Ukraynalı rəsmi qeyd edib ki, Rusiyanın digər iki konsulluğundakı diplomatlara da Ukraynanı tərk etməyə hazırlaşmaq tapşırılıb”, - qəzet bildirib.

Qeyd edək ki, yayılan məlumatla bağlı Rusiyanın rəsmi açıqlaması yoxdur.
Bakıda gənc qız itkin düşübBakıda gənc qız itkin düşüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 17-də Nərimanov rayon ərazisində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Mehri Qurbanlı evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Hazırda onun tapılması istiqamətində müvafiq tədbirləri görülməklə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

ABŞ-nın Rusiyaya qarşı sanksiyaları məlum olduSon zamanlar Vaşinqton müntəzəm olaraq Moskvanı ciddi məhdudiyyətlərlə hədələyir.

ABŞ-ın vitse-prezidenti Kamala Harris keçən ilin sonunda Ağ Evin Rusiya qarşı "əvvəllər görülməmiş" sanksiyalar həyata keçirəcəyini bildirib.

Qərb mənbələrinə görə, Rusiya Federasiyasına qoyulan məhdudiyyətlər əsas banklara və “SWIFT” sisteminə təsir göstərəcək.

Bu addım qısa müddətdə maliyyə bazarlarını sabitsizləşdirə və Qərbin uzun müddətli dövrdə infrastrukturunun inkişafına töhfə verə bilər.

Nəşrin yazdığına görə, Qərb müttəfiqləri Rusiya Federasiyasının ən iri banklarına qarşı tətbiq edilməli olan məqsədyönlü iqtisadi sanksiyalar variantını nəzərdən keçirirlər. Eyni zamanda iddia olunur ki, Almaniya bu məsələdə bəzi istisnalarda israrlıdır, çünki məhdudiyyətlər Rusiya Federasiyasından qaz və neftin ödənilməsini çətinləşdirə bilər.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken yanvarın 20-də Berlində Almaniya kansleri Olaf Şolzla görüşərək Rusiyaya qarşı sanksiyalar siyasətini müzakirə edəcək.
BƏƏ-yə hücumu İran təşkil edib? - ABŞ diplomatıBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərinə husilər tərəfindən təşkil edilən hücumda İranın əli yoxdur.

Axar.az xəbər verir ki, bu barədə adı açıqlanmayan amerikalı diplomat “Vol Strit Jurnal”a açıqlamasında deyib.

“İran bu insidentə görə məsuliyyət daşımır. Husilər təkbaşına hərəkət edir. İranla bağlı şübhəyə yer yoxdur”, - deyə bildirilib.

Qeyd edək ki, ötən gün husilər Əbu-Dabiyə PUA-larla hücum edib və 3 tankeri partladıb.
Eyvazov generalın yerinə onu təyin etdiDİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini, polis polkovniki Nahid Məmmədzadə nazirliyin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev idi. O, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
40 könüllü həkim 300-dən çox şəhid ailəsi və qaziləri müayinə və müalicə etdilərAzərbaycan Könüllü Həkimlər Assosiasiyasının(AKHA) və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi(RİİB) təşkilatçılığı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB)-in birgə dəstəyi ilə 15 yanvar 2022-ci il tarixində, Biləsuvar rayonunda “Azərbaycan Regionlarında Şəhid ailələri və Qazilərin sağlamlığı” adlı layihəsi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında keçirildi.

Aksiya çərçivəsində 40 könüllü həkim 21 ixtisas üzrə Biləsuvar və digər rayonlarda yaşayan, 300-dən çox Şəhid ailəsi və Qaziləri müayinə və müalicə etdilər. Xəstələr dərman preparatları ilə təmin olundular. Aksiya zamanı xəstəlik aşkarlanmış vətəndaşların sonrakı mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları həyata keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan Regionlarında Şəhid ailələri və Qazilərin sağlamlığı” adlı layihəsinin növəti aksiyası 29 yanvar 2022-ci ildə tarixində Quba rayonunda keçirilməsi nəzərdə tutulub.

#AKHA #KonulluHəkimlər #Bizbirlikdəgüclüyük
#QarabağAzərbaycandır