NATO Rusiya qarşıdurması regional təhdidləri gücləndirirƏkrəm Bəydəmirli

NATO Rusiya ixtilafı hələ 2008-ci ildə başlamışdı. O zaman NATO-nun keçirilən zirvə toplantısında Ukrayna və Gürcüstanın üzvlük məsələsi müzakirə edilmişdi. ABŞ bu dövlətlərə dəstək verəcəyini bildirirdi. Amma Fransa və Almaniya həmin ölkələrin təşkilata üzv qəbul edilməsinin Rusiyanı narahat edəcəyini iddia edərək bu təklifə qarşı çıxdılar. Nəhayət zirvə toplantısının sonunda ortaq qərar almaq mümkün oldu. Ukrayna və Gürcüstanın NATO-ya üzv olması üçün davamlı müzakirələrə yol açıldı.

Son dövrlər NATO-nun genişlənməsi, hətta Ukrayna və Gürcüstanın bu təşkilata üzv olmaq istəyi Rusiyanı daha da hiddətləndirir. Əslində hər bir ölkənin öz strateji maraqlarını və təhlükəsizliyini nəzərə alaraq beynəlxalq hərbi bloklarda təmsil olunmaq hüququnun və istəyinin olması təbii haldır. Bugünkü Rusiya isə Baltikyanı respublikalar istisna olmaqla keçmiş SSRİ məkanındakı respublikaların NATO-ya üzvlük məsələsini özünə qarşı ciddi təhlükə hesab edir.

İmperiya iddialarından əl çəkməyən, öz əhalisinin sosial-iqtisadi problemlərini həll etmək gücündə olmayan Rusiya keçmiş SSRİ məkanındakı bir sıra regionlara o cümlədən Cənubi Qafqaza təhdidlərini davam etdirir. Belə təhdidlərin qarşısını almaq üçün Qərbə və yaxud ABŞ-a bel bağlamaq çətin məsələdir. Çünki böyük tələfatlar, qanlar hesabına Əfqanıstanda formalaşmış hakimiyyəti bir göz qırpımında Talibana təslim etməsi və oranı biabır olaraq tərk etməsi ABŞ siyasətinin mahiyyətini göstərdi. Onu da xatırlatmaq istərdim ki, 2008-ci ildə avqust ayında məlum Gürcüstan hadisələri zamanı da həm Qərb, həm də ABŞ Rusiya qarşısında dişsizliyini nümayiş etdirmişdilər.

Digər tərəfdən ABŞ-ın bugünkü hədədəfləri keçmiş SSRİ məkanı deyil. Müşahidələr göstərir ki, bu ölkənin hazırda hədəfi Çindir. Bu amillər Rusiyanı imperiya iddialarına daha da həvəsləndirir. Hətta Moskvada bəzi ideoloqlar SSRİ nağılını ortaya ataraq barmaq silkələməklə məşğul olurlar. Gorbagor olmuş SSRİ-nin bərpa etməyin mümkünsüz olduğunu həmin ideoloqlar yaxşı anlayırlar. Onların məqsədi Kremldəki bəzi dairələrin sifarişlərini yerinə yetirmək, müstəqil dövlətlərə qarşı təzyiqləri artırmaq, bu ölkələrdəki narazı, sosial-iqtisadi problemləri olan kütlələrə gorbagor olmuş SSRİ-ni dirçəltmək xülyalarını çatdırmaq istəkləri ola bilər.

Digər bir məkrli plan Türk Dövlətləri Təşkilatının genişlənməsinin qarşısını almaq və həmin ölkələrdə müxtəlif formada çaxnaşmalar yaratmaq Rusiyadakı bəzi qüvvələrin hədəflərindədir. Qazaxıstanda baş verən son hadisələr bunu sübut edir. Şimal qonşumuz belə imperiya gedişli hərəkətləri ilə bütün keçmiş SSRİ məkanında antirus meyllərini gücləndirsə də, təəssüf ki, bu siyasətindən əl çəkənə oxşamır.


Bu təhdidlərdən qorunmaq üçün bəs Azərbaycan nə etməlidir?

Mənim qənaətimcə, Azərbaycan və Türkiyə Prezidentlərinin ötən il müdrikcəsinə imzaladıqları Şuşa Bəyannaməsi ölkəmizi çox ciddi təhdidlərdən qoruyacaq addımlardan biridir. Bu tarixi sənəd regiona ediləcək təhdidlərinin qarşısını almaqla bərabər, bölgə dövlətlərinin sabit inkişafına təminat yaradacaq. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bölgənin geosiyasi mənzərəsini dəyişəcək bu Bəyannamə dünyaya ünvanlanmış ciddi mesaj oldu.

Təbii ki, digər son dərəcə zərururi addımların atılması gərəkdir. Bütün bu məsələlərə kompleks yanaşma tələb olunur. Ən əsası Qazaxıstan hadisələrindən öyrənməli və nəticə çıxarmalı məqamlar çoxdur. Gerçəkdən Şimal küləyinin nə qədər təhlükəli olduğunun hər kəs fərqində olmalı və buna hazır olub məqamı yetişəndə adekvat cavab verməyin zəruriliyini dərk etməlidir. Sosial-iqtisadi problemləri olan kütlələrin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmalıdır. Ən əsası vətəndaş məmnunluğunun təmin edilməsi real əməldə hiss olunmalıdır.
İctimai nəzarətin formalaşmasında medianın rolu” mövzusunda tədbir keçirilibYanvarın 18-də Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

"Report"un xəbərinə görə, “İctimai nəzarətin formalaşmasında medianın rolu” mövzusunda baş tutan tədbirdə Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədən irəli gələn vacib məqamlara toxunulub.

Həmçinin ictimai nəzarətin formalaşması və həyata keçirilməsində medianın rolu vurğulanıb.

MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışında bildirib ki, Prezidentin yerli televiziya kanallarına müsahibəsində medianın ictimai nəzarət rolunu vurğulaması mühüm əhəmiyyət kəsb edir: “Dövlət başçısı mediada yer alan məlumatların mütləq əksəriyyətinin öz təsdiqini tapdığını və bu haqda dərhal ölçü götürüldüyünü qeyd etdi. Prezidentin jurnalistlərin əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisi olmaqla yanaşı, media işçilərinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətlərini artırmış olur”.

İcraçı direktor MEDİA-nın məhz ictimai və dövlət maraqlarını əsas götürərək media subyektləri arasında müsabiqələr keçirdiyini və bu müsabiqələr çərçivəsində hər il məhz ictimai əhəmiyyət kəsb edən yüzlərlə materialın hazırlandığını diqqətə çatdırıb: "Bu yaxınlarda geniş ictimai müzakirələrdən sonra parlament tərəfindən qəbul olunmuş və imzalanmaq üçün təqdim edilən “Media haqqında” qanun layihəsinin ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabilliyətinin artırmasına, xüsusən də media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfə olacaq, layihənin müddəaları jurnalistlərin ictimai nəzarətçi kimi vacib funksiyanı lazımı səviyyədə yerinə yetirməsinə hüquqi təminat verir. Düşürük ki, gələcəkdə də mediamız bu etimadı doğruldacaq, dəqiq, obyektiv və qərəzsiz məlumatların ictimaiyyətə çatdırılması misiyasını yüksək peşəkarlıqla yerinə yetirəcək".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin yerli jurnalistlərə müsahibəsində söylədiyi fikirlər media qarşısında yeni vəzifələr qoyur: "Qanunvericilik sahəsində bir sıra təkminləşdirilmələrə ehtiyac var. İnanıram ki, MEDİA ötən il həyata keçirdiyi layihələri bu il də davam etdirəcək və ictimai nəzarət mexanizmləri ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirəcək. Yeni qanun qüvvəyə minəndən sonra mövcud problemlərinin aradan qaldırılması istiqamətində


MEDİA
18 Yanvar , 2022 12:04
“İctimai nəzarətin formalaşmasında medianın rolu” mövzusunda tədbir keçirilib
“İctimai nəzarətin formalaşmasında medianın rolu” mövzusunda tədbir keçirilib
Yanvarın 18-də Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

"Report"un xəbərinə görə, “İctimai nəzarətin formalaşmasında medianın rolu” mövzusunda baş tutan tədbirdə Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədən irəli gələn vacib məqamlara toxunulub.

Həmçinin ictimai nəzarətin formalaşması və həyata keçirilməsində medianın rolu vurğulanıb.

MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışında bildirib ki, Prezidentin yerli televiziya kanallarına müsahibəsində medianın ictimai nəzarət rolunu vurğulaması mühüm əhəmiyyət kəsb edir: “Dövlət başçısı mediada yer alan məlumatların mütləq əksəriyyətinin öz təsdiqini tapdığını və bu haqda dərhal ölçü götürüldüyünü qeyd etdi. Prezidentin jurnalistlərin əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisi olmaqla yanaşı, media işçilərinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətlərini artırmış olur”.

İcraçı direktor MEDİA-nın məhz ictimai və dövlət maraqlarını əsas götürərək media subyektləri arasında müsabiqələr keçirdiyini və bu müsabiqələr çərçivəsində hər il məhz ictimai əhəmiyyət kəsb edən yüzlərlə materialın hazırlandığını diqqətə çatdırıb: "Bu yaxınlarda geniş ictimai müzakirələrdən sonra parlament tərəfindən qəbul olunmuş və imzalanmaq üçün təqdim edilən “Media haqqında” qanun layihəsinin ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabilliyətinin artırmasına, xüsusən də media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfə olacaq, layihənin müddəaları jurnalistlərin ictimai nəzarətçi kimi vacib funksiyanı lazımı səviyyədə yerinə yetirməsinə hüquqi təminat verir. Düşürük ki, gələcəkdə də mediamız bu etimadı doğruldacaq, dəqiq, obyektiv və qərəzsiz məlumatların ictimaiyyətə çatdırılması misiyasını yüksək peşəkarlıqla yerinə yetirəcək".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin yerli jurnalistlərə müsahibəsində söylədiyi fikirlər media qarşısında yeni vəzifələr qoyur: "Qanunvericilik sahəsində bir sıra təkminləşdirilmələrə ehtiyac var. İnanıram ki, MEDİA ötən il həyata keçirdiyi layihələri bu il də davam etdirəcək və ictimai nəzarət mexanizmləri ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirəcək. Yeni qanun qüvvəyə minəndən sonra mövcud problemlərinin aradan qaldırılması istiqamətində ciddi addımlara ehtiyac var".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev bildirib ki, mətbuatdan gözləntilər böyükdür. O qeyd edib ki, yeni qanun mətbuatın əvvəlki hüquq və funksiyasını bərpa edəcək: "Mətbuata ictimai etimad yoxdur. Bunun üçün peşəkarlıq artırılmalıdır, peşəkar mühit olmalıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər zaman-zaman nəticəsini verəcək. Qanunun qəbul olunması o demək deyil ki, hər şey yaxşı olacaq. Mən görməmişəm ki, hansısa mətbaut nümayəndəsi əvvəlki rəhbərliyə, Vüqar Səfərliyə irad bildirsin. Mətbuat başqasını tənqid etməklə yanaşı, özünü tənqidi də təlqin etməlidir".
Şuşaya gedənlərin diqqətinə: polis müşayiət edəcəkİşğaldan azad olunmuş ərazilərə marşurut avtobuslarının hərəkəti DİN əməkdaşlarının müşayiəti ilə təşkil olunacaq.

Avrasiya.net xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hər bir avtobusda polis əməkdaşları əyləşəcək:

“Şuşa və Ağdamda gəziləcək, görüləcək yerlərlə bağlı ANAMA ilə müvafiq işlər görülüb. Planlar hazırlanıb və göndərilib”.
Jurnalistə HÖKM OXUNDUBu gün Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avrasiya.net-in məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov Mahir Ələkbərovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra Mahir Ələkbərov son söz deyib.

Çıxışlardan sonra prosesdə hökm elan edilib.

Məhkəmənin hökmü ilə Mahir Ələkbərov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Mahir Ələkbərovun 4 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Qeyd edək ki, rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Roqozin NATO-nu banderloqlarla müqayisə edibRusiyanın NATO-dakı keçmiş nümayəndəsi, Roskosmosun rəhbəri Dmitri Roqozin Şimali Atlantika Alyansını Mauqli haqqında nağılda boa ilanı Kaanın qurbanı olan banderloqlarla müqayisə etdi.

Roqozin Teleqram kanalında yazıb: "Stoltenberq NATO-nun şərqə doğru genişlənməsinin səbəbini açıqlayıb. O bildirib ki, NATO qüvvələrinin şərqə doğru irəliləməsi Rusiyanı cilovlamaq üçün 2014-cü ildə başlayıb. Yaxşı, belədirsə, yaxınlaşın", - Roqozin yazıb.

O, postunu sovet cizgi filmi "Mauqli" filmindən bir parça ilə təsvir etdi, burada boa konstriktoru Kaa Mauqliyə qaçıran banderloqları yemək üçün hipnoz edir. Kaanın məşhur ifadəsi: "Banderloq, yaxşı görürsən? Bir addım gəl. Yaxın!"
Türkiyədə mənzil alan rusların sayı çoxalıbÖtən il ruslar Türkiyədə təxminən 5,4 min mənzil və ev alıblar ki, bu da 2020-ci illə müqayisədə 75 faiz çoxdur.
Bu barədə RBC Türkiyə Statistika İnstitutunun məlumatlarına istinadən yazır.

"Ruslar bu ölkədə mənzil və ev alan bütün əcnəbilər arasında üçüncü yeri qoruyublar", - qəzet qeyd edir. Daha çox əməliyyatlar yalnız İraq və İran vətəndaşları tərəfindən aparılır - müvafiq olaraq 10 və 8,7 min obyekt.

“Tolerance” daşınmaz əmlak agentliyinin inkişaf direktoru Sergey Volçenkovun sözlərinə görə, ruslar ötən ilin sonunda türk lirəsinin əhəmiyyətli dərəcədə zəifləməsindən istifadə ediblər. Onların bazarda ən böyük aktivliyi noyabr və dekabr aylarına təsadüf edir.
Ekspert Türkiyənin seçimini onun turistik cəlbediciliyi ilə əlaqələndirib və bununla yanaşı, investisiya vətəndaşlığının alınması proqramı da var.

Antalya və Alanya kurortları mənzil almaq üçün əsas bölgələrə çevrilib və Mersin də populyarlıq qazanır.
Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının növbəti ümumi yığıncağı keçirilibFederasiyanın mətbuat xidməti xəbər verir ki, açılış sözü ilə çıxış edən federasiyanın təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov yığıncağın məqsəd və məramından danışaraq gündəlikdə olan məsələlər haqqında yığıncaq iştirakçılarına məlumat verib.
Taleh Həsənov çıxışında son - 2021-ci ilin yekunları üzrə hesabat xarakterli olaraq görülmüş işlərdən danışıb. O, inkişaf üçün labüd addımların məzmunu və yeni təqvim ilinə nəzərdə tutulmuş planlar haqqında məruzə edib. Görüş zamanı bu məsələlər idarə heyəti üzvləri arasında ətraflı müzakirə olunub və uyğun qərarlar qəbul edilib.

Taleh Həsənov çıxışı zamanı federasiyanın prezidenti Aqil Acalova son illərdə federasiya üçün gördüyü işlərə görə dərin minnətdarlığını bildirib. O bildirib ki, Aqil Acalov ona göstərilən etimadı doğruldaraq Federasiyanın dinamik inkişafı və ardıcıl uğurlar qazanması ıüçün əlindən gələni edib.
Daha sonra çıxış edən Aqil Acalov öz növbəsində ona göstərilən etimada görə Taleh Həsənova öz minnətdarlığını bildirərək bundan sonra da Federasiyasının inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini deyib.

Yığıncaq zamanı Braziliya Ciu-Citsu Federasiyasının yeni idarə heyəti, icra heyəti və tədris komitəsi üzrə paytaxt və regionlarda yeni vəzifələrə təyinatlar olub.
Federasiyanın prezidenti vəzifəsinə təşkilatın idarə heyətinin sədri Taleh Həsənov tərəfindən tək namizəd olaraq Aqil Acalov yığıncağa təklif edilib və ümum heyət tərəfindən tam tərkibin leyhinə qərarı ilə Aqil Acalov yenidən federasiyanın prezidenti seçilib.
Yığıncaq zamanı həmçinin Rüfət Həsənov federasiyanın vitse-prezidenti, Kamil Qocayev və Anar Səfərov sədr müavinləri, Rəna Səfərova baş katib postlarına təyinat alıblar. Həmçinin idarə heyətinin bir sıra postlarına da təyinatlar olub.

Bundan əlavə Federasiyanın Bakı və Sumqayıt şəhərlərindən başqa Gəncə, Qazax, Quba, Şamaxı kimi digər regionlarda da filialları və oradakı məsul şəxslərin adları təsdiqlənib. Həmçinin federasiya tərəfindən 2022-ci il ərzində keçiriləcək yarışların, turnirlərin və seminarların siyahısı təsdiqlənərək gündəliyə salınıb.
Sonda yığıncaq iştirakçılarına vəsiqə və sertifikatlar təqdim edilib.
Bakıda vətəndaşı şantaj edən baxıcı saxlanıldıSəbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın 2021-ci il sentyabrın 19-da bir nəfərin (baxıcı) onu aldadıb hesabına 1700 manat pul ödətdirməsini, sonradan pulunu geri istədikdə ailə şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib puldan imtina etməyi tələb etməsini bildirib.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt sakini L.Məmmədova müəyyən edilərək saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
ALDP Qorbaçovun cəzalandırılmasını tələb edirAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Sədr Aparatının iclası keçirilb. Öncə 20 yanvarda Sovet hərbi birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilən bütün şəhidləırimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda vurğulanıb ki, məlum faciə 32 il bundan qabaq baş versə də, hələ də siyasi-hüquqi qiymətini almayıb.

Məlum faciə ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarının Azərbaycanın müraciətlərinə hələ də cavab verməməsi partiya tərəfindən bunun ölkəmizə qarşı törədilən soyqırımı tarixdən silinməyə xidmət etdiyini bildirir.

Qeyd olunub ki, 20 yanvar faciəsi ilə bağlı SSRİ Baş Prokurorluğu tərəfindən aparılan ilkin araşdırmada baş vermiş hadisələrlə bağlı hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsi gəlinməklə və 1990-cı 20 dekabr tarixlı qərarla cinayət işinin icraatına məlum səbəblərdən xitam verilməklə Kremlin öz cinayətini ört-basdır etməyə çalışıb.

ALDP Sədr Aparatı qərara alıb ki, 32 il bundan öncə baş verən faciənin dünya tərəfindən soyqırım hadisəsi kimi qəbulu istiqamətində ciddi iş aparılmalıdır. ALDP Sədr Aparatı tələb edir ki, iqtidar bununla bağlı istintaq materiallarını yenidən nəzərdən keçirib, rəsmi Moskvanın mövgeyini gözləmədən Beynəlxalq məhkəməyə müraciət etsin. Qərarda qeyd olunub ki, ermənilər 100 il bundan öncə baş vermiş hansısa qondarma soyqırımlarını dünyada tanıtmaqda davam etdirdikləri bir vaxtda yaxın keçmişimizdə baş verənlərə beynəlxalq ictimaiyyət tərəfindən göz yumulması Azərbaycana qarşı ikili standartlardan xəbər verir. 20 Yanvar faciəsində Şəhid olan ailələr üzvləri, o vaxt SSRİ prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı olmuş Mixail Qorbaçova qarşı məhkəmə iddiası qaldırmalıdırlar. Necə ki, 1991-ci ilin yanvar hadisələri zamanı Vilnüsdə həlak olan 4 nəfərin qohumu keçmiş SSRİ prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı olmuş Mixail Qorbaçova qarşı məhkəmə iddiası qaldırıblar. Sənəddə o da qeyd olunub ki, hakimiyyət də öz növbəsində 20 Yanvar faciəsinin əsas rəhbəri Mixail Qorbaçova cinayət işini qaldırılması, beynəlxalq axtarışa verilməsi və Beynəlxalq tribunal qarşısında cavab vermək üçün iddia irəli sürməlidir.

Biz beynəlxalq aləmdən cinayətkarların cəzalanmasını tələb etməliyik.
Eldəniz Səlimov apellyasiya şikayəti verdiDeputat toxunulmazlığı ləğv edilmiş Eldəniz Səlimov barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib.

Avrasiya.net-in xəbərinə görə, apellyasiya şikayəti yanvarın 14-də Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E. Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib.

Hökmdə o da bildirilir ki, E. Səlimov 2 il 6 ay müddətinə vəzifə tuta bilməz.

Qeyd edək ki, 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.