Azərbaycanlı oğru Türkiyədən deportasiya edildiAzərbaycanlı oğru Rafət Əmirov (Rafət Əli Bayramlı) Türkiyədən deportasiya olunub.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə yaxın günlərdə baş verib.

Rafət Əmirov uzun müddət idi ki, Türkiyədə məskunlaşmışdı. Lakin bir müddət əvvəl oranı müvəqqəti tərk edib. Geri dönəndə isə miqrasiya polisi tərəfindən saxlanılıb. O, Türkiyədən deportasiya edilib və bu ölkəyə girişi ömürlük məhdudlaşdırılıb.

Rafət Əmirov 1979-cu ildə Şirvan (Əli Bayramlı) şəhərində anadan olub. 2014-cü ildə Türkiyədə keçirilən "sxodka"da oğru titulu alıb.

Kriminal mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Rafət Əmirova oğru titulu verilən toplantıda Azərbaycanın kriminal dünyasının tanınmış simaları olan Arif Mehdiyev (Arif Sumqayitski), Yunis Nəzərov (Yunis Yasamalski) və Namiq Səlifov (Namiq Bakinski) iştirak edib. Həmin vaxt həbsdə olan Nadir Səlifov (Lotu Quli) da "Skype” vasitəsilə "sxodka”ya qatılıb.

Rafət Əmirovu taclandıran oğrulardan Nadir Səlifov istisna olmaqla digərləri həyatdadır. Nadir Səlifov isə 2020-ci ilin avqustunda Türkiyədə qətlə yetirilib.
Ukraynanın NATO-ya üzvlüyü üçün 3 şərtŞimali Atlantika Alyansına qoşulmaq üçün Ukraynanın yerinə yetirməli olduğu şərtlər var.

Bu barədə Ukrayna Milli Kəşfiyyat Xidmətinin istefada olan polkovniki Oleq Starikov danışıb.

O qeyd edib ki, bir ölkəni NATO-ya üzvlük üçün nəzərdən keçirərkən, 3 kateqoriyaya diqqət yetirmək lazımdır:

"Birincisi - Avropa hərbi əməliyyatlar teatrında olmaq. Ukrayna bunu yerinə yetirir.

İkincisi - Ukraynanın dil problemini həll etməsini tələb edən Macarıstan da daxil olmaqla, NATO ölkələri ilə siyasi dialoq aparmaqdır.

Üçüncüsü - ölkəmiz standartlara cavab verməyimiz üçün nəsə edir, yoxsa yox? Heç nə etmir".
ABŞ-dan şok: Rusiyanın Ukraynaya hücum planıHazırda Rusiyanın Ukraynaya potensial hücum və işğal üçün bəhanə yaratmaq üzərində aktiv şəkildə işlədiyini göstərən məlumatlar var.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Pentaqon sözçüsü Con Kirbi çıxış edib.

"Əslində bizdə məlumat var ki, onlar yalançı bayraq əməliyyatı keçirmək üçün bir qrup casusu vəzifələndiriblər. Bu ölkədə rus casuslarına, yaxud da Ukraynada rusca danışanlara hücum görüntüsü yaradacaq bir əməliyyat reallaşdırılmalıdır. Bununla işğal üçün bəhanə yaradılacaq", - Kirbi vurğulayıb.
Uşaqlarda “Omikron”un simptomları hansılardır? - Pediatr açıqladıKoronavirusun “Omikron” ştammı ilə xəstələnən uşaqlarda ən çox bronxiolit əlamətləri - kiçik bronxların iltihabı müşahidə olunur.

Bu barədə rusiyalı pediatr Yelena Tısyaçnaya bildirib.

Onun sözlərinə görə, xəstə uşaqların nəfəsi xırıltılı, səs-küylü olur. Astma tutmaları mümkündür. Öskürərkən bəlğəm çətin xaric olur.

Mütəxəssis əlavə edib ki, qusma və ishal baş verə bilər. “Omikron”da temperatur adətən 38 və ya 38,5 dərəcə olur.

Mənbə: “Rossiyskaya qazeta”
Abşeronda 32 yaşlı kişi intihara cəhd edibAbşeron rayonunda 32 yaşlı kişi intihara cəhd edib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Məmmədov Emin İsiməmməd oğlu bıçaqla özünə xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Həbs edilmiş icra başçısı namaza başladı, şeirlər yazırİşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbərliyi Dövlət Təhlükəsizliyi Xidmətinin Saxlanma Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.

Başçəkmədə komitə sədri Tural Hüseynov və hüquq bölməsinin rəhbəri Rövşən Məmmədov iştirak edib.

T.Hüseynov bildirib ki, təcridxanada nöqsan aşkarlanmayıb:

“Saxlanma yerində təmizlik müşahidə olunur. Təmirdən sonra otaqlarda hamam və televizorlar yerləşdirilməsi nəzərdə tutulub. Saxlanma yerindən hər hansı şikayət qeydə alınmadı.

Saxlanılanlardan Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovla görüşdük. Özünü yaxşı hiss edir. Sentyabrdan namaza başlayıb, şeir yazır, idmanla məşğul olur. Mənə dedi ki, iqtisadi sahədə layihələr yazır və azadlığa çıxdıqdan sonra onları reallaşdırmaq istəyir”.(Kriminalqafqaz)

Məkkədə dünyanın nəhəng oteli tikilir - 10 min nömrəlik - FOTOMəkkədə nəhəng, dünyada analoqu olmayan otel tikilir. 1,4 milyon kvadrat metrlik sahədə, 10 min nömrəsi, 70 restoranı olan otel Həccə gələn zəngin qonaqları yerləşdirəcək.

Avrasiya.net medicina.az-a istinadən xəbər verir ki, Abraj Hudai oteli 12 qüllədən, 45 mərtəbədən ibarət olacaq. Ən böyük qüllənin başıda vertolyot meydançaları salınacaq.

Otelin özü sanki kiçik şəhər kimi olacaq, ordan çıxmadan hər bir şey etmək mümkündür.

Qeyd olunur ki, ərəb kralları Məkkəni Manhettenə çevirmək istəyir.

Dünyanın ən nəhəng otel və mərkəzləri Kəbəni əhatə etməlidir.

Taliban parçalandı: özbəklər puştunları pusquya saldıTaliban rəhbərliyinin Əfqanıstanın əyalətlərindən birində qruplaşmanın özbək əsilli üzvlərinin üsyanını yatırmaq cəhdləri uğursuzluqla nəticələnib.

Axar.az xəbər verir ki, bu barədə Əfqanıstandakı siyasi prosesləri araşdıran rusiyalı ekspert Andrey Serenko Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Kabilin tapşırığı ilə puştunlardan ibarət Taliban qruplaşması üsyanı yatırmaq üçün Məzari-Şərifdən Fəryab əyalətinə yola düşüb, lakin yolda “Özbək Talibanı” tərəfindən pusquya salınıb və ciddi itkilər verib.

Serenko özbəklərin əməliyyatından sonra puştunların irəliləyişinin dayandırıldığını bildirib.

Rus ekspert qarşıdurma ilə bağlı əlavə məlumat verməyib.
MAXE-lərə qurban olum - Tolik təhqirini “izah” etdiƏslində, bu haqda açıqlama vermək istəmirdim, amma görürəm ki, videonu görənlər, bildi-bilmədi, fikir bildirirlər. Nəinki mənim, heç bir vətandaşın zəfərlə nəticələnən 44 günlük müharibəmizdən sonra əsgər, zabit və MAXE-mizə qarşı pis fikir bildirməyə haqqı çatmır.

Yenipress.az xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə canlı yayımda müddətdən artıq xidmət edən hərbi qulluqçuları (MAXE) təhqir etməsi ilə bağlı yayılan video haqda İnstaqram hesabındakı “izahında” yazıb.

“Tik-Tok sosial şəbəkəsində öz hərbçi dostuna məni, ailəmi və rəhmətlik atamı söydürən MAXE Rəhmanla canlı yayımda söhbətim də olub. Dəfələrlə ona verdiyim suala cavab da tapa bilmədim, hər dəfə məni niyə söydüyünü soruşdum, amma yenə susdu.

Yayılmış videoya diqqətlə baxsanız, görünür ki, ona MAXE deyə müraciət edirəm və fikirlərimi əsəbi olsam da, yalnız ona bildirmişəm. İndi isə sizə sualım var, hansısa MAXE-nin və ya başqa peşə sahibinin sizin ailə üzvlərinə və ya rəhmətliklərinizə söyməyə haqqı var?!" – Tolik yazıb.

Tolik müharibədən sonra da şou-biznesdə qazilərlə sosial şəbəkədə canlı yayımlar edən yeganə şou-biznes nümayəndəsi olduğunu bildirib:

“Mən bu ölkənin şəhidinə, yaxşı əsgərinə, yaxşı zabitinə də qurban olum. Amma hansısa hərbi sahədə olan bir insan dünyadan köçmüş atamı nəyəsə görə təhqir etməməlidir. Mənim dilim kəsilər Azərbaycan əsgərinə, zabitinə, hərbi qulluqçusuna ümumi olaraq nəsə söz deyim. Ona görə də şərəfli, namuslu, torpaqlarımızı gecə-gündüz qoruyan zabit, əsgərlərimiz, MAXE-lərimizə canım qurban olsun, amma tərbiyəsizlərə yox".

Xatırladaq ki, MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik demişdi:

“MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”.