Bu ərazilərdə su kəsiləcəkMagistral su xəttində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar 12 yanvar 2022-ci il tarixində gün ərzində Novxanı, Goradil, Kürdəxanı, Mehdiabad və Pirşağı qəsəbələrinin bağ masssivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Avrasiya.net-ə Azərsu ASC-dən məlumat verilib.
Kəlbəcər istiqamətində daha bir erməni məhv edildiKəlbəcər istiqamətində daha bir erməni əsgəri məhv edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistan-Azərbaycan sərhədinin şimal istiqamətində atışma nəticəsində sıravi Vaqan Babayan zərərsizləşdirilib.

Qeyd edək ki, ötən gün günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olub. Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində düşmənin iki əsgəri məhv edilib, ikisi isə yaralanıb.
Ermənistan Azərbaycanla dövlət sərhədində yenidən təxribat TÖRƏTDİErmənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır.

Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb.

Hazırda qeyd olunan istiqamətlərdə nisbi sakitlikdir.

"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur", - Müdafiə Nazirliyi bildirib.
Əmlak bazarında da bahalaşma gözlənilir - EkspertƏrzağın qiyməti qalxırsa, digər məhsulların, o cümlədən daşınmaz əmlakın da bahalaşması gözləniləndir.

Bu sözləri Axar.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Ekspertin sözlərinə görə, bahalaşma hər şeyə - daşınmaz əmlak, maşın, ev kirayəsi və s. sahələrə təsir edəcək:

“Hazırda əmlak bazarında bahalaşma haqqında söz demək çətindir. Amma ilin sonuna qədər bahalaşma proqnozlaşdırılır. Ən azı inflyasiya səviyyəsində bahalaşmanı görəcəyik. Çünki tikintinin maya dəyəri də artır. Təkcə tikinti materialları bazarında ötən ilin yekunlarına görə 24 faiz qiymət artımı var”, – deyə o bildirib.
Ukraynadan deport olunan azərbaycanlıların sayıÖtən il Ukraynada qanunsuz yaşayan və deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, 2021-ci ildə ümumilikdə 1448 Azərbaycan vətəndaşı qeyri-qanuni miqrant olduğu müəyyən edilib.

Ötən il 2 Azərbaycan vətəndaşının könüllü olaraq ölkəsinə geri qayıtması barədə qərar qəbul edib, 1380 Azərbaycan vətəndaşı isə məcburi ölkəsinə geri qaytarılıb. 47 Azərbaycan vətəndaşının isə Ukrayna dövləti hüdudlarından məcburi qovulması barədə qərar çıxarılıb.
ÜST: Avropa əhalisinin yarısı “Omicron”a yoluxacaqYaxın 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi koronavirusun “Omicron” ştamına yoluxacaq.

Avrasiya.net verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.

O bildirib ki, regionun 53 ölkəsindən 50-də "Omicron" ştamı qeydə alınıb: “Bu ilin birinci həftəsində regionda 7 milyon yeni yoluxma qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə iki dəfə çoxdur. Qərbi Avropada və Balkanlarda bu ştam dominant olmağa başlayıb. Bu tempdə davam edəcəyi təqdirdə 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi “Omicron” ştamına yoluxacaq”.