Əli Həsənovla bağlı sübutlar toplanır - QƏRAR VERİLƏCƏKLəğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

V.Səfərli prezidentin keçmiş köməkçisi Əli Həsənov və oğlu Şamxal Həsənovdan şikayətçi olduğu, Vüqar Səfərlinin Əli Həsənovun göstərişlərini mübahisələndirmək iqtidarında olmadığı qeyd olunub.

Həmçinin, onun şikayətində göstərilib ki, KİVDF həqiqətən Mətbuat prospektidə yerləşən binada icarə haqqı müqabilində icarəçi kimi fəaliyyət göstərib. Bildirilib ki, Fondla icarəyə verən arasında bağlanan rəsmi müqavilələr mövcuddur.

Bu şikayət Əli Həsənovun həbsinə hazırlıq kimi qiymətləndirilir.

Bu barədə Modern.az-a danışan Konstitusya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əlimməməd Nuriyev bildirib ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxs onun barəsində çıxarılmış hökümlə bağlı apellyasiya şikayəti verə bilər.

Onun sözlərinə görə, Vüqar Səfərli də qanunvericilikdə nəzərdə tutulan bu hüququndan istifadə edib, məhkəmə hökmündən şikayət verib:

“Əlbəttə ki, Apellyasiya Məhkəməsi həm də işə mahiyyəti üzrə baxır. Burada onun sübutlarının həm hüquqi, həm də mahiyyəti üzrə yenidən qiymətləndirilməsi baş verir. Bu zaman artıq Apellyasiya Məhkəməsi qərar qəbul edə bilər”.

V.Səfərlinin apellyasiya şikayətinə əsasən, Əli Həsənov və oğlu Şamxal Həsənovun həbsinin real olub-olmadığına da münasibət bildirib:

“Mən məsələyə kiminsə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi kimi yanaşmıram. Apellyasiya Məhkəməsi ya hökmü dəyişdirə bilər, ya ləğv edə bilər. Cinayət təqibinin kiminsə barəsində davam edib-etməməsi məsələsi artıq hüquq- mühafizə orqanlarının işidir. Bütün hallarda Apellyasiya Məhkəməsində yenidən qiymətləndirmə baş verəcək və sübutlara, dəlillərə uyğun qərar qəbul ediləcək. Apellyasiya Məhkəməsi qərar qəbul eləsə də, məhkəmədə baxış hədləri var. Məhkəmə hədləri çərçivəsində sübutlar, dəlillər qiymətləndirilib, işə baxılacaq. Buna uyğun qərar qəbul edəcək”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin hökmə əsasən, keçmiş icraçı direktorun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.
Rusiya Ukrayna sərhədinə hücum aviasiyası yığırABŞ rəsmiləri bildiriblər ki, Rusiya Prezidenti Vladimir Putin hərbi helikopterləri Ukrayna ilə sərhədə göndərməklə bağlı ilk addımları atıb və bu, qonşu ölkəyə hücum planlaşdırmasının davam etdiyinə işarədir.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti yazıb.

Nəşr qeyd edib ki, amerikalı rəsmilər dekabrın sonu, yanvarın əvvəllərində Ukrayna sərhədinə əlavə rus qoşunlarının göndəriləcəyini və bu sayın 175 minə qədər çatdırılacağını gözləyirlər.

“Yerləşdirilmə səngisə də, hələ də sərhəddə 100 minə yaxın hərbçi var və hazırda Rusiya ora əlavə zərbə aviasiyası da yerləşdirib. Putin Ukraynanı işğal etmək qərarına gələrsə, hücum və nəqliyyat helikopterləri, həmçinin qırıcı təyyarələr Rusiya üçün əsas üstünlük olacaq”, - qəzet bildirib.

“Nyu York Tayms” onu da qeyd edib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 radioelektron kəşfiyyat təyyarəsi dekabrın 27-dən bəri mütəmadi olaraq Ukrayna üzərində uçuşlar həyata keçirir:

“Bu, ABŞ kəşfiyyatına rus komandirlərin danışıqlarını dinləməyə imkan verir. ABŞ Hərbi Hava Qüvvələri həmçinin yerüstü hədəfləri izləmək üçün E-8 JSTARS təyyarələrindən istifadə edir və onların köməyi ilə Rusiya qoşunlarının yerləşməsini və hərəkətlərini izləyir”.
İki post dağılıb, xeyli itki var: İrəvan hissə-hissə açıqlayırErmənistan ordusu təxribata əl atdı. Kəlbəcər istiqamətində hərbçimiz şəhid oldu. Cavab atəşiylə Ermənistan ordusunun iki postu darmadağın edildi, xeyli itkisi var. Ermənistan rəhbərliyi cəmiyyətini qorxutmamaq üçün itkilərinin sayını hiss-hissə yayımlayır.

Axar.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səsləndirib.

Politoloq xatırladıb ki, sonuncu dəfə oxşar insident ötən ilin 16 noyabrında əvvəlində qeydə alınmışdı:

“O zaman Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya və İrəvana zəng etdikdən sonra vəziyyət müvəqqəti sabitləşdi. Noyabrın 26-da isə Rusiya, Azərbaycan və Ermənistan liderləri Soçidə üçtərəfli görüş keçirdilər. Görüşdən sonra yayımlanan açıqlamada bildirilirdi ki, kommunikasiya xətlərinin açılması və sərhədin müəyyənləşdirilməsi vacibdir. Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi məqsədilə Rusiyanın iştirakıyla növbəti üçtərəfli komissiya yaradılacağı açıqlandı.

Buna baxmayaraq, nə kommunikasiya xətlərinin açılması, nə də sərhədlərin müəyyənləşməsi məqsədilə ortaq komissiyanın yaradılmasından xəbər var. Azərbaycan və Ermənistan liderləri Soçi görüşündən təxminən iki həftə sonra Brüsseldə görüşdülər. Bu dəfə vasitəçi kimi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel çıxış edirdi. Brüsseldəki görüşdə də sərhədlərin müəyyənləşməsi vacibliyi vurğulandı. Ancaq sərhəddə dünənki insident göstərdi ki, Soçi və Brüsseldəki razılaşmalar yerinə yetirilmir. Çünki nə qədər ki tərəflər arasında sülh sazişi imzalanmayıb, nə qədər ki sərhəd müəyyənləşməyib və nə qədər ki razılaşmaların əksinə olaraq kommunikasiya xətləri açılmayıb, sərhəddə gərginlik azalmayacaq”.

Ekspert qeyd edib ki, Ermənistan hakimiyyətinin sərhəddə təxribatları artırmaqla, Qazaxıstandakı hadisələrdən həvəslənərək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını oyuna cəlb etmək istəyir. Ermənistan təxribatlarla təşkilatın nəbzini yoxlayır, bundan sonra “bizə kömək edin” şəkilində müraciətləri istisna deyil:

“Ancaq bu nəbz yoxlaması Baş nazir Nikol Paşinyana baha başa gələ bilər. Azərbaycan Ordusu təxribata cavab olaraq Ermənistanın iki postunu dağıtdı və göstərdi ki, Ermənistanın dostlarının kimliyindən asılı olmayaraq, bundan sonra da təxribatlarına artıqlamasıyla cavab veriləcək”.

Qeyd edək ki, Ermənistanın ötən gün Kəlbəcər istiqamətində təxribatı nəticəsində bir əsgərimiz şəhid olub. Azərbaycan Ordusunun cavab tədbirləri ilə, rəsmi açıqlamaya görə, 3 erməni əsgər məhv edilib, 2-si yaralanıb.

Bəzi qeyri-rəsmi mənbələr isə Ermənistanın iki hərbi postunun dağıdıldığı və 8 əsgərinin məhv edildiyini bildirir.
Azərbaycanla İran arasında məhkumların ekstradisiyası məsələsi müzakirə olunubAzərbaycanın səfiri Əli Əlizadə İran İslam Respublikasının ədliyyə naziri Əmin Hüseyn Rəhimi ilə görüşüb.

Azərbaycanın İrandakı Səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın və İranın dövlət başçılarının əlaqələrə verdiyi xüsusi önəm vurğulanıb, hər iki ölkənin dost və yaxın qonşu ölkə olaraq ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının daha da artırılmasının önəmi qeyd olunub.

Bundan başqa, tərəflər məhkəmə və ədliyyə sahəsində görülən işlərdən, iki ölkənin ədliyyə nazirlikləri arasında mövcud olan səmərəli münasibətlərdən, hər iki ölkədə penitensiar sistemin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihələrdən söhbət açıb.

Görüşdə həmçinin, iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, hüquqi məsələlərin həllində səylərin daha da artırılması, eləcə də məhkumların verilməsi, səfərlərin həyata keçirilməsinin və görüşlərin davam etdirilməsi, hüquqi yardım və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rusiya Ermənistana əlavə qüvvələr yeridə bilər - ArkovHazırda bir çox ekspert Azərbaycanla Ermənistan sərhəddində növbəti gərginliyin Baş nazir Nikol Paşinyanın göstərişi ilə baş verdiyini bildirir. Həmin fikirlərə əsasən, Paşinyan rəhbərliyi KTMT-dəki sədrliyindən və Qazaxıstanda yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Amma erməni hərbçilərin təxribatının birbaşa İrəvandan gəlməsi versiyasını qəbul etsək belə, Paşinyan KTMT-ni və ələlxüsus Kremli qonşu Azərbaycan tərəfindən təcavüzə məruz qaldığına, yaxud uydurma terrorçuların hücumuna inandıra bilməz.

Bu barədə Axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.

“Unutmaq olmaz ki, məhz bu yaxınlara qədər Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. KTMT-ni istifadə etmək üçün Nikolun heç bir “kozırı” yoxdur - nə təcavüz var, nə terrorçular, nə də xaricdən dövlət çevrilişinə cəhd. Hazırda Paşinyan rejimini devirə biləcək qüvvələr elə İrəvanın özündə oturur – “Qarabağ klanı”nın timsalında rusiyapərəst müxalifət. Amma Moskva hələ ki, bu “rıçaq”dan istifadə etmir.

Buna baxmayaraq, Paşinyan aydın şəkildə Tokayev tərəfindən cavab hərəkətlərinə ümid edir. Çünki əgər əvvəllər Qazaxıstan rəhbərliyi Qarabağ məsələsində, KTMT və Aİİ-də Ermənistanla müttəfiq olmasına baxmayaraq, daha çox Azərbaycanın tərəfini tuturdusa, indi rəsmi Nur-Sultana daha çətin olaçaq. Və əlbəttə ki, Paşinyan nümayiş etdirdiyi həmrəyliyə görə Kremlin minnətdarlığına ümid edir.

Digər tərəfdən, hazırkı vəziyyət Rusiya qüvvələrinin Ermənistan ərazisində mövcudluğunu genişləndirmək məsələsini aktuallaşdıra bilər. Ermənistan ərazisində 102-ci Rusiya hərbi baza fəaliyyət göstərir, KTMT çərçivəsində sazişə əsasən İran və Türkiyə ilə Ermənistanın dövlət sərhədi isə Rusiya sərhədçiləri tərəfindən qorunur.

Hazırda Rusiya sərhədçiləri Ermənistan və Azərbaycan sərhədində rəsmi olaraq yalnız Tavuş vilayətindədirlər. Bu, Baş nazir Paşinyanın KTMT müşahidəçilərini və Rusiya sərhədçilərini Azərbaycanla sərhəd boyunca yerləşdirməyi təklif etməsindən az sonra baş verib. Lakin o zaman hər şey bir epizodla məhdudlaşdı.

İndi isə Ermənistan bu provokasiyalarından və sərhəddəki vəziyyətin gərginləşməsindən istifadə edərək, bu məsələni yenidən qaldıra bilər. Xüsusilə, bu, Türkiyə və Azərbaycan ictimaiyyətlərinə Teleqram və Feysbukda KTMT qüvvələrinin və xüsusilə Rusiyanın Qazaxıstanda iştirakı ilə bağlı informasiya savaşı fonunda daha asan görünür”, - deyə müsahibimiz qeyd edib.
Gürcüstanda çörəyin qiyməti bahalaşa bilər"Çörək bişirənlər üçün qazın tarifinin nə olacağını bilmədiyimiz üçün çörək bazarında qeyri-müəyyənlik var".

Bu barədə Çörəkçilər Assosiasiyasının rəhbəri Malxaz Dolidze bildirib.

Onun sözlərinə görə, qeyri-müəyyənlik ilin əvvəlində, müxtəlif çörək zavodlarının qaz vergilərinə görə fərqli tariflər alması ilə başlayıb.

“İndiki mərhələdə kütləvi olaraq istehsal olunan çörəyin qiyməti artmayıb və bir qayda olaraq, artmamalı idi, unun birbaşa daxil olması bazarda rəqabət yaradıb və qiymətlər stabilləşib. Subsidiyanın enerji sektorunda da davam edib-etməyəcəyi tam aydın deyil. Beləliklə, indi çörəyin qiyməti enerji daşıyıcılarından asılı olacaq. Yəni çörəyin qiymətinin artıb-artmayacağı kommunal xərclərdən asılıdır. Əvvəlcə bu qeyri-müəyyənliyi aradan qaldırmaq lazımdır və sonra biz bir şey deyə bilərik, daha dəqiq desək, çörəyin qiymətinin necə olacağı ilə əlaqədar fikir bildirə bilərik. Bu gün enerji daşıyıcıları maya dəyərinin 20%-ni təşkil edir ki, bu qiymət artarsa, təbii ki, problem yaranacaq”, - deyə M.Dolidze bildirib.

Rusiya sülhməramlıları Qarabağda təlim keçibQarabağdakı Rusiya sülhməramlıları müasir rabitə vasitələri və BTR-82A zirehli transportyorlarından istifadə etməklə müşahidə məntəqələrində müntəzəm təhlükəsizlik təlimi keçirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bildirib.

Qeyd olunur ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqi və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.

“Müşahidə məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən təlim zamanı sülhməramlılar Əsgəran, Ağdərə və Xocavənd rayonlarında təxribat xarakterli hərəkətlərin qarşısının alınması, şərti hücumun dəf edilməsi və müxtəlif fövqəladə halların yaranması məsələlərini işləyiblər”.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, mövcud vəziyyətə nəzarət etmək üçün bütün müşahidə məntəqələri müasir videomüşahidə kameraları ilə təchiz olunub.
"Azərişıq"ın əməkdaşı iş başında öldüYanvarın 11-i saat 11 radələrində Ağsu rayon sakini, “Azərişıq”ASC-nin Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağsu sahəsində sayğacquraşdırıcı texnik vəzifəsində işləyən 1988-ci il təvəllüdlü Xəyal Şərifovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, araşdırmalarla Xəyal Şərifovun Ağsu şəhər 2 saylı tam orta məktəbin həyətində yerləşən 10 kv-luq transformatorun üzərində sayğac quraşdırarkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində öldüyü müəyyənləşib.

Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.
44 yaşlı itkin AXTARILIRMasallı rayonunun Ərkivan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Qalib Eynulla oğlu Cəbiyev yanvarın 3-də səhər saatlarında yaşadığı evdən çıxaraq gedib və indiyədək geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən (DİN) Avrasiya.net-ə verilən məlumata görə, Qalib Cəbiyevin əlamətləri bunlardır:

"Orta boylu, arıq bədən quruluşlu, gözləri qara rəngdədir. Evdən çıxanda başında qara papaq, əynində göy rəngli cins şalvar və qara rəngli gödəkçə olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur".
İğtişaşlar Qazaxıstana 240 milyon dollar ziyan vurubQazaxıstanda iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği 240 milyon dolları ötüb.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin Milli Sahibkarlar Palatası məlumat yayıb.

Məlumata görə, 11 rayonda 1615 zərərçəkmiş sahibkarlıq subyekti və 1885 obyekt müəyyən edilib. Onlardan 1506 subyekt və 1771 obyekt Almatıdadır.

Ümumilikdə 1482 ticarət sahəsi, 44 ictimai iaşə, 61 maliyyə sektoru, 23 logistika və 5 KİV sahəsi zərər çəkib.