Üç rayonda su kəsiləcəkMagistral su xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Avrasiya.net bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
Özbəkistan son nöqtəni qoydu: KTMT-yə üzv olmuruq!Özbəkistanın yerli terror qruplaşmalarının hücumlarını dəf etmək təcrübəsi var, ciddi xarici təhlükə yaranarsa, ölkənin KTMT-yə qayıtması ehtimalı azdır, lakin müttəfiqlik münasibətləri çərçivəsində yardım üçün Rusiyaya müraciət edəcək.

Axar.az xəbər verir ki, bunu Özbəkistanın Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Mano Bəxtiyar Yerqaşev Belarus Prezidenti Aleksandr Lukaşenkonun sözlərini şərh edərkən bildirib.

"Özbəkistanda vəziyyəti ayıq və sakit şəkildə qiymətləndirirlər və başa düşürlər ki, ölkədə “yatmış” terrorçu və ekstremist hüceyrələr var. Amma bu, bir neçə minlik böyük, güclü və koordinasiyalı bir hərəkat olacaqsa, o zaman kömək lazım ola bilər. Özbəkistan isə KTMT-yə deyil, 2005-ci ildə müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladığı ölkəyə üz tutacaq. Bu isə Rusiyadır", - Yerqaşev söyləyib.

Yerqaşev qeyd edib ki, ölkəsi siyasi bloklarda təmsil olunmayacaq:

"Özbəkistanda Qazaxıstandakı vəziyyətdən fərqli olaraq, elita daxilində ciddi ziddiyyətlər yoxdur. Əsas məsələdə konsensus var - bu, Özbəkistanın hərbi-siyasi bloklarda və təşkilatlarda iştirak etməyəcəyidir və KTMT də konkret olaraq bura daxildir".

Qeyd edək ki, A.Lukaşenko Qazaxıstanda baş verənlərdən Özbəkistanın nəticə çıxarmalı olduğunu, bu ölkəni terror təhlükəsi gözlədiyini bildirmişdi.
Sudanda etiraz zamanı 63 nəfər öldürülübSudanda hərbi çevrilişdən bu günə kimi davam edən aksiyalarda 63 etirazçı öldürülüb.

“Report” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Sudan Həkimlər Komitəsinin hüquq müdafiəçiləri bir gün əvvəl başından ağır yaralanan 16 yaşlı etirazçının öldüyünü bildiriblər. Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, gənc dünyasını dəyişib.

Qeyd edək ki, ötən ilin 25 oktyabrında Sudanda ordu dövlət çevrilişinə cəhd edib. Ölkə daxilində hərbi qiyamlara qarşı etirazlar hələ də davam edir.
Tofiq Musayev “Bellator MMA” ilə müqavilə imzalayıbAzərbaycanın dünya şöhrətli idmançısı, “Rizin Gran Pri”nin qalibi Tofiq Musayev “Bellator MMA” ilə müqavilə imzalayıb.

Avrasiya.net xəbər verir ki, ABŞ-da 2008-ci ildə təsis olunmuş “Bellator MMA” dünyada MMA döyüşlərini təşkil edən nüfuzlu təşkilatlardan biridir.

Onu da qeyd edək ki, həmyerlimiz Tofiq Musayevin “Bellator MMA” ilə imzaladığı müqavilə çərçivəsində idmançımızın dörd döyüş keçirməsi nəzərdə tutulur.
Tofiq Musayevin bu günə qədər keçirdiyi döyüşlərinin rekordu 18:4-dür. O keçirdiyi 18 döyüşdən 14-ündən qələbə ilə ayrılmışdır.

İdmançımız bu günə qədər UFC, Rizin, Bellator kimi bir sıra təşkilatlarının döyüşçüləri ilə qarşılaşaraq bayrağımızı yüksəklərə qalrımağa nail olmuşdur.
Amerikalı milyarder həbsdə öldüAmerikalı milyarder Robert Derst 78 yaşında həbsxanada ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Bildirilib ki, ölüm təbii səbəblərdən baş verib. Vəkil Çip Luisin sözlərinə görə, R.Derstin xəstəlikləri ilə bağlı məhkəməyə bir neçə dəfə məlumat verilmişdi.

Qeyd edək ki, milyarder həyat yoldaşı, sevgilisi və daha bir yaşlı qadını öldürməkdən dolayı təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdi.
Tibb elmində şok: İnsana donuz ürəyi köçürüldüDünya tibb elmində inanılmaz əməliyyat baş tutub.

Axar.az NYT-yə istinadən xəbər verir ki, ABŞ-ın Baltimor şəhərində 57 yaşlı şəxsə cərrahi əməliyyatla geni dəyişdirilmiş donuz ürəyi köçürülüb.

“Bu, donuz ürəyinin insana ilk uğurlu transplantasiyası idi. 8 saatlıq əməliyyat Baltimorda baş tutub. Merilənd Universitetinin Tibb Mərkəzinin cərrahlarının sözlərinə görə, pasiyent əməliyyatdan sonra özünü yaxşı hiss edir. Xəstə ciddi həkim nəzarətindədir”, - deyə bildirilib.
ÜST-dən yeni "Deltacron" açıqlamasıÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun son yaranan variantı ilə bağlı suallara aydınlıq gətirib.

Avrasiya.net xəbər verir ki, ÜST-ün Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya van Kerkhove "Twitter" hesabında bildirib ki, koronavirusun "Deltacron" ştamı virusun iki variantının birləşməsi deyil.

Mariya van Kerkhove yeni ştamın "Deltacron" adlandırılmamasına qarşı çıxıb.

ÜST nümayəndəsi qrip və COVID-19-un eyni vaxtda xəstəlik mənasını verən “Deltacron”, eləcə də “Fluron” anlayışından istifadə etməməyə çağırıb:

"Bu sözlər virusların variantların birləşməsini nəzərdə tutur, amma bu baş vermir".

Qeyd edək ki, koronavirusun ilk dəfə Kiprdə aşkarlanan yeni ştamının daha əvvəl məlum olan iki variantın – “Delta” və “Omicron” variantlarının kombinasiyası olduğu bildirilirdi. Buna görə də yeni ştam törədiciləri müvafiq olaraq “Deltacron” adlandırılıb.