Bu şəxslər də əlillik ala biləcək - Qanun dəyişdirilir“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilən dəyişiklik qüvvəyə mindikdən sonra daha çox insan əlillik ala biləcək.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, dəyişikliklər qüvvəyə mindikdən sonra 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq.

“İndiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq. Əvvəllər xəstəliyinə görə əlillik ala bilməyənlər dəyişikliklərdən sonra əlillik almaq imkanı qazanacaq”, - deyə M.Quliyev bildirib.

Qeyd edək ki, yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Qeyd edək ki, dəyişikliklərin 2022-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Gürcüstanda "Omikron" a yoluxanların sayı artırHazırkı dövrədək Gürcüstanda koronavirusun “Omikron” ştamına 951 yoluxma halı təsdiqlənib.

Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qeyd edək ki, Gürcüstanda “Omikron”a ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb.

Epidemioloqların fikrincə, yanvar ayının sonunda Gürcüstanda “Omikron” ştammının yayılması pik həddə çatacaq.

Hazırda ölkənin xəstəxana sektoru həddindən artıq yüklənmə və çox sayda pasiyent axınına hazırlaşır.

Gürcüstanda cari epidemioloji vəziyyəti şərh edən səhiyyə naziri Zurab Azaraşvili bildirib ki, səhiyyə sistemi tam səfərbər olunub və yüklənməyə hazırdır. O qeyd edib ki, bir neçə həftədən sonra COVID-19-un müalicəsində effektiv olan əlavə “Pfizer” və “Merk” dərmanları tədarük ediləcək.
24 yaşlı gənc məktəbdə faciəvi şəkildə öldüAğsu rayonunda məktəbdə 24 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun 2 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, rayonun Qaraqoyunlu kənd sakini, 24 yaşlı Xəyal İxtiyar oğlu Şərifov məktəbdə təmir işləri apararkən ehtiyatsızlıqdan onu elektrik cərəyan vuraraq öldürüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma araşdırılır.
Azərbaycan təbiətinin tezliklə bərpa edilməsi arzusu ilə...11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günüdür.

Dünyada ekoloji tarazlığın qorunması son dərəcə mühüm aktuallıq kəsb edir. Qoruqlar və Milli Parklar ekologiyamızın ən zəruri tərkib hissəsidir. Bu gün Dünya Qoruqlar və Milli Parklar günüdür. Bu günün yaranma tarixinə nəzər salaq.

11 yanvar 1917-ci il tarixində dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən Dünya Qoruqlar və Milli Parklar günü kimi qeyd olunur.

Milli parklar- xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, elmi tədqiqat statusuna malik olan ərazilərdir. Azərbaycanda milli park və qoruqlar ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Qoruqlar-mövcüd təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir, yaradılma məqsədi sayı azalmaqda olan bitki və heyvan növlərini qorumağa hesablanıb. Qoruqlar eyni zamanda elmi əhəmiyyət daşıyır. Alimlərin bitki və heyvanlar üzərində müşahidə aparmasına, nəsli kəsilməkdə olan növlərin sayını artırmaq üçün yollar axtarmasına şərait yaradır.
Ərazilərimizin 30 illik işğalı dönəmində erməni vandallarının misli görünməmiş vəhşiliklərinin şahidi olmuşuq. Azərbaycan təbiətinə, ətraf mühitinə, biomüxtəlifliyə vurulmuş zərər isə heyrətamiz dərəcədə böyükdür.

Təəssüflə qeyd etməliyik ki, işğal zamanı xüsusi mühafizə edilən qoruqlarda böyük həcmdə zərərə məruz qalmışıdr. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Prezident 2021-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bu məsələyə də toxunaraq deyib: “Azad edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət qoruqları və yasaqlıqlar olub. Mən bu məlumatı da Azərbaycan xalqına çatdırmaq istəyirəm. Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var idi, tamamilə məhv edilib, talan olunub və bütün ağaclar qırılıb.

Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu, Avropada unikal meşə sayılır və burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu, onu göstərir ki, onlar başa düşürdülər və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar. Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi dağıdıblar, məscidlərimizi dağıdıblar, meşələrimizi də dağıdıblar.

Nadir çinar meşəsindən cəmi 42 hektar qalıb. Oraya da mütləq bir qrup ezam olunmalıdır, yerində təftiş aparılmalıdır və bu qoruq bərpa edilməlidir. Qubadlı Dövlət Təbiət Yasaqlığı 1969-cu ildə yaradılıb, 1988-ci ildə sahəsi 8500 hektar olub, 2020-ci ildə 6923 hektar.

Yəni, 1577 hektar dağıdılıb, talan edilib. Daşaltı Dövlət Təbiət Yasaqlığı 1981-ci ildə Heydər Əliyev tərəfindən yaradılmışdır. 1988-ci ildə 400 hektar sahəsi var idi, hazırda 350 hektardır. Burada da 50 hektar dağıdılıb. Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ildə yaradılıb, 1988-ci ildə 7500 hektar sahəsi var idi. Hazırda 4457 hektar qalıb, 3043 hektar ermənilər tərəfindən məhv edilib. Zəngilan rayonunda Arazboyu Dövlət Təbiət Yasaqlığı 1993-cü ildə yaradılıb, sahəsi 1700 hektar idi.

Hazırda cəmi 135 hektar qalıb. Yəni, 1565 hektar məhv edilib. Bu məlumat “Azərkosmos” tərəfindən “Azərsky” peykindən götürülüb və mənə təqdim edilib. Ona görə bir daha deyirəm ki, oraya xüsusi qruplar ezam edilməlidir, yerində baxmalıdır və bu da sənədləşdirilməlidir, bunun dəymiş ziyanı da hesablanmalıdır və Ermənistanın növbəti ekoloji terroru kimi qeydiyyata alınmalıdır”.

Cənab Prezidentin qoruqlar və yasaqlıqlar haqqında təfsilatlı və həyacan təbili çalan bu çıxışı bu sahə ilə məşğul olan dövlət qurumları qarşısında böyük vəzifələr müəyyən etməklə bu məsələdə həssas olmağa sövq etməlidir. Dünyanın ən zəngin flora və faunası malik olan Azərbaycan təbiətinin tezliklə bərpa edilməsi arzusu ilə Dünya Qoruqlar və Milli Parklar Gününüz mübarək olsun!

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Bakıda 13 şagird məktəbi vaxtından əvvəl bitirmək istəyirBakıda 13 istedadlı şagird məktəbi vaxtından əvvəl bitirmək istəyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Avrasiya.net-ə verilən məlumata görə, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib.

Ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş 13 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib.

Nəticələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar. Bu mərhələdən də uğurla keçən III sinfin I yarımilində oxuyan şagird IV sinfin II yarımilində, VIII sinfin I yarımilində oxuyan şagird IX sinfin II yarımilində, X sinfin I yarımilində oxuyan şagird isə XI sinfin II yarımilində təhsilini davam etdirə biləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.
KKTC-nin Baş naziri Ərdoğanla görüşəcəkQuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Faiz Sucuoğlu bu gün Ankaraya rəsmi səfərə gedir.

Avrasiya.net bildirir ki, KKTC-nin Nazirlər Kabinetinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müdirliyindən verilən məlumata görə, Sucuoğlu bu gün saat 12.50-də Ankaraya yola düşəcək və yanvarın 12-də Türkiyənin Vitse-prezidenti Fuat Oktay ilə görüşəcək.

Baş nazir Sucuoğlu Oktay ilə iki ölkə arasındakı əlaqələr, Kıbrıs məsələsi və müxtəlif mövzularda fikir mübadiləsi aparacaq.

Faiz Sucuoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcək.

Baş nazirin Ankarada müxtəlif görüşlər də keçirəcəyi bildirilir.

Vidadi Muradovun 19 milyonluq əmlakının dövlətə ödənilməsi TƏKLİF OLUNDUBakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Avrasiya.net xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxsin barəsində irəli sürülən ittihamların sübut və dəlillərlə, həmçinin aparılan ekspertizalarla təsdiq edildiyini deyib. O, V.Muradova verilmiş maddələrlə onun təqsirli bilinməsini təklif edib.

Dövlət ittihamçısı söyləyib ki, V.Muradov məhkəmə istintaqı dövründə vəfat etdiyi üçün ona cəza təyin edilməməlidir.

Qeyd olunub ki, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətindən verilmiş 640 min 922 manat məbləğində mülki iddianın ödənilməsi təmin edilməlidir.

Prokuror bildirib ki, mərhum V.Muradovun Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 14 saylı evin 5 nömrəli mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Üzərinə həbs qoyulan və müsadirə edilən digər əmlaklar isə dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir.

Prosesdə zərərçəkmiş qismində tanınan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi cinayət əməli nəticəsində təqsirləndirilən şəxs tərəfindən vurulan 640 min 922 manat məbləğində maddi ziyanının dövlət büdcəsinə ödənilməsinə, həmçinin Binəqədi Rayon Məhkəməsinin qərarları ilə 19 milyon 144 min 554 manat məbləğində əmlaklar və 11 milyon 442 min 490 manat məbləğində olan səhm paylarının aktivlərinin satışından əldə olunann gəlirlər vergi orqanlarına ödənilməsini xahiş edib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Xatırladaq ki, V.Muradov 2021-ci il noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq tədbirləri ilə V.Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Bundan başqa, V.Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Habelə V.Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Qarabağdakı sülhməramlılara yeni rəhbər təyin olunduRusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin olunub.

Avrasiya.net xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, Qarabağdakı rus sülhməramlılarına bundan sonra general-mayor Andrey Volkov rəhbərlik edəcək.

Qeyd edək ki, Andrey Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına kimi Qarabağdakı rus sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradovun müavini olub.
AzTV-də polis əməkdaşının ölümü ilə bağlı detallar üzə çıxdıYanvarın 8-də AzTV-də özünü xidməti silahla vuran polis Yasin İnqilabzadənin ölümü ilə bağlı bəzi detallar məlum olub. İlkin məlumatda polisin özünü ehtiyatsızlıqdan vurduğu deyilsə də, sonradan onun intihar etdiyi haqda iddialar yayılıb.

Polis kiçik serjantı Y.İnqilabzadənin şəxsi münasibətlərinə görə yaşadığı problemlə bağlı özünü vurduğu bildirilir. Lakin istintaq ilkin mərhələdə onun ehtiyatsızlıqdan canına qəsd etdiyi qənaətinə gəlib.

Rəsmi açıqlamada da onun intihar etmədiyi qeyd edilsə də, başından güllə xəsarəti alması intihar ehtimalını artıran nüans kimi qəbul edilib.

Yasin İnqilabzadə Daxili İşlər Nazirliyinin AzTV-də xidmət aparan mühafizə şöbəsinin əməkdaşı olub. Bu şöbənin rəisi, polis polkovnik-leytenantı Xəqani Cəfərov təxminən bir ay əvvəl işdən çıxarılaraq başqa vəzifəyə təyin edilmişdi.

Bu yaxınlarda isə onun yerinə polis polkovnik-leytenantı Xəlil Səfərov təyin edilib. X.Səfərov Şuşa şəhər icra başçısı Bayram Səfərovun oğludur. O, Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi, daha öncə isə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi olub.

Y.İnqilabzadənin ölümü ilə bağlı araşdırmalar aparılır.(kriminalqafqaz)
Şagirdləri döyən direktora töhmət verildiBakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Zinyət Əhmədovaya “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğunu nəzərə alaraq, əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bu barədə Bakı Şəhəri Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 7-də Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, məktəb direktoru tərəfindən uyğunsuz davranış sərgilənmiş şagirdlər və məktəb rəhbərliyi ilə söhbət aparılıb.

"Məktəbin müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır", -deyə akı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.