Qazaxıstanın nüvə arsenalı necə əlindən alınıb?ABŞ Konqresinin Tədqiqat Xidmətinin hesabatında Vaşinqtonun Qazaxıstanı nüvə silahından necə təmizləməsindən danışılır.

Semey şəhərindən çox uzaqda bir vaxtlar Sovet İttifaqının 6950 kvadrat kilometr sahəsi olan ən böyük nüvə sınaq poliqonu var idi. 1949-1989-cu illərdə bu poliqonda 450-dən çox nüvə sınağı aparıldı və Sovet İttifaqının dağılmasından sonra Qazaxıstan 1400-ə yaxın nüvə başlığı və 100-dən çox qitələrarası ballistik raket də daxil olmaqla, nəhəng nüvə arsenalının sahibi oldu.

Axar.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" yazarı Məhəmməd əl-Mişavi yazıb.

O qeyd edib ki, Qazaxıstan nüvə silahından və öz ərazisində qalan sovet döyüş başlıqlarından imtina edib. Döyüş başlıqları 1995-ci ildə Rusiyaya yerləşdirilib. Birləşmiş Ştatlar 1991-ci ildən bəri Qazaxıstanın kütləvi qırğın silahlarının və əlaqəli infrastrukturun ləğvinə kömək etmək üçün 275 milyon dollardan çox vəsait xərcləyib.
Azərbaycandakı Qazaxıstan səfirliyində bayraqlar endirildiQazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində bayraqlar endirilib.

Bu barədə Avrasiya.net-ə diplomatik nümayəndəlikdən məlumat verilib.

"Karantin məhdudiyyətlərini nəzərə alaraq, Qazaxıstan səfirliyinin [email protected] elektron poçt ünvanında onlayn başsağlığı dəftəri açılıb", - səfirlikdən bildirilib.

Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.

Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.

Bununla belə dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.

Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.

Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.

Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.

Yanvarın 5-də Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.

Həmin gün Prezident Kasım-Jomart Tokayev ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib.

Dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Qazaxıstana sülhməramlı qüvvələr göndərməklə bağlı müraciət edib.

Təşkilat müraciəti nəzərə alaraq Qazaxıstana müvəqqəti olaraq sülhməramlılar göndərmək haqqında qərar qəbul edib.

Yanvarın 8-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb. O dövlətə xəyanətdə şübhəli bilinir.

Ölkənin bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı yanvarın 10-u Qazaxıstanda Ümummilli Matəm Günü elan olunub.
Qazi adı altında videosu yayılan Bakı sakini danışdıQatar qəzasında hər iki ayağını itirən İmran Lalayevin videosu çəkilərək qazilərə həsr olunan mahnının fonunda Tik-Tok sosial şəbəkəsində paylaşılıb. Qazi olmadığını bildirən İmran Lalayev buna etiraz edib.

Avrasiya.net “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Bakıdakı teatrlardan birinin aktyoru olan İmran Lalayev 2013-cü ildə - 21 yaşında qatar qəzasında hər iki ayağını itirdiyini bildirib. Bundan sonra isə protez ayaqla hərəkət etməyə başlayıb.

O deyir ki, işdən çıxıb metronun "Həzi Aslanov" stansiyasından "Koroğlu" stansiyası istiqamətinə getdiyi zaman onun xəbəri olmadan tanımadığı şəxs videosunu çəkərək Tik-Tok sosial şəbəkəsində paylaşıb. Paylaşan şəxs həmin videonun üzərinə isə qazilərə həsr olunan mahnını montaj edib. Videoda istifadəçilər onun qazi olması ilə bağlı şərhlər yazıblar.

Məsələndən xəbər tutan İmran Lalayev və dostları videonun silinməsi ilə bağlı şərhlər yazıblar. Ancaq heç bir faydası olmayıb.

İmran Lalayev icazəsini almadan onun videosunu çəkib paylaşan şəxsi məhkəməyə verəcəyini deyib.
Bakıda şagirdlər müəllimi döyüb?Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəbdə şagirdlərin müəllimi döyməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumatlar əsassızdır.

Avrasiya.net xəbər verir ki, bu barədə adı çəkilən təhsil müəssisəsi məlumat yayıb.

"Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır" - məlumatda bildirilib.
“Omicron”un qeyri-adi xüsusiyyətləri AÇIQLANDI“Omicron ştamı xəstənin bədənində olduğu müddətdə COVID-19-un digər variantları ilə birləşmək qabiliyyətinə malikdir”.

Avrasiya.net-in məlumatına görə, bunu Rusiyanın Fundamental Tərcümə Tibb Mərkəzinin Yüksək Təhlükəli İnfeksiyalar Laboratoriyasının rəhbəri, virusologiya üzrə professor Aleksandr Çepurnov bildirib.

Professorun sözlərinə görə, omicron ştamı, ehtimal ki, soyuqdəymə ilə əlaqəli başqa bir virusun kiçik bir hissəsini götürüb: “Təkcə mutasiyanın çoxluğu ilə deyil, həm də daxilindəki əlavənin olması faktı omicron variantını əhəmiyyətli dərəcədə fərqləndirən amildir”.

Virusoloq qeyd edib ki, omicron ştamında başqa bir virus parçasının olması onun genetik materialı koronavirusun digər variantları ilə mübadilə etmək qabiliyyətinə sübut ola bilər.

Məlumat üçün bildirək ki, Kiprdə delta və omicron ştamlarının hibridi olan koronavirusun yeni variantı aşkar edilib.
Rusiyadan etiraf: MDB-də təsirimizi artırırıq!Rusiyanın digər ölkələrlə inteqrasiyası və MDB dövlətləri arasında təsirini gücləndirməsi Vaşinqtonu qorxudur.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Adalbi Şxaqoşev deyib.

“Ölkələr arasında inteqrasiya ildən ilə dərinləşir, ABŞ isə bundan qorxur. Bu inteqrasiya praktik həyat baxımından tamamilə adekvatdır, obyektivdir və realdır – həm mədəni, həm siyasi, həm də müdafiə baxımından”, - Şxaqoşev Blinkenin açıqlamasına cavabında bildirib.

Deputat əlavə edib ki, Rusiyanın MDB ölkələri arasında təsiri yaxşı mənada artacaq və Vaşinqtonu da həyəcanlandıran məhz budur. Çünki ABŞ üçün indi daha güclü və çətin olacaq:

“Rusiyanın MDB ölkələri içərisində təsirinin güclənməsi sözün yaxşı mənasında olacaq: bu təsir obyektiv əlaqələrdir – infrastruktur, dil, ənənə... Blinkeni də narahat edən odur ki, ABŞ hər keçən gün keçmiş Sovet İttifaqı ölkələrinə təsiri itirəcəklər, buna kimsənin şübhəsi olmasın”.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində Rusiyanın Sovet İttifaqı dövründə mövcud olan nizamı bərpa etməyə “çalışdığını” bildirmiş və bunun Vaşinqton üçün qəbuledilməz olduğunu vurğulamışdı.
Nyu Yorkda yanğın: 19 nəfər öldüABŞ-ın Nyu York şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 54 nəfər xəsarət alıb.

Avrasiya.net xəbər verir ki, bu barədə NY1 telekanalı məlumat yayıb.

Məlumata görə, 54 nəfər xəsarət alıb, onlardan 31-nin vəziyyəti ağırdır.

Alov üçüncü mərtəbədən başlayıb və 19-cu mərtəbəyə çatıb.

***

Nyu Yorkda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında azı 19 nəfər ölüb.

Bu barədə AP məlumat yayıb.

Ölənlər arasında 9 uşaq da var.