Xaçmazda 36 yaşlı kişi güllələndiXaçmaz rayonunda güllələnmə olub. Xaçmaz rayon Prokurorluğundan verilən məlumata görə, yanvarın 8-i saat 21 radələrində Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini 1986-cı il təvəllüdlü Cavid Mahmudova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin "qəsdən adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi başlanıb.

Nail Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
"Qazaxıstanda baş verənlər çoxdan hazırlanıb""Qazaxıstanda indi baş verən hadisələr çoxdan hazırlanıb".

Avrasiya.net xəbər verir ki, bu sözləri bu gün keçirilən KTMT iclasında Qazaxıstan Prezidenti Tokayev deyib.

Prezident bildirib ki, Qazaxıstana qarşı təcavüzdə xarici silahlılar iştirak edib:

“ Almatı və doqquz regional mərkəz terrorçuların əlində idi. Terrorçuların əsas məqsədi konstitusiya quruluşunu sarsıtmaq olub. Silahlılar iki hərbçinin başını kəsiblər. Qazaxıstanda baş verənləri KTMT-nin inkişafında dönüş nöqtəsi adlandırmaq olar”.
İran və Azərbaycanın Araz çayından istifadə üçün birgə planları var - İranlı rəsmiİran və Azərbaycan arasında sərhəd çaylarından birgə istifadə sahəsində çox yaxşı əməkdaşlıq mövcuddur.

Bunu açıqlamasında İranın energetika nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Məhəmməd Əli Fərəhnakian deyib.

M.Fərəhnakianın sözlərinə görə, İran və Azərbaycan arasında sərhəd çaylarından birgə əməkdaşlıq 50 ildən çoxdur ki, davam edir. Məsələn, bu çərçivədə Araz çayı üzərində Araz və Mil-Muğan su anbarları inşa edilib və uzun illərdir ki, istifadədədir: “İki ölkənin Araz çayının potensialından maksimum şəkildə istifadə etmək üçün birgə planları var. İki dövlət arasında təsdiqlənən memoranduma əsasən, "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları inşa olunub. Bu hidroqovşaqlar Araz çayının suyunu tənzimləməklə yanaşı, su elektrik stansiyalarının (SES) da tikilməsinə şərait yaradıb. Bu əsasda iki ədəd SES İran şirkəti tərəfindən tikiləcək və vəsait hər iki dövlət tərəfindən ödəniləcək”.

İranlı rəsmi deyib ki, son vaxtlar İranın energetika naziri Əli Əkbər Mehrabian İranın Azərbaycanda istilik elektrik stansiyası inşa etməyə hazır olduğunu elan edib.

"Bununla əlaqədar Azərbaycan ərazisində stansiyanın inşa olunması üzrə araşdırmalar aparılacaq. Bu istilik elektrik stansiyasının elektriki birgə şəkildə istifadə ediləcək. İranın elektrik stansiyalarının tikilməsi üzrə beynəlxalq səviyyəli potensialı var", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanla İran sərhədində Araz çayı üzərində "Qız Qalası" və "Xudafərin" hidroqovşaqları 1,6 milyard kubmetrdən çox su tutumuna malikdir. Həmçinin, SES-lərin ümumi qoyuluş gücü 280 MVt olacaq. Bu hidroqovşaqlar və su elektrik stansiyaları Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradacaq.
Nazarbayev Nur-SultandadırQazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev hazırda paytaxt Nursultandadır

Bu barədə onun mətbuat katibi Aidos Ukibay bildirib.
“Xahiş edirəm, bilərəkdən yalan və spekulyativ məlumatlar yaymayın. "Elbaşı" bir sıra məşvərətçi görüşlər keçirir və Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevlə birbaşa təmasdadır. O, hazırkı çağırışların öhdəsindən gəlmək və ölkəmizin bütövlüyünü təmin etmək üçün hər kəsi Qazaxıstan Prezidentinin ətrafında birləşməyə çağırır" -, mətbuat katibi qeyd edib.

O, həmçinin bildirib ki, Nazarbayev dost dövlətlərin başçıları ilə telefon danışığı aparıb.

Qeyd edək ki, Nazarbayevin ailəsi ilə birlikdə ölkədən çıxdığı iddia edilirdi.
"Aksiyalar Tokayevin şəxsi maraqlarına xidmət edib"Siyasətçilər və ekspertlər Qazaxıstanda baş verən olaylarla bağlı bir neçə suala cavab axtarırlar. Sosial tələblərlə başlanan etiraz aksiyalar sonradan iğtişaşlara çevrildi. Bunun arxasında ABŞ, Rusiya və yaxud başqa bir ölkə dayanıb?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Azerforum.com-a bildirib ki, Qazaxıstana xarici müdaxilə ilə bağlı hər hansı bir məlumat yox idi, proses daxildən başlandı:

“İnsanlar qazın qiymətinin qalxması ilə bağlı etiraz aksiyalarına çıxdılar. Dərhal hökumətin istefası şübhəli görünsə də, bu etirazçıları sakitləşdirmədi. Niyə şübhəli? Çünki heç bir ölkədə etiraz aksiyaları başlayan kimi, hökumət bütün tərkibdə istefaya getmir. Fikrimcə, bu diqqətçəkən məqamdır. Daha sonra qazın qiymətinə yenidən baxılmasına razılıq verildiyinə baxmayaraq, aksiyalar nəyinki dayanmadı, əksinə, daha da radikal formaya keçdi”.

Nizami Verdiyev vurğulayıb ki, Qazaxıstandakı hadisələr klanlar arası toqquşmanın nəticəsindən baş verib:

“Nazarbayev prezident kürsüsündən getməsinə baxmayaraq, bütün hakimiyyət strukturlarına nəzarət edirdi. Bu da artıq güclənən prezident Tokayevin xoşuna gəlmirdi. Tokayev öz adamlarını əsas vəzifələrə gətirə bilmirdi. Artıq maraqlar toqquşurdu”.

ALDP rəsmisinin sözlərinə görə, Tokayev, qazın qiymətinin qalxmasına etiraz edənlərin küçələrə çıxmasından, öz şəxsi maraqlarına uyğun istifadə etmək istəyib. Nazarbayev təcrübəli siyasətçi olduğundan, bunu görərək Qazaxıstan lideri postundan istefa verir. Hökumətin bütün tərkibdə istefayə getməsi, Tokayevi artıq idarə olunmayan kütlə ilə üz-üzə qoyur:

“Artıq polis və digər hüquq-muhafizə organların əməkdaşlarının etirazçıların tərəfinə keçməsi, Tokayevi öz hakimiyyətini qorumaq üçün, KTMT-yə müraciət etməsinə məcbur etdi”.

Nizami Verdiyevin sözlərinə görə, ABŞ-ın hadisələrə “soyuq” bəyanat verməsi, onu göstərdi ki, Qazaxstanda baş verənlər onlar üçün gözlənilməz idi.
General intihar edibQazaxıstanda Jambul vilayətinin polis idarəsinin rəisi general Janat Suleymenov dünyasını dəyişib.
Bu barədə Sputnik Qazaxıstan-a departamentdən məlumat verilib.

Avrasiya.net xəbər verir ki, bu arada yerli media və telekanallarının məlumatına görə, ölkəni bürümüş iğtişaşlar fonunda generala qarşı cinayət işi açılıb, o, tribunalla hədələnib.

General Tarazda baş verən iğtişaşlar zamanı hərəkətsizlikdə ittiham olunduqdan sonra intihar edə bilər.

Maraqlıdır ki, bir neçə gün əvvəl 59 yaşlı Süleymenov rayona komendant təyin edilib.
Azərbaycanda universitet tələbəsi vəfat etdiLənkəran Dövlət Universitetinin (LDU) tələbəsi vəfat edib.

Bu barədə LDU-nun mətbuat katibi Esmira İsmayılova məlumat verib.

Qeyd olunub ki, LDU-nun "Tarix-coğrafiya və incəsənət" fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisasının V A qrupunun tələbəsi Maral Anar qızı Quluzadə uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.

Bildirilib ki, Lənkəran Dövlət Universitetin rəhbərliyi tələbə M.Quluzadənin vaxtsız vəfatından hədsiz kədərləndiyimizi bildirir, LDU-nun professor-müəllim-tələbə heyəti adından mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin...
DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQDövlət Təhlükəsizliyi Xidməti (DTX) saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq edib.

Avrasiya.net xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

"Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir. Belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür.

Qeyd edək ki, DTX-nin rəsmi internet saytı olan “//www.dtx.gov.az/az/” və “Facebook”, “Twitter”, “İnstagram”, “Youtube”da “//www.facebook.com/DTXAzerbaijan”, “//twitter.com/DTX_Azerbaijan”, “//www.instagram.com/azerbaijandtx/”,
“//www.youtube.com/c/DTXofficialchannel/” səhifə və kanalları fəaliyyət göstərir və DTX-yə aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir. Həmçinin xüsusi vurğulayırıq ki, DTX-nin sosial şəbəkələrdəki rəsmi səhifələri “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” administrasiyaları tərəfindən verilmiş və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir.

Bununla yanaşı bildiririk ki, sosial şəbəkələrdə DTX-nin rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.

Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nin fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nin rəsmi internet resurslarından əldə olunmalıdır", - məlumatda qeyd edilib.
"Sülhməramlıların Qazaxıstanda olması Qərbi hiddətləndirdi""Mərkəzi Asiya regionunda Qazaxıstan Qərb dövlətlərinin, Avropa İttifaqının, ABŞ-ın marağındadır. KTMT sülməramlı qüvvələrinin Qazaxıstanda olması Qərb dövlətlərini hiddətləndirdi”.

Modern.az xəbər verir ki, bu barədə Nazarbayevin müşaviri Yermukhamet Yertysbayev deyib.

Müşavir bildirib ki, onlar buraya 376 milyard dollar sərmayə qoyublar:

"Buna görə də KTMT qoşunlarının yeridilməsi indi bütün Qərbi hiddətləndirdi. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hər şeyi düzgün edir və keçmiş dövlət başçısı Nursultan Nazarbayev onu ən layiqli adlandıraraq, səhv etməyib”.
Mixaylov: Erməni quldurlar Qazaxıstanı qarət edirErmənistan hərbçiləri Qazaxıstandakı vəziyyətdən öz eqoist məqsədləri üçün istifadə edirlər.

Axar.az xəbər verir ki, bu fikirləri rusiyalı analitik Yevgeni Mixaylov paylaşıb.

"Belə ki, Qazaxıstanın “Xəbər 24” telekanalı Uralsk şəhərində nəzarət-buraxılış məntəqəsində erməni nömrəli avtomobilin saxlanıldığını, sərnişinlərinin silahlı olduğunu bildirib. Maşında gözyaşardıcı qaz və soyuq silahlar olub. Bundan başqa, yük yerindən 50 ədəd mobil telefon, 6 ədəd planşet, 23 dəst smart saat və xüsusi maqnit etiketləri olan bir çanta paltar aşkar edilib.

Saxlanılanların sözlərinə görə, onlar iğtişaş zamanı əşyalar, smartfonlar və digər avadanlıqlar oğurlayıblar. Bu, ilk növbədə, bəzi şəxslərin ölkədə hökm sürən xaosdan sui-istifadə edərək, quldurluqlarda iştirak etmək fikrinə düşdüyünü göstərir. Onlar hər yerdə, o cümlədən Rusiyada da fəaliyyətdə olan quldurlardır”, - Mixaylov bildirib.