Qazaxıstanda iğtişaşı ABŞ qrantları yaratdı - RasmussenAmerikanın Qazaxıstanın qeyri-kommersiya təşkilatlarına demokratiyanın inkişafı üçün ayırdığı qrantlar bu ölkədəki hazırki etirazların təşkilində müəyyən rol oynaya bilər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Avrasiya Mərkəzinin vitse-prezidenti Erl Rasmussen deyib.

“Görünür, amerikan fondları və xarici qeyri-kommersiya təşkilatları çətin durumda olan ölkədə yaxşı iş icra etdilər. Britaniyanın 85-dən çox qeyri-kommersiya təşkilatı Qazaxıstanda fəaliyyətdədir və vətəndaş cəmiyyəti və hüququn aliliyi üçün kifayət qədər vəsait ayırır. ABŞ və Avropa ölkələrinin maliyyələşdirdiyi vətəndaş cəmiyyəti təşkilatlarının sayının 38 min olduğu deyilir”, - deyə Rasmussen bildirib.
Mobil nömrə ilə şəxsi məlumatlar, o cümlədən fotolarınız oğurlana bilərFırıdaqçılar mobil nömrəni bilməklə demək olar ki, istənilən şəxsi məlumatı - soyad və ad, yaşayış yeri, bank hesabına giriş, hətta fotoşəkilləri əldə edə bilərlər.

Bu barədə Rusiyada “İnfosistemı Jet” şirkətinin “Jet CSIRT” İnformasiya Təhlükəsizliyi Monitorinqi və İnsidentlərə Müdaxilə Mərkəzinin analitiki İqor Fits xəbərdarlıq edib.

Fitsin sözlərinə görə, bu ona görə baş verir ki, istifadəçilər nömrəni tətbiqlərə bağlamalı olur. Halbuki bu proqramların çoxunda müştərilərin şəxsi məlumatlarının qorunmasına məhəl qoyulmur.

“Bəzən onlar sızaraq “DarkNet”ə düşür və oradan da fırıldaqçıların əlinə keçir”, - deyə Fits əlavə edib.

Ekspert hesab edir ki, şəxsi məlumatları internetdə dərc etməyə dəyməz - bu, təkcə istifadəçini deyil, həm də onun yaxınlarını təhlükə altına qoyur.

Mınbə: Praym
Qazaxıstan hökuməti ölkəyə tam nəzarəti bərpa edibQazaxıstanda dövlət orqanlarının bütün binaları ölkə hakimiyyətinin nəzarətinə götürülüb. Bu barədə Sputnik Qazaxıstan xəbər verir.

"Hazırda dövlət qurumlarının bütün binaları nəzarətə götürülüb. Patrul polisi ictimai asayişi təmin edir. Döyüş bölmələri normal fəaliyyət göstərir. 102 xidməti fəaliyyət göstərir. Hər gün növbətçilərin pultlarına orta hesabla 1200-dən çox zəng daxil olur”, - agentliyin Telegram-kanalında deyilir.
Qazaxıstanda Nur-Sultan aeroportu fəaliyyətini bərpa edibQazaxıstanda Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.

Bu barədə “TASS” xəbər verir.

Qeyd olunub ki, hava limanının girişində hərbi keçid məntəqəsi yaradılıb, lakin daxil olan avtomobillərdə axtarış aparılmır. Hava limanının girişində vətəndaşlardan aviabilet və ya xidməti vəsiqələrini təqdim etmələri xahiş olunur.

Vətəndaşların yoxlanılması hərtərəfli, lakin tez bir zamanda aparılır. Aeroportda polis əməkdaşlarından başqa bir neçə hərbçi və kinologlar da var. Nur-Sultana uçuşlar olmadığı üçün gəliş zalı işləmir.

NATO baş katibi: "4 ölkənin daxil olması üçün alyansın qapıları açıqdır"NATO-nun qapıları təkcə Ukrayna və Gürcüstan üçün deyil, Finlandiya və İsveç üçün də açıq qalmalıdır".

"Report" xəbər verir ki, bu sözləri alyansın baş katibi Yens Stoltenberq NATO xarici işlər nazirlərinin onlayn görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Stoltenberq bildirib ki, NATO-nun genişlənməsi bütün Avropada azadlıq və demokratiyanın yayılmasına gətirib çıxarır, ona görə də bu proses davam etməlidir.

NATO baş katibi adlarını çəkdiyi 4 ölkənin alyans üçün dəyərli tərəfdaş olduğunu da əlavə edib.

Sumqayıtda xəstəxanada yanğın: 15 nəfər zəhərləndiSumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

***

Sumqayıtda xəstəxanada yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

Sumqayıt şəhərində ümumi sahəsi 4280 m² (hər mərtəbəsi 1070 m²) olan mansarda tipli dördmərtəbəli xəstəxana binasının birinci mərtəbəsində otağın və dəhlizin yanar konstruksiyaları 134 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Yanğın zamanı xəstəxananın yerləşdiyi mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 32 nəfər (xəstə) xilas edilib, 49 nəfər (xəstə və personal) təhlükəsiz əraziyə təxliyə olunub. Xilas edilənlərdən 15 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən digər xəstəxanaya aparılıb.

Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Terrorçularla danışıq olmayacaq, onları öldürəcəyik!Hakimiyyət terrorçularla danışıqlar aparmayacaq, çünki onlar hərbçi, polis və adi vətəndaşları öldürüblər.

Bu sözləri Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Tvitter səhifəsində yazıb.

“Onlar gənc əsgərləri döyüb və öldürüblər. Administrativ binaları yandırıblar, evləri və mağazaları talan ediblər, adi vətəndaşları öldürüblər, gənc qadınlara təcavüz ediblər. Düşünürəm ki, terrorçularla danışıqlar olmayacaq, onları öldürməliyik”, - deyə Tokayev bildirib.
Bakıda mənzillərin qiymətində ucuzlaşmaBakıda həm təkrar, həm də ilkin mənzil bazarında illik ifadədə qiymətlər ucuzlaşıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “MBA Consulting Group” şirkətindən məlumat verilib.

Lakin aylıq ifadədə qiymətlərdə bahalaşma müşahidə edilib.

2021-ci ilin dekabr ayında təkrar mənzil bazarında mənzillərin orta qiyməti 2,37 faiz bahalaşıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,87 faiz ucuzlaşma müşahidə edilib.

İlkin mənzil bazarında dekabr ayında 0,39 faiz bahalaşma, illik müqayisədə isə 8,82 faiz uculaşma qeydə alınıb.