Saxta FHN polkovniki Türkiyədə bu məmuru da aldadıbmışXəbər verdiyimiz kimi, özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədli ötən ilin noyabrından beynəlxalq axtarışa verilib.

Modern.az-ın məlumatına görə, özünü ötən il Türkiyədə baş vermiş yanğınların söndürülməsində böyük şücaət göstərmiş kimi qələmə verən Rasimin qardaş ölkədə daha bir məmuru aldatdığı üzə çıxıb.

Belə ki, əvvəllər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunmuş Rasim Əhmədli, ötən ilin avqust ayında Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaşla görüşüb və özünü yenə FHN-in polkovniki kimi təqdim edərək, ona hədiyyə də verib. Axtarışda olan Rasim, bələdiyyənin kanalına müsahibəsində yanğınların söndürülməsi zamanı dronları idarə etdiyini bildirərək yalan danışıb.

Bu arada DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Rasimin əməlləri ilə bağlı maraqlı şərhi ilə diqqət çəkib.

“Ona kim salam veribsə, aldadıb. Kim inanıbsa, zərər çəkib. Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib” - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, FHN də həmin şəxsin nazirlikdə işləmədiyini açıqlayıb.

Sülhməramlılar Qazaxıstana daimi yerləşdirilir?KTMT sülhməramlıları Qazaxıstanda daimi yerləşdirilə bilər.

Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov danışıb.

O qeyd edib ki, belə bir qərarı dəstəkləyir:

“Belə bir qərar olsa, mən onu ancaq alqışlayacam. Ölkələrimizin təhlükəsizliyi daim təhdid altındadır, bizim hər zaman gücümüzü sınayırlar".
Lotu Qulinin dostundan Qazaxıstan mesajı...Kriminal dairələrdə Arman Dikiy kimi tanınan qazax avtoritet Arman Cumaqaldıyev Qazaxıstana uçaraq etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində canlı yayımda bildirib.

Onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başındadır.

Arman Dikiy bildirib ki, etirazçılar arasında araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb.

“Bu mitinqdir? Bu, xaos, anarxiyadır”, - kriminal avtoritet qeyd edib.

Arman Dikiy Qarabağdakı 44 günlük müharibə zamanı da gündəmə gəlmişdi. O, Ermənistanla müharibədə Azərbaycan ordusuna dəstək vermişdi.

“Allah Dağlıq Qarabağda Azərbaycana, bütün türklərə zəfər versin”, - Arman Dikiy demişdi. O, bundan sonra üzərində türk dövlətlərinin: Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın bayraqlarının təsvir olunduğu tortu kəsmişdi.

Arman Dikiy məhrum azərbaycanlı qanuni oğru Lotu Qulinin (Nadir Səlifov) dostu idi.