"Etiraz aksiyaları heç də qazax xalqının xeyrinə nəticələnməyəcək"Qazaxıstanda yaşanan son olayların təkcə dünyanın deyil, həm də bizim və Türkiyənin diqqət mərkəzində olması tamamilə təbiidir. Çünki Qazaxıstan Türk Dövlətləri Təşkilatının (TDT) əsas üzvlərindən biri sayılmaqla yanaşı, həm də real türk birliyinin yaranmasında Orta Asiyanın digər respublikaları ilə müqayisədə daha çox maraqlı olması ilə diqqət çəkir. Bu ölkə soykök, milli mənsubiyyəti etibarilə bizə ən yaxın ölkələrdən biri hesab olunur və son 30 ildə Qazaxıstan Azərbaycana qarşı hər zaman isti münasibət bəsləyən bir ölkə kimi digərlərindən fərqlənib. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyulması istiqamətində mübarizəmizdə də Qazaxıstan həmişə birmənalı olaraq Azərbaycanın yanında olub. Əlbəttə, bütün bu qeyd etdiklərimizdə Qazaxıstanın qurucu lideri və birinci prezidenti Nursultan Nazarbayevin müstəsna rolu və xidmətləri danılmazdır. Odur ki, bizim bu gün bu qardaş ölkədə cərəyan edən prosesləri yaxından və həm də narahatlıq hissilə izləməyimiz də anlaşılandır.

Əvvəlcə sosial-iqtisadi tələblərlə başlayan, lakin sonradan siyasi tələblərlə əvəzlənən və eyni zamanda xaotik, dağıdıcı prosesə çevrilən etiraz aksiyalarının sonrakı ağır fəsadlarına görə narahatlıq keçirməmək mümkünsüzdür. Zorakılıqla, yanğınlarla, atışma və toqquşmalarla müşayiət olunan bu aksiyalar artıq çoxdan dinc aksiya məcrasından kənara çıxıb və hazırda dövlətçiliyə, milli müstəqilliyə, suverenliyə zərər verə biləcək istiqamətə yönəlir. Bu mənada ATƏT sədrinin aksiya iştirakçılarına çağırışla müraciət etməsi və zorakılığın problemləri həll etməyəcəyini bildirməsi tamamilə düzgün dəyərləndirmədir. Ona görə də ATƏT sədri haqlı olaraq Qazaxıstan hökumətini də, aksiya iştirakçılarını da vəziyyətin deeskalasiyasına çağırdı. Biz də çox istərdik ki, bu qardaş ölkədə iğtişaşlar getdikcə daha dramatik hal almadan tezliklə başa çatsın. Çünki hədəfləri və tələbləri tez-tez dəyişən idarəolunmaz kütlənin dağıdıcı enerjisi sonda ya dövlətçiliyin tamamən süqutuna gətirib çıxara, yadaki Qazaxıstanın kənar qüvvələrdən, qonşuluqdakı supergüclərdən (Çin və Rusiya) asılı vəziyyətə düşməsi ilə nəticələnə bilər. Təki bu hadisələr sonda Putinin Belarus kimi Qazaxıstanı da Rusiyadan asılı vəziyyətə salması ilə nəticələnməsin. Amma nəticələnə bilər. Belə bir təhlükəli vəziyyət və ya perspektivlər mövcuddur. Odur ki, bizim ölkədəki bəzi radikal siyasi qüvvələrin Qazaxıstanda hökumətin istefaya göndərilməsinə, Almatıda prezident iqamətgahının, digər inzibati binaların yandırılmasına sevinmələri sadəcə və sadəcə təəssüf hissi doğurur. Məsələyə bu qədər dar çərçivədən yanaşmaq heç də sağlam siyasi təfəkkürün əlaməti deyil.

Əgər kənar qüvvələr, üçüncü tərəflər Qazaxıstanda baş verən hadisələrə bu və ya digər şəkildə müdaxilə etməyə, prosesləri öz geosiyasi maraqlarına uyğun məcraya yönəltməyə başlasalar, o zaman bu hadisələr, bu etiraz aksiyaları heç də qazax xalqının xeyrinə nəticələnməyəcək. Bu, gün kimi aydın görünən bir məsələdir. Biz başa düşməliyik ki, son illərdə türk birliyi istiqamətində olduqca əhəmiyyətli addımlar atan Qazaxıstan kimi bir ölkəni tutduğu hazırkı yolundan döndərmək, sapdırmaq istəyən, onu “satellit” ölkə halına gətirmək istəyən böyük güclər var. Nazarbayevin türk birliyinə inteqrasiya istiqamətində atdığı addımlar bu ölkənin böyük qonşularını heç də məmnun etmirdi. Onlar Qazaxıstanın Qərbyönümlü və Turan birliyinə hədəflənmiş kursunu əngəlləmək üçün daim mümkün yollar axtarır, uyğun məqam gözləyirdilər. Bu baxımdan son günlər Qazaxıstanda baş verən proseslər qonşuların (Çin və Rusiyanın) geosiyasi, geoiqtisadi maraqlarını gerçəkləşdirmələri üçün əlverişli fürsət kimi görünür.

Belə bir kritik və mürəkkəb vəziyyətdə biz Qazaxıstanda baş verənlərə sevinməkdənsə, əksinə, dua etməliyik ki, hər şey qazax xalqı üçün, qazax dövlətçiliyi üçün tezliklə müsbət nəticələrlə başa çatsın və ölkədə sabitlik bir an öncə bərpa olunsun. Əlbəttə, Qazaxıstanın inkişaf etmiş güclü və demokratik bir türk dövlət kimi beynəlxalq arenada söz sahibinə çevrilməsi Azərbaycanın da maraqlarına uyğundur. Biz proseslərə məhz bu yöndən yanaşmalıyıq və ilk növbədə bu dost ölkənin sabitliyinə önəm verməliyik. Qardaş qazax xalqı gerçəkdən də sülh və əmin-amanlıq şəraitində, rifah içində yaşamağa layiq xalqdır. İnanırıq ki, bu belə də olacaq. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gəlmək imkanları, aksiya iştirakçılarının sosial-iqtisadi məzmunlu tələblərinin yerinə yetirilməsi üçün kifayət qədər resursları da var. Həm hakimiyyətin, həm də qazax xalqının sağlam düşüncəyə əsaslanaraq kompromisə gəlməsi son nəticədə Qazaxıstanın qalib gəlməsi deməkdir. Ümid edirik ki, sonda belə də olacaq, bu dost və qardaş ölkədə asayiş ən qısa müddətdə bərqərar olacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Prezident və xanımı məscidin AÇILIŞINDAAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.

Avrasiya.net xəbər verir ki, məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan, məscidə üz tutanlar məcbur qalıb açıq havada ibadət edirdilər. Odur ki, qəsəbədə daha müasir və geniş məscid kompleksinin tikintisinə ehtiyac yaranmışdı.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, məscid kompleksi üçün müasir konsepsiya hazırlanıb və yeni bina inşa olunub.

İndi isə məsciddə, eyni zamanda, 1800 nəfərin ibadət etməsi mümkün olacaq. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub. Buraya ağac materialından hazırlanmış şəbəkələr də daxildir.

Məscid kompleksinin diametri 4 metr və hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir.

Kompleksə dindarların dəstəmaz alması, dini ayinlərin keçirilməsi üçün xüsusi binalar da daxildir.

Məsciddə mərkəzləşdirilmiş havalandırma sistemi yaradılıb, ətraf ərazi yaşıllaşdırılıb.

Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin müasir kompleksinin istifadəyə verilməsi bir daha sübut edir ki, İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ölkəmizdə dövlət siyasətinin vacib tərkib hissələrindəndir.
Azərbaycanda bu səfirliyin qadın katibi qəzaya düşdüYaponiyanın Azərbaycandakı səfirliyinin qadın katibi qəzaya düşüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda qeydə alınıb.

Belə ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin II katibi Yumi Kitanonun idarə etdiyi "Nissan" markalı avtomobillə Bakı Bus MMC-nin 211 saylı xətt avtobusu toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
"FHN polkovniki" beynəlxalq axtarışa verildiÖzünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədlinin beynəlxalq axtarışa verildiyi məlum olub.

Avrasiya.net xəbər verir kii, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov Report-a açıqlamasında R.Əhmədlinin əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşadığını bildirib. Onun sözlərinə görə, R.Əhmədli 2021-ci ilin noyabr ayından dələduzluq maddəsi ilə beynəlxalq axtarışa verilib:

“Rasim Əhmədlinin yerinin müəyyən edilib saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

Xatırladaq ki, Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktay sosial şəbəkədə etdiyi paylaşımda bildirib ki, 2021-ci ilin avqust ayında Türkiyədə baş verən meşə yanğınları zamanı Azərbaycanın FHN-nin polkovniki Rasim Əhmədli rəhbərlik etdiyi heyətlə Marmarisə gələrək təbii fəlakətlə mübarizə aparıb. M.Oktay həmin şəxslə yenidən görüşdüyünü yazıb. Bələdiyyə sədri özünü FHN polkovniki kimi təqdim edən şəxə plaket təqdim edib və görüşdən çəkilən fotoları sosial şəbəkə səhifəsində paylaşıb.

Bələdiyyə sədrinin paylaşımından sonra Türkiyə mətbuatı məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, heç bir mənbədə Azərbaycan FHN-də Rasim Əhmədli adlı şəxsin işlədiyinə dair məlumat yoxdur.

FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib ki, həmin şəxs nazirlikdə işləmir.
Çörəklərin bugünkü qiyməti - SiyahıUnun qiyməti bahalaşsa da, bir neçə gündür marketlərdə çörək köhnə qiymətə satılırdı. Lakin ötən gün bəzi çörəkbişirmə sexləri çörəklərin qiymətinin bugündən bahalaşacağını elan etmişdi.

Bəs, çörəklər bahalaşıbmı?

Axar.az bu gün səhər saatlarında iri marketlərdə satılan çörəyin qiymətlərini təqdim edir:

- 500 qramlıq və 50 qəpiyə satılan “Bakıxanov” və “Binə” zavod çörəyinin çəkisi hazırda 650 qram olub, çəkisi dəyişdiyi üçün qiyməti də 65 qəpiyə qalxıb.

Dilimlənmiş zavod şörəyinin qiyməti qalxmayıb - 55 qəpikdir.

Dilimlənmiş və kəpəkli “Baton” çörəklərinin də qiyməti qalxmayıb. Əvvəlki qiyməti ilə 70 qəpiyədir.

Dilimlənmiş qara “Borodino” və “N1” çörəyi də 75 qəpikdir, qiyməti dəyişməyib.

Marketlərdə qara təndir çörəyi 65 qəpik, ağ təndir çörəyi də 70 qəpikdə qalıb.

Təndirxanalarda isə təndir çörəyinin qiyməti 60-75 qəpik arasında dəyişir.
Xüsusi təyinatlılar prezident iqamətgahını mühasirəyə alıbPolis gecə saatlarında inzibati binalara və Almatı Polis İdarəsinə hücum edildiyini bildirib. Onlarla hücumçu zərərdizləşdirilib və onların şəxsiyyəti müəyyənləşdirilir.

Bu barədə TASS-ın yaydığı məlumatda bildirilir.

Bildirilir ki, paytaxt Nur-Sultanda vəziyyət sakitdir, etiraz aksiyası yoxdur.

Nəqliyyat işləsə də, prezidentinin iqamətgahı xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.

Almatıda polis binasına hücum: onlarla ölü varYanvarın 5-dən 6-na keçən gecə etirazçılar Almatı Polis İdarəsinin binasını ələ keçirmək məqsədilə hücuma keçiblər.

Bu barədə Almatı polisi məlumat yayıb.

“Ötən gecə silahlılar inzibati binalara, Almatıda polis idarəsinə, həmçinin rayon və polis idarələrinə hücuma cəhd göstərib. Onlarla silahlı şəxs öldürülüb”, - Almatı polis departamentinin rəsmi nümayəndəsi Səltənət Azirbek deyib.
Ermənistan prezidenti: "İstefa verə bilərəm, amma..."Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib ki, ölkədə yeni Konstitusiya qəbul olunarsa, istefa verə bilər. O, bu barədə “The Spectator world”a müsahibəsində deyib.

Nəşr qeyd edir ki, prezidentin dəstəklədiyi konstitusiya islahatları digər məsələlərlə yanaşı, erməni diasporu üçün “qapıların açılmasını” nəzərdə tutur. Həmçinin qeyd olunur ki, diaspordan istedadlı ermənilərin Ermənistana cəlb edilməsi bir sıra maneələrlə üzləşir. Nəşr yazır ki, Konstitusiya dəyişdirilərsə, yeni əsas qanun növbəti prezident seçildikdən sonra fəaliyyətə başlayacaq.

“Ermənistanın prezidenti olmaq mənim həyatımda ən böyük şərəfdir. Ancaq hörmət hiss etmək üçün bu vəzifəni tutmağa razı olmadım. Mən Ermənistana xidmət etməyə gəlmişəm. Əgər biz yeni Konstitusiya qəbul etsək, onun icrasına və ölkənin tərəqqisinə hansısa şəkildə mane ola bilsə, mən bu vəzifədə bir saniyə belə qalmayacağam”, - deyə prezident bildirib.
“Qəhrəman” Rasim Əhmədli kimdir?Məlum olduğu kimi, Rasim Əhmədli adlı şəxs özünü Fövqəladə Hallar Nazirliyinin polkovniki kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin rəhbəri Mehmet Oktay ilə görüşüb, ona hətta FHN rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun adından hədiyyə də təqdim edib.

O, görüş zamanı ötən ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN əməkdaşı olaraq şücaət göstərdiyini bildirib və buna görə bələdiyyə sədri tərəfindən təltif edilib. Rasim Əhmədli bələdiyyə rəhbərliyini aldatsa da, onun yalanı çox çəkməyib. Artıq FHN də məsələ ilə bağlı açıqlama yayaraq belə bir şəxsin qurumun əməkdaşı olmadığını təsdiqləyib.

Bəs, uydurduğu yalanla sosial şəbəkələrdə müzakirə olunan Rasim Əhmədli əslində kimdir?

Avrasiya.net Qafqazinfo-ya istinadən xəbər verir ki, Əhmədli Rasim İkram oğlu 1981-ci ildə Mingəçevirdə anadan olub. O, ötən il özünü Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin Gənclər Təşkilatının sədri kimi təqdim edib. İddia edib ki, qazidir və birinci Qarabağ müharibəsində iştirak edib.

Rasimin iddiasına görə, 11 yaşında (!) könüllü olaraq birinci Qarabağ savaşında Bakı batalyonunun tərkibində döyüşlərdə iştirak edib və 1994-95-ci illərdə yaralanıb.

Rasimin yalanlarına gəlincə, bu, onun ilk belə əməli deyil. O, bir müddət əvvəl Ukraynanın paytaxtı Kiyevdə də insanların etibarından sui-istifadə edərək bir neçə azərbaycanlıdan qazi adıyla pul yığıb. Bundan başqa, daha bir şəxsdən qazi kimi 300 manat alıb. Bir il öncə isə qazi adından istifadə edərək elektronika mağazasından 2500 manat dəyərində telefon götürərək aradan çıxıb. Bu, onun bizə bildirilən əməlləridir. Məlumata görə, Rasim Əhmədli yalanları ilə daha çox insanı aldatmağı bacarıb.

2019-cu ildə isə Rasim Əhmədli məsuliyyətə cəlb olunub. O, həmin ilin sentyabrında keçmiş arvadının üzərinə neft tökərək onu yandırmağa cəhd göstərib. Bu azmış kimi, Rasimi sakitləşdirməyə çalışıb qanunsuz hərəkətlərinə son qoymağı tələb edən polis əməkdaşlarının üzərinə alışdırıcı məhlulu tökərək onları yandırmağa da cəhd edib. Həmin vaxt Bakının Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Bundan başqa, Rasim Əhmədli müxtəlif vaxtlarda dörd dəfə dələduzluq maddəsi ilə də məsuliyyətə cəlb olunub.

Əvvəllər Maştağa qəsəbəsinin sakini olan Rasim, 2009-cu ildə Ü.Hacıbəyov küçəsində yerləşən körpüdən özünü atmaq istəyib. Lakin ətrafda olan şəxslərin və polis əməkdaşlarının müdaxiləsi nəticəsində onun intihar etməsinin qarşısı alınıb.

Onu da qeyd edək ki, Rasim Əhmədli bundan öncə Müdafiə Nazirliyinin də polkovnik rütbəsində dolaşıb, qurumun forması ilə məclislərə qatılıb. Vətən müharibəsindən sonra isə bir çox yerlərə Xüsusi Təyinatlı Qüvvələrin forması ilə gedir. Ümumiyyətlə, bir sıra insanları aldadan Rasim, Vətən müharibəsində iştirak belə etməyib.