Ələtdə gənc oğlan dəm qazından zəhərlənibBakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Rayonun Ələt qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Bayramov Rövşən Namid oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Xəstəxanaya çatdırılan gənc həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.
Rusiya – NATO Şurasının iclasının gündəliyi məlum olubYanvarın 12-nə təyin edilmiş Rusiya – NATO Şurasının iclasının gündəliyinə Avropada təhlükəsizlik, Ukraynadakı vəziyyət və hərbi şəffaflıqla bağlı məsələlər daxildir.

Avrasiya.net xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq sosial media hesabında yazıb.

“Mən Avropada təhlükəsizlik, Ukraynada son vəziyyət, risklərin azaldılması və qarşılıqlı şəffaflıq məsələlərini müzakirə etmək üçün yanvarın 12-nə Rusiya – NATO Şurasının iclasını çağırdım” – deyə, Alyansın rəhbəri bildirib.
Ukrayna hərbçiləri Krım yaxınlığında döyüş atışlı təlimlər keçirirUkrayna kəşfiyyatçıları Krım Muxtar Respublikasının yaxınlığında döyüş atışlı təlim tapşırıqları yerinə yetirir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasının ərazisi ilə inzibati sərhəd yaxınlığında döyüş tapşırıqlarını yerinə yetirən kəşfiyyatçı döyüşçülər düşməni yaxın məsafədən dəf etmək üçün təlimlər keçir.

Döyüşçülər atəş xəttinə qədər irəlilədikdən sonra bir-birini mühafizə edərək müxtəlif üsullarla döyüş meydanında hərəkət edirlər. Bu üsul müxtəlif mövqelərdən məqsədyönlü atəşlər aparmağa, eyni zamanda ərazinin və düşmənin hərəkətlərinin kəşfiyyatını izləməyə imkan verir.

Keçən il Türkiyədə 1140 terrorçu zərərsizləşdirilibTürkiyənin təhlükəsizlik qüvvələri tərəfindən 2021-ci ildə keçirilən əməliyyatlar nəticəsində 1140 terrorçu zərərsizləşdirilib. Onlardan 84-nün terror təşkilatlarının rəhbərləridir.

Bu barədə Türkiyənin daxili işlər nazirinin müavini İsmail Çataklı ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında məlumat verib.

Ötən ilin təbii fəlakətlər və pandemiya ilə yadda qaldığını xatırladan nazir müavini bu təbiət hadisələri zamanı xeyli bölgənin, eləcə də meşəlik ərazilərin zərər gördüyünü deyib. İ.Çataklı bildirib ki, 2021-ci ildə dağlıq ərazilərdə, kənd və şəhərlərdə terror təşkilatlarına qarşı ümumilikdə 143 min 321 əməliyyat keçirilib. Bu əməliyyatlar zamanı 1140 terrorçu zərərsizləşdirilib. Onların əksəriyyəti axtarışda olan terrorçulardır.

Qeyd edilib ki, il ərzində ölkədə narkotik vasitələrin satışında şübhəli bilinən 293 min 905 nəfər saxlanılıb. Bu müddətdə 162 min 996 qeyri-qanuni miqrant saxlanılıb. Onlara kömək göstərməkdə təqsirləndirilən 7918 nəfər həbs edilib.


"Nüvə müharibəsi yolverilməzdir" - Beş nüvə dövləti bəyanatla çıxış edibÇin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa liderləri nüvə müharibəsinin və silahlanmaya yol verilməsinin qarşısının alınması barədə birgə bəyanatla çıxış ediblər.

Sənəd Kremlin saytında Rusiyanın təşəbüsü ilə dərc olunub.

Birgə bəyanatda qeyd olunur ki, «nüvə beşliyinin» birinci dərəcəli məsuliyyəti nüvə silahına malik olan dövlətlər arasında nüvə müharibəsinə yol verilməməsindən və strateji risklərin aşağı salınmasından ibarətdir. Nüvə silahı müdafiə xarakterli olmalıdır, belə ki, nüvə müharibəsində qalib ola bilməz. Ona görə də belə silahların gələcəkdə yayılmasının qarşısı alınmalıdır.

«Bizlərdən hər birimiz sanksiyasız və ya təsadüfən nüvə silahından istifadənin qarşısının alınması istiqamətində milli tədbirləri saxlamaq niyyətindəyik - bəyanatda deyilir - Biz, bir daha təsdiqləyirik ki, bizim nüvə silahımızın bir-birimizə və ya istənilən digər dövlətə qarşı tuşlanmaması barədə bundan əvvəlki bəyanatlarımız aktualdır».

Sənəddə deyilir ki, qarşılıqlı hörmət və maraqların tanınması əsasında biz, konstruktiv dialoqun aparılmasında qərarlıyıq.

««Nüvə beşliyi» liderlərinin bəyanatı istisna etmir ki, BMT TŞ daimi üzvlərinin sammiti hələ də qaçılmazdır» - Kremlin nümayəndəsi dərc olunmuş sənədi şərh edərkən, RİA Novosti ilə söhbətdə bildirib.
Dünyada yoluxma sayı 290 milyonu ötdüDünyada koronavirusa yoluxma hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu keçib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, 290 959 532 nəfər koronavirusa yoluxub, 5 446 753 nəfər ölüb.

Gün ərzində yoluxanların sayı 1 276 532 nəfər, ölənlərin sayı isə 4 632 nəfər artıb.

Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 54 910 550 nəfər. Ondan sonra Hindistan (34 960 261), Braziliya (22 293 228), Böyük Britaniya (13 422) gəlir.
"Omikron" ştamı daha bir ölkədə dominant olduAvstriyada koronavirusa yoluxma hallarının statistikasında “omikron“ ştamı digər variantları üstələyib.

Publika.az xəbər verir ki, Avstriya Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyi bu barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, 2021-ci ilin sonuncu həftəsi gündəlik yoluxma hallarının əksəriyyətinin “omikron“ ştamı ilə baş verdiyi və bu ştamın ölkədə dominant varianta çevrildiyi müəyyən edilib. Belə ki, ilin son həftəsində 2915 nəfər “delta“ ştamına, 4360 nəfər isə “omikron“ ştamına yoluxub. Bununla da 2022-ci ilin əvvəlindən etibarən Avstriyada koronavirusa yoluxmaların mütləq əksəriyyəti “omikron“ ştamı ilə baş verir.

Epidemioloqlar “omikron“ ştamının yayılma sürətindən narahatlıq ifadə ediblər. Bildirilib ki, Avstriyada “omikron“ ştamına ilk yoluxma halı 47-ci təqvim həftəsində (22-28 noyabr) aşkarlanıb və həmin vaxt yoluxanların sayı 10 nəfər olub. 51-ci təqvim həftəsində (20-26 dekabr) bu göstərici 1905-ə, ilin sonuncu həftəsində isə 4360-a yüksəlib.

İndiyədək əldə olunmuş tibbi biliklər əsasında “omikron“ ştamı ilə yoluxanların xəstəliyi ağır keçirmədikləri qeyd edilir və virusun endemik xəstəliyə çevrilməsini sürətləndirəcəyi ehtimal olunur.