Prezidentin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında SƏRƏNCAMIPrezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb.

Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.

Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılır ki, “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
Cəlilabadda yol polisi qəza törətdiCəlilabad rayonunda yol qəzası baş verib.

Avrasiya.net Report-a istnadən xəbər verir ki, qəza zamanı iki minik avtomobili toqquşub.

Nəticədə sürücülərdən biri Nurlan Həsənovun ayağı sınıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər avtomobildə olan qadın sərnişin də xəsarət alıb.

Məlumata görə, N.Həsənov yol polisi əməkdaşıdır və qəzanı öz şəxsi avtomobili ilə törədib.

Faktla bağlı araşdırma aparılır.
Nazirlikdən un və çörəyin qiymətilə bağlı XƏBƏRDARLIQMəlum olduğu kimi, cari ildən daxili bazarda sahibkarlıq subyektləri tərəfindən idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiyməti dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırılıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, bununla bağlı nəzarət tədbirləri daha da gücləndirilib:

"Bu istiqamətdə Dövlət Xidməti tərəfindən preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib".

Qeyd edilib ki, un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinqlər zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olduğu təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcək.
Astarada iki baci qardaşı baltalayıbAstara rayonunun Təngərüd kəndində İlkin Fariz oğlu Qəmbərova bacıları Nadirə və Nargilə tərəfindən balta ilə xəsarətlər yetirilib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Qəmbərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Vəziyyəti ağır qiymətləndirilir.

Hələlik hadisənin səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.
Bələdiyyələrin iyirmi ikinci ili hansı hadisələrlə yadda qaldı?2021-ci ilə qısa bir nəzər yetirmiş olsaq diqqətimizi çəkən bəzi məqamlara toxunmaya bilmirəm.

Ötən il ərzində ölkə başçısının qəbul etdiyi bəzi hüquqi sənədlərin “abu havası” regional idarəetməyə keçid məsələsini dəfələrlə gündəmə gətirmiş oldu. Bununla da regional idarəetməyə keçid məsələsi istər-istəməz bələdiyyələrin fəaliyyətini də gündəmə gəlməsinə bir növ şərait yaratmış oldu. Düşünürük ki, gec-tez bu sistemə keçid olacaq. Yerli icra strukturlarına aid səlahiyyətin bələdiyyələrlə verilməsi həm vətəndaşın üzərində məsuliyyət yükünün qoyulması kimi, həm də nəticə etibaryilə problemlərin həllinin sürətləndirilməsi kimi başa düşülməlidir. Bu gün yerli icra strukturlarının saxlanılmasına çəkilən xərc israfçılıqdan başqa bir şey deyil. Sözsüz ki, faktiki olaraq mövcud olan bələdiyyələrin və hətta milli bələdiyyə assosiasiyaların birləşdirilmə məsələsi gündəmə gətirilməklə, habelə qanunvericilikdəki boşluqlar aradan qaldırmaq şərtiylə, müəyyən mənada Azərbaycan bələdiyyə sistemi yerli idarəetməni həyata keçirməyə müəyyən mənada hazırdır, desəm, yəqin ki yanılmaram.

Ötən il ərazində bir çox bələdiyyələr DSMF borcunu tam silmiş, bəziləri qismən silməyə nail olsalarda il ərzində borcun ümumi həcmi artmış oldu. Dövlət Vergi Xidməti (DVX) orqanının bununla bağlı konkret təkliflər paketinin olmaması, habelə DVX-nin yalnız bələdiyyə sədrlərinin ölkədən çıxışına qadaga qoymaqla işini bitmiş hesab etməsi təəssüf doğurur. Əslində qurum bələdiyyə sədrlərinin iştirakıyla seminarlar və maarifləndirici görüşləri təşkil etməklə gələcəkdə borcun yaranmaması və artmaması üçün təklif və metodik tövsiylələri vermiş olsaydı daha səmərəli olardı. 12 noyabr tarixində DVX-ya ünvanladığımız məktubun bu günədək cavablandırılmaması, bu qurumun konkret olaraq məsələ ilə bağlı təkliflər paketinin olmamasından xəbər verir. Ancaq gəlin ümidimizi itirməyək. 2022-ci ilin DVX-bələdiyyə münasibətlərində dönüş ili olacağına şübhəm yoxdur. Ümid edirəm ki, DVX, qanunun da tələb etdiyi kimi, məhkəmə qaydasında haqlı olaraq bələdiyyə sədrlərinin ölkədən çıxşına qadağa qoyduğu kimi, bələdiyyələrə həm də metodik tövsiyələri verməyi də unutmayacaqdır.

Ötən il ərzində mərkəzi icra orqanları sırasında Adminstrasiyanın müvafiq sektoruyla yanaşı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi, regional ədliyyə idarələri, habelə Ekologiya və Təbii sərvətlər nazirliyi bələdiyyələrə “canı dildən” kömək göstərmələriylə diqqətimizi çəkdi. Bələdiyyələrlə iş mərkəzinin təkidli və sistemli addımları nəticəsində il ərzində bələdiyyələrin büdcəsinə əlavə olaraq 4 milyon manatdan artıq vəsait daxil oldu. Ən maraqlısı odur ki, bu vəsaitin böyük bir hissəsi torpaq satışından deyil, məhz əmlak vergisindəki artımla bağlı olub. Deməliyəm ki, mərkəzin indiki rəhbərliyi bu gün qurumla bələdiyyələr arasında əvvəlki illərdə yaranmış soyuqluğu aradan qaldıra bilmişdir. Ekologiya və Təbii sərvətlər nazirliyi isə bələdiyyələri tanımaq istəyən ikinci mərkəzi icra orqanıdır. Ötən il edilən müraciətimizə nazirlik rəsmiləri tərəfindən dərhal reaksiya verilməsi sayəsində bələdiyyə sədrlərinin iştirakıyla görüşlərin təşkili təqdirəlayiq hesab edilməlidir. Ehtimal edirəm ki, cari ildə də belə görüşlər davamlı şəkildə bundan sonra da təşkil ediləcəkdir. Beləliklə, bu iki qurumu 2021-ci il üçün “bələdiyyələrin dostu” hesab etmək olar.

Ötən ilin sonlarında mədən vergisinin istiqamətinin dəyişdirilərək dövlət büdcəsinə yönəldilməsi yerli büdcəyə ən azı bir milyon manata başa gələcək. Milli Məclisdə müzakirələrə Regional məsələlər komitəsinin bəzi üzvlərinin reallığı əks etdirməyən fikirlərlə çıxış etmələri də təəssüf doğurdu. Əslində bu məqamla bağlı əvvəl söylədiyimiz fikirləri təkrar edərək bildirmək istərdim ki, əslində bu vaxtında atılmış addımdır. Çünki əksəriyyəti yerli məmurlara məxsus olduğu ehtimal edilən daş karxanalarının sahibləri bələdiyyələrə vergi ödəməkdən hər zaman yayınsalarda bələdiyyələr il ərzində bir milyon manatdan artıq vergi toplaya bilirdi. Sadəcə Regional məsələlər komitəsinin üzvləri gələcəkdə yığılacaq verginin müəyyən bir hissəsinin həmin ərazinin bələdiyyəsinə köçürülməsi təklifiylə çıxış etməliydilər. Amma təəssüf edirəm ki, etmədilər. Nə isə...

Ötən il ərzində bələdiyyələrə müəyyən mənada ən çox problem yaradan orqan qismində yenə də Əmlak məsələləri Dövlət Xidməti çıxış etmiş oldu. Bələdiyyələrə mülkiyyətə torpaq və əmlakın verilməsindəki bürokratk prosesin uzanması, xəritələrin təqdim edilməməsi, mövcud mülkiyyət sənədlərinin hazırlanmasındakı süni əngəllərin yaradılması, vətəndaşın qarşısında məhz bələdiyyələri günahkar çıxarılması indiki məqamda həm təəssüf, həmdə təəccüb doğurur. Qəbul edilmiş Fərman və sərəncamların iyirmi iki il ərzində yerinə yetirilməməsi bələdiyyələrin gündəlik fəaliyyətinə ciddi təsir etməsini də unutmaq olmaz. Qurumun bir çox regional idarələrində vətəndaş və bələdiyyələrin müraciətilərinə etinasız yanaşılması, göndərilən məktublara aylarla cavab verilməməsi əslində dövlət siyasətinin əleyhinə atılan addım kimi qiymətləndirilməlidir. Yəqin ki bu yazını oxuduqdan sonra nəticə çıxarılacaq və Əmlak məslələri Dövlət Xidmətiylə bələdiyyələr arasında yaşanan narazılığın böyüməsinə imkan verilməyəcəkdir.

Ötən il ərzində yerli icra strukturlarının bələdiyyələrin fəaliyyətinə bu və ya digər formada müdaxiləsi hiss edilsə də, bunun açıq şəkildə baş verməməsi müsbət hal kimi dəyərləndərmək olar. Ancaq ötən ildə RİH-in bələdiyyələrin həyata keçirdikləri layihələri öz adların çıxması adi hala cevrilməsi də diqqətimizdən yayınmadı.

Ötən il ərzində Bakının Nəsimi, Əhmədli, Xocasən, Biləcəri, Qobustan bələdiyyələrində mövcud narazılıqların davam etməsiylə yadda qaldı. İki il ərzində adıçəkilən bələdiyyələrin konkret olaraq ortaya bir layihə qoymaması, hesabatlılığın təmin edilməməsi tək bizi yox, həm də seçiciləri narahat etmiş oldu. Necə olur ki, paytaxtın bir bələdiyyəsi ortaya ciddi layihələr qoyur, amma rayonun digər bir bələdiyyəsi olan Əhmədli bələdiyyəsinin həm DSMF-yə, həm də əməkhaqqına borcu artır. Xırdalan, Masazır, Fatmayı və Göradil bələdiyyələri əvvəlki illərdə formalaşmış neqativı aradan qaldıraraq bu gün nümunəvi bələdiyyələr sırasına çıxdıqları halda, Abşeron rayonun Hökməli və Aşağı Güzdək bələdiyyələrində bəzi hallarda vətəndaş müraciətlərinə reaksiya verilməməsi təəssüf doğurur. Qəbələ bələdiyyəsinə göndərilən məktuba regional ədliyyə idarəsinin dəstəyi ilə cavabın alınması, Şabran, Kürdəmir və Neftçala bələdiyyələrin də qeyri-adi idarəetmə üsulunun mövcudluğu sədrlərə qarşı “etmadsızlığ”ın yarada biləcəyindən xəbər verir. Sözsüz ki, bu məqamların olmasında biz seçicilərin də üzərinə ciddi məsuliyyət yükü düşür. Yəni biz kimə səs verdiyimizi bilməliydik. Nə isə...

Beləliklə, biz qısa şəkildə olsa da ötən ilə nəzər yetirə bildik. Unutmayaq ki, bizim Bakıda, Gəncədə və digər şəhər, qəsəbə və kəndlərimizdə saysız-hesabsız nümunəvi bələdiyyələrimiz var. Açığı, saydıqca qurtarası deyil. Bu gün fərqli layihələri təqdim edən, cəmiyyətdə və seçicilərin arasında nüfuz sahib olan bələdiyyələrimiz və sədrlərimiz kifayət qədərdir. Məhz bizdə öz növbəmizdə bu sədrlərin, üzvlərin və qulluqçuların gördüyü işlərə, həyata keçirdikləri layihələrə istinad edib yerli idarəetmənin tam şəkildə bələdiyyələrə veriləcəyinə ümid edirik.

Nəticə olaraq inanıram ki, bələdiyyələrimiz 2022-ci ildə daha böyük uğurlara imza atmaqla onlara göstərilən ümidləri doğruldacaqlar.

Vüqar Tofiqli
Azərbaycanda bu dərmanın istifadəsi QADAĞAN EDİLDİAzərbaycanda daha bir dərmanın istifadəsi qadağan edilib.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, “Sanofi” şirkətinin davam edən tədqiqatlarına əsasən “Lozap®” ticari adlı losartan potassium - 50 mg tərkibli örtüklü tabletlər №30 (3x10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriyalı, son istifadə tarixi 1/1/2023 olan dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimum limitdən çox olması ehtimal edilir.

"Bu ehtimalı nəzərə alaraq, 2660720 seriya ilə buraxılmış son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriya ilə buraxılmış son istifadə tarixi 1/1/2023 olan “Lozap®” ticari adlı dərman vasitəsitələri geri çağırılması qərarı qəbul olunub və ölkəyə idxalı, topdan və pərakəndə satışı dayandırılıb"- mərkəzdən bildirilib.
Qazaxıstandakı aksiyalarda 95 polis xəsarət alıb, 200 etirazçı saxlanılıbQazaxıstanda maye qazın kəskin bahalaşmasına etiraz edənlərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında baş vermiş toqquşmalar xeyli insanın xəsarət alması ilə nəticələnib.

Bu barədə “Kazinform” Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Rəsmi məlumata görə, bu hadisələr nəticəsində daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb. 37 xidməti avtomobilə ziyan dəyib. Dövlət məmurlarına qarşı zorakılıq, xuliqanlıq və dövlət binalarına hücumla bağlı 13 fakt üzrə ibtidai istintaqa başlanılıb. İctimai asayişi pozduqlarına görə 200-dən çox şəxs saxlanılıb.

“Daxili işlər orqanları əhalinin təhlükəsizliyini və əmin-amanlığını təmin etmək üçün bütün lazımi tədbirləri görür”, - Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev ölkədə maye qazın bahalanmasına üçgünlük etirazlardan sonra hökuməti istefaya göndərib.

Etirazlardan sonra Manqistau vilayətində 1 litr maye qazın qiyməti 120 təngədən (0,27 dollar) endirilib və 50 təngə (0.11 dollar) məbləğində müəyyən edilib.

Qazaxıstan prezidenti Alma-Ata və Manqistau vilayətində fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət yanvarın 19-dək davam edəcək.
Bakı-Ələt yolunda ağır qəza - 8 nəfər xəsarət aldıBu gün səhər saatlarında Bakı-Ələt yolunda bir-birinin ardınca müxtəlif ərazilərdə iki ağır avtomobil qəzası baş verib. Hər iki qəzada ümumilikdə 8 nəfər xəsarət alıb.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, baş verən ilk qəza nəticəsində Mərkəzə 5 yaralı gətirilib. Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

Bundan bir qədər sonra baş verən ikinci qəza nəticəsində Mərkəzə 3 yaralı gətirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşı olub. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Türkiyə nüvə silahı hazırlayır? – Yunanlar təşvişdəTürkiyənin gizli hərbi proqramları var və hər hansı kənar təhlükəni aradan qaldıran yeni imkanları inkişaf etdirir.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın "Defens Point" nəşri məlumat yayıb.

Məqalədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirin “Açıq deyə bilərəm ki, rəqib kim olursa olsun, təəccübləndirəcək silahlarımız olacaq. Görməli çox işimiz, çox uzun yolumuz var, amma Türkiyəni asan qurban kimi görən hər kəs peşman olacaq” açıqlaması ekspertlər tərəfindən Türkiyənin gizli silah və müdafiə proqramları həyata keçirdiyi kimi şərh edilib.

"İsmayıl Dəmirin açıqlamaları, çox güman ki, Türkiyənin müharibə vəziyyətində istifadə edə biləcəyi raket sistemləri ilə bağlıdır. Bununla belə, Türkiyənin nüvə silahı da daxil olmaqla, kütləvi qırğın silahlarının olub-olmadığı sualı da yaranır".
"Hökumət manatın kursunu sabit saxladığı kimi, heç olmasa çörəyin də qiymətini sabit saxlamalıydı"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Qüdrət bəy, çörəyin qiymətinin artmasına münasibətinizi bilmək istərdik.

- Münasibətim çox pisdir. Hesab edirəm heç qiyməti qaldıranlar da bundan məmnun deyil. Həm də ona görə narazıyam ki, yalnız çörəyin qiyməti yox, digər ərzaq məhsullarının da qiyməti qalxır. Artırılmış əmək haqlarının, pensiyaların artan qiymətləri qarşılayacağı da bəlli deyil. Bu isə aztəminatlı və çoxuşaqlı ailələrin, pensiya alanların sosial vəziyyətini ağırlaşdıracaq. Hökumət manatın kursunu sabit saxladığı kimi, heç olmasa çörəyin də qiymətini sabit saxlamalıydı. Ekspert hesablamalarına görə, vətəndaşlarımız qazanclarının 2/3-ni (üçdə ikisini) ərzaq məhsullarına, 1/3-ni isə digər tələbatlarının ödənilməsinə xərcləyir. İnkişaf etmiş ölkələrdə bu əksinədir. Vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün ciddi iqtisadi islahatlara ehtiyac var. Neftin qiyməti aşağı düşsə iqtisadi və sosial böhran qaçılmaz olacaq.

- Sizcə niyə genişmiqyaslı islahatlara gedilmir?

- Görünür, hesab edirlər ki, görülən işlər yetərlidir ki, insanlar acından ölməsin. Həm də ola bilsin səmimi olaraq düşünürlər ki, ölkədə biznes mühüti yaxşıdır, sadəcə bəlli olmayan səbəbdən yerli və xarici sərmayədarlar iqtisadiyyata əhəmiyyətli miqyasda pul yatırmır. Amma Baş nazir inandığı bir adama desə ki, get hər hansı istehsal və emal müəssisəsinin açılması üçün aidiyyatı olan və olmayan dövlət orqanlarının tələb etdiyi qanuni və qanunsuz vəsaitin məbləğini öyrən və gəl mənə de, onda bəlli olacaq ki, nə qədər böyük əlavə xərclər var. Sahibkar da hesablayır ki, qoyduğu pulu hansı müddətə çıxara bilər. Bəlli olanda ki, onun ömrü buna kifayət etməyəcək, əlindəki vəsaiti xaricə çıxarmağa çalışır. Həm də sahibkarların mülkiyyətlərinin toxunulmazlığına dair ciddi narahatçılıqları var. Ona görə də qanunun aliliyi ciddi şəkildə təmin olunmalı, dövlət iqtisadiyyatda tənzimləyici rol oynamalı, bizneslə məşğul olmamalıdır. Bazar iqtisadiyyatı qanunları tətbiq olunmalı, ölkəmiz Dünya Ticarət Təşkilatına, böyük iqtisadi birliklərə üzv olmalıdır. İndiki şərtlər altında, təbii sərvətləri satmaqla bundan yaxşısına nail ola bilməyəcəyik.

- Qüdrət bəy, Silahlı Qüvvələrin siyasətə cəlb olunması istiqamətində müəyyən iş aparılır, bu nə dərəcədə təhlükəlidir?

- Sosial şəbəkələrdə, Yutubda uşaqlarının anası erməni olanlardan bu tipli çağırışları mən də eşidirəm. Bu iş müxtəlif adlar altında görülür. Həmin adamlar Azərbaycanı sevsəydilər, təxribatçı olmasaydılar, anlayardılar ki, odla oynayırlar. Ordunun siyasi proseslərə cəlb olunması heç bir ölkənin problemlərini həll etməyib. Əksinə, həmin ölkəni məhvə aparıb. Onlara sığınacaq verənlərin bəlkə elə istədiyi də budur. Mən uzun illər, Səfər Əbiyevin müdafiə naziri olduğu dönəmlərdən parlamentdə Ordunun rəhbərliyinin milli kadrlarla gücləndirilməsinin və Orduya mülki nəzarətin artırılmasının zəruriliyi barədə çıxış etmişəm. 2017-ci ildə "Silahlı Qüvvələr" Haqqında qanun qəbul ediləndə Ordudakı işgəncələr barədə danışdım, Silahlı Qüvvələrdə mövcud ola biləcək hər cür neqativ halların qarşısını almaq üçün qanunçuluğun gücləndirilməsi məqsədilə Orduya Parlament və mülki nəzarətin həyata keçirilməsini təmin edəcək qanunvericilik bazasının yaradılmasını təklif etdim. O zaman Milli Məclisə dəvət olunmuş Kərim Vəliyev əvvəl bunu normal qarşıladı, amma nahardan sonra kiminsə ola bilsin məsləhəti, yaxud tapşırığı ilə mənim çıxışıma sərt reaksiya verdi, Orduda hər hansı işgəncə faktının olmadığını bəyan etdi. Düzdür, Milli Məclisin sədri Oktay Əsədov onun cavabını verib sakitləşdirdi. Sonra özüm də onun cavabını verdim, daha ciddi pozuntuların olmasından danışdım. Yeni Ombudsman təyin olunanda da bu məsələni qaldırdım. Amma çox təəssüf ki, o zaman həm iqtidar, həm mətbuat "ermənilər də ordudakı problemləri bilər" yanaşması ilə bu məsələnin üstünə gedib ictimaiyyəti məlumatlandırmadı.

Hökumətin bəzi məsələlərə dair ləng qərarlar qəbul etməsi də sui-istifadə hallarına yol açdı. İndi, ümid edirəm gec də olsa, günahkarlar cəzalarını alacaq, Ordunun rəhbərliyinə ən ekstremal vəziyyətdə belə qanunları pozmayan, millətini sevən insanlar gətirilməli, kadr islahatları başa çatdırılmalıdır. Həmişə söyləmişəm ki, ilk növbədə, Orduya mülki nəzarəti təmin etmək üçün müdafiə naziri mülki şəxs olmalıdır. Bütün sivil dünyada bu belədir. İkincisi, peşərkar orduya keçməliyik ki, hərbçilərimiz psixoloji və fiziki baxımdan o dərəcədə hazırlıqlı şəxslər olsunlar ki, təkcə xarici düşmənə qarşı yox, eyni zamanda qanunlar pozulanda Konstitusiyanın, Cinayət Məcəlləsinin onlara verdiyi "son zərurət və zəruri müdafiə" hüququndan istifadə edib özlərinin və başqalarının şəxsi ləyaqətlərini və həyatlarını qorumağı bacarsınlar. Hətta ən ağır dövləti cinayət törətmiş ola biləcək şəxslərə münasibətdə belə. Belə hazırlığı olmayan 18 yaşlı gənclərin alçaldılması və işgəncələrə məruz qalması daha asandı. Məni və cəmiyyətimizin düşünən hissəsini ən çox üzən işgəncələrlə yanaşı, işgəncələrlə və şəxsi ləyaqətin ən pis formada alçaldılması ilə üzləşmiş zabit və çavuşların - mən əsgərləri bir kənara qoyuram - heç birinin özünü müdafiə hüququndan istifadə etməməsi, hadisələrin içində olan heç bir zabitin işgəncələrə etiraz olaraq istefa verib ən azından ictimaiyyətə bu barədə açıq məlumat verməməsi olmuşdur. Ona görə düşünüləsi, nəticə çıxarılmalı olan, ailə və dövlətin uşaqların tərbiyə olunmasında görməli olduğu çoxlu işlər var.

Biz hərbçilərimizin sosial müdafiəsini gücləndirməklə, qanunçuluğu təmin etməklə, hərbçilərin karyera yüksəlişini ciddi tənzimləməklə orduya uzanan əlləri kəsə bilərik. Hesab edirəm, bizim ləyaqətli və vətənpərvər zabitlər də nə baş verdiyinin fərqindədir və onlar heç vaxt siyasi dələduzların onları siyasi, antikonstitusion proseslərə cəlb etməsinə imkan verməz. Əminəm ki, dövlətin təhlükəsizliyinə cavabdeh olan orqanlar da proseslərə ciddi şəkildə nəzarət edir və bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.