Ermənistanda əsgər öz yoldaşını başından güllələdiErmənistanda 18 yaşlı hərbi qulluqçu başından güllələnib.

Məlumatı Ermənistan mediası yayıb.

Hadisə Vayotsdzor vilayətindəki hərbi hissələrin birində baş verib.

Əsgərin xəstəxanaya çatdırılarkən həyatını itirdiyi bildirilir.

Hərbçinin ölümü ilə bağlı onun xidmət yoldaşı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Ana və 3 yaşlı övladı dəm qazından zəhərləndiAbşeronda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Zəhraxanim Azər qızı Mahmudova və 3 yaşlı övladı Lalə Toğrul qızı Mahmudova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.