Xarici pasportlarla bağlı yeni rüsumlar tətbiq olunacaqBu gündən Azərbaycanda xarici pasportların alınması və itirilməsinə görə yeni rüsumlar tətbiq olunacaq.

Avrasiya.net xəbər verir ki, bu, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərdə əksini tapıb.

Belə ki, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 20 manatdan 25 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 30 manatdan 35 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 40 manatdan 60 manata.

Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

- bir yaşınadək uşaqlar üçün –20 manatdan 25 manata

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 60 manatdan 75 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 80 manatdan 120 manata

Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 80 manatdan 115 manata;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 120 manatdan 155 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 160 manatdan 210 manata qaldırılıb.

Bundan əlavə, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılıb.

Belə ki, ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən on iş günü müddətində verildikdə:

- bir yaşınadək uşaqlar üçün– 20 manatdan 25 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 30 manatdan 40 manata;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 50 manatdan 75 manata

Beş iş günü müddətində verildikdə:

- bir yaşınadək uşaqlar üçün– 30 manatdan 40 manata

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 50 manatdan 70 manata

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 70 manatdan 100 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 90 manatdan 135 manata

Bir iş günü müddətində verildikdə:

- bir yaşınadək uşaqlar üçün– 50 manatdan 65 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 90 manatdan 125 manata;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 130 manatdan 165 manata;

- on səkkiz yaşına çatmış vətəndaşlara – 170 manatdan 220 manata qaldırılıb.

Publika.az
Paşinyan orduya qadınları toplayırErmənistan baş naziri Nikol Paşinyan Yeni il müraciətində ölkədə peşəkar ordunun yaradılmasına ehtiyac olduğunu bildirib.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, erməni baş nazir orduda islahatların vacib olduğunu qeyd edib:

“Ermənistan peşəkar orduya malik olmalı, bunun üçün də daha çox və daha çox qadınlar orduya cəlb edilməlidir. Qeyd etməliyəm ki, siyasi planda ordumuz ərazi işğal etməyi qarşısına vəzifə olaraq qoymur. Ordunun vəzifəzi ölkənin ərazi bütövlüyünü qorumaqdır”.


Hindistanda məbəddə izdiham nəticəsində azı 12 nəfər ölübHindistanın Cammu və Kəşmir əyalətində məbədin dağılması nəticəsində azı 12 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü ANI xəbər agentliyi ölkənin müdafiə naziri Racnatx Sinqxə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə gecə saatlarında Vayşno-devi mağara məbədində baş verib. Qəza zəvvarlar arasında mübahisə nəticəsində yaranıb.

Agentlik qeyd edib ki, Hindistanın baş naziri Narendra Modi həlak olanların yaxınlarına 200 min hind rupisi (2,7 min ABŞ dolları), yaralılara isə 50 min rupi (670 ABŞ dolları) məbləğində təzminat ödəyəcəyini açıqlayıb.


Bu gündən yaşayış minimumu və ehtiyac meyarı ARTIRILIRAzərbaycanda yaşayış minimumu, ehtiyac meyarı, əmək pensiyasının minimum məbləği artırılıb.

Avrasiya.net xəbər verir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən, bu il üçün yaşayış minimumu yanvarın 1-dən ölkə üzrə 196 manatdan 210 manat qaldırılıb.

Yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

“Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 170 manatdan 200 manata qaldırılıb.

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə əsasən isə əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunub. Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılıb. Ötən il əmək pensiyasının minimum məbləği 200 manat olub.
2021-ci ildə qarşıya qoyulan məqsədlərə çatdıq - Prezident2021-ci il ölkəmiz üçün uğurlu il olub. İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində söyləyib.

Azərbaycanın beynəlxalq arenada mövqelərini möhkəmləndirdiyini vurğulayan dövlətimizin başçısı deyib:

“Bizim beynəlxalq nüfuzumuz artdı, bir neçə beynəlxalq təşkilat çərçivəsində uğurla fəaliyyət aparmışıq. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını müdafiə etmişik, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etmişik və təsadüfi deyil ki, Qoşulmama Hərəkatına üzv ölkələrin hamısı yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq bizə böyük etimad göstərdi. BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzvü olan təsisat Azərbaycana yekdilliklə bir daha öz dəstəyini ifadə etmişdir”.

Prezident qeyd edib ki, bu il Azərbaycan Türk Şurasına sədrliyini uğurla başa vurdu.

“Bildiyiniz kimi, noyabr ayında keçirilmiş Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı yaradılmışdır və bu təşkilat Qoşulmama Hərəkatı kimi Azərbaycanın haqlı işində daim bizə dəstək olmuşdur, Ermənistan-Azərbaycan münaqişəsi dönəmində daim dəstək ifadə etmişdir və son zirvə görüşündə bütün üzv ölkələrin adından Azərbaycana torpaqlarımızın azad edilməsi ilə əlaqədar təbriklər ifadə olunmuşdur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
İlham Əliyev: Bu bəla ilə Yeni ildə də mübarizə aparacağıq!Ümumilikdə 11 milyondan çox doza vaksin vurulubdur və bu bəla ilə biz yeni ildə də ciddi mübarizə aparacağıq.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Hesab edirəm ki, bu il COVID-lə mübarizədə yaxşı nəticələr əldə edilib, pandemiya tam nəzarət altındadır. Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə vəziyyət qəbulediləndir. Eyni zamanda, aparılan genişmiqyaslı peyvəndlənmə siyasəti, peyvəndlənmə işləri bizə kömək göstərir. Əhalinin təxminən 50 faizi artıq 2 doza peyvənd alıb. 18 yaşdan yuxarı olan əhaliyə gəldikdə isə, bu rəqəm 62 faizə çatır".
Rusiya Kiyevə bu istiqamətdən hücum edəcəkRusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə əsas zərbə Donbasdan deyil, ən qısa marşrutdan endiriləcək.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın “Azov” alayının komadanı Denis Prokopenko deyib.

O bildirib ki, zərbə Bryans-Kiyev istiqamətindən gözlənilə bilər:

“Çerniqov sərhədindən Kiyevə qədər 200 km-dan azdır. Bu, Kiyevə sahib olmanın və Ukraynanın kapitulyasiyası üçün ən qısa yoldur”.
2022-ci il "Şuşa ili" elan edildiPrezident İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan edib.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm".