Avrasiya.net Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinə dekabrın 24-nə keçən gecə Boradigah qəsəbəsi ərazisində yerləşən məsciddən 1 ədəd plafon, 1 ədəd elektron saat, 3 ədəd fləşkart, 1 ədəd açar dəsti və 1 ədəd mikrofonun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Viravul kənd sakini Z.Nəzərli və Lənkəran şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş M.Əsədzadə müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar Z.Nəzərlinin itkin kimi axtarışda olması da müəyyən edilib.Masallı rayonunda məscid qarət edilib
Polşada əsgərləri təhqir edən siyasətçi mühakimə olunacaqTanınmış polşalı siyasətçi Vladislav Frasinyuk Belarusla sərhədi qoruyan əsgərləri təhqir etdiyinə görə məhkəmə qarşısına çıxarılacaq.

“Report” xəbər verir ki, bu barədə Polşanın Baş prokurorluğu məlumat yayıb.

Varşava rayon prokurorluğu Vladislav Frasinyuka qarşı ittiham aktını Vrotslav-Sredmiestiye rayon məhkəməsinə göndərib.

Prokurorluğun məlumatına görə, Frasinyuk sərhəddə xidmət edən əsgərlərə qarşı təhqir və alçaldıcı ifadələr işlətməkdə ittiham olunur. Ədliyyə nazirinin müavini Marçin Romanovski və Milli Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşak siyasətçi ilə bağlı prokurorluğa müraciət göndərib.

Frasinyuk da öz növbəsində günahını etiraf etməyib və izahat verməkdən imtina edib. Əgər siyasətçi məhkəmə tərəfindən günahkar hesab edilərsə cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Hər il NATO Rusiyaya qarşı 30 təlim keçir - FominHər il NATO bloku 30 iri təlim keçirir və bu təlimlərdə Rusiyaya qarşı hərbi əməliyyatların keçirilməsi ssenariləri hazırlanır.

Axar.az xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin deyib.

"Savaş hazırlığı tədbirləri çərçivəsində ölkəmizin sərhədləri yaxınlığında zərbə qruplarının yaradılmasına xüsusi diqqət yetirilir. Xüsusilə, bu ilin may-iyun aylarında "Defender Europe-2021” silsilə təlimləri diqqət çəkib", - Fomin vurğulayıb.
Rusiyada qəzaya uğrayan helikopter tapıldı: ölən varRusiyanın Udmurtiya Respublikasının Yaşkur-Bodinsk rayonunda helikopter qəzaya uğrayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İlkin məlumatlara görə, helikopter Kazandan qalxıb. Helikopterin düşdüyü əraziyə xilasedicilər göndərilib.

***

Udmurtiyada qəzaya uğrayan helikopter hələ də tapılmayıb, onun axtarışı hava və qurudan davam etdirilir.

Bu barədə region rəhbərinin mətbuat xidmətindən məlumat verilib.

"Hazırda helikopter və ekipajın axtarışları heç bir nəticə verməyib. Hadisə yerinə Udmurtiyanın mülki müdafiəsi rəhbərinin və Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması və respublikanın yanğın təhlükəsizliyinin təmin edilməsi komissiyası sədrinin axtarış qərargahı və idarəetmə mərkəzi yerləşdirilib", - məlumatda qeyd olunub.

Xilasetmə işlərinə ümumilikdə 107 nəfər və 36 texnika, yeddi qar avtomobili cəlb olunub.

***

Udmurtiyada Mi-2 helikopterinin qəzaya uğradığı yer tapılıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Helikopterin sərt eniş etdiyi və qəzaya uğradığı yerin pilotun əlaqə saxlaması nəticəsində müəyyən edildiyi vurğulanıb.

Udmurtiyanın rəhbəri Aleksandr Breçalov isə ekipaj üzvlərindən birinin həlak olduğunu deyib:

"Xilasedicilər qəza enişi edən və göyərtəsində iki nəfərin olduğu helikopteri aşkar ediblər. Təəssüf ki, ekipaj üzvlərindən biri həlak olub. Digər şəxsə hazırda lazımi köməklik göstərilir".

Qeyd edək ki, daha öncə hər iki ekipaj üzvünün yaralı halda tapıldığı barədə məlumat yayılmışdı.
Ukrayna “Bayraktar” istehsalına başladıUkrayna “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) ölkə daxilində istehsalına başlayıb.

Modern.az “Focus” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin aparatının rəhbəri Andrey Yermak məlumat verib.

“Biz Türkiyə ilə əməkdaşlığımızı genişləndiririk. Hər şey “Bayraktarların” tədarükü ilə başladı, indi isə onların Ukraynada istehsalına başlanılıb”, - deyə Ermak bildirib.

O, Türkiyənin “Bayraktar” dronların üçün mühərriklərin də Ukraynada istehsal olunduğunu vurğulayıb.

Bundan əvvəl Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksiy Aretoviç bildirib ki, Ukrayna-Türkiyə zavodu “Anka” tipli reaktiv pilotsuz uçuş aparatlarının (PUA) yaradılmasına başlayacaq.
Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verildiEldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib.

Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, Konstitusiyanın 89-cu maddəsinin tələblərinə uyğun olaraq, Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda deputat mandatından məhrum edilir və səlahiyyətlərini itirir: "Eldəniz Səlimov barəsində məhkəmənin hökmü olduğuna görə onun deputat səlahiyyətlərinə xitam verilib, yəni mandatını itirib".
QHT rəsmiləri ağacəkmə kampaniyasında - FotolarAzərbaycanda fəaliyyət göstərən 300-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə kampaniyasında iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, məqsəd ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək və təbiətə töhfə verməkdir.

Aksiya çərçivəsində hər iki qurumun rəhbərliyi, kollektivi və 300-ə yaxın QHT tərəfindən Müşviqabad qəsəbəsində minədək ağac əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov bildirib ki, ağacəkmə kampaniyası çərçivəsində QHT üzvləri yaşıllıq ərazilərinin çoxalmasına öz töhfələrini verirlər: "Bu cür tədbirləri tez-tez təkrarlamalıyıq".

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib ki, Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın QHT nümayəndəsinin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə ağacəkmə aksiyası təşkil edib: "Müşfiqabad qəsəbəsində həyata keçirilən ağacəkmə aksiyasında 1000-ə yaxın ağacın əkilməsi nəzərdə tutulub. Layihənin keçirilməsində məqsəd ətraf mühitin qorunması və ekoloji tarazlığa töhfə verməkdir".


İranın nüvə danışıqlarındakı şərti... - AbdullahianBizim üçün ən vacib məsələ ilk növbədə İran neftinin maneəsiz satışı və onun pullarının xarici valyutada İran bank hesablarına yatırılmasıdır.

Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian jurnalistlərə açıqlamasında deyib.

“Bundan əlavə, bütün kommersiya imkanlarından yararlanmalıyıq”, - deyə Abdullahian bildirib.

Onun sözlərinə görə, ABŞ-ın zəmanət verməsi və sanksiyaların aradan qaldırılması da gündəmdə olacaq:

“Düşünürəm ki, müzakirə masasında ümumi və məqbul bir qanun layihəsi var".
Ersin Tatar: "Bu halda masaya oturarıq, əks halda...""Heç kim bizdən dövlətimizdən əl çəkməyimizi, Şimali Kipr Türk Cümhuriyyətini qurban verməyimizi gözləməsin və heç kim bizi Cənubi Kipr Cümhuriyyətinə konstitusiya dəyişikliyi ilə yamaq etməyə çalışmasın".

Avrasiya.net xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar deyib.

Onun sözlərinə görə, bərabərlik və müstəqilliyə əsaslanan bir razılaşma olarsa masaya oturulacaq:

“Biz belə bir şeyi qəbul etməyəcəyik. Əgər onlar bizim suverenliyimizi, müstəqilliyimizi qəbul etməsələr, belə bir müqavilədə imzamız olmayacaq. Türkiyənin Şərqi Aralıq dənizində hüquqlarını təmin edən, eyni zamanda, suverenlik, bərabərlik və müstəqilliyə əsaslanan bir razılaşma olarsa, bu halda masaya oturarıq. Əks halda, heç bir müqavilə imzalamayacağıq”.