"Şəxsimə və ailəmə təhlükə yaratmağa çalışırlar” - Elman Eldaroğlu“Yardımlı Xeyriyyə Cəmiyyəti”ninsədri Elman Eldaroğlu İşlər Naziri, Vilayət Eyvazova müraciət edib. Onun bununla bağlı sosial şəbəkədə yazdığı statusda deyilir: “Azərbaycan Respublikası Daxili İşlər Naziri, cənab Vilayət Eyvazova Azərbaycan Yazıçılar Birliyinin, eyni zamanda Jurnalistlər Birliyinin üzvü, şair-publisist Elman Eldaroğlunun açıq məktubu

Hörmətli Vilayət müəllim, mən uzun illərdir, Yardımlı Xeyriyyə Cəmiyyətinə rəhbərlik edirəm. Son vaxtlar bir sıra adamlar əleyhimə təxribat xarakterli iş apararaq, həm şəxsiyyətimə və həm də ailəmə təhlükə yaranmasına can atırlar.

Sizdən xahiş edirəm ki, mənim və ailəmin təhlükəsizliyinin qorunmasına münasibət bildirəsiniz.
Hörmətlə, Elman Eldaroğlu”.

ŞKTR-də Həmrəylik Günü və Yeni il münasibətilə təbir keçirilibŞimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il” münasibətilə ölkə prezidenti və həmin ölkədə yaşayan həmvətənlərimizin iştirakı ilə tədbir keçirilib.

Tədbiri Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu açaraq, tədbir iştirakçılarını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib və ən xoş arzularını çatdıraraq bu bayramın dünya azərbaycanlılarının vahid birlik ətrafında birləşməsində xüsusi rolunu vrğulayıb. Orxan Həsənoğlu bildirib ki, bu gün baş verən tədbirə Azərbaycan Respublikasının Diasporla iş Üzrə Dövlət Komitəsi və Diaspora Fondu dəstək veriblər. Həmrəylik gününün tarixinə diqqət çəkən Həsənoğlu: 1989-cu ildə başlayan Azərbaycan xalqının azadlıq sevgisinin simvoluna çevrilən Həmrəylik Bayramını Ulu Öndər Heydər Əliyev 1993-cü ildən rəsmiləşdirərək dünya azərbaycanlılarını sevindirib.

Ölkə başçısı İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizin zəfər əldə etməsi isə bu birliyimizi daha da möhkəmləndirib. Daha sonra çıxış edən Şimali Kipr Türk Respublikasında yaşay azərbaycanlı professorlar Fəxrəddin Məmmədov və tanınmış bəstəkar Cavanşir Quliyev xalqımızın birlik və bərabərliyindən bəhs ediblər. Tədbirdə soydaşlarımızla birlikdə Girnə Amerikan Universitetinin İdarə Heyətinin sədri Sərhat Akpınar və ali qonaqlar iştrak ediblər. Tədbirə qatılan Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar xalqımızı təbrik edib və qonaqları salamlayıb. ŞKTR prezidenti vurğulayıb ki: “Sizlərlə birlikdə olma məni hər zaman sevindirir və həyəcanlandırır. Əgər bu coşqunu, həyəcanı hissetməsəniz bunu yaşaya bilmərsiniz, insanları bu birliyə inandıra bilməzssiniz.

Biz böyük bir millətin övladları olaraq köklü bir millətik, üç dövlətik. Bayraqlarımız müstəqilliyimizin gücümüzün və bütün dünyadakı Türklərin azadlıq məşaləsi və ifadəsidir. Bütün azərbaycanlı qardaşlarımızı salamlayıram və bu gözəl bayramlarını təbrik edirəm. Sizin Qarabağda əldə etdiyiniz zəfər bizimdə zəfərimizdir”. Natiq: “Kiprli türklərin çox acılar çəkdi, bu çətinliklərimizdə hər zaman ana vətən Türkiyə yanımızda oldu. Azərbaycanlı qardaşlarımızın bizə ürəkdən bağlı olduğundan əminik. Xüsusi olaraq Azərbaycan prezidenti İlham Əliyevin doğum gününü təbrik edirəm. Ümid edirəm ki, yaxın tarixlərdə onun kıbrıslı türklərə bir mesajı olacaqdır ”. Azərbaycan Respublikası ilə Şimali-Kipr Türk Respublikalari arasında mədəni-kültürəl əlaqələrin inkişafında əməyi olan, diaspor təşkilatının üzvləri olan Fəxrəddin Məmmədova, Professor Cavanşir Quliyevə, tanınmış həkim Bəxtiyar Məmmədova, Nəzrin Atatuzun və sənətkar Nigar Muradovaya təşəkkürnamə və plaketlər təqdim olunub. Daha sonra tədbir musiqili proqramlar ilə davam edib. Musiqili proqram Budapeştdəki türk icmasının nümayəndələrinin bağlama alətində ifası ilə davam edib.
Prokurorluqdan sosial media istifadəçilərinə xəbərdarlıqBaş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən sosial media platformalarında konkret faktlara əsaslanmayan müxtəlif qərəzli məlumatları sensasiya naminə yaymaqla qeyd edilən qanunun 13-2-ci maddəsinin tələblərini pozan Bəxtiyar Yusub oğlu Yusubov, Seymur Şirbala oğlu Günəşli, Bəxtiyar Qafqaz oğlu İsmayılov, Mahir Nadir oğlu Namazov və Musa Mazan oğlu Əzizova “Prokurorluq haqqında” Azərbaycan qanununun 22-ci maddəsinə əsasən xəbərdarlıq elan edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Azərbaycan Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməklə, dəqiqləşdirilməmiş və təhrif olunan məlumatların ictimailəşməsindən çəkinməyə çağırmaqla, qadağan edilən, eləcə də cəmiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da ən ciddi tədbirlərin görüləcəyini onların diqqətinə çatdırır.
Vüqar Səfərlinin müsadirə olunan əmlakının SİYAHISILəğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin müsadirə edilən əmlakının siyahısı məlum olub.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedens Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.

Xatırladaq ki, istintaq dövründə V.Səfərlinin əmlak və bank hesablarının üzərinə həbs qoyulmuşdu.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
İranın Bakıdakı səfirliyi bəyanat yayıb - Tehran Xankəndiyə heç bir idmançı göndərməyibİran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat şöbəsinin Azərbaycan Respublikasının Xankəndi şəhərində xüsusi idman yarışlarının keçirilməsi ilə bağlı bəyanat yayıb.

Səfirlikdən Avrasiya.net-ə daxil olan bəyanatda deyilir:

Özünü İran vətəndaşı kimi təqdim edən bir neçə şəxsin 28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində döyüş yarışlarında iştirakı ilə bağlı bildirmək istərdik ki, İran İslam Respublikasında MMA (qarışıq döyüş növləri) qeyri-ənənəvi döyüş idmanı zorakılıq səbəbi ilə, həmçinin mərclə əlaqəsi olduğu üçün rəsmən tanınmır və qadağan olunmuş oyunlar sırasındadır. Buna görə də, bu döyüş növünün İran İslam Respublikasında heç bir federasiyası yoxdur. Bu sahə ilə məşğul olanlar isə gizli və qeyri-qanuni fəaliyyət göstərirlər.

Dekabrın 28-də Azərbaycan Respublikasının Xankəndi şəhərində keçirilən yarışların iştirakçılarının İran İslam Respublikasının İdman Nazirliyi ilə heç bir əlaqəsi yoxdur və onlar dünyanın istənilən yerində qeyri-qanuni olaraq yarışlarda iştirak edirlər.

Səfirlik bu şəxslərin Xankəndi şəhərində adı keçən qanunsuz yarışlarda iştirakı ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyinin siyasəti arasında əlaqənin olmadığını bir daha vurğulayır.
İctimai Şura sədri Reinteqrasiya üzrə İşçi Qrupunun iclasında iştirak edibDövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Reinteqrasiya üzrə İşçi Qrupunun videoformatda keçirilən 10-cu iclasında iştirak edib.

Avrasiya.net xəbər verir ki, A.Allahverənov keçmiş təcrübəsinı əsaslanaraq, müzakirələr zamanı xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının readmissiya sazişləri əsasında readmissiyasının bir çox aspektləri barədə danışıb və bu sahədə mövcud çağırışlar barədə məlumat verib:

"Konkret olaraq bildirdim ki, readmissiya olunmuş şəxslərin yaşayış yeri, səhiyyə, məşğulluq, sosial müdafiə, təhsil və digər sahələrdə üzləşdikləri çətinlikliklər beynəlxalq tərəfdaşların və milli donorlar hesabına həll edilə bilər ki, bu da qarşıdan gələn 2022-ci ildə həmin müstəvi və istiqamətdə ciddi addımların atılmasını zəruri edir. Keçmiş fəaliyyətlər zamanı əldə olunmuş təcrübə bu kimi məsələlərin həllində xüsusilə nəzərə alınmalıdır ən azından o səbəbdən ki, 2021-ci ilə nisbətdə növbəti ildə daha çox insanın Azərbaycana readmissiya olunacağı artıq gözlənilən faktdır.

Yeri gəlmişkən, etdiyim çıxışda səsləndirdiyim bir çox fikirlər Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev tərəfindən yüksək dəyərləndirilib və bildirilib ki, qaldırdığım məsələlərə Reinteqrasiya üzrə işçi qrupunun fəaliyyəti zamanı həssaslıqla yanaşılacaqdır".
Ata Abdullayevə hökm oxunduBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevə hökm oxunub. Qərara əsasən, o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avrasiya.net xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ata Abdullayev son söz deyib.

O, barəsində irəli sürülən ittihamlarla razılaşmadığını deyib və bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, ittihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və Formula-1 yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “Ayfon 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
BMM Əli Həsənovun əlindən alındı - FotoBeynəlxalq Mətbuat Mərkəzi (BMM) Əli Həsənovun əlindən alınıb.

Avrasiya.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti-23 ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı (BMM-in yerləşdiyi bina) və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə olunub.

Qeyd edək ki, sözügedən əmlak rəsmən Əli Həsənovun cinayət işi üzrə təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus olsa da, hər kəs BMM-in Həsənova məxsus olduğunu bilir.

İstintaqdan əvvəl bu əmlak Əli Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Vəliyevə şərti cəza verilib.