Helikopterin qəzadan sonrakı vəziyyəti - VİDEOXəbər verdiyimiz kimi, ötən gün DSX-nin Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb və nəticədə 14 hərbi qulluqçumuz şəhid olub.

Avrasiya.net hərbi helikopterin qəzaya uğradıqdan sonrakı görüntülərini əldə edib.

Görüntülər helikopterin qalıqlarının ərazidən götürüldüyü an lentə alınıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopterin “qara qutu”sunun tapıldığını açıqlayıb. Onun sözlərinə görə, “qara qutu”nun müvafiq hissələri Baş Prokurorluqdadır.
Bu insanlar üçün hava əlverişsiz olacaq - ProqnozBakıda və Abşeron yarımadasında dekabrın 1-də dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Avrasiya.net Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq.

Atmosfer təzyiqi 749 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.
NATO rəhbəri: “Ukraynaya qarşı hər hansı hücumun bədəli ağır olacaq”“Biz Ukraynanı NATO-ya gedən yolda, Avro-Atlantik inteqrasiya yolunda dəstəkləyirik, onun islahatlarını, korrupsiya ilə mübarizəsini, müdafiə və təhlükəsizlik sistemini gücləndirməsini dəstəkləyirik. NATO standartlarına riayət etmək lazımdır. Bu, 30 üzv dövlətin qərarı ilə olmalıdır, alyansın genişləndirilməsi ilə bağlı konsensus lazımdır”.

“Report” xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq dünən keçirdiyi mətbuat konfransında deyib.

Stoltenberq vurğulayıb ki, Ukrayna suveren və müstəqil dövlətdir, heç kim bu məsələyə qarışa bilməz, bunu ancaq Ukrayna və NATO ölkələri həll edə bilər.

NATO rəhbəri eyni zamanda gələcəkdə Ukraynaya qarşı hər hansı hücumunun fəsadlarının ağır ola biləcəyini deyib. O, bunun siyasi və iqtisadi bədəlinin ağır olacağını vurğulayıb.
25 dərdə dərman: Hər gün yarım ovuc yeyin...Gündə 30 qr balqabaq tumu yeməklə siz gündəlik maqniy, triptofan, marqans, fosfor və sigər elementlərin normasının yarısını almış olursuz. Ona görə diyetoloq və həkimlər uşaqdan böyüyə hər kəsə hər gün balqabaq tumu yeməyi məsləhət görür.

Avrasiya.net Medicina.az-a istinadən hər gün balqabaq tumu yedikdə orqanizmdə baş verən dəyişiklikləri və faydalarını təqdim edir.

Əgər siz kökəlməyə meyilli deyilsinizsə və çəkiniz 90 kq-nı keçməyibsə, hər gün 50-100 qr çiy balqabaq tumu yeyə bilərsiniz.

- Bağırsaqları təmizləyir, nəcisi normallaşdırır, metobolizmi sürətləndirir;

- Zülalla zəngin olduğu üçün əzələ kütləsini artırır;

- Şirniyyatı əvəz edə bilər;

- Yorğunluq, əsəb, gərginliyi azaldır, yuxunu tənzimləyir;

- Depressiyaya qarşıdır, əhvalı yüksəldir, emosional psixoloji durumu yaxşılaşdırır, insan günboyu gümrah olur;

- Yaddaşı aktivləşdirir, baş beyin funksiyalarını yaxşılaşdırır;

- İmmuniteti möhkəmləndirir, təbii immun modulyatordur. Bakteriya və virusları T limfositləri artıraraq zərərsizləşdirir;

- Mədə-bağırsaq köpü, spazm, qəbizliyi aradan qaldırır;

- Ödemi, şişkinliyi götürür, ürək, böyrək, qaraciyər xəstəliklərində təbii mayeqovucudur. Bədəni kalium, kalsium, maqniylə təmin edir;

- Təzyiqi normallaşdırır, arteriyaların keçiriciliyini artırır, fol turşusu verir;

- Ürək əzələsini qüvvətləndirir, ritmi düzəldir;

- Anemiya, qanazlığı ilə mübarizə aparır;

- Sümükləri möhkəmləndirir, tərkibindəki sink, kalsium, fosfor sümük toxumalarını qoruyur;

- Prostatit və adenomaya qarşıdır;

- Dırnaq, saç və dərini sağlamlaşdırır, çünki tərkibində A, E, C vitaminləri var;

- Süd vəzi və prostat xərçəngi riskini azaldır;

- Qanda şəkəri tənzimləyir;

- Bağırsaq qurdu, parazitlərini tökür;

- Hamiləlik toksikozu, ürəkbulanmada yeyilir;

- Bədəndə iltihabı azaldır.
ABŞ-da dəhşət: məktəbli 3 nəfəri güllələdiABŞ-ın Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışma nəticəsində azı 3 nəfər həlak olub, 6-sı isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Ölənlərdən hər üçü şagirddir.

Cinayəti törədən şəxsin də 15 yaşlı məktəbli olduğu deylir. O saxlanılıb.