Tariximizdən  silinməyən Xudafərin səhifəsiƏkrəm Bəydəmirli

Xudafərin körpüsü haqqında hər zaman kitablardan oxumaqla, bəzi video görüntüləri seyr etməklə kifayətlənirdik. Nəhayət həmin tarixi məkana Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə səfər etmək imkanı yarandı. Onu da xatırlatmaq istərdim ki, Silahlı Qüvvələrimiz Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonunu 4 oktyabr 2020-ci ildə, Xudafərin körpüsünü isə 18 oktyabr 2020-ci il tarixində işğaldan azad edib.

Tarixi yurd yerlərimizə, işğaldan azad olunmuş torpaqlarımıza gedərkən hər zaman şüküranlıığımı bildirirəm. Çünki həmin məkanlara səfərimiz nəticəsində ruhumuza rahatlıq gətirən qəribə hisslər insanı bürüyür. Bu duyğular maddiyyatla mənəviyyatın, faniliklə əbədiliyin, insanlıqla vəhşiliyin və digər tərsmütənasibliklərin mahiyyətini ortalığa çıxarır.
Erməni küfründən qurtulan Xudafərin körpüsü Cənubla Şimal arasında Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilmiş mühüm keçid məntəqəsi olub. O həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyııb. Tarixi mənbələrə görə, Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu — IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir.

Araz çayı üzərində tarixən çox körpülər tikilib. Lakin bunlardan ən etibarlısı Xudafərin olub. Erməni küfrü hətta Xudafərini də çox qəhərləndirib. Ancaq sakit axan Araz çayı təmkinini pozmadan həm bizə, həm də Xudafərinə təskinlik verir. Körpünün kənarındakı Xudafərin kəndində, həmçinin digər yaşayiş yerlərimizdəki uçulub dağıdılmış evləri görəndə əliqabarlı azərbaycanlılar, beli bükülmüş ev sahibləri gözümün qabağına gəldi. Axı orta statistik bir azərbaycanlının bir evi tamamilə inşa etməsi neçə illərin hesabına başa gəlirdi. Nəisə, tariximizdən silinməyən Xudafərin səhifəsinə keçmiş olsun deyərək geri dönrürük.

Geri dönüş zamanı Cəbrayıl rayonundakı "Dostluq" bulağını ziyarət etdik. Ancaq anlaya bilmədim bu bulağa niyə dostluq adı verilib. Axı tarix boyu sadəlövh dostluq, unutqanlıq, milli dəyərlərə biganəlik bizə fəlakət gətirib.

Arazboyu gəldikcə bir vacib məqam diqqətimi cəlb edirdi. Çayın o biri tərəfində, Güney Azərbaycandakı obalardan bizi seyr edən soydaşlarımız, xüsusilə azyaşlılar bizə əl edib, Vətəndən Vətənə salam göndərirdilər. Sanki onlar da Xudafərinin azadlığına sevinirdilər. Nəhayət geri dönərkən Arazın o tayındakı türk obalarında yanan işıqlar gözümüzdən yayınmır. Ümid edirik ki, erməni işğalından azad olumuş bizim bütün obalarımızda o işıqlar yanacaq.

Nəhayət işğaldan azad olunmuş ərazilərimizə təşkil olunan səfərlərin əhəmiyyəti haqqında qısaca bəzi məqamları qeyd etmək istərdim. İstər xarici qonaqların, istərsə də yerli nümayəndələrin belə səfərləri çox zəruridir. Bu yalnız gedib orada şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaqdan ibarət deyil. Həmin məkanlarda gördüklərimiz yaddaşımıza silinməz bir informasiya ötürür. Bu məlumatlar paylaşılır, dünyaya çatdırılır.

Digər tərəfdən biz işğaldan azad olunmuş əraziləri gördükcə reallığı daha dərindən dərk etmək imkanı yaranır. Düşmən tərəfdən dağıdılmış şəhərləri, kəndləri gördükcə, biz millət olaraq haradan-haraya gəldiyimizi, nəyin necə baş verdiyinin, başımıza hansı bəlaların gəldiyinin fərqində oluruq. Ona görə, bu müqəddəs torpaqlarımızda bu vaxta qədər baş verənlərin bir daha baş verməməsi haqqında hər zaman düşünməliyik.
Belə dönəmlərdə milli kimliyimizə, dəyərlərimizə, dövlətçilik ənənələrinə zərbə vuran qollar
qandallanmalı, əxlaqa zidd ideoloji layihələr düşüncə sərhədimizə, könül dünyamıza yaxın buraxılmamalıdır. Onu da ututmamalıyıq ki, milli kimliyini, dəyərlərini itirən xalqların başı hər zaman dərddə olur.

İşğaldan azad edilmiş yurd yerlərimizlə bağlı informasiya yayımı işini daha peşəkar və davamlı istiqamətə yönəltmək olar. Orada səfərdə olan QHT, media nümayəndələrinin və müxtəlif sənət adamlarının potensialından düzgün istifadə edərək işğaldan azad olunan hər şəhər, hər kənd haqqında sənədli, bədii filmlər çəkmək mümkündür. Bir daha onu qeyd etmək istərdim ki, bu işləri kampaniyaçılıqdan, uraçılqdan uzaq olub, yalnız peşəkarların iştirakı ilə etmək mümkündür. Əks təqdirdirdə səfərlərin və görülən işlərin effekti o qədər hiss olunmaz.
Səfir: “Azərbaycan-İran münasibətlərində yeni səhifə açılıb”"Azərbaycan ilə İran arasında münasibətlərdə yeni səhifə açılıb”.

“Report” “Tehran Times”a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.

“Biz, iki ölkə liderlərinin müdrikliyi və diplomatları sayəsində bu gərginliyi arxada qoyduq. Bununla da, iki dost, qardaş, qonşu və müsəlman ölkəsi arasında münasibətlərdə yeni səhifə açılmış oldu”, - o deyib.

Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında Aşqabadda baş tutmuş görüş bu baxımdan dönüş nöqtəsi oldu.

Diplomat həmçinin İranın XİN rəhbəri Əmir Abdullahiyanın Bakıya səfər etdiyini xatırladıb: “Hüseyn Əmir Abdullahian bu il dekabrın 22-də Bakıya səfər etdi və səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və parlamentin sədri Sahibə Qafarova ilə görüşdü”.

S.A.Musəvi yeni 3+3 regional formatı bölgənin problemlərini həll etməyə imkan verəcəyinə ümidvar olduğunu bildirib.

Onun sözlərinə görə, regionun böyük ölkələri olan İran, Türkiyə və Rusiya üç Cənubi Qafqaz ölkəsi ilə birlikdə bu formatda fəaliyyəti davam etdirməli və onu “regional nizamın sabit mexanizminə” çevirməlidir.
Azərbaycanlı kriminal avtoritet Ukraynada öldürüldü - FOTOAzərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı “Dumskaya” nəşri yayıb. Məlumata görə, insident dekabrın 28-i Odessada “Arena” adlı bilyard klubunda baş verib.

İlkin məlumata görə, Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşı Nazir Əliyevə atəş açaraq onu qətlə yetirib. Ş. Quliyev şübhəli şəxs qismində saxlanılıb.
Keçmiş MTN polkovniki həbs edilibLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki və Lənkəran Dövlət Universitetinin prorektoru olmuş Bahadır Qocayev külli miqdarda dələduzluqda ittiham olunur.

Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsilə təqsirli bilinən sabiq prorektor həbs edilib. Keçmiş MTN vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilir.

B.Qocayev barəsində istintaq tərəfindən toplanan sübutlar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Bahadır Qocayev vaxtilə MTN-nin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. Keçmiş nazir Eldar Mahmudov işdən çıxarıldıqdan və "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb. 2016-cı ildə LDU-nun Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən də azad edilib.

Bundan başqa, vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb.
Deputatın Ukraynada tikinti biznesi üzə çıxdıMilli Məclisin gənc deputatı Anar Məmmədovun Ukraynada tikinti biznesi üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli araşdırmasında qeyd edib.

Ukraynanın Dnepr şəhərinin mərkəzində, Şmidt küçəsi 15-də “Bakı” adında möhtəşəm görünüşlü bina tikilib. Yaşayış kompleksi 21 mərtəbədən, 301 mənzildən ibarətdir. Kompleksin tikintisi K.A.S. LTD tərəfindən həyata keçirilib. K.A.S. LTD Azərbaycan, Ukrayna, Türkiyə, Gürcüstan və Monakoda inşaat sektorunda fəaliyyət göstərir.

Ukraynanın şirkət və müəssisələrin vahid reyestr xidmətinin məlumatına görə, şirkətin nizamnamə kapitalının 30 faizi Milli Məclisin gənc deputatlarından olan Məmmədov Anar İlyaz oğluna məxsusdur.

Xatırladaq ki, Anar Məmmədov "kirayə qaldığı üçün" Milli Məclisdən ayda 220 manat əlavə yardım alan 10 deputatdan biridir

"2005-ci ildə qeydiyyatdan keçmiş şirkətdə Anar Məmmədovun benefisiar olaraq yatırım payı 6 milyon qrivnadır, qalan 70 faiz deputatın qayınatası Qulam Ələkbərovun yaxın adamına məxsusdur. Ukraynada Anar Məmmədovun ailə üzvlərinin adına daha bir neçə şirkət fəaliyyət göstərir", - jurnalist bildirib.

Anar Məmmədov ötən il 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilib.
Tiflis də erməni şəhəridir - AkopcanyanTanınmış erməni siyasi analitik Razmik Akopcanyan Gürcüstana qarşı iddia ilə çıxış edib. Onun sözlərinə əsasən, gürcülər guya ermənilərə qarşı nankorluq edir, keçmişlərini udurlar.

Bu fikirləri Akopcanyan öz analitik yazısında bildirib.

“Gürcülər Gürcüstanı kainatın mərkəzi saysalar da, bu dövlətin yaranmasında, varlığında ən böyük rolu ermənilərin oynadığı bəllidir. Əslində, onların paytaxtı Tiflis də qədim erməni şəhəridir. Üstəlik, hazırda çoxlu sayda erməni kilsəsi “gürcü kilsələri” kimi təqdim olunur. Nə edək, bizim də belə qonşularımız var. Gürcülər daim bizə arxadan zərbələr endiriblər”, - deyə erməni ekspert qeyd edib.
ABŞ Ermənistanda “demokratiya”ya 400 min ayırırABŞ-ın Ermənistandakı səfirliyi ölkədə demokratiyanın inkişafı ilə bağlı təkliflər üçün açıq müsabiqə elan edib. Proqramın ümumi maliyyəsi 400 min dollar təşkil edəcək.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

“Bu proqram Ermənistanda demokratiyanın, insan hüquqlarına hörmətin və vətəndaş təhsilinin təşviqinə yönəlmiş təşəbbüsləri dəstəkləmək məqsədi daşıyır”, - sənəddə qeyd olunub.
Qardaşını öldürdü, arvadını isə yaraladıDekabrın 28-i saat 15 radələrində Saatlı rayonu Qırağlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarət nəticəsində həmin gün saat 17 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Saatlı rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Abdulrəhman Əliyevin sağ kürək nahiyəsindən bıçaqla xəsarət yetirməsinə, həmçinin həmin vaxt onları ayırmağa cəhd edən sonuncunun arvadı Arzu Əliyevanın sağ bilək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Arif Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Eldəniz Səlimov döydüyü polislə barışdıPolis əməkdaşını döydüyü üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Eldəniz Quliyev zərərçəkmiş şəxslə barışıb.

Avrasiya.net-in Musavat.com-a istinadən məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyev onu döyən sabiq deputat Eldəniz Səlimovu bağışlayıb.

Tərəflər barışdığı üçün məhkəmə bunu cəza təyin edən zaman yüngülləşdirici hal kimi nəzərə alıb.

Qeyd edək ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimov polis leytenantı Zaur Mirzəyevin xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətlərini özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurub. Hadisə ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanılıb. Bundan sonra Milli Məclis Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verib. Hökm qanuni qüvvəyə mindikdən sonra onun deputat səlahiyyətlərinə də xitam veriləcək.
AzTV-dən İLK – Pakistan televiziyası ilə ortaq yayım olacaqTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu gün AzTV Pakistan televiziyası ilə ortaq yayıma çıxacaq.

Söhbət Pakistanın nüfuzlu “BOL” Media Qrupundan gedir. Bu gün saat 21:30-da AzTV-nin “Əsas məsələ” tok-şousu “BOL” televiziya kanalı ilə ortaq yayımlanacaq.

Verilişdə Azərbaycan tərəfdən Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Qənirə Paşayeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Pakistan tərəfdən isə “BOL” Media Qrupunun prezidenti, tanınmış siyasi ekspert Syed Sabez Ali və “BOL”un baş redaktoru, politoloq Əmir Ziya müzakirələr aparacaqlar.
Pakistan və Azərbaycan tamaşaçıları üçün nəzərdə tutulmuş ortaq yayımda qardaş ölkələrin yüksək səviyyəli əməkdaşlığından, dünyaya nümunə olan dostluğundan, tarixi Bakı Bəyannaməsindən, Heydər Əliyev Fondunun Azərbaycan-Pakistan münasibətlərinə töhfəsindən söz açılacaq.

Ortaq yayımın moderatoru aparıcı Elnar Məmmədli olacaq.

Məlumat üçün bildirək ki, AzTV ilə Pakistanın sözügedən TV kanalı arasında bir müddətdir əlaqələr qurulub. “BOL” TV Vətən müharibəsi zamanı Azərbaycana ciddi informasiya dəstəyi verib. Bu gün də Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayır.