"Azərbaycan tərəfi Fransa tərəfinə bir mesaj verməlidir"Elman Vəliyev
Siyadi analitik


1.Fransada prezident seçkiləri yaxınlaşır və namizədlərdən olan Valeri üstünlük əldə etmək üçün publika manipulyasiyası strategiyasını işə salıb. Fransada erməni lobbisinin idarəçiliyə güclü təsirə malik olduğunu, əhali arasında bu etnik qrupun çoxluq təşkil etdiyini nəzərə alsaq Valerinin niyə belə etdiyi aydın görünür. Əgər bu amillər, seçki vadarlığı olmasa idi, Valeri niyə daha əvvəl belə canfəşanlıq etmirdi!?

Namizədlərin seçki strategiya və taktikaları olur. Çoxluq təşkil edən qruplar arasında manipulyasiya ən alternativ üsullardandır. Namizədin imici üçün özünü "canıyanan" kimi aparması mühüm rol oynayır.

Biz bunun analoqunu Amerika prezident seçkilərində də gördük. Sabit prezident Co Bayden erməni etnik qrupu üçün strategiya qurmuş, şüurlara işləyən vədlər vermişdi.

Hesab edirəm ki, bu məsələdə Azərbaycan tərəfi Fransa tərəfinə bir mesaj verməlidir. Həmçinin təkcə Fransa deyil, Fransa tipindən olan digər dövlətlərlərə də açıq şəkildə bəyan edilməlidir ki, Qarabağa səfər etmək üçün ilk öncə Azərbaycan hüquqları çərçivəsində hərəkət etmək lazımdır. Bu hüquqları gözardı edən hər kəs beynəlxalq hüququn müddəalarına zidd hərəkət etmiş olar və haqlı tərəf olaq Azərbaycan da layiqincə adekvat cavablar verə bilər.

2. Soçi görüşü, Brüssel sammiti Azərbaycanla Ermənistan arasındakı problemlərin çox hissəsini həll etdi deyə bilərik. Baş Nazir Nikol Paşinyan "Arsaxın" statusunun mümkün ehtimalının olmadığını bildirmək istəyir.

İki tərəfli razılaşmaya əsasən Qarabağda azərbaycanlırla ermənilər birlikdə yaşaya bilərlər. Hesab edirəm ki, Paşinyan bu faktoru kütləyə yavaş-yavaş yeritmək istəyir. Araikin də buna etiraz etməsi normaldır. Bilir ki, rəsmi İrəvan belə dedikdən sonra "qondarma respublika" suya düşmüş olacaq. Qondarma respublika olmadıqdan sonra Araik nə işə yarayacaq ki!
Erməni təxribatının qarşısını alan hərbçilərlə bağlı - SərəncamAzərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, 2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli “Rəşadət” ordeni ilə

Niftəliyev Ümüd Oruc oğlu – leytenant (ölümündən sonra)

Cabarov Orxan Hətəm oğlu – gizir (ölümündən sonra)

“Vətən uğrunda” medalı ilə

Əliyev Natiq Yusif oğlu – kiçik çavuş (ölümündən sonra)

Ağayev Elçin Mərifət oğlu – əsgər (ölümündən sonra)

Əliyev Elçin Ramil oğlu – əsgər (ölümündən sonra)

Əlizadə Elmin Samir oğlu – əsgər (ölümündən sonra)

Xəlilov Murad Qalib oğlu – əsgər (ölümündən sonra)

“İgidliyə görə” medalı ilə

Səfiyev Cəlal Nazim oğlu – kapitan

Dadaşev Elmir İdris oğlu – baş leytenant

Əhmədov Löhraz Rahib oğlu – baş leytenant

İsayev Müşviq Məhəmmədiyyə oğlu – baş leytenant

Tağıyev Osman Kərim oğlu – baş leytenant

Rəsulov Murad İlqar oğlu – leytenant

Dəmirov Natiq Nəzirxan oğlu – gizir

Əhmədov Tofiq Rafiq oğlu – gizir

Əliyev Rövşən Ramiz oğlu – gizir

Kərimov Vahab Kərim oğlu – gizir

Salahov Mirhüseyn Feyzulla oğlu – kiçik gizir

Vəlixanlı Adil Barat oğlu – çavuş

Səmədov Elmin Mirzəli oğlu – kiçik çavuş

Allahmanov Ülvi Süleyman oğlu – əsgər

İbrahimov Tengiz Teymuroviç – əsgər

Səlimov Ramiz Mübariz oğlu – əsgər

“Cəsur döyüşçü” medalı ilə

Həsənov Tural Rza oğlu – kapitan

Abasov Səxavət Yaqub oğlu – baş leytenant

Mehtiyev Mehman Vaqif oğlu – baş leytenant

Cəfərov Müzəffər Eldar oğlu – tibb xidməti leytenantı

Əliquliyev Etibar Yasin oğlu – leytenant

Nuriyev Natiq Abdulla oğlu – gizir

Usublu İslam Ələddin oğlu – gizir

Alişanov Elmar Eldar oğlu – kiçik çavuş

İsmayılov Elman Abas oğlu – kiçik çavuş

Mirzəyev Raqib Teyyub oğlu – kiçik çavuş

Şafaqatov Simran Azər oğlu – kiçik çavuş

Abdullayev Hikmət Elman oğlu – baş əsgər

Adgözəlov İsgəndər Nizami oğlu – əsgər

Allahverdiyev Mərhəmət Əbülfəz oğlu – əsgər

Aslanov Aslan Şahhüseyn oğlu – əsgər

Cabbarlı Sirac Eldar oğlu – əsgər

Əliyev Elgün Elşən oğlu – əsgər

Əliyev Səxavət Rizvan oğlu – əsgər

Əlizadə Məhəmməd Vüqar oğlu – əsgər

Hacıyev Dəmirəl Telman oğlu – əsgər

Həmzəyev Ceyhun Zeynal oğlu – əsgər

Həsənov Eltac Bayram oğlu – əsgər

Həsənov Kənan Vidadi oğlu – əsgər

Hüseynov Elşad Zaur oğlu – əsgər

Hüseynov Oruc Nəbi oğlu – əsgər

Hüseynov Səxavət Emil oğlu – əsgər

İsmayıllı Fərhad Yasər oğlu – əsgər

Qasımov Ehtibar Araz oğlu – əsgər

Quliyev Nurlan Yaşar oğlu – əsgər

Qurbanov Sabir Səməd oğlu – əsgər

Məmmədzadə Əli Elnur oğlu – əsgər

Mənəfov Əli Etibar oğlu – əsgər

Mikayılzadə Səid Asəf oğlu – əsgər

Muqrayev Əsəbəli Aydın oğlu – əsgər

Nağıyev Murad Tahir oğlu – əsgər

Şahverdiyev Rəhim Sədrəddin oğlu – əsgər

Tağıyev Elcan Elman oğlu – əsgər

Taharov Samir Rasil oğlu – əsgər

Teyyubzadə Roman Ramiz oğlu – əsgər

Valikov Natiq Coşqun oğlu – əsgər

Yusifov Qabil Habil oğlu – əsgər

Zeynalov Afər Asif oğlu – əsgər

Zeynalov İbrahim Suliddin oğlu – əsgər

Zeynalov İlkin Fizuli oğlu – əsgər

“Döyüşdə fərqlənməyə görə” medalı ilə

Babayev Nəbi Tofiq oğlu – polkovnik-leytenant

Cabbarov Ramin Sabir oğlu – polkovnik-leytenant

Paşayev Elnur Həvasət oğlu – kapitan

Hümbətov Ülfət Rahim oğlu – baş leytenant

Qocayev Aqil Bərşad oğlu – leytenant

Muradov Əbubəkir Məhərrəm oğlu – leytenant

Kazımov Kamran Eyvaz oğlu – kiçik gizir

Məmizadə Təbriz İsa oğlu – kiçik gizir

Mustafayev Feyzi Ramazan oğlu – kiçik gizir

Adgözəlov Elvin Novruz oğlu – kiçik çavuş

Əliyev Həsən İbrahim oğlu – əsgər

Həsənov Kamran Elşad oğlu – əsgər

Hüseynzadə Mahir Vüqar oğlu – əsgər

İsgəndərov Tural Qəhraman oğlu – əsgər

Kamahov Şamil Səfər oğlu – əsgər

Quliyev Fəhrad Fərrux oğlu – əsgər

Mehdizadə Hüseyn Rövşən oğlu – əsgər

Məhərrəmov Pirməmməd Müslüm oğlu – əsgər

Məmmədov Xəyal Mübariz oğlu – əsgər

Seyidəliyev Aqşin Sabir oğlu – əsgər

“Hərbi xidmətlərə görə” medalı ilə

Cavanşir Zaur Sabir oğlu – general-mayor

İbrahimov Cabbar Zakir oğlu – polkovnik

Həsənov Natiq Fazil oğlu – mayor

Səlimov Ayaz Səlim oğlu – mayor

Məmmədov Samir Məmməd oğlu – kapitan

Musalı Sahil Sahibxan oğlu – leytenant

Xəlilov Namiq Elşən oğlu – əsgər

İbişov Nicat Mahir oğlu – əsgər

Məmmədov Nurlan Fəzail oğlu – əsgər

Ömərli Cavidan Tahir oğlu – əsgər

Rüstəmov Eltəkin İlkin oğlu – əsgər

Yahyabəyov Cahangir Fizuli oğlu – əsgər.
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdiPrezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Zaur Qasım oğlu Abdullayevə

general-mayor Mayıl Seminar oğlu Şahverdiyevə

general-mayor Yusif Həsən oğlu Mirzəyevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Çingiz Böyükağa oğlu Kiçibəyova
İranla gərginlik başa çatdı - BayramovSirr deyil ki, bir neçə ay bundan öncə İranla Azərbaycan arasındakı münasibətlərdə bəlli gərginlik yaşanıb. Yaxşı xəbər ondan ibarətdir ki, bu gərginlik qısa çəkib. Arada bəlli bir anlaşılmazlıq olub. Həmkarımla görüş zamanı bu anlaşılmazlığın aradan qaldırılması, münasibətin inkişafı olub.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.

“Bu mənada, Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında olan görüşün xüsusi əhəmiyyətini vurğulamaq istəyərdim. Çox səmimi, açıq iki dost dövlətin prezidentlərinin geniş spektrli görüşü keçirilib”, - nazir bildirib.
Bacıoğlu dayısını güllələdiKürdəmir sakini dayısını güllələyib.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinə dekabrın 25-də Qarasu kəndi ərazisində kənd sakini E.Teyyubovun dayısı F.Cəbrayılova məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən F.Cəbrayılovun qol nahiyələrindən xəsarət alması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, müvafiq tədbirlər həyata keçirilmiş, hadisə yerindən müvafiq sənədləri olan “MR-43” markalı ov tüfəngi götürülüb.

F.Cəbraylov xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
İranda atışma: SEPAH-ın iki əsgəri öldüİranın Sistan-Bəlucistan vilayətində təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşmalar arasında qarşıdurma baş verib.

Axar.az xəbər verir ki, bu barədə İran İslam İnqilab Keşikçiləri Korpusunun Qüds briqadası yazılı açıqlama yayıb.

Məlumata görə, baş verən qarşıdurmada 2 əsgər həyatını itirib.
Rafael Cəbrayılovun qardaşına cinayət işi açıldıBakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov əvvəllər tikinti biznesilə məşğul olduğunu, hazırda isə bu sahədən uzaqlaşdığını deyib. O bildirib ki, “Dərhal” tikinti şirkəti 2002-ci ildə yaradılıb, 2015-ci ildən isə fəaliyyəti dayanıb.

Bəzi zərərçəkmişlərin əllərində Dərhal MMC-dən mənzil, obyekt almaq üçün pul ödəmələri barədə müqavilələr var. Həmin müqavilələrə də şirkətin rəhbəri kimi, Elşən Cəbrayılov imza atıb. Zərərçəkmişlər iddia edir ki, pulunu ödəsələr də, əmlaklarını ala bilməyiblər. Məsələn, 60 min dollar pul ödədiyini iddia edən Bəşir Məmmədov.

Bu barədə sualı cavablandıran Elşən Cəbrayılov bildirib ki, Bəşir Məmmədov əslində, mənzil almaq üçün pul verməyib. Adıçəkilən şəxs mərhum qardaşına sələmlə pul vermişdi. O pulu verməsi üçün də sözügedən müqavilə yaimzalanıb, onun yanında girov qoyulmuşdu:

“Qardaşım pulunu qaytardı, mənə də bu barədə dedi. Ondan sonra o müqaviləni cırdı. Sən demə, o biri tərəf müqaviləni saxlayıb, 12 ildən sonra iddia irəli sürdü ki, guya şirkətdən nəsə almaq üçün pul verib. Mən Bəşir adlı o adamın üzünü də görməmişəm,”- deyə şahid bildirib.

Elşən Cəbrayılov qardaşısının işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslərdən Şəfa Məmmədova, Məlahət Qurbanova, Sülhiyyə Məmmədovanı tanımadığını deyib.

Lakin zərərçəkmişlərdən birinin nümayəndəsi, vəkil Kamandar Nəsibov bildirib ki, şahid yalan danışır. Vəkilin sözlərinə görə, hətta bu qalmaqallarla əlaqədar Elşən Cəbrayılovun inzibati qaydada həbs olunması üçün məhkəməyə müraciət olunub.

“Rəfael Cəbrayılovdan da o istifadə edib, pulları da o mənimsəyib”, - vəkil deyib.

Dindirmə zamanı o da məlum olub ki, mərhum Rəfael Cəbrayılovla bağlı cinayət işindən daha bir iş ayrılaraq, Elşən Cəbrayılov haqqında araşdırma aparılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilib.

“Bir nəfər məni aldatmışdı, bununla əlaqədar Binəqədi rayon Polis İdarəsinə şikayət eləmişdim. O qərarı aparıb Nərimanov rayon Polis İdarəsinə təqdim elədim, məlum oldu ki, mənim heç bir günahım yoxdur bu məsələdə”, - Elşən Cəbrayılov bildirib.

Elşən Cəbrayılovun dindirilməsi növbəti məhkəmə iclasında da davam edəcək.

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

Xatırladaq ki, Xatırladaq ki, Rəfael Cəbrayılov dələduzluda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin bir neçə prosesi davam edib. Bu il sentyabrın 30-da R. Cəbrayılov koronavirusdan müalicə olunduğu Yeni Klinikada vəfat edib
Ermənistana qarşı daha bir iddia qaldırılacaq - NazirAzərbaycan yaxın vaxtlarda beynəlxalq məhkəmədə Ermənistana qarşı daha bir iddia qaldıracaq.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqimatında söyləyib.

Onun sözlərinə görə, ekologiya konvensiyasının pozulması nəticəsində Azərbaycan təbiətinsə vurulan ziyanla bağlı yaxın vaxtlarda Ermənistana qarşı beynəlxalq arbitraja müraciət ediləcək.

Nazir deyib ki, eyni zamanda Azərbaycanın təbii sərvətlərinin qanunsuz istifadəsi ilə bağlı müvafiq konvensiyalara uyğun olaraq beynəlxalq məhkəməyə müraciət ediləcək.
Kiyevdə azərbaycanlıların Həmrəylik gününə həsr olunan mini futbol turniri keçirilibKiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) və “Ze! Molodejka” təşkilatının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən bir neçə xalqların təmsilçiləri arasında mini futbol turniri keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan turnirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız, ərəb ölkələri və Ukraynanı təmsil edən mini komandalar iştirak ediblər.

Turnirin final oyunun açılışında Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Kamal Xəlilov, UAR həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, digər həmsədr, Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor təşkilatının sədri Hikmət Cavadov, UAR aparat rəhbəri, Ukrayna Kikboksinq Federasiyasının vitse prezidenti Elşad İbrahimov və digərləri iştirak ediblər.

Turnirin açılışında çıxış edənlər bu kimi yarışların istər idmana diqqətdə, istərsə də Ukraynada yaşayan millətlərin dostluğu istiqamətində təqdirəlayiq hal hesab edərək uğurlar arzulayıblar. Daha sonra Azərbaycanı təmsil edən komanda ilə ərəb ölkələrini təmsil edən komanda arasında final oyunu keçirilb. Azərbaycanlıları təmsil edən Ukrayna Azərbaycanlıları Radası – UAR komandası 2:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.
Bakıda illərlə atası tərəfindən zorlanan qızın cəsarətiBakıda ana və iki azyaşlı qızı öz evlərində illərlə zorakılığa, təcavüzə, işgəncəyə məruz qalıb. Qızlardan 2002-ci il təvəllüdlü olanı öz doğma atası tərəfindən illərlə zorlanıb. Qızın anası və yaşca kiçik olan bacısı son illər bundan xəbər tutsa da, hər biri qorxudan susub. Susduqca onlar da eyni zorakılığa məruz qalıb. Qızlar 45 yaşlı ataları, qadın isə əri tərəfindən təhdid edilib, döyülüb, amansız rəftara məruz qalıb...

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, bütün bu faciə, ana və qızlarının yaşadığı əzab ötən ilin sonlarında 2002-ci il təvəllüdlü qızın verdiyi qəti qərardan sonra bitib.

İllərlə öz atası tərəfindən zorlanan qız yaşca ondan kiçik olan bacısının da eyni aqibəti yaşamaması üçün feysbuk sosial şəbəkəsində “Hüquqşünaslar” qrupuna müraciət edib. Onun üçüncü bir şəxsin adından yazdığı müraciətə xanım vəkillərdən biri cavab verib. Xanım vəkillə əlaqə quran qız başına gələnləri danışıb. Bundan sonra vəkil və qız prokurorluğa müraciət edib.

Nəticədə illərdir öz qızlarına, arvadına olmazın iyrəncliyi edən şəxs həbs edilib.

Araşdırmalar zamanı isə işin daha dəhşətli məqamları üzə çıxıb. Müəyyən edilib ki, 2002-ci il təvəllüdlü qız 6 yaşından etibarən atası tərəfindən cinsi zorakılığa məruz qalıb, zorlanıb. Hətta atası onu anasının gözləri qarşısında da zorlayıb. Anasını da onun gözləri qarşısında...

Əxlaqsız ata iyrənc hərəkətlərini bununla da yekunlaşdırmayıb və 2007-ci il təvəllüdlü qızına qarşı da seksual xarakterli hərəkətlər edib. Ana və qızları bu barədə dəfələrlə öz aralarında danışsalar da cəsarət edib polisə şikayət etməyiblər. Çünki illərlə müxtəlif formada işgəncələrə məruz qalıblar...

Araşdırmalar zamanı müəyyən edilib ki, 1975-ci il təvəllüdlü şəxs qızları və arvadını şillə, yumruq, təpik vurmaqla, saçlarını yolmaqla, çimdikləməklə, yaşadıqları evin küncündə dəqiqələrlə tək ayaq üstə saxlamaqla güclü fiziki ağrı və psixi iztirablar, işgəncələr verib.

Özünün daha da qəddar, amansız obrazını yaratmaq üçün daim üzərində olan bıçağı qəsdən nümayiş etdirib onları psixi iztirab formasında öldürəcəyi ilə hədələyib. Hətta evin divarına mıx vuraraq sarı rəngli elektrik naqili asıb. İstəkləri yerinə yetirilməyəcəyi təqdirdə onları asacağını bildirib.

Araşdırmalar zamanı üzə çıxan daha bir dəhşətli fakt isə 2002-ci il təvəllüdlü qızın baş verən zorakılığın nəticəsi olaraq 18 yaşında itihara cəhd etməsidir. Belə ki, o, evdə olan bir ovuc dərmanı içərək intihara cəhd edib. Xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olub. Amma o zaman qızın intihara cəhdini imtahan ərəfəsinin stresi kimi qələmə veriblər. Bu zaman da özünü ata adlandıran şəxs qızına və həyat yoldaşına tənbeh edib ki, bu barədə polisə heç bir məlumat verilməsin.

Amma vicdansız şəxs öz iyrənc hərəkətlərinə yenə də davam edib və intihara cəhd edən qızını yenidən zorlamağa başlayıb.

Bütün bu hərəkətləri sübutlarla, votsap yazışmaları ilə ortaya qoyulan şəxs utanmadan peşman olduğunu deyib. Üzləşdirmə zamanı qızından üzr də istəyib. Amma 2002-ci il təvəlldülü qız atasından şikayətçi olduğunu, ona ən ağır cəzanın verilməsini tələb edib.

Qeyd etdiyimiz kimi, hadisələrin üstü 2002-ci il təvəllüdlü qızın cəsarətini toplaması ilə açılıb. Ona bu cəsarəti verən isə ondan 5 yaş kiçik olan bacısının taleyi olub. Belə ki, 2002-ci il təvəllüdlü qız 2007-ci il təvəllüdlü bacısının eyni həyatı yaşamasını istəməyib.

Bu qəti qərarı isə atasının ona yazdığı sonuncu iyrənc mesajdan sonra verib. Belə ki, özünü ata adlandıran şəxs 2002-ci il təvəllüdlü qızına mesaj yazaraq deyib ki, yuxuda onunla və bacısı ilə birlikdə intim əlaqədə olduğunu görüb. Bu mesajı alan 2002-ci il təvəlüldlü qız anasına məlumat verib ki, artıq bütün bunlara son verməyin vaxtıdır. Bu dəfə anası da qızını dəstəkləyib. Hadisələrin davamı yuxarıda qeyd etdiyimiz kimi baş verib.

2002-ci il təvəllüdlü qız həm özünü, həm də ana və bacısını bataqlıqdan xilas edib.

Bütün bu iyrənc hərəkətləri edən 1975-ci il təvəllüdlü şəxsə qarşı Cinayət Məcəlləsinin intihar həddinə çatdırma, əzab vermə, 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə, zorlama maddələrinin bir neçə ağır bəndləri ilə ittihamlar irəli sürülüb. Məhkəmənin hökmü ilə həmin şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu dəhşətli hadisə hansısa bir ssenari əsasında qurulmayıb. Bu, cəmiyyətimizin içində baş verən, gözdən uzaqda qalan, səsi boğulan bir ailənin faciəsidir. Ana və qızı uzun illər bu işgəncələrə dözüb. Ana övladlarını itirməyin qorxusundan, övladlar isə ölüm qorxusundan susublar.

Cəmiyyətdə ətrafımızda baş verən hadisələrə laqeyd yanaşma halları çoxdur. Düşünmürəm ki, bu ailənin vəziyyətindən xəbəri olmayan bir nəfər yaxın qohum, tanış olmasın. O niyə susub? Ən azından anonim şəkildə bu məsələni ictimailəşdirə bilməzdimi...

Bu yazını oxuyanlar arasında bəlkə də bu cür faciələrin qurbanı olmuş, hazırda da qurbanı olan şəxslər var. Və ya belə qurbanları tanıyanlar var. Nə qurbanlar, nə də bundan xəbərdar olanlar susmamalıdır.

2002-ci il təvəlüldlü qız intihar cəhddində ölə bilərdi. O ölsəydi, bu hadisələrin üstü açılmayacaqdı. Həmin qız sussaydı, yenə də ailə olaraq bataqlığın içərisində idilər.

Bir nəfərin susmaması üç nəfəri xilas etdi. Düşünün ki, baş verən cinayət hadisəsini gördükdə sussanız, nəticədə məhv olan insan həyatlarının hekayəsini eşidəcək, oxuyacaqsınız...