Ukrayna “Bayraktar” istehsalına başladıUkrayna “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) ölkə daxilində istehsalına başlayıb.

Modern.az “Focus” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin aparatının rəhbəri Andrey Yermak məlumat verib.

“Biz Türkiyə ilə əməkdaşlığımızı genişləndiririk. Hər şey “Bayraktarların” tədarükü ilə başladı, indi isə onların Ukraynada istehsalına başlanılıb”, - deyə Ermak bildirib.

O, Türkiyənin “Bayraktar” dronların üçün mühərriklərin də Ukraynada istehsal olunduğunu vurğulayıb.

Bundan əvvəl Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksiy Aretoviç bildirib ki, Ukrayna-Türkiyə zavodu “Anka” tipli reaktiv pilotsuz uçuş aparatlarının (PUA) yaradılmasına başlayacaq.
Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verildiEldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib.

Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, Konstitusiyanın 89-cu maddəsinin tələblərinə uyğun olaraq, Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda deputat mandatından məhrum edilir və səlahiyyətlərini itirir: "Eldəniz Səlimov barəsində məhkəmənin hökmü olduğuna görə onun deputat səlahiyyətlərinə xitam verilib, yəni mandatını itirib".
QHT rəsmiləri ağacəkmə kampaniyasında - FotolarAzərbaycanda fəaliyyət göstərən 300-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə kampaniyasında iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, məqsəd ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək və təbiətə töhfə verməkdir.

Aksiya çərçivəsində hər iki qurumun rəhbərliyi, kollektivi və 300-ə yaxın QHT tərəfindən Müşviqabad qəsəbəsində minədək ağac əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov bildirib ki, ağacəkmə kampaniyası çərçivəsində QHT üzvləri yaşıllıq ərazilərinin çoxalmasına öz töhfələrini verirlər: "Bu cür tədbirləri tez-tez təkrarlamalıyıq".

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib ki, Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın QHT nümayəndəsinin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə ağacəkmə aksiyası təşkil edib: "Müşfiqabad qəsəbəsində həyata keçirilən ağacəkmə aksiyasında 1000-ə yaxın ağacın əkilməsi nəzərdə tutulub. Layihənin keçirilməsində məqsəd ətraf mühitin qorunması və ekoloji tarazlığa töhfə verməkdir".


İranın nüvə danışıqlarındakı şərti... - AbdullahianBizim üçün ən vacib məsələ ilk növbədə İran neftinin maneəsiz satışı və onun pullarının xarici valyutada İran bank hesablarına yatırılmasıdır.

Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian jurnalistlərə açıqlamasında deyib.

“Bundan əlavə, bütün kommersiya imkanlarından yararlanmalıyıq”, - deyə Abdullahian bildirib.

Onun sözlərinə görə, ABŞ-ın zəmanət verməsi və sanksiyaların aradan qaldırılması da gündəmdə olacaq:

“Düşünürəm ki, müzakirə masasında ümumi və məqbul bir qanun layihəsi var".
Ersin Tatar: "Bu halda masaya oturarıq, əks halda...""Heç kim bizdən dövlətimizdən əl çəkməyimizi, Şimali Kipr Türk Cümhuriyyətini qurban verməyimizi gözləməsin və heç kim bizi Cənubi Kipr Cümhuriyyətinə konstitusiya dəyişikliyi ilə yamaq etməyə çalışmasın".

Avrasiya.net xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar deyib.

Onun sözlərinə görə, bərabərlik və müstəqilliyə əsaslanan bir razılaşma olarsa masaya oturulacaq:

“Biz belə bir şeyi qəbul etməyəcəyik. Əgər onlar bizim suverenliyimizi, müstəqilliyimizi qəbul etməsələr, belə bir müqavilədə imzamız olmayacaq. Türkiyənin Şərqi Aralıq dənizində hüquqlarını təmin edən, eyni zamanda, suverenlik, bərabərlik və müstəqilliyə əsaslanan bir razılaşma olarsa, bu halda masaya oturarıq. Əks halda, heç bir müqavilə imzalamayacağıq”.
"Azərbaycan tərəfi Fransa tərəfinə bir mesaj verməlidir"Elman Vəliyev
Siyadi analitik


1.Fransada prezident seçkiləri yaxınlaşır və namizədlərdən olan Valeri üstünlük əldə etmək üçün publika manipulyasiyası strategiyasını işə salıb. Fransada erməni lobbisinin idarəçiliyə güclü təsirə malik olduğunu, əhali arasında bu etnik qrupun çoxluq təşkil etdiyini nəzərə alsaq Valerinin niyə belə etdiyi aydın görünür. Əgər bu amillər, seçki vadarlığı olmasa idi, Valeri niyə daha əvvəl belə canfəşanlıq etmirdi!?

Namizədlərin seçki strategiya və taktikaları olur. Çoxluq təşkil edən qruplar arasında manipulyasiya ən alternativ üsullardandır. Namizədin imici üçün özünü "canıyanan" kimi aparması mühüm rol oynayır.

Biz bunun analoqunu Amerika prezident seçkilərində də gördük. Sabit prezident Co Bayden erməni etnik qrupu üçün strategiya qurmuş, şüurlara işləyən vədlər vermişdi.

Hesab edirəm ki, bu məsələdə Azərbaycan tərəfi Fransa tərəfinə bir mesaj verməlidir. Həmçinin təkcə Fransa deyil, Fransa tipindən olan digər dövlətlərlərə də açıq şəkildə bəyan edilməlidir ki, Qarabağa səfər etmək üçün ilk öncə Azərbaycan hüquqları çərçivəsində hərəkət etmək lazımdır. Bu hüquqları gözardı edən hər kəs beynəlxalq hüququn müddəalarına zidd hərəkət etmiş olar və haqlı tərəf olaq Azərbaycan da layiqincə adekvat cavablar verə bilər.

2. Soçi görüşü, Brüssel sammiti Azərbaycanla Ermənistan arasındakı problemlərin çox hissəsini həll etdi deyə bilərik. Baş Nazir Nikol Paşinyan "Arsaxın" statusunun mümkün ehtimalının olmadığını bildirmək istəyir.

İki tərəfli razılaşmaya əsasən Qarabağda azərbaycanlırla ermənilər birlikdə yaşaya bilərlər. Hesab edirəm ki, Paşinyan bu faktoru kütləyə yavaş-yavaş yeritmək istəyir. Araikin də buna etiraz etməsi normaldır. Bilir ki, rəsmi İrəvan belə dedikdən sonra "qondarma respublika" suya düşmüş olacaq. Qondarma respublika olmadıqdan sonra Araik nə işə yarayacaq ki!
Erməni təxribatının qarşısını alan hərbçilərlə bağlı - SərəncamAzərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, 2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli “Rəşadət” ordeni ilə

Niftəliyev Ümüd Oruc oğlu – leytenant (ölümündən sonra)

Cabarov Orxan Hətəm oğlu – gizir (ölümündən sonra)

“Vətən uğrunda” medalı ilə

Əliyev Natiq Yusif oğlu – kiçik çavuş (ölümündən sonra)

Ağayev Elçin Mərifət oğlu – əsgər (ölümündən sonra)

Əliyev Elçin Ramil oğlu – əsgər (ölümündən sonra)

Əlizadə Elmin Samir oğlu – əsgər (ölümündən sonra)

Xəlilov Murad Qalib oğlu – əsgər (ölümündən sonra)

“İgidliyə görə” medalı ilə

Səfiyev Cəlal Nazim oğlu – kapitan

Dadaşev Elmir İdris oğlu – baş leytenant

Əhmədov Löhraz Rahib oğlu – baş leytenant

İsayev Müşviq Məhəmmədiyyə oğlu – baş leytenant

Tağıyev Osman Kərim oğlu – baş leytenant

Rəsulov Murad İlqar oğlu – leytenant

Dəmirov Natiq Nəzirxan oğlu – gizir

Əhmədov Tofiq Rafiq oğlu – gizir

Əliyev Rövşən Ramiz oğlu – gizir

Kərimov Vahab Kərim oğlu – gizir

Salahov Mirhüseyn Feyzulla oğlu – kiçik gizir

Vəlixanlı Adil Barat oğlu – çavuş

Səmədov Elmin Mirzəli oğlu – kiçik çavuş

Allahmanov Ülvi Süleyman oğlu – əsgər

İbrahimov Tengiz Teymuroviç – əsgər

Səlimov Ramiz Mübariz oğlu – əsgər

“Cəsur döyüşçü” medalı ilə

Həsənov Tural Rza oğlu – kapitan

Abasov Səxavət Yaqub oğlu – baş leytenant

Mehtiyev Mehman Vaqif oğlu – baş leytenant

Cəfərov Müzəffər Eldar oğlu – tibb xidməti leytenantı

Əliquliyev Etibar Yasin oğlu – leytenant

Nuriyev Natiq Abdulla oğlu – gizir

Usublu İslam Ələddin oğlu – gizir

Alişanov Elmar Eldar oğlu – kiçik çavuş

İsmayılov Elman Abas oğlu – kiçik çavuş

Mirzəyev Raqib Teyyub oğlu – kiçik çavuş

Şafaqatov Simran Azər oğlu – kiçik çavuş

Abdullayev Hikmət Elman oğlu – baş əsgər

Adgözəlov İsgəndər Nizami oğlu – əsgər

Allahverdiyev Mərhəmət Əbülfəz oğlu – əsgər

Aslanov Aslan Şahhüseyn oğlu – əsgər

Cabbarlı Sirac Eldar oğlu – əsgər

Əliyev Elgün Elşən oğlu – əsgər

Əliyev Səxavət Rizvan oğlu – əsgər

Əlizadə Məhəmməd Vüqar oğlu – əsgər

Hacıyev Dəmirəl Telman oğlu – əsgər

Həmzəyev Ceyhun Zeynal oğlu – əsgər

Həsənov Eltac Bayram oğlu – əsgər

Həsənov Kənan Vidadi oğlu – əsgər

Hüseynov Elşad Zaur oğlu – əsgər

Hüseynov Oruc Nəbi oğlu – əsgər

Hüseynov Səxavət Emil oğlu – əsgər

İsmayıllı Fərhad Yasər oğlu – əsgər

Qasımov Ehtibar Araz oğlu – əsgər

Quliyev Nurlan Yaşar oğlu – əsgər

Qurbanov Sabir Səməd oğlu – əsgər

Məmmədzadə Əli Elnur oğlu – əsgər

Mənəfov Əli Etibar oğlu – əsgər

Mikayılzadə Səid Asəf oğlu – əsgər

Muqrayev Əsəbəli Aydın oğlu – əsgər

Nağıyev Murad Tahir oğlu – əsgər

Şahverdiyev Rəhim Sədrəddin oğlu – əsgər

Tağıyev Elcan Elman oğlu – əsgər

Taharov Samir Rasil oğlu – əsgər

Teyyubzadə Roman Ramiz oğlu – əsgər

Valikov Natiq Coşqun oğlu – əsgər

Yusifov Qabil Habil oğlu – əsgər

Zeynalov Afər Asif oğlu – əsgər

Zeynalov İbrahim Suliddin oğlu – əsgər

Zeynalov İlkin Fizuli oğlu – əsgər

“Döyüşdə fərqlənməyə görə” medalı ilə

Babayev Nəbi Tofiq oğlu – polkovnik-leytenant

Cabbarov Ramin Sabir oğlu – polkovnik-leytenant

Paşayev Elnur Həvasət oğlu – kapitan

Hümbətov Ülfət Rahim oğlu – baş leytenant

Qocayev Aqil Bərşad oğlu – leytenant

Muradov Əbubəkir Məhərrəm oğlu – leytenant

Kazımov Kamran Eyvaz oğlu – kiçik gizir

Məmizadə Təbriz İsa oğlu – kiçik gizir

Mustafayev Feyzi Ramazan oğlu – kiçik gizir

Adgözəlov Elvin Novruz oğlu – kiçik çavuş

Əliyev Həsən İbrahim oğlu – əsgər

Həsənov Kamran Elşad oğlu – əsgər

Hüseynzadə Mahir Vüqar oğlu – əsgər

İsgəndərov Tural Qəhraman oğlu – əsgər

Kamahov Şamil Səfər oğlu – əsgər

Quliyev Fəhrad Fərrux oğlu – əsgər

Mehdizadə Hüseyn Rövşən oğlu – əsgər

Məhərrəmov Pirməmməd Müslüm oğlu – əsgər

Məmmədov Xəyal Mübariz oğlu – əsgər

Seyidəliyev Aqşin Sabir oğlu – əsgər

“Hərbi xidmətlərə görə” medalı ilə

Cavanşir Zaur Sabir oğlu – general-mayor

İbrahimov Cabbar Zakir oğlu – polkovnik

Həsənov Natiq Fazil oğlu – mayor

Səlimov Ayaz Səlim oğlu – mayor

Məmmədov Samir Məmməd oğlu – kapitan

Musalı Sahil Sahibxan oğlu – leytenant

Xəlilov Namiq Elşən oğlu – əsgər

İbişov Nicat Mahir oğlu – əsgər

Məmmədov Nurlan Fəzail oğlu – əsgər

Ömərli Cavidan Tahir oğlu – əsgər

Rüstəmov Eltəkin İlkin oğlu – əsgər

Yahyabəyov Cahangir Fizuli oğlu – əsgər.
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdiPrezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Zaur Qasım oğlu Abdullayevə

general-mayor Mayıl Seminar oğlu Şahverdiyevə

general-mayor Yusif Həsən oğlu Mirzəyevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Çingiz Böyükağa oğlu Kiçibəyova
İranla gərginlik başa çatdı - BayramovSirr deyil ki, bir neçə ay bundan öncə İranla Azərbaycan arasındakı münasibətlərdə bəlli gərginlik yaşanıb. Yaxşı xəbər ondan ibarətdir ki, bu gərginlik qısa çəkib. Arada bəlli bir anlaşılmazlıq olub. Həmkarımla görüş zamanı bu anlaşılmazlığın aradan qaldırılması, münasibətin inkişafı olub.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.

“Bu mənada, Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında olan görüşün xüsusi əhəmiyyətini vurğulamaq istəyərdim. Çox səmimi, açıq iki dost dövlətin prezidentlərinin geniş spektrli görüşü keçirilib”, - nazir bildirib.