Sabiq millət vəkili Prezident İlham Əliyevi təbrik etdiHüquq üzrə fəlsəfə doktoru, yazıçı-publisist, sabiq millət vəkili Cahangir Hüseynov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib. Sabiq millət vəkilinin təbrik mətnində bildirilir:

Möhtərəm Prezident, Cənab Ali Baş Komandan!

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı və Sizə dövlət idarəçiliyində yeni-yeni uğurlar arzulayıram.

Sizin Ali Baş Komandan kimi rəhbərliyiniz nəticəsində torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün bərpa olunmasına görə, bütün Azərbaycan xalqı Sizə minnətdardır.

Möhtərəm, Cənab Prezident!

Sizin uzaqgörən və praqmatik siyasətiniz nəticəsində ölkənin milli mənafeyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək və Azərbaycanı regional güc mərkəzinə çevirmək beynəlxalq gündəlikdə duran ən mühüm məsələlərin həllində Azərbaycanın fəal iştirakını təmin etmək mümkün olmuşdur.

Hörmıətli Prezident!

Siz Azərbaycan xalqının əvəzsiz lideri və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunu inamla həyata keçirən böyük şəxsiyyətsiniz. Bu gün Azərbaycan Sizin müdrik rəhbərliyiniz və cəmiyyət həyatının bütün sahələrinin müasirləşməsi yolunda ardıcıl və dinamik sürətlə irəliləyir. Zəngin siyasi təcrübəniz, yüksək peşəkarlığınız, xalqın rihafının yüksəldilməsi naminə mürəıkkəb məsələləri həll etməyə imkan verir.

Möhtərəm, Cənab Prezident!

Biz, Sizin regionda sülhü qoruyub saxlamaq, məıcburi köçkünlərin doğma yurdlarına qaytarılması naminə böyük quruculuq işlərinin aparılması üçün səylər göstərdiyinizin şahidiyik. Suzə bu mürıəkkəb, məsuliyyətli, eyni zamanda şərəfli missiyanın yerinə yetirilməsində möhkəm can sağlığı, tükənməz həyat enerjisi arzulayıram.

Möhtərəm Prezident!

Biz Sizinlə fəxr edirik. İşğaldan azad edilmiş torpaqlarımızda Sizin rəhbərliyiniz altında həyata keçirilən möhtəşəm yenidənqurma, bərpa işlərini görəndə ürəyimiz dağa dönür. Bütün dünya Sizin qətiyyətiniz, ölkəmizin gücünün qüdrətinin bir daha şahidi olur. Siz doğma Qarabağımızı cənnətə çevirirsiniz. Ulu Tanrı bu müqəddəs işdə Sizə yar olsun.

Sülhün Cənubi Qafqazda bərqərar olması istiqamətində Moskvada, Soçidə apardığınız danışıqlar, beynəlxalq səviyyədə NATO və Avropa İttifaqındakı görüşləriniz bizi sevindirir. Tezliklə regionda sülhün bərqərar olacağına əminlik yaradılr.

Möhtərəm Cənab Prezident!

Sizi doğma gününüz, 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, dövlət quruculuğu işlərində, regionda sülhün qorunub-saxlanılmasında uğurlar arzulayıram.

Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Hərmrəylik Günü və Yeni il bayramı münasibətilə də təbrik edirəm.

Hörmətlə Cahangir Hüseynov- hüquq üzrə fəlfəsə doktoru, sabiq millət vəkili
Rostovda bayram tədbirləri keçirilibDünən Rostov şəhərində, "Qoluboe ozero " şadlıq sarayında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il Bayramı münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycanlıların hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə Regionlararası Konqres Assosiasiyasının "Birlik" Prezidenti Leyla Əhmədova açıb.

O, qonaqları salamlayaraq, onlara tədbir haqqında informasiya verib.

Tədbirdə Rostov şəhərində fəaliyyət göstərən CXR, Əfqanıstan, Qırğızıstan və Kalmıkiya diasporasının rəhbərləri, "Dobroe serdce" Əlil uşaqları təşkilatının sədri Pustovaya Svetlana Petrovna, şəhər ictimaiyyətinin nümayəndələri, "Böyük dayaq" Partiyasının sədri Mirkazım Seyidov iştirak ediblər.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlara konsert proqramı təqdim olunub. .

Tədbir haqqında geniş materialı yaxın günlərdə, PATRİOT TVAZ kanalının YouTube səhifəsində izləyə bilərsiniz!



Putin İlham Əliyevə zəng etdiDekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı Soçi görüşü məmnunluqla xatırlanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
NATO bu ölkəni Rusiyaya qarşı plasdarma çevirirABŞ-ın rəhbərlik etdiyi NATO Ukraynanı Rusiyaya qarşı hərbi plasdarma çevirir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk deyib.

“Təəssüf ki, 2014-cü ildən biz ABŞ başda olmaqla, NATO ölkələrinin Ukraynanın hərbiləşdirilməsinə, onun ərazisini metodik şəkildə mənimsəməsinə, Rusiyaya qarşı hərbi plasdarma çevrilməsinə necə sərmayə qoyduğunu müşahidə edirik”, - Polişuk bildirib.
"Fransalı siyasətçinin həyasız əməli cavabsız qalmamalıdır"Fransada keçiriləcək prezident seçkilərinə namizəd Valeri Pekressin bizim Xankəndi şəhərinə qanunsuz səfər edib, orada erməni separatçıları ilə görüş keçirməsi ölkəmizə, suverenliyimizə qarşı böyük bir təxribatdır, ərazi bütövlüyümüzə qarşı açıq-aşkar hörmətsizlikdir. Avropa Birliyinin lider ölkələrindən birinə rəhbərlik etmək istəyən xanım siyasətçinin bu həyasız əməli cavabsız qalmamalıdır. Bu baxımdan biz Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa tərəfinə nota verməsini və V.Pekress başda olmaqla suveren ərazilərimizə qanunsuz səfər edən Fransa vətəndaşlarının adlarının "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsini tamamilə düzgün və vaxtında atılmış addım kimi dəyərləndiririk. Əminik ki, belələrinin Azərbaycana girişinin qadağan edilməsi öz müsbət nəticəsini verəcək.

Ancaq rəsmi Bakı sözügedən fransalı siyasətçinin beynəlxalq hüquqa, BMT qətnamələrinə zidd olan bu addımı ilə bağlı əlaqədar beynəlxalq təşkilatlara, o cümlədən gələn ildən Fransanın rəhbərlik edəcəyi Avropa İttifaqına (Aİ), bu İttifaq Şurasının hazırkı sədri Şarl Mişelə də rəsmi şikayət məktubu ilə müraciət etməli, Aİ-nin yürütdüyü bölgədə sülh siyasətinə zərbə vuran Fransa prezidentliyinə namizədin təxribatçı hərəkətinə münasibət bildirmələrini tələb etməlidir.

Eyni zamanda Valeri Pekressin təxribatçı hərəkətinə göz yuman, onun Xankəndi şəhərinə gizli gəlməsinə şərait yaradan Rusiya sülhməramlıları da bu hadisəyə görə məsuliyyət daşıyırlar. Sülhməramlılar bu insidentə nəyə görə göz yummaqlarına hökmən aydınlıq gətirməlidirlər. Onlar sərhədimizdən qanunsuz girişlərin qarşısını ala bilmirlərsə, bunu da açıq şəkildə etiraf etsinlər. Azərbaycan öz sərhəd qapısını yüksək səviyyədə ayıq-sayıqlıqla qorumağa qadirdir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
ABŞ və Yaponiyanın birgə planı: Çin hücum etsə...Amerika və Yaponiya hərbçiləri Tayvanda yarana biləcək mümkün fövqəladə vəziyyətlə əlaqədar (Çinin hücumu - red.) hərbi plan layihəsi hazırlayıblar.

Axar.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Plana əsasən, fövqəladə durum zamanı ABŞ dəniz piyadaları korpusu Yaponiyanın Tayvana qədər uzanan Nansey arxipelaqında qüvvələr yerləşdirəcək və müvəqqəti bazalar yaradacaq. Burada Yaponiya tərəfi silah-sursat və yanacaqla amerikalıları təchiz edəcək.

Ehtimal edilir ki, yanvar ayında ABŞ və Yaponiya arasında təhlükəsizliklə bağlı yüksək səviyyəli görüşlər zamanı sözügedən planın rəsmi versiyasının hazırlanması yönündə razılıq əldə olunacaq.
Alimlərdən "Omikron"la bağlı ŞAD XƏBƏRKoronavirusun "omikron" ştamı ilə yoluxma halında "delta"dan fərqli olaraq ev şəraitində müalicə mümkündür.

Publika.az xəbər verir ki, bu barədə Britaniya mediası hökumətin ilk belə araşdırmasına istinadən xəbər verir.

Məlumatlara görə, yoluxmuş "omikron"un xəstəxanaya getmə riski "delta" ilə müqayisədə 50-70% azdır.

Sağlamlıq Təhlükəsizliyi Agentliyinin direktoru Cenni Harris deyib ki, yeni ştamla yoluxanların adi qaydada müalicəsi onun az təhlükəli olmasını şərtləndirir.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb
Bakıda qar yağacaq, dağlarda 20 dərəcə şaxta olacaq - PROQNOZBakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə bildirilib ki, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Bakıda gecə 1° şaxtadan 1°-dək isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-7° şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Bakıda dəhşətli qətl - Səhər yeməyində anasının başını kəsdiBakıda oğul anasını qətlə yetirib.

Avrasiya.net xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

32 yaşlı Samir Cəfərov səhər vaxtı valideyni ilə yemək yeyərkən 62 yaşlı anası Bəsti Cəfərovanın başını kəsib.

Qonşular İTV-yə bildirib ki, bundan öncə onlarda problem eşidilməyib, sakit ailə olublar. Oğlanın isə hansı səbəbdən qətl törətdiyi hələ ki, dəqiqləşdirilməyib.

Samir Cəfərov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mehriban Əliyevadan Prezidentə TƏBRİKAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevlə bağlı paylaşım edib.

Avrasiya.net xəbər verir ki, Birinci vitse-prezident dövlət başçısını 60 illik yubileyi münasibətilə təbrik edib:

"Hörmətli cənab Prezident!

Bu gün mən milyonlarla Azərbaycan vətəndaşı kimi Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bizə – Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Uzun illərdir ki, hər bir azərbaycanlının qəlbində yaşayan istəyini və müqəddəs arzusunu çin etdiyinizə görə Sizə minnətdarıq. Azərbaycan xalqı – müzəffər xalqdır!

Böyük işlər bir anda baş tutmur. İstənilən tarixi nailiyyətə aparan yol uzun, mürəkkəb və çətin olur. Sizin tarixi xidmətiniz ondadır ki, bu yola qədəm qoydunuz və onu şərəflə keçdiniz. Misilsiz xidmətiniz ondadır ki, bütün bu illər ərzində ölkəyə başçılıq edərək verdiyiniz qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını təmin etdiniz.

Sizin gücünüz ondadır ki, bu yolda Siz xalqın etimadını qazanmağı bacardınız və məhz xalqın inam və sevgisinə arxalanaraq bu dəyərli etimadı doğrulda bildiniz. Tarixi xidmətiniz ondadır ki, bu illər ərzində bütün çətinliklərə, təzyiqlərə, bəzən əsassız və ədalətsiz fikirlərlə üzləşdiyinizə baxmayaraq bir an belə inamınızı, ümidinizi və iradənizi itirmədiniz. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi böyük Missiyanın yerinə yetirilməsi də məhz Sizin yenilməz iradəniz sayəsində mümkün oldu.

Mən bilirəm ki, Siz həmişə öz xalqınıza inanmısınız. Məhz bu inam Sizin bütün şəxsi keyfiyyətlərinizlə birgə qazandığınız və qazanacağınız qələbələrin mənbəyidir.

Sizə ən səmimi təşəkkürlər!

İcazənizlə, yubiley gününüzdə Sizə və bütün Azərbaycan xalqına uzun ömür, möhkəm cansağlığı və bütün arzularınızın yerinə yetməsini diləyirəm.

Sizin uğur yolunuz davam etməkdədir və qarşıda hələ Vətənimiz naminə görəcəyiniz çoxlu işlər var.

Tanrı Sizə güc və səbir versin! Uca Allah Sizi və Azərbaycan xalqını bu müqəddəs yolda qorusun!

Biz Sizinlə fəxr edir və Sizi çox sevirik!.

Mehriban Əliyeva".