İlham Əliyev onu təbrik edənlərə təşəkkür etdi"Son günlər ərzində mənə çoxlu təbrik məktubları gəlir, təbriklər gəlir, həm xaricdən həmkarlarımdan, müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, xaricdə yaşayan azərbaycanlılardan, təbii ki, ölkə vətəndaşlarından. Mən bütün insanlara - mənə xoş sözlər ünvanlayan, təbrik edən insanlara öz təşəkkürümü bildirmək istəyirəm".

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın məşhur Cıdır düzündə çıxışında deyib.

"Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə. Mən bu dəstəyi 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq", - İlham Əliyev vurğulayıb.

ADAU-da maaşlar artırıldı24 dekabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasın gündəliyinə keçməzdən əvvəl Elmi Şuranın sədri, rektor İbrahim Cəfərov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi olmasını qeyd etdi, şura üzvləri adından təbrik məktubu imzalandı.

Sonra gündəlikdə duran məsələlərdən Torpaqşünaslıq və aqrokimya fakültəsinin 2021-ci il üzrə fəaliyyəti barədə fakültə dekanının hesabatı və həmin fakültənin fəaliyyətini yoxlama komissiyasının arayışı dinlənilib.

Həmçinin, Elmi Şuranın qərarı ilə 2022-ci il 01 yanvar tarixindən universitetin aylıq vəzifə maaşları 300 manatadək (300 də daxil olmaqla) olanlar 25%, 300 manatdan çox vəzifə maaşlarının 20% artırılması barədə qərar qəbul olunub.

İtaliya parlamentarları Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edibİtaliyanın müxtəlif siyasi partiyalarının təmsilçisi olan çoxsaylı parlamentarlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə İtaliya mətbuatı vasitəsilə təbrik ediblər.

İtaliyanın Deputatlar Palatasının sədr müavini, “Yaşayan İtaliya” partiyasının sədri, deputat Ettore Rozatonun İtaliya mətbuatında dərc olunmuş təbrik ismarıcında deyilir: “Prezident İlham Əliyevə 60 yaşının tamam olması münasibətilə səmimi və coşqulu təbriklərimi göndərirəm. 2020-ci ildə rəhbərlik etdiyim İtaliya nümayəndə heyəti Qarabağ müharibəsindən sonra azad olunmuş və dağıdılmış ərazilərə səfər edən ilk xarici nümayəndə heyəti olmuşdur və həmin səfər vaxtı Prezident İlham Əliyev ilə Bakıda keçirdiyimiz görüş hafizəmdə həkk olunmuşdur. Bu görüş həm də uzun illərdir ki ölkələrimizi bir-birinə bağlayan mövcud möhkəm dostluq və əməkdaşlıq münasibətlərini gücləndirmək üçün bir fürsət idi. Bu möhkəm bağlar qarşılıqlı institusional səfərlərin həyata keçirilməsi ilə siyasi, iqtisadi və mədəni səviyyədə daha da güclənməkdə davam edir”.

İtaliya Senatının Xarici əlaqələr və emiqrasiya daimi komissiyasının sədri, “5 Ulduz Hərəkatı” partiyasının təmsilçisi, senator Vito Petroçelli mətbuatda dərc olunmuş təbrik ismarıcında qeyd edir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə 60 yaşı olması münasibətilə ürəkdən təbriklərimi çatdırmaq istəyirəm. Bu illər ərzində Prezident İlham Əliyev İtaliya ilə Azərbaycan arasındakı əlaqələri möhkəmləndirərək çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə çatdırıb. Ölkələrimiz bütün sahələr üzrə ikitərəfli münasibətləri və çoxtərəfli müstəvidə əməkdaşlığı kəmiyyət və keyfiyyət baxımından daha da gücləndirə bilər. Əminəm ki, Prezidentin ölkəyə uzaqgörən rəhbərliyi uzunmuddətli perspektivdə Azərbaycan və bütün Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın möhkəmləndirilməsində açar rolunu oynayacaqdır ”.

İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, “Liqa” partiyasından olan senator Stefano Luçidi isə mətbuatda yayımlanmış təbrik ismarıcında bildirib: “Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə səmimi təbriklərimi ifadə edirəm. Prezident İlham Əliyev İtaliyanın dostu və etibarlı tərəfdaşı olan bir ölkənin rəhbəridir. Əldə olunmuş sülhün Azərbaycan xalqına və bütün regiona daha da rifah və əmin-amanlıq gətirməsi arzusu ilə təbriklərimi izhar edirəm”.

İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, “Liqa” partiyasından olan deputat Rossana Boldi isə mətbuat vasitəsilə yayımlanmış təbrikində qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevə 60 illik yubileyi münasibətilə ən səmimi təbriklərimi ifadə edirəm. Ona hörmətimi və ölkəsində və bütün Cənubi Qafqazda sülhə və davamlı inkişafa tam şəkildə nail olmaq arzumu çatdırıram”.

İtaliya Senatının “5 Ulduz Hərəkatı” partiyasından olan üzvü, senator Canluka Kastaldi də mətbuat vasitəsilə təbriklərini göndərib: “60 illik yubileyi münasibətilə bizi böyük dostluğun ifadəsi olan strateji tərəfdaşlığın birləşdirdiyi ölkənin lideri, Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş arzularımı çatdırıram. Onun Azərbaycana prezidentliyi dövrü ölkəsinin nail olduğu mühüm yüksəliş üçün həlledici oldu. Azərbaycanda sülhün bərqərar olmasını təmin edən ölkənin ərazi bütövlüyünün bərpası Prezident İlham Əliyevin uzaqgörənliyinin təcəssümüdür”.

İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, senator Maria Rizzotti isə mətbuat vasitəsilə ürək sözlərini belə ifadə edib: “Adı ölkəsinin son illərdəki əsaslı yüksəlişi və İtaliya ilə möhkəm dostluqla bağlı olan Azərbaycan Prezidenti İlham Əliyevin 60 yaşının tamam olması münasibətilə gələn təbrik mesajlarına qoşulmaqdan böyük məmnunluq hissi duyuram. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həmin ölkəyə baş tutmuş keçən ilki səfərim zamanı cənab Prezidentlə görüşmək imkanım oldu. Mənim arzum budur ki, xalqlarımız və ölkələrimiz arasında olan dostluğun gücləndirilməsi üçün gələcək illərdə yeni imkanlar açılsın və artıq əldə edilmiş sülh bu gözəl diyarda daha da möhkəmlənsin. Təbrik edirəm, cənab Prezident!”.

ATƏT-in Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin sədri, “Liqa” partiyasından olan deputat Paolo Qrimoldi də təbriklərə qoşularaq bildirib: “Azərbaycanla dostluq enerji böhranı olan bir dövrdə heç vaxt indiki qədər vacib olmayıb. Təbriklər, cənab Prezident!”.

Mətbuat vasitəsilə təbriklərə qoşulan Senat komissiyasının sədri, “Yaşayan İtaliya” partiyasının təmsilçisi, senator Mauro Marino bildirib: “Azərbaycanın mühüm məqsədlərə çatmasına töhfə verən, ölkəsi ilə İtaliya arasında möhkəm dostluq əlaqələrinin dəstəkləyicisi olan Prezident İlham Əliyevə 60 yaşının tamam olması münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istəyirəm. Azərbaycana hər səfərim zamanı bu ölkənin sabitlik və tərəqqi yolu ilə necə irəliləməsinin və hər dəfə İtaliyaya daha da yaxın olmasının şahidi olmuşam. Əminəm ki, bu proses davam edəcəkdir”.

İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sabiq sədri, senator Sercio Divinanın mətbuatdakı təbriklərində bildirilir: “İtaliya-Azərbaycan tərəfdaşlığı xüsusən də qlobal enerji böhranının tüğyan etdiyi bir anda getdikcə daha strateji xarakter alır. Ölkələrimiz arasındakı münasibətlər getdikcə möhkəmlənir və bu, xüsusən də olkəmizlə münasibətə hər zaman inamla yanaşan Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsindədir. Təbriklər, cənab Prezident!”.
İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, senator Urania Papatheu tərəfindən mətbuatda yayımlanan təbrik ismarıcında qeyd olunur: “Azərbaycan Prezidenti İlham Əliyevə 60 illik yubileyi münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu, mühüm tarixdir. İlham Əliyev ölkəsi üçün çox mühüm bir rəhbərdir, bu gün Prezident İlham Əliyevə ən səmimi təbriklərimi catdıraraq onun fəaliyyəti və uzaqgörənliyi sayəsində Azərbaycan və İtaliya arasında dostluğun möhkəmləndirilməsini arzulayıram. Azərbaycan əslində ölkəmiz üçün etibarlı, strateji tərəfdaşdır, əsas neft, qaz və enerji təchizatçımızdır. Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edərək onun ölkəsində əldə olunan sülhün Azərbaycan xalqına daha da firavanlıq, sülh və əmin-amanlıq gətirməsini arzu edirəm”.

İtaliya parlamentarlarının təbrik ismarıcları İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən “Nova News”, “İnsideover”, “Kmetro0”, “Agenparl”, “AGİ”, “LaPresse”, “9Colonne”, “Eurasianews”, “Giornale Diplomatico” və sair kimi mətbuat orqanları tərəfindən yayılıb.

Təbrik ismarıcları ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.nova.news/italia-azerbaigian-gli-auguri-dal-mondo-politico-italiano-al-presidente-ilham-aliyev/

https://it.insideover.com/politica/gli-auguri-dal-mondo-politico-italiano-al-presidente-ilham-aliyev.html

https://kmetro0.it/2021/12/24/italia-e-azerbaigian-sempre-piu-a-braccetto/

https://www.giornalediplomatico.it/italia-azerbaigian-auguri-da-parlamentari-per-60-anni-presidente-aliyev.htm

https://agenparl.eu/azerbaigian-papatheu-fi-auguri-a-aliyev-paese-e-partner-strategico-dellitalia/

https://www.eurasianews.it/2021/12/24/gli-auguri-buon-compleanno-al-presidente-della-repubblica-dellazerbaigian-ilham-aliyev-dal-mondo-della-politica-italiana/

https://www.agenzianova.com/a/61c466b8028588.06943975/3729537/2021-12-23/italia-azerbaigian-gli-auguri-dal-mondo-politico-italiano-al-presidente-ilham-aliyev/linked

https://www.agenzianova.com/a/61c4a4e460f373.84023605/3729538/2021-12-23/italia-azerbaigian-gli-auguri-dal-mondo-politico-italiano-al-presidente-ilham-aliyev-2

https://www.agenzianova.com/a/61c4a504a661f9.71745645/3729539/2021-12-23/italia-azerbaigian-gli-auguri-dal-mondo-politico-italiano-al-presidente-ilham-aliyev-3

https://www.agenzianova.com/a/61c58a8d3504b2.54018001/3730068/2021-12-23/azerbaigian-papatheu-fi-auguri-a-aliyev-paese-e-partner-strategico-dell-italia


MHP sədri dövlət başçısını doğum günü münasibətilə təbrik etdiMilli Həmrəylik Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, partiyanın sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Hörmətli Prezident!

Sizi doğum gününüz, 60 illik yubileyiniz münasibətilə həm öz adımdan, həm də Milli Həmrəylik Partiyasının çoxsaylı üzvləri adından ürəkdən təbrik edir, Sizə sağlam və uzun ömür arzulayır, dövlət başçısı kimi və Ali Baş Komandan kimi qarşıdakı fəaliyyət dönəminizdə yeni-yeni uğurlara imza atmağınızı diləyirəm.

Siz son 18 il ərzində həqiqətən də hər bir azərbaycanlının prezidenti olmağı, milli həmrəyliyimizin bu günü və gələcəyi naminə çox önəmli işlər görməyi, millətimizin gücünü toparlamağı və onu əsas hədəflərimizdən biri olan Qarabağımızın işğaldan azad edilməsinə yönəltməyi, tarixmizə Zəfər səhifəsini əlavə etməyi bacardınız.

44 günlük Vətən müharibəsində Siz milli birliyin, həmrəyliyin Azərbaycan nümunəsini dünyaya təqdim etdiniz, hamımızı bir bayraq altında, Dəmir Yumruq kimi birləşdirdiniz. Bizim həmrəyliyimizin ən böyük sınaq anı məhz 44 günlük savaş idi. Siz mübariz xalqımıza, rəşadətli Ordumuza bu ağır sınaq günlərində inamla liderlik, komandanlıq edərək Azərbaycanımızı Zəfərə doğru apardınız. Bu Zəfərimizin tarixi əhəmiyyəti, mənəvi-psixoloji anlamda müsbət nəticələri barədə hələ bundan sonra çox danışılacaq, çoxlu kitablar yazılacaq. Məhz bu Zəfərin sayəsində, şəhidlərimizin və qazilərimizin fədakarlığı nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa edildi, biz məcburi köçkünlərin yurd həsrətimizə də son qoyuldu. Sizin başlatdığınız Böyük Qayıdış kampaniyasının uğurla gerçəkləşdirilməsindən sonra inşAllah yurd yerlərimizə qayıtmaq arzularımız da çin olacaq.

Bu gün Sizin 60 yaşınız tamam olur. 60 yaş insan ömrünün ən bərəkətli çağıdır. Prezidentlik missiyasını daşıyan bir insan üçünsə 60 yaş həm də zəngin təcrübə, yeni hədəflər yaşıdır. Siz bu yubiley yaşınıza ömrünuzün və siyasi karyeranızın ən vacib işlərindən birinə - Qarabağımızı azad etməyə nail olmaqla gəlib çatmısınız. Bu, həqiqətən də çox möhtəşəm nəticədir. Qarşıda isə hələ Vətənimiz naminə görəcəyiniz çoxlu işlər var. Bizi - bütün dünya azərbaycanlılarını məhz milli birlik, həmrəylik sayəsində fəth olunacaq yeni strateji zirvələr, böyük hədəflər gözləyir.

İndi Azərbaycanın həyatında yeni dönəm – postmüharibə dönəmi başlayır. Bu dönəm həm də quruculuq və iqtisadi yüksəliş dönəmidir. Biz Milli Həmrəylik Partiyası olaraq Sizə bu istiqamətdə görəcəyiniz işlərdə uğurlar diləyir və öz dəstəyimizi ifadə edirik. Güclü Azərbaycan, Bütöv Azərbaycan naminə atdığınız hər bir addımınızda biz Sizin yanınızdayıq! Azərbaycan naminə, Türk dünyası naminə görəcəyiniz bütün işlərdə Tanrı yardımçınız olsun!

Yubiley ilinizdə fürsətdən istifadə edib Sizi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə də ürəkdən təbrik edirəm. Uğurlar, cənab Prezident!

Hörmətlə,
Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının sədri”
https://www.facebook.com/dadpmetbuat/photos/a.101551244583673/703202704418521/
İlham Əliyev xanımı və oğlu ilə Hadruta getdiAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, Müzəffər Ali Baş Komandan hərbi hissəyə döyüş bayrağını təqdim edib.

Sonra dövlətimizin başçısı, birinci xanım və oğulları təlim mərkəzi ilə tanış olub və təlim fəaliyyətini izləyiblər.
300-dən artıq medal sahibinin özəl günüBu gün Azərbaycan Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti, Azərbaycan İdmançılar İctimai Birliyinin Baş katibi, Müstəqil Azərbaycanda Boks üzrə ilk dünya çempionu, əməkdar idman ustası, əməkdar məşqçi, Dünya Boks Federasiyasının (AIBA) Çempionlar və Veteranlar komissiyasının üzvü Fərhad Acalovun doğum günüdür.

Fərhad Acalovun Azərbaycan idmanının, xüsusilə boks sahəsi üzrə inkişafında müstəsna xidmətləri vardır.1994-cü ildən boks idman növü ilə məşğul olan əməkdar idmançı respublikamızı müxtəlif ölkələrdə ləyaqətlə təmsil edərək, aşağıdakı nailiyyətləri əldə etmişdir:

- 1997-1998-ci illər, Avropa birinciliyi, II yer (gümüş medal);
- 2000-ci il - Dünya birinciliyi I yer (qızıl medal), çempionatın ən texnikalı boksçusu;
- 2000-ci il, Tələbələrin Universiadası, I yer (qızıl medal);
- 2001-ci il, Neft ölkələrinin Dünya kuboku, III yer (bürünc medal);
- 2003-cü il, Hərbçilərin Olimpiya Oyunları III yer (bürünc medal);
- 2004-cü il, Tələbələrin Dünya çempionatı II yer(gümüş medal);
- 2005-ci il, Dünya kuboku, III yer (bürünc medal)
- 2005-ci il, Neft ölkələrinin Dünya kuboku III yer (bürünc medal).

11 qat Azərbaycan çempionu, 25 dəfədən artıq “A” kateqoriyalı beynəlxalq turnirlərin qalib və mükafatçısı olmuş idmançımız Azərbaycan çempionatlarında, Beynəlxalq turnirlərdə, Dünya və Avropa çempionatlarında (oyunlarında), Olimpiya Oyunlarında, İslam Həmrəyliyi oyunlarında ümumilikdə 300-dən artıq medal əldə etmişdir.

İllərdir həm öz, həm də yetişdirdiyi çempionların uğurları ilə bu sahədə özünü təsdiqləmiş Fərhad Acalov saysız uğurlarının bərabərində yüksək şəxsi keyfiyyətlərilə idman ictimaiyyətində xüsusi məqam, böyük nüfuz sahibidir.
"Yüz illər sonra ilk dəfə fateh kimi tarixə düşən şəxsiyyətin yubiley günüdür"Bir il öncə "Dəmir yumruq" əməliyyatı ilə Azərbaycanın yeni tarixini yazan, "İrəli!" əmri ilə qələbəyə doğru yol açan, yüz illər sonra ilk dəfə fateh kimi tarixə düşən şəxsiyyət, Ali Baş Komandan İlham Əliyevin 60 illik yubiley günüdür"

Bu sözləri Azərbaycan-Braziliya Ciu-Citsu Federasiyanın və Qarapapaq Döyüş Klubunun Prezidenti Aqil Acalov deyib.

O, qeyd edib ki, İlham Əliyev siyasətə gəldiyi gündən Azərbaycanın dünyaya inteqrasiyasında müstəsna xidmətlər göstərib, iqtisadiyyat, mədəniyyət və incəsənət, idman və digər sahələrdə yeni nailiyyətlərin əldə olunması üçün uğurlu layihələrə imza atıb:

"Son illərdə isə o, Azərbaycanın siyasi mövqeyini və qüdrətini bütün dünyaya daha qabarıq şəkildə nümayiş etdirib. Müasir Azərbaycan tarixində yeni səhifə açaraq, "Qarabağ Azərbaycandır və nida!" deməklə qüdrətli ordumuz üçün qələbəyə yol açdı. Hər bir azərbaycanlının Prezidenti olduğunu vurğulayan ölkə başçısı son həssas dönəmlərdə təşəbbüsləri və çıxışları ilə bütün xalqının hisslərini ürəyində, gücünü isə yumruğunda birləşdirdiyini bir daha göstərmiş oldu.

Cənab Ali Baş Komandana can sağlığı, firavan ömür, şərəfli peşəsində tükənməz qüdrət sahibi olmağı və daim qalib gəlməyi arzu edirəm. Var olun, Ali Baş Komandan! Biz hər zaman sizin ətrafınızda sıx birləşmişik, hər zaman sizinləyik! Biz birlikdə güclüyük!"

Müxalifət partiyalarının liderləri İlham Əliyevi təbrik etdiAzərbaycanda fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik ediblər.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, Gələcək Azərbaycan Partiyasının fəxri üzvü Rəsul Quliyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Azərbaycan Kommunist Partiyasının nümayəndəsi Hacı Hacıyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli Vəhdət Partiyasının sədri Yunuz Oğuz, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu, Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərim, Ağ Partiyasının sədri Tural Abbaslı, Birlik Partiyasının sədri Xudadat Xudiyev dövlət başçısına təbrik məktubu ünvanlayıblar.

Partiya liderləri Prezident İlham Əliyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd edək ki, ötən gün daha bir neçə partiyanın rəhbəri Prezident İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik ediblər
Ərdoğan Prezident İlham Əliyevi təbrik edib“Can Azərbaycanın can Prezidenti, dəyərli qardaşım, cənab İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Rəbbimdən özünə neçə-neçə sağlam doğum günləri nəsib etməsini arzulayıram”.

Avrasiya.net-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli filmdə bildirib.

“Özünə sevdikləri, dəyərli ailəsi ilə birlikdə xeyirli ömür yaşamasını diləyirəm. Bu düşüncə ilə İlham Əliyev qardaşımın doğum gününü səmimi-qəlbdən yenidən təbrik edir, can Azərbaycana salamlarımı çatdırıram. Rəbbim Türkiyə-Azərbaycan qardaşlığını daim etsin, qorusun!”, - Türkiyə lideri vurğulayıb.

İlham Əliyevin alternativi yoxdur – HəsənquliyevBu gün həqiqətən də xalqımız üçün önəmli gündür. Ölkə Prezidentinin 60 illik yubileyidir. Mən də hörmətli spikerin və həmkarlarımın təbriklərinə qoşuluram. Dünyada minlərlə xalq var. Amma bu xalqların heç də hamısı hüquqi dövlət, mülki cəmiyyət qura bilməyib.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın ən ağır dövrlərində, müstəqillik dövrünün ilk illərində Heydər Əliyev böyük layihələrə imzalar atdı:

“Ölkəmizin ağır illərində biz İlham Əliyevi Heydər Əliyevin silahdaşı kimi onun yanında gördük, neft və digər istiqamətlərdə onun böyük işlər həyata keçirdiyini müşahidə etdik. Sonrakı dövrdə bu addımların çox vacib olduğu ortaya çıxdı və bunun nəticələrini gördük”.

Q.Həsənquliyev qeyd edib ki, bu gün də dünyada gərginliyin olduğu, regionda çətin konyukturların şərti altında İlham Əliyevin həyata keçirdiyi siyasətin alternativi yoxdur:

“İnanıram ki, onun apardığı işlər, islahatlar uğurla nəticələnəcək, biz Xankəndidə dövlət süverenliyimizi təmin edəcəyik. Mən Prezidenti, onun ailə üzvlərini təbrik edirəm. Əminəm ki, xalqımızın qarşıda duran çətin işləri birlikdə həll edəcək”.