Xarici diplomların tanınması qaydaları dəyişdirilirXarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov deyib.

O bildirib ki, növbəti il üçün diplomların tanınması başqa formata keçəcək:

"Yeni layihədə qismən tanınma anlayışı olacaq. Bir çox ölkələrdə xüsusilə də tibb sahəsində tədris normativi Azərbaycanda nəzərdə tutulan tədris normativindən daha aşağıdır. Bu zaman onların bilikləri yetərli olmur. Yeni qaydalar layihəsində nəzərdə tutulub ki, qismən tanınma anlayışı olacaq və tələbələrin əldə etdikləri biliklər tərəfimizdən tanınacaq, onlara hüquq veriləcək ki, Azərbaycanda mövcud olan digər ali təhsil müəssisələrində çatışmayan kreditləri əldə edə və ixtisasını tamamlaya bilsinlər. Proseslə bağlı uzun müddətdir ki, müzakirələr aparılıb. Hesab edirəm ki, növbəti ilin əvvəlində layihə təsdiq olunacaq. Yeni dəyişiklikdən sonra həmin şəxsin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək".
Bəhreyn aviaşirkəti Azərbaycana uçuşları bərpa edirBəhreynin milli aviadaşıyıcısı “Gulf Air” gələn il yanvarın 6-dan Azərbaycana uçuşları bərpa edəcək.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir ki, aviareyslər həftədə 2 dəfə Bəhreynin paytaxtı Manamadan Bakıya həyata keçiriləcək.

Aviaşirkətdan bildirilir ki, hazırda mövcud uçuşlar pandemiyadan əvvəlki reyslərin təxminən 80%-i qədərdir və tam göstəriciyə nail olmaq üçün müxtəlif ölkələrin hökumətləri ilə sıx əməkdaşlıq edilir.
Dünya liderləri İlham Əliyevi təbrik edirÇin Xalq Respublikasının sədri Si Szinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Son illərdə Çin-Azərbaycan münasibətləri sürətli və sabit şəkildə inkişaf edir, qarşılıqlı siyasi etimad gündən-günə möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq isə uğurla və səmərəli surətdə irəliləyir. Bu ilin iyun ayında telefon danışığımız zamanı biz ikitərəfəli əlaqələrin inkişafı və əsas istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm razılıqlar əldə etdik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verir, ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin, xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəlməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm".

***

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam.

Ötən dövrdə Siz həqiqi lider, beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış, öz ölkəsinin inkişafına və onun xalqının firavanlığına qiymətli töhfə vermiş dövlət xadimi kimi layiqincə tanınmısınız.

Bu gün Sizin rəhbərliyinizlə Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi islahatlar və səmərəli quruculuq işləri həyata keçirilir.

Cari ilin noyabr ayında İstanbulda Türk Şurasının Zirvə toplantısında layiq görüldüyünüz “Türk Dünyasının Ali Ordeni” qardaş xalqlarımızın birliyinin təmin olunması və regionda sabitlik yaradılması üçün Sizin həyata keçirdiyiniz genişmiqyaslı fəaliyyətin etiraf edilməsinə parlaq sübutdur.

Biz çox məmnunuq ki, son illərdə siyasi, ticari-iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın ortaq tarixi, dini və mədəni kökləri əsasında, həmçinin qarşılıqlı etimad və hörmət ruhunda fəal inkişaf edir.

Yüksək və ali səviyyələrdə danışıqlar aparılması mütəmadi xarakter daşıyır, xüsusən bu ilin noyabr ayında keçirilmiş səmərəli dialoqlar və görüşlər, heç şübhəsiz, Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək, çoxşaxəli əməkdaşlığın miqyasının daha da genişlənməsinə şərait yaradacaq.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib, sizi həyatınızın bu unudulmaz günü münasibətilə bir daha təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, məsul dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və daha böyük tərəqqi arzulayıram".

***

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bir dəfə siz çox düzgün qeyd etmisiniz: Əgər gələcək haqqında fikirləşməsən, bu günün məsələlərini həll etmək çox çətindir. Azərbaycan bu prinsipi əsas tutaraq sosial-iqtisadi inkişaf sahəsində sanballı uğurlar qazanmış, beynəlxalq miqyasda öz mənafelərini qətiyyətlə müdafiə edən güclü və nüfuzlu dövlətə çevrilmişdir.

Minsk ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla davam etməsini məmnuniyyətlə qeyd edirəm.

Əminəm ki, nəzərdə tutduğumuz irihəcmli infrastruktur layihələrinin reallaşması çoxplanlı əməkdaşlığın dərinləşməsi üçün möhkəm təməl olacaq.

Sizin dostluğunuzu, etimadınızı, dəstəyinizi, Belarusun mənafeyinə şəxsən diqqət yetirməyinizi çox yüksək qiymətləndirirəm. Görüşlərimizi səmimiyyətlə xatırlayır, qonaqpərvər Belarus torpağında sizi tez-tez görməyə ümid edirəm.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə həyata keçirdiyiniz quruculuq işlərində yeni uğurlar arzulayıram".

***

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Bu gün Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılmış böyük uğurlar, ölkənizin iqtisadi inkişafında mühüm nailiyyətlər, dünya arenasında onun nüfuzunun möhkəmlənməsi ayrılmaz surətdə Sizin adınızla bağlıdır.

Siz bütün varlığınızı doğma ölkənizin mənafelərinin qorunmasına, ümummilli hədəflərin və proqramların gerçəkləşməsinə həsr etmisiniz. Xalqa bu cür sədaqətli xidmət yüksək qiymətə layiqdir.

Ölkələrimiz arasında strateji və mehriban qonşuluq münasibətlərinin inkişafına, xalqlarımızın səmimi dostluğunun və qardaşlığının möhkəmlənməsinə sizin şəxsi diqqətinizi və hərtərəfli dəstəyinizi xüsusi qeyd etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə firavanlığı, ölkənizin qardaş xalqına bundan sonra da sülh, tərəqqi və inkişaf arzulayıram".

***

Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli İlham Heydər oğlu.

Həyatınızın əlamətdar günü – 60 illik yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Bu xoş gündə qeyd etmək istəyirəm ki, sizin həyat yolunuz, xalqınızın rifahı naminə fəal və fədakar əməyiniz ölkəyə vicdanla xidmətin parlaq nümunəsidir. Dost Azərbaycan xalqı sosial-iqtisadi dəyişikliklərin reallaşmasında, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsində, habelə respublikanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində sizin rəhbərliyinizlə qazanılmış uğurlara görə haqlı olaraq fəxr edə bilər.

İkitərəfli qarşılıqlı əlaqələrin yüksək etimad səviyyəsi ilə səciyyələnən keyfiyyətcə yeni inkişaf mərhələsinə çatmasını Tacikistanda sizin adınızla bağlayırlar.

Bu xoş fürsətdən istifadə edib vurğulamaq istəyirəm ki, biz ölkələrimiz arasında dostluq və çoxtərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli möhkəmlənməsi və genişlənməsi üçün Sizinlə bərabər bütün tədbirləri görmək əzmindəyik.

Əziz dost, sizə səmimi qəlbdən uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və qardaş Azərbaycanın firavanlığı naminə bundan sonrakı fəaliyyətinizdə yeni uğurlar diləyirəm".

***

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz dövlət başçısı kimi atanız – mənim dostum Heydər Əliyevin başlatdığı işi davam etdirərək xalqın rifahının yüksəldilməsində, ölkənin iqtisadiyyatının inkişafında və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində böyük nailiyyətlər əldə etmisiniz.

Ölkənizin ərazi bütövlüyünün bərpası xüsusi sevinc doğurmuşdur. Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasında Sizin səyləriniz regionda təhlükəsizliyə və sabitliyə töhfə verir.

Azərbaycanın parlaq gələcəyi, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərə uyğun olaraq məqsəd və planların uğurla reallaşdırılması üçün məsul işinizdə Sizə uğurlar arzulayıram.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və mehriban qonşuluq ənənələrinə əsaslanan hərtərəfli strateji tərəfdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə dinamik şəkildə yüksələcək və inkişaf edəcəkdir.

Sizinlə görüşlərimizi həmişə səmimiyyətlə xatırlayıram, münasibətlərimizin gələcəkdə də davam edəcəyinə ümidvaram.

Hörmətli İlham Heydər oğlu, yubileyiniz münasibətilə Sizə möhkəm cansağlığı, ailə səadəti, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

***

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Əziz dostum,

Hörmətli cənab Prezident,

Sizi Gürcüstan hökuməti və gürcü xalqı adından 60 illik yubileyiniz münasibətilə xüsusi şərəf hissi ilə ürəkdən təbrik edirəm. Sizə güc-qüvvət, cansağlığı və uğurlar arzulayıram.

Azərbaycanın uğurlu bir dövlət kimi qurulmasında Sizin xidmətləriniz və rolunuz ölçüyəgəlməzdir.

Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində Sizin şəxsi səylərinizi nə qədər yüksək qiymətləndirdiyimizi xüsusi qeyd etmək istərdim.

Gürcü və Azərbaycan xalqları arasında ənənəvi dostluq Gürcüstan üçün çox dəyərlidir. Bu, ölkələrimizin mehriban qonşuluq və yaxın tərəfdaşlıq münasibətlərinin inkişafı üçün mühüm amildir.

Qətiyyətlə inanıram ki, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq həmişə regionun sabitliyinə, tərəqqisinə və rifahına güclü təminat olacaqdır.

Şadam ki, xüsusən son dövrlərdə əməkdaşlığımızın yüksək səviyyəsi ümumi maraq kəsb edən bir sıra sahələrdə birgə uğurlu işlərimiz üçün möhkəm zəmin yaratmışdır.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Gürcüstanla Azərbaycan arasında qardaşlıq, dostluq, tərəfdaşlıq əlaqələri inkişaf edir, dərinləşir və bu işdə Sizin şəxsi töhfəniz çox böyükdür. Belə bir nümunəvi qardaşlığa görə Sizə bir daha təşəkkür edirəm. Əminəm ki, əlaqələrimiz Gürcüstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsinə yeni və daha güclü təkan verəcək, son nəticədə ölkələrimizə firavanlıq, sabitlik gətirəcəkdir. Ölkələrimiz gürcü və Azərbaycan xalqlarının çoxəsrlik mehriban qonşuluğa və dostluğa əsaslanan uğurlu əməkdaşlığını bundan sonra da davam etdirəcəklər.

Əziz dostum, hörmətli Prezident, icazə verin Sizə öz səmimi ehtiramımı bir daha ifadə edim. Sizə rifah və Azərbaycan Prezidenti kimi qarşıya qoyduğunuz məqsədlərə çatmaqda uğurlar arzulayıram".
"İnsanlar öz liderlərinin şantajı ucbatından aclıq edirlər"Hakim "Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə görə aclıq aksiyası iştirakçıları şantaj edilir.

Gürcüstan mətbuatı xəbər verir ki, o, deyib ki, bu proses siyasətə kömək etməyəcək.

“Bizdə dəqiq məlumat var ki, bu insanlar öz liderlərinin şantajı ucbatından aclıq edirlər. Heç kəs - heç kəsə gülmür, amma liderin şantajı ucbatından 200 nəfərin ac qalması özlüyündə faciəvi hadisədir”, - deyə İ.Kobaxidze qeyd edib.

Məlumat üçün bildirək ki, Vahid Milli Hərəkat üzvləri və tərəfdarları partiyanın mərkəzi ofisinin yaxınlığında qurulan çadırlarda aclıq aksiyasına başlayıblar.

Məlumat üçün bildirək ki, ötən gün Tbilisidə "Saakaşviliyə azadlıq" mitinqində çıxış edən "Vahid Milli Hərəkat" sədri Nika Melia M.Saakaşvili azadlıqa buraxılana qədər kütləvi aclıq aksiyası keçirəcəklərini bildirib. Bu açıqlamadan sonra isə sözügedən partiyanın mərkəzi qərargahı yaxınlığında M.Saakaşviıi üçün aclıq aksiyası keçirənlərə xüsusi çadırlar qurulub.
Bayden yenidən prezidentliyə namizəd olmaq istəyir“İndi olduğu kimi, onda da səhhətim imkan verərsə, 2024-cü ilin prezident seçkisində namizədliyimi irəli sürəcəyəm”.

Bunu ABŞ Prezidenti Cozef Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində mümkün namizədliyi barədə ABC telekanalına müsahibəsində bildirib.

“Mən taleyə son dərəcə hörmət edən adamam. Tale həyatımda bir neçədə dəfə təzahür edib. İndi olduğu kimi onda da sağlığım yaxşı olarsa, namizədliyimi irəli sürəcəyəm”, - Cozef Bayden əlavə edib.

Ordumuz dünyanın 40 ən qüdrətli ordusu sırasındadırBeynəlxalq reytinqlərə görə Azərbaycan Ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxildir.

Avrasiya.net xəbər verir ki, bunu Baş nazir Əli Əsədov rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

O deyib ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə daim zənginləşən iqtisadi potensialın yönəldildiyi istiqamətlərdən biri də ölkənin müdafiə qüdrətinin artırılmasıdır:

"Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda müasir tələblərə cavab verən müdafiə və hərbi sənaye kompleksinin yaradılması təşəbbüsü də cənab İlham Əliyevə məxsusdur".

Baş nazir qeyd edib ki, bu sahədə qazanılan nailiyyətlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun silah-sursat sarıdan ən yüksək səviyyədə təchiz olunmasında əhəmiyyətli rol oynayıb:

“Azərbaycan hazırda özünün əsas ehtiyaclarını ödəyən və 30-dan çox ölkəyə məhsullarını ixrac edən hərbi sənaye kompleksinin davamlı inkişafına nail olub.

Əgər 2003-2004-cü illərdə müdafiə xərclərinə dövlət büdcəsindən cəmi 0,9 milyard manat ayrılırdısa, 2020-ci ildə bu göstərici 3,9 milyard manata çatdırıldı. Gələn ilin dövlət büdcəsindən isə müdafiə və milli təhlükəsizlik məqsədlərinə 4,5 milyard manatdan çox vəsait yönəldiləcəkdir”.
Şirvanda xuliqanlıq edən şəxslər saxlanıldıŞirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində xuliqanlıq edən 4 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Ramil Əbilov, Rəşad Məmmədov, Telman və Məmmədağa Heydərovlar olduqları müəyyən edilib.

Saxlanılan şəxslər barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.
Eyvazov polis rəisini işdən çıxardıSəbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə vəzifəsində azad edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Hazırda bu vəzifəyə yeni təyinat yoxdur.
Ramzanın Moskvadan sifariş aldığına şübhəm yoxdur - DudayevaKocaeli şəhərində əfsanəvi qəhrəman, general Cövhər Dudayevin adını daşıyan parkın açılışından sonra Çeçenistan Prezidenti Ramzan Kadırovun Türkiyə Prezidenti Ərdoğanın üstünə "çımxırmasına" mərhum generalın həyat yoldaşından cavab gəldi.

Avrasiya.net xəbər verir ki, "Xalq Cəbhəsi" dünən C.Dudayevin İsveçdə yaşayan həyat yoldaşı Alla Dudayevlə əlaqə saxlayıb məlum məsələyə münasibətini öyrəndi.

A.Dudayeva deyib ki, Kocaeli şəhərində Cövhər Dudayev adına yeni parkın açılışı ilə bağlı Ramzan Kadırovun Türkiyə prezidenti Ərdoğana etirazı çox maraqlıdır: "Ancaq onlar təzəcə oyanırlar? 25 ildən çoxdur ki, dünyanın bir çox ölkələrində iyirmidən çox küçə, prospekt və parklar Cövhər Dudayevin adını daşıyır. Onu da deyim ki, Cövhər Dudayev Konstantin Borovoyun vasitəsilə Yeltsinlə sülh danışıqları zamanı öldürülüb. Türkiyədə bu, artıq beşinci parkdır və əslində, İstanbulda hələ də Cohar adı olan iki küçə var. İndi onlarla nə etmək lazımdır? Adlarını dəyişmək lazımdır?
Ramzanın bu etirazının Moskvadan sifariş olunduğuna şübhəm yoxdur.

Hansı ki, orada otuz ildən artıqdır ki, Türkiyə hökuməti tərəfindən tanınmayan kürd nümayəndəliyi fəaliyyət göstərir. Və əminəm ki, Ramzanın özü də çoxumuz kimi Qroznıda küçəyə ad vermək istədiyi kürd Öcalanın adını belə bilmirdi. Amma bütün çeçen xalqının ləyaqətini alçaldan keçmiş Azadlıq prospekti Putinin adını daşıyır. Bu kifayət deyilmi? Amma vaxt gələcək prospektin adını dəyişəcəklər. Sankt-Peterburqda bir körpüyə Əhməd Kadırovun (Çeçenistanın əvvəlki rəhbəri, Ramzanın atası) adının verilməsi təklif olundu, lakin Peterburq sakinləri bundan qəzəbləndilər və etiraz aksiyası keçirdilər! Və körpünün adı heç vaxt dəyişdirilməyib, doğrudan da, Əhməd Kadırovun Sankt-Peterburqa nə dəxli var?

Bundan əlavə, bildiyim qədər, bizim dünyamızda prospektlərə, meydanlara ancaq dünyasını dəyişən Qəhrəmanların adı verilir, dirilərin yox!"

A.Dudayeva onu da vurğulayıb ki, ömür bitənə qədər insan etdiyi səhvləri sonradan düzəldə bilər. Amma bu ümumi qaydaların Putinlə heç bir əlaqəsi yoxdur, o, təvazökarlıqdan əziyyət çəkmir. Baxmayaraq ki, tabeliyində olanlardan başqa, insanlar onun şücaətlərini tərənnüm etmirlər, lakin onun nəhəng portretləri meydanlardan asılır və hər bir məmurun ofisinin məcburi atributudur. Bu yaltaqlıq, zülmə boyun əymək əlamətidir.

Xanım Dudayeva sonda dedi: "Birinci rus-çeçen müharibəsi zamanı çeçen xalqı öz fədakarlığı və xeyirxahlığı ilə sevgiyə layiq idi. Çünki onları heç bir təmənna güdmədən əsirlikdə olan rus çağırışçılarını analarına verdi. Təyyarə, tank və artilleriya çatışmazlığına baxmayaraq, o, qalib gəldi və nəhayət, bütün dünyanın qorxduğu nəhəng Rusiya İmperiyasnda şər və zorakılığı məğlub edə bildi. Bu qələbə bəşəriyyət tarixinə düşdü".