"Bu layihə Azərbaycan üçün uğurlu olacaq"Fars körfəzi-Qara dəniz marşrutu İranın cənubundan başlayıb Avropada bitəcək. Layihənin marşrutu İran→Azərbaycan→Ermənistan→Gürcüstan→Bolqarıstan→Yunanıstan→Avropanı əhatə edəcək.

Deməli, yüklər İrandan Azərbaycana→Ermənistana → Gürcüstanın Batumi limanına, limandan gəmilər vasitəsilə Bolqarıstana daha sonra quru yolla Yunanıstana→Avropaya daşınacaq.

Siyasi ekspert Elman Vəliyev Avrasiya.net-ə bildirib ki, İran daha əvvəl bu yolun Ermənistan üzərindən keçməsinə çalışırdı. Hətta iki tərəfin nümayəndələri bu barədə müzakirələr aparmışdılar. Bu görüşlərdən biri və önəmlisi 2021-ci ilin aprel ayında İrəvənda keçirilmişdir: "Ancaq işlər plana uyğun getmədi. İlk öncə bölgənin Azərbaycan vasitəsilə geosiyasi vəziyyətinin dəyişməsi, daha sonra Türkiyə-Ermənistan münasibətlərində irəliləyişlərin müşahidə edilməsi İrana başqa alternativlər tapmağı vadar elədi. Dekabrın 10-unda Moskvada Türkiyə tərəfinin irəli sürdüyü 3+3 (Türkiyə, Azərbaycan, İran, Ermənistan, Gürcüstan və Rusiya) formatı müzakirə edildi. Gürcüstan bu layihədə Rusiyanın olduğunu əsas gətirərək deaktiv oldu. Noyabrın 28-ində Aşqabadda İlham Əliyevlə İbrahim Rəisi arasında bu məsələlərə dair müzakirə olmuşdu. İki tərəf iqtisadi əlaqələri prioritet kimi ələ alaraq önəmli qərarlar verdilər. Bunlardan biri Türkmənistan qazının nəql edilməsi barədə, digəri isə Fars körfəzi-Qara dəniz xəttidir".
Ekspert qeyd edib ki, bu layihə Azərbaycan üçün uğurlu olacaq. Əgər əvvəllər İran Ermənistan üzərindən aparacaqdırsa, indi Azərbaycan üzərindən keçdiyinə görə Azərbaycan bu layihənin xüsusi parçasıdır və iqtisadi qazanclardan önəmli pay alacaq:
"İran bu layihəyə qol çəkməklə yarım qalan niyyətlərini tamamlamaq istəyir. İran Süveyş kanalına (vaxtı ikən Osmanlı tərəfindən açılmışdı) alternativlər axtarırdı. Bu isə Misiri narahat edən amillərdəndir, çünki ən böyük iqtisadi yük daşımalar üçün zəmin rolunda çıxış edən Süveyş kanalına Misir nəzarət edir".

Əvvəlcə Çinin “bir kəmər bir yol” layihəsinə cavab olaraq Hindistan tərəfindən irəli sürülmüş “şimal-cənub” dəhlizinə qoşuldu, ancaq bu da İranın ürəyincə olmadı. Sonra planını cızdığı Fars körfəzi-Qara dəniz intermodal marşrutu istiqamətində addımlar atmağa başladı. Bu yol İran üçün Süveyş kanalına nisbətən daha sərfəlidir. Digər bir yanadan İran Amerikanın sanksiyalarına davamlılıq üçün bu planı optimal hesab edir:

"Həmçinin İran bu geoiqtisadi planla Türkiyədən asılılığa son verməyə çalışır. Türkiyənin çoğrafi mövqeyi (Asiya ilə Avropa arasında periferiya roluna malikdir) çox önəmlidir. İran Türkiyədən uzaqlaşmaq istəsə də, Çin üçün Türkiyə sərfəlidir. Səbəblərindən biri və önəmlisi Çinin öz məhsullarını Avropaya çıxarması üçün ən az xərc Türkiyə üzərindən ola bilər".

"İdarəetmə strukturunu təkmilləşdirmək üçün kiçik rayonlar ləğv edilməlidir"Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Azərbaycanda bəzi rayonların ləğv edilməsini təklif edir. Gerçəkdən bu çox səmərəli təklifdir.
Onu qeyd etmək istərdim ki, ötən əsrin 90-cı illərindən başlayaraq idarəetmə strukturunun yumşaq desək yanlışlığı nəticəsində Azərbaycanda bir sıra yeni rayonlar yaradıldı.

Bunu Avrasiya.net-ə açıqlamasında ekspert Əkrəm Bəydəmirli bildirib.

O, qeyd edib ki, həmin dövrdən başlayaraq dövlət üçün əlavə yükə çevrilən belə rayonlarda yeni ştat vahidlərinin yaradılması yalnız bəzi məmurlar üçün faydalı oldu. Bakı şəhərinin qəsəbələrinin əhalisindən sayı az olan belə kiçik rayonlarda icra hakimiyyətlərinin formalaşması, dəbdəbəli binalar, bütün ştat vahidlərinin bərqərar olması yerli əhali və dövlət üçün əhəmiyyətli ola bilməz:

"Bu gün Qobustan, Samux, Xızı və digər kiçik rayonların saxlanması yükündən dövlət azad olmalıdır. Bu rayonların birləşdirilməsi nəticəsində daha çevik, müasir dövrün tələblərinə cavab verən idarəetmə struktuları yaradılmalıdır. Bu qurumlarda dövlət tərbiyəsi olan, imanlı, intellektli insanlar çalışmalıdır. Yeni formalaşacaq bu qurumlar qanun aliliyini qorumaq şərtilə azad sahibkarlıq subyektlərinin inkişafını əsas istiqamət kimi müəyyən etməlidirlər. O zaman regional iqtisadiyyat inkişaf edər, dövlət əlavə yükdən azad olar və nəhayət əhalinin güzəranında əhəmiyyətli dəyişiklik olar".

İran xarici işlər naziri Azərbaycana gəlirBu həftə sonu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.

Avrasiya.net xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, səfər Azərbaycan xarici işlər nazirinin dəvəti əsasında baş tutacaq:

“İranlı nazirin səfəri çərçivəsində ikitərəfli münasibətlər, ticarət münasibətlərinin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılacaq”, - deyə o bildirib.
Azərbaycanda 7 idmançıda narkotik aşkarlandıİdman narkotikdən, digər pis vərdişlərdən uzaq olmaq üçün ən uyğun vasitədir. Lakin təəssüf ki, dünyada idmançılar narkotikdən, psixotrop maddələrdən istifadə edir.

Avrasiya.net-in məlumatına görə bunu "İdmanda narkotik maddələrin istifadəsi ilə mübarizə" adlı tədbirdə çıxışı zamanı AMADA-nın direktoru Şəfəq Hüseynli deyib

Onun sözlərinə görə, indiyədək AMADA tərəfindən 7 belə hal dopinq testi ilə aşkarlanıb.

"Narkotik vasitələrdən istifadə qlobal problemdir. Ölkəmizdə də bu problemə qarşı ciddi mübarizə aparılır", - deyə o qeyd edib.
İran Fars körfəzində hərbi təlimlərə başladıSEPAH Fars körfəzi sahillərində “Böyük Peyğəmbər 17” hərbi təlimlərinə start verib.

Axar.az xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, manevrlərdə quru, dəniz və hava qüvvələri, eləcə də Bəsic silahlılarının bölmələri iştirak edirlər. Təlimlər Xuzistan, Buşehr və Hörmüzqan əyalətlərində keçirilir.

Təlimlər beş gün davam edəcək
İsraildə koronavirusun növbəti dalğası başlayıbİsrailin Baş naziri Naftali Bennett israilliləri ölkədə yeni növ koronavirus infeksiyasının növbəti dalğasının başlaması ilə əlaqədar tibbi maska ​​taxmağa və sosial məsafəni gözləməyə çağırıb.

“Report” xəbər verir ki, hökumət başçısı “omikron” ştamının təhlükəli olduğunu bəyan edib:

“Mənim təxminlərimə görə, üç-dörd həftədən sonra, bəlkə də bundan əvvəl yoluxanların sayında artım olacaq. Hökumət hər cəhətdən hazırdır, tezliklə müəyyən göstərişlər veriləcək. Bu arada hər kəsdən xahiş edirəm mümkün qədər sosial məsafə saxlasınlar, qrup halında toplaşmasınlar, tibbi maska ​​taxsınlar, bu sadə və effektivdir”.

Baş nazir həmçinin, dövlət işçilərinin iş saatının azaldılacağını da bildirib.

İsrail Səhiyyə Nazirliyi tövsiyəsi əsasında israillilərin İrlandiya, İspaniya, Norveç, Finlandiya, Fransa, İsveç və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səyahət qadağası bu gündən qüvvəyə minib. Bu ölkələr “qırmızı siyahı”ya əlavə edilib.

Bundan əvvəl nazirlik hökumətə ABŞ, Türkiyə, Belçika, Macarıstan, Almaniya, İtaliya, Kanada, Mərakeş, Portuqaliya və İsveçrəni israillilər üçün səyahətin qadağan edildiyi ölkələr siyahısına əlavə etməyi tövsiyə edib.
ABŞ erməni hərbçilərin qaytarılmasını ALQIŞLAYIRABŞ Azərbaycanın Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Biz Azərbaycanın dekabrın 19-da Avropa İttifaqının dəstəyi ilə 10 erməni hərbçinin azad etməsini alqışlayırıq".
"Azərbaycan və Türkiyə öz gücünü qarşı tərəfə qəbul etdirməyə nail olub"Mövzusundan, mahiyyətindən asılı olmayaraq az qala hər bir məsələyə neqativ münasibət sərgiləmək, hər olayı dərhal qara rəngdə təqdim etməyə çalışmaq bəzi insanlarımızda, bəzi siyasi qüvvələrimizdə şakərə, pis vərdişə çevrilib. Son vaxtlar Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması addımları çərçivəsində qarşılıqlı olaraq xüsusi nümayəndələrin təyin edilməsini və hər iki tərəfdən müsbət bəyanatların səsləndirilməsini Türkiyənin Ermənistana güzəştə getməsi kimi dəyərləndirənlər də bu qəbildən olan insanlardır.

Onu da deyim ki, bu cür qərəzli zehniyyət sahibləri, xəstə təfəkkürlü şəxslər təkcə Azərbaycanda deyil, Türkiyədə də var. Türkiyə rəsmilərinin bu məsələ ilə bağlı "Ermənistanla münasibətlərin normallaşdırılması prosesi üzrə işlər Azərbaycanla koordinasiya olunaraq aparılır", deyə dəfələrlə açıqlama verməsinə baxmayaraq bu adamlar sanki qəsdən həmin açıqlamaları görməzdən gəlir və hər vəchlə suyu bulandırmağa, Azərbaycan ilə Türkiyə arasında heç olmasa, zərrə qədər də olsa soyuqluq yaratmağa can atırlar. Bu baxımdan Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlunun məhz belələrinin bütün bütün iddialarına son qoymaq məqsədilə söylədiyi bu fikirlər olduqca təqdirə layiqdir: "Biz Azərbaycan ilə hər bir məsələdə öncədən məşvərət edirik və Azərbaycanın məlumatı olaraq bu cür addımları atırıq. Kimsə Azərbaycandan xəbərsiz, ya da ayrı hərəkət edərikmi deyə sorğulamasın. Biz bir millət, iki dövlətik. Bunlar xeyirli addımlardır, hamımıza faydası olacaq".

Hörmətli Mövlud Çavuşoğlunun açıqlamasına əlavə və ya qüvvət olaraq onu qeyd etmək istərdim ki, bu gün rəsmi Bakı da Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara pozitiv yanaşır. Çünki Türkiyənin Ermənistan ilə münasibətlərinin normallaşdırılması Azərbaycanın əleyhinə və ya ziyanına deyil. Əksinə, bu addım gələcəkdə Ermənistanla münasibətlərdə Azərbaycanın əlinin daha da güclənməsinə xidmət edəcək. Bu gün Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində ilkin addımlar atmağa başlaması onu göstərir ki, Azərbaycan və Türkiyə öz gücünü qarşı tərəfə qəbul etdirməyə nail olub. Məsələyə bax bu yöndən yanaşmaq lazımdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Filippində tayfun: 140 nəfər öldüFilippində tüğyan edən “Rai” tayfunu nəticəsində ölənlərin sayı 140-a çatıb.

Bu barədə yerli mətbuat yazıb.

Ölənlərin əksəriyyəti Boxol əyalətindəndir.

Bundan öncə isə 75 nəfərin təbii fəlakətdə öldüyü deyilmişdi. Qurbanların sayının artacağı istisna edilmir.

***

Təbii fəlakət nəticəsində ölənlərin sayı 169-a çatıb., 50 nəfər isə itkin düşmüş sayılır.