Bərdədə faciə: iki azyaşlı uşaq çayda boğulduBərdədə iki azyaşlı uşaq çayda boğularaq ölüb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, hadisə Bərdə şəhərində baş verib.

2012-ci il təvəllüdlü İbrahim Zöhrab oğlu Qurbanov və 2014-cü il təvəllüdlü Allahverdi Vasif oğlu Qurbanov Tərtər çayına düşərək boğulublar. Hər iki uşaq sudan çıxarılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin dediyinə görə, uşaqlar valideynləri ilə birlikdə çay sahilində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasiminə gedibmiş.
Regional idarəetmə mövzusu yenidən gündəmdə: SON QƏRAR NƏYİ DƏYİŞƏ BİLƏRBələdiyyələrin fəaliyyətə başlamasının 22-ci ili ərəfəsində ölkə başçısının imzaladığı sərəncamla Təhsil nazirliyinin regional idarələrinin təsis edilməsi qərara alınıb. Regional idarələrin müəyyən mənada iqtisadi rayonları üzrə yaradılması ölkədə regional idarəetməyə keçidə start verilməsi kimi də qiymətləndirmək olar.

Bir məqamı unutmayaq ki, Təhsil nazirliyi regional idarəetməyə keçidə qərarı Mikayil Cabbarovun rəhbərliyi dövründə vermişdi. Lakin həmin dövrdə Adminstrasiya rəhbərinin təkidi ilə qərar geri oxunmuş, vəziyyətdən çıxış yolu kimi təhsil üzrə regional malyyə idarələrinin yaradılması mümkün olmuşdu. Bu qərarın qəbulundan bir xeyli müddət keçib. Ölkədə yeni siyasi abu-hava förmalaşıb, yeni inkişaf istiqamətləri müəyyən edilməkdədir, üstəlik doğma Qarabağımızı da mənfur düşməndən azad etmişik.

Fikrimizcə, indiki halda təhsil sahəsində regional idarəetmə sisteminin təsis edilməsi yaxın gələcəkdə regional icra hakimiyyəti orqanlarının yaradılmasını sürətləndirəcəkdir. Nazirlik bu addımı atmaqla təhsil sahəsinə, xüsusəndə yerli icra strukturlarının müdaxiləsinə son qoymaqla, əlavə maliyyə xərclərinin qarşısını almış olacaq.

Beləliklə, regional idarəetmə prosesi sürətləndikcə cəmiyyətdə bələdiyyələrə diqqət arta bilər. Regional idarəetmə strukturlarının yaradılacağı təqdirdə yerli icra strukturlarının fəaliyyətinə son qoyula bilər və bu struktura aid olan səlahiyyətlərin icrası məhz bu halda bələdiyyələrə ötürülə bilər. Bu həm bir tərəfdən əksmərkəzləşmə prinsipinə uyğun olar, həm indiki halda büdcə vəsaitlərinin kifayət qədər qənaətinə səbəb olar, həm də ən əsası vətəndaş məsuliyyətini artırmış olar.

Odur ki, bələdiyyələr çalışmalı, fəaliyyətlərini genişləndirməli və fikir birliyinə nail olmalıdırlar. Bunun üçün ilk növbədə müti şəkildə icra başçılarının tapşırıqlarını icra etməmək, bələdiyyənin fəaliyyətinə müdaxilələrə birdəfəlik son qoymaq, bələdiyyə quluqçularının fəaliyyəti üçün lazimı şərait yaratmaq, ən əsası vergi yığımn artırmaqla DSMF bocrclarını bağlamaq tələb olunur. Bununla yanaşı daim sakinlərlə işləmək, onların rəğbətinin qazanmaqla fəaliyyət təbliğ edilməlidir.

Bu gün bütün yollar bizi regional idarəetməyə doğru aparmaqdadır. İstəsək də, istəməsəkdə. Sadəcə prosesin nöbəti bələdiyyə seçkilərinə kimi baş tutması həm də bələdiyyələrin fəaliyyətinə yaşıl işıq yandırmış olacaqdır.

Vüqar Tofiqli
Lənkəranda 17 yaşlı qız intihar edibLənkəranda 17 yaşlı qız intihar edib.

“Report”un Cənub Mərkəzi xəbər verir ki, hadisə rayonun Girdəni kəndində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü A.B. yaşadığı evdə özünü asıb. Hadisədən onun anası xəbər tutub. O, qızını evdə görmədikdə aşağı mərtəbəyə enib və övladını asılmış vəziyyətdə aşkarlayıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
“Azərsu”nun əməkdaşlarını təhqir etdilər“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən içməli su və tullantı su xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi və debitor borc probleminin həlli məqsədilə zəruri tədbirlər görülür. Abonentlərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işləri gücləndirilsə də bəzi abonentlər hələ də göstərilən xidmətlərə görə ödəniş etmək istəmir, bu azmış kimi xidməti vəzifələrini yerinə yetirən “Azərsu” ASC-nin əməkdaşlarına qarşı kobud rəftar edir, təhdid və fiziki təzyiqlərə məruz qoyurlar. Ağdam və Füzuli rayonlarında “Azərsu” ASC-nin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən təhqir və fiziki təzyiqlə üzləşiblər.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Modern.az-a verilən məlumata görə, Ağdam rayonu Quzanlı qəsəbəsində ayrı-ayrı təsərrüfatlarda yaşayan Zaur Quliyevin 340 manat, Zamin Quliyevin 488 manat 45 qəpik, İlqar Quliyevin 351 manat borcu, Qaytaran Quliyevin adına olan abonent kodu üzrə isə 415 manat 90 qəpik debitor borc yaranıb. Həmin abonentlərlə dəfələrlə fərdi söhbətlər aparılıb və ödəniş olunmasının vacibliyi diqqətlərinə çatdırılsa da, buna əhəmiyyət verməyiblər və ödəniş etməyiblər. Ağdam Sukanal Sahəsinin mühəndisi Etiqad Səmədli borc ödənilməyəcəyi təqdirdə suyun kəsiləcəyi ilə bağlı sonuncu dəfə bildiriş təqdim edərkən həmin abonentlər tərəfindən fiziki təzyiqlərə məruz qalıb.

Füzuli rayonunun Horadiz şəhərində isə yerli sukanal idarəsinin əməkdaşı Nəbi Abbasov xidməti vəzifəsini yerinə yetirərkən abonent Cavid Xalyəddinovun ağır təhqirlərinə məruz qalıb. Horadiz şəhər sakini C.Xalyəddinov 303 manat borcunu ödəməkdən imtina edib və onunla aparılan maarifləndirici söhbət xoşagəlməz sonluqla nəticələnib. Hər iki faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

“Azərsu” ASC-nin bildiriş təqdim edən əməkdaşları xidməti vəzifələrini yerinə yetirir və onlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə “Azərsu” ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacaq. “Azərsu” ASC bir daha istehlakçıların diqqətinə çatdırır ki, göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır.

Abonentlərin diqqətinə çatıdırıq ki, yaranmış debitor borcların hissəli ödəniçinə də şəarait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu hissə-hissə ödəyə bilər.
Omikrona qarşı xüsusi peyvənd hazırlanırAmerikanın “Moderna” biotexnologiya şirkəti yeni Omikron koronavirus ştammına qarşı xüsusi peyvəndin klinik sınaqlarına başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, Omikrona qarşı “mRNA-1273” peyvəndi sınaqdan keçiriləcək.

Peyvəndin sınağı 2022-ci ilin əvvəlinə planlaşdırılıb.
"Biz sülh istəyirik, müharibə istəmirik"Orucova Məhin Əli qızı
Səbail rayonu, C.Hacıyev adına 3 nömrəli Onbirillik
Musiqi Məktəbinin direktoru, əməkdar müəllim


Bu günlərdə Avrasiya məkanının bir sıra önəmli məsələlərinin müzakirə edildiyi Brüsseldə Avropa İttifaqı Şurasının və NATO rəhbərlərinin təşkil etdiyi görüşlərdə fəal iştirakı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi yenidən dünya informasiya məkanında əsas siyasi fiqurlardan biri kimi diqqət mərkəzinə çıxarıb. Ölkə rəhbərinin keçirdiyi görüşlər barədə verilən geniş informasiya və onun media üçün açıqlamaları ilə yanaşı, müxtəlif səpkili şərh və təhlillər də beynəlxalq media vasitələrində aparıcı yer tutur.

Müharibə dövründə olduğu kimi, indiki mərhələdə də Ölkə başçısının informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır. Belə bir məqamda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İspaniyanın “El Pais” qəzetinə müsahibəsi, siyasi analitiklərin hərtərəfli şərhlərində Azərbaycan Prezidentinin suallara dolğun və arqumentli cavabları, konstruktiv mövqeyi yüksək dəyərləndirilib.

Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi zamanı işğalçı Ermənistan ordusu tamamilə məhv edildi. Ermənistan hökumətinin başçısı ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq, Azərbaycanın 44 günlük müharibədə geri almadığı əraziləri geri qaytarmağa razılıq bildirdi. Bununla bağlı Ölkə başçısı müsahibə zamanı qeyd etmişdir ki: “İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu.

Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən “yenilməz ordusu”, “gücü”, “əsgər və komandirlərinin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Buna görə də Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər”.

Bu gün sivil dünya görür və əmindir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti və xalqı regionda sülhün əldə olunması üçün çalışır.Müsahibə zamanı Ölkə rəhbəri bu fikirləri də xüsusilə diqqət çəkib: “Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik.

Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Mən dəfələrlə açıq bəyanat vermişəm ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır”.

Ölkə başçısı cənab İlham Əliyevin istər sammitdəki çıxışında, istərsə də qəzetə müsahibəsində və bəyanatlarında münaqişəni araşdıran analitiklər və ekspertlər üçün bir çox prinsipial məqamlar var və bunlar hərtərəfli şəkildə təhlil edilməli, əsl həqiqəti əks etdirən nəticələr əldə olunmalıdır.

Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasından keçir. Bu istiqamətdə ictimai rəy formalaşdırılmalıdır.

Bir mühüm detalı xatırlatmaq yerinə düşər ki, bir neçə gün öncə Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qələbə qazanması dövlət başçımızın Brüssel görüşünə böyük üstünlüklə getməsini təmin etdi. Ermənistanın, demək olar ki, heç bir məsələdə və iddiada haqlı olmadığını bir daha nümayiş etdirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, beynəlxalq oyunçular da Azərbaycanın bu mövqeyindən xəbərdardırlar. Amma ölkəmiz bu məsələdə müsbət dinamika görərsə, əlbəttə ki, bundan yararlanılacaq və sülhün gücləndirilməsinə öz töhfəsini verəcək.




SOCAR əməkdaşlarının maaşları artırılacaq - Rövnəq Abdullayev açıqladıDövlət Neft şirkətinin (SOCAR) əməkdaşlarının əməkhaqqı artırılacaq.

Avrasiya.net xəbər verir ki, bunu report-a açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

"Bizdə maaşlar mimum əməkhaqqının artırılmasına uyğun artırılır. Gələn ildən SOCAR-da maaşlarda yəqin ki, artım olacaq", - o qeyd edib.

Dünya liderləri Prezident İlham Əliyev barədə danışdılar – AzTV-dən yubiley filmiAzərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, film “Prezident. Təkrarsız diplomatiya” adlanır.

Ekran işində prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibəsi yer alır. Onlar Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları şərh ediblər.

Filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə danışıblar.
R.T.Ərdoğan qeyd edib ki, İlham Əliyevlə davam edən inkişafla Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib.

V.Putin isə Azərbaycan Prezidentinin əsas məqsədinin öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görmək olduğunu vurğulayıb.
N.Nazarbayev Azərbaycan xalqının müstəqillik illərində çətin şərtlər daxilində enerjili, müdrik liderin rəhbərliyi ilə inkişaf etdiyinə diqqət çəkib.

“Prezident. Təkrarsız diplomatiya” filmində Azərbaycanın iqtisadi arenadakı uğurlarından danışılıb, həyata keçirilən əhəmiyyətli layihələrdən bəhs edilib. Qeyd olunub ki, iqtisadi müstəqilliyin verdiyi güc siyasi müstəqilliyi möhkəmləndirib və ölkənin bir nömrəli probleminin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırıb.

Müzəffər Ali Baş Komandanın və ordusunun Vətən müharibəsindəki qələbəsinə filmdə xüsusi yer ayrılıb.
Vladimir Putin bununla bağlı müsahibəsində bildirib ki, İlham Əliyevin müdrikliyi hərbi əməliyyatların dayandırılmasına öz töhfəsini verib.

Filmin ideya müəllifi Rövşən Raqifoğlu, ssenari müəllifi Rüfət Həmzəyevdir. Montajı isə Qafar Məhərrəmova məxsusdur.

Film Prezident İlham Əliyevin doğum günü - 24 dekabrda saat 12:00-da, 16:00-da və 22:00-da AzTV-də yayımlanacaq.

Xəzər Universiteti beynəlxalq reytinq cədvəllərində  Azərbaycan Universitetləri arasında liderdir2021-ci il dekabrın 2-də baş ofisi Parisdə yerləşən, beynəlxalq aləmdə geniş nüfuza malik EDUNİVERSAL təşkilatı dünyanın ən yaxşı Biznes Məktəblərinin rəsmi reytinqini dərc edib.

Reytinq cədvəlində Xəzər Universitetinin İqtisadiyyat və Menecment Fakültəsi Azərbaycanın biznes məktəbləri arasında 1-ci yeri tutub.

Bu reytinq cədvəli Eduniversal Elmi Komitə üzvləri tərəfindən beynəlxalq təsir, reputasiya və təhsil keyfiyyəti kimi meyarlar əsasında müəyyən edilir.

Mənbə: https://www.eduniversal-ranking.com/eduniversal-ranking-agency.html
Dekabr ayının 15-də daha bir reytinq cədvəli – QS Reytinq Agentliyinin (Böyük Britaniya) “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə yeni reytinq cədvəli açıqlanıb.

Reytinq cədvəlində Xəzər universiteti yenə Azərbaycan universitetləri arasında 1-ci yeri tutub. Reytinq cədvəlinə Azərbaycandan 7 ali məktəb daxil edilib:

Xəzər Universiteti - 211-220 (Azərbaycan üzrə ən yüksək göstərici)
UNEC – 221-230
BDU – 251-300
ADA Universiteti – 301-350
AzMİU – 401-450
ADNSU – 401-450
BMU – 401-450

QS Reytinq cədvəli ali məktəblərdə müəllimlərin təcrübəsi, işəgötürənlər arasında nüfuz, akademik nüfuz və s. meyarlar üzərində tərtib edilib.

Mənbə: https://www.topuniversities.com/university-rankings/eeca-rankings/2022

Dünyanın nüfuzlu reytinq cədvəllərində yer alan ali məktəblərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

“Türk millətinin yaşaması üçün güclü Türk Silahlı Qüvvələri və Türkiyə vacibdir"Prezident Ersin Tatar Türk Silahlı Qüvvələrinin (TSK) Gücləndirilməsi Vəqfinin Medal və Şərəf Mərasimində iştirak edib və 2019-cu ildə "Barış Pınarı" əməliyyatında əməyi keçənləri medallarla təltif edib.

Gecədə çıxış edən Prezident Tatar fəxri mərasimdə iştirak etməkdən məmnunluğunu ifadə edib və fondun işlərində əməyi olanları təbrik edib.
Türkiyə Cümhuriyyətinin müdafiə sənayesində inkişafının önəminə işarə edən Prezident Tatar Türk millətinin gələcəyi və Vətəndə yaşaması üçün güclü Türk Silahlı Qüvvələrinin və güclü Türkiyənin hər zaman qəlbimizdə olduğunu vurğulayıb.