Millət vəkili Gəncədə şəhidlərin məzarını ziyarət edibMilli Məclisin deputatı Naqif Həmzəyev Gəncənin Şəhidləri Xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edib.

Torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canından keçərək şəhid zirvəsinə ucalan qəhrəmanları yad edən millət vəkili ilk olaraq xiyabandakı əbədi məşəl abidəsi önünə gül dəstələri qoyaraq ölməz qəhrəmanlara öz ehtiramını bildirib.
Şəhidlərin unudulmaz xatirəsini hörmət və ehtiramla yad edən, şəhidlərin ailə üzvüləri ilə görüşən millət vəkili Naqif Həmzəyev bildirib ki, biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, əzəli və əbədi torpağımız olan Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə səbr diləyirik. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini əziz tutur.

“Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir” – millət vəkili qeyd edib.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, millət vəkili Naqif Həmzəyev şəhid ailələrini, o cümlədən qaziləri davamlı olaraq ziyarət edir, onların problemləri və qayğıları ilə maraqlanır.


“Media haqqında” qanun layihəsindən bir maddənin çıxarılması təklif edilib“Media haqqında” qanun layihəsindən bir maddənin çıxarılması təklif edilib.

Bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, layihədəki media savadlılığı ilə bağlı bənd aydın deyil: “Bu, medianın öz işidir. İstəyən savadlı olub pul qazanar, istəməyən savadsız olub gözdən düşər. Bunu ayrıca bir maddədə göstərməyin məntiqi yoxdur. Ona görə də hesab edirəm ki, 10-cu maddə (Media savadlılığı) qanun layihəsindən çıxarılmalıdır”.
Ordumuzun korpus komandanı ehtiyata buraxıldıAzərbaycan Ordusunun Üçüncü Ordu Korpusnun komandanı general-mayor Mübariz Rzayev vəzifəsindən azad olunub.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a hərbi mənbələrdən məlumat verilib.

General-mayor öz istəyi ilə ordu sıralarından ehtiyyata buraxılıb.

Qeyd edək ki, M.Rzayev 1968-ci il mayın 20-də Lənkəran şəhərində anadan olub. O, Vətən müharibəsinin komandanlarından biri olub, Cəbrayıl, Xocavənd, Zəngilan və Qubadlı rayonunlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib.

M.Rzayev 44 günlük Vətən müharibəsində şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

O, 2021-ci il martında Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusnun komandanı təyin olunmuşdu.

Aydın Ağabəyov beynəlxalq turnirdə iştirak edibUkraynanın Kiyev şəhərində WAKO təqviminə uyğun olaraq Kikboksinq üzrə beynəlxalq turnir "Wizard open" keçirilib.

Turnirə Azərbaycan kikboksinq federasiyasının idmancıları və hakimlər kollegiyasının sədri beynəlxalq "A" dərəcəli hakim Aydın Ağabəyov da hakim kimi dəvət edilib.

Aydın Ağabəyov turnirin final döyüşlərini və qala gecəsini idarə edib. O, yarışın seçilmiş hakimi kimi Ukrayna Kikboksinq federasiyasının prezidenti Olga Pavlenko tərəfindən mükafat alıb.










Sahibə Qafarova özünə yeni köməkçi təyin etdi - FOTOMilli Milli Məclisin sədrinə yeni köməkçi təyin edilib.

Avrasiya.net-in xəbərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncamla Elmar Ramiz oğlu Hüseynov Milli Məclis sədrinin köməkçisi təyin edilib.

Beləliklə də parlament sədrinin köməkçilərinin sayı 4-ə çatıb. Bunlar Aynur Nurəhmədova, Aqşin Hümmətov, Rauf Məmmədov, Elmar Hüseynovdur
Bu gün daha 2 erməni terrorçu hakim qarşısına çıxarılırBu gün terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi başlayır.

Avrasiya.net-in məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və məhkəmənin baxış iclasının təyin olunacağı gözlənilir.

Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.
Bakıda 28 yaşlı gənc faciəvi şəkildə öldüBakıda 28 yaşlı şəxsin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Dekabrın 16-sı saat 11 radələrində paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən İndigo MMC-yə məxsus mətbəədə operator vəzifəsində işləyən 1993-cü il təvəllüdlü Xəyyam Təhməzovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Xəyyam Təhməzov mətbəədə kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyərkən avadanlığın içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyyəsini saldığı avadanlığın hidravlik pressinin arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, X.Təhməzov Vətəndaş Həmrəyliyi Partiyasının Cəbrayıl rayon təşkilatının üzvi olub
Astarada su anbarında 3 aylıq körpənin meyiti aşkarlandıAstara rayonunun Kijəbə qəsəbəsi ərazisindəki su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, körpənin su quyusuna bir neçə gün əvvəl düşdüyü ehtimal edilir.

Amma hələlik hadisənin təfərrüatı məlum deyil.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Bakıda yaşlı qadın baxıcı tərəfindən döyüldü - VideoBakıda xəstə yaşlı qadına qarşı fiziki zorakılıq edilib.

Avrasiya.net xəbər verir ki, hadisə ilə bağlı videogörüntü qeydə alınıb.

Müşahidə kameralarına düşən bu kadrlar paytaxtın Pirallahı rayonu, Süleyman Bağırov küçəsində baş verib.

Qızı anası 75 yaşlı Zemfira Musayeva ilə bir yaşamadığından ona kömək məqsədi ilə dərmanlarının və yeməyinin vaxtında verilməsi üçün baxıcı tutub. Bu ilin sentyabrın 13-dən 63 yaşlı baxıcı onların evinə gəlib və Zemfira Musayevaya xidmət göstərib. Ta ki, qadının bədənindən xəsarət izləri aşkar edilən günə qədər. Zemfira Musayevanın qızı iddia edir ki, baxıcı onlara gəldikdən təxminən 1-2 ay sonra anasının bədənində xəsarətlər aşkar edib.

Xəstəlik səbəbindən qadın danışa bilmədiyi üçün onun özünə xəsarət yetirməsi Zemfira Musayevanın qızında şübhə yaradıb. O, anasının yaşadığı evə müşahidə kamerası quraşdırıb. Zemfira Musayevanın qızı kamera qoyudluqdan sonra baxıcı Sona Axundovanın anasına necə qulluq etməsinin şahidi olub.

Xəzər TV-nin əməkdaşları qadının müraciətindən sonra həmin ünvana yollanıb, yaşlı qadının həqiqətən ağır xəstə və nitqində qüsur olduğunun şahidi olublar.

Hadisə ilə bağlı Zemfira Musayevaya baxan Sona Axundova ilə də əlaqə saxlanılıb. Qadın səs yazısının efirə yayımlanmasını istəməyib. Amma hadisə ilə bağlı ətraflı məlumat verib. Sona Axundova hadisənin səhər saat 7-də baş verdiyini və yuxulu olarkən törətdiyini etiraf edib. O, bu hadisəni törədərkən fikrinin öz evində xəstə olan uşağında qaldığını, bir qədər də əsəbi olması səbəbindən anidən baş verdiyini deyib. Sona Axundova yaşlı qadına doğma anası kimi baxdığını və bu hadisəyə görə peşman olduğunu da bildirib.

Zemfira Musayevanın qızı hadisə ilə bağlı ''102-i xidməti'' nə məlumat verib. Polis hər iki tərəfin izahatını alıb. Hazırda iş Pirallahı Rayon Prokurorluğunda araşdırılır. Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək.
Baş redaktora ağır itki“Cümhuriyyət” qəzeti və “Cebhe.info” saytının rəhbəri Rafael Becanova ağır itki üz verib.

Avrasiya.net xəbər verir ki, baş redaktorun anası Nazı xanım rəhmətə gedib.

Dəfn bu gün saat 12-də Cəlilabadda Göytəpə şəhərində olacaq.

Allah rəhmət eləsin!