Peyvəndləmədə ölkələr arasında ayrı-seçkilik yolverilməzdirNail Cəlil: “Azərbaycanın təşəbbüsü ilə BMT-də müvafiq qətnamənin yekdilliklə qəbul edilməsi ölkəmizin müsbət qərarların mərkəzinə çevrilməsinin təzahürüdür”

“Dekabrın 16-da Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasında COVİD-19 əleyhinə peyvəndləmədə ölkələr arasında bərabərliyin, ədalətli yanaşmanın təmin edilməsi ilə bağlı Qoşulmama Hərəkatının adından irəli sürülən qətnamənin yekdillikə qəbul olunması ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsini təsdiqləyən mühüm, beynəlxalq əhəmiyyətli hadisələrdən biridir. Bu, onu göstərir ki, Azərbaycan dünyada insanların sağlamlığı, təhlükəsizliyi, pandemiyadan qurtulması naminə beynəlxalq səylərin əlaqələndirilməsində qlobal liderliyini getdikcə möhkəmləndirir. Bu mənada, Baş Assambleyada göstərilən təşəbbüsün 179 ölkə tərəfindən birbaşa dəstəklənməsi rəsmi Bakının müsbət qlobal təşəbbüslərin mərkəzinə çevrilməsinin təzahürüdür”.

Bu fikirləri “Xalq Cəbhəsi” qəzetinə açıqlamasında müvafiq qətnamənin hazırlanması və qəbul edilməsində bağlı Azərbaycanın mühüm rolunu qiymətləndirən politoloq Nail Cəlil səsləndirib. Siyasi ekspert vurğulayıb ki, Azərbaycan pandemiya başladığı andan bu problemlə fəal, dünya ölkələri ilə əlaqələndirilmiş, geniş, effektiv mübarizə yolunu seçib: “Son iki ildə bizim ölkə problemin bütün bəşəriyyət üçün hüquq bərabərliyi, hər kəsə bərabər müdafiə, eyni dərəcədə sağlamlıq imkanları yaradılmaqla həllinə çalışır. Bir sıra ölkələrin pandemiya təhdidi fonunda tam özünə qapandığı zamanda Azərbaycanın təşəbbüsü ələ alması və sədrlik etdiyi Qoşulmama Hərəkatı ilə birlikdə peyvəndlənmənin hər kəs üçün bərabər, əlçatan olmasına çalışması olduqca təqdirəlayiqdir”.

Politoloqun sözlərinə görə, Azərbaycan burada bəşəri maraqlar naminə qlobal səylərin birləşdirilməsinə - “peyvənd millətçiliyi” əleyhinə ciddi qətnamənin qəbuluna nail olub: “Ümumilikdə, bu, çox ciddi nailiyyət, yetərincə müsbət irəliləyişdir. Əslində, müəyyən maraq dairələrinin dünyanı “varlı” və “kasıb” ölkələrə bölmələri, xüsusən, “kasıbların” peyvəndləmə, müalicə üçün zəruri vasitələr, dərman preparatları ilə zəif təmin olunması, bəzi hallarda heç təmin olunmaması birbaşa insan haqlarına – 1948-ci ilin 10 dekabrında qəbul edilən, hələ də qüvvəsini saxlayan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarına ziddir, insanların təbii haqlarının bilərəkdən pozulması, məqsədli ayrı-seçkiliyə yol verilməsi deməkdir”.

Nail Cəlil onu da vurğulayıb ki, Azərbaycanın təklifi ilə qəbul edilən son qətnamə bu istiqamətdə dünya ölkələrinin mütərəqqi səylərini birləşdirir, bəşəriyyətin sağlam, təhlükəsiz, sosial rifahlı gələcəyi üçün beynəlxalq səviyyədə yeni siyasi-hüquqi əsaslar yaradır: “Azərbaycan yalnız belə təşəbbüslər irəli sürməklə kifayətlənmir, pandemiya ilə bağlı 80-dən artıq ölkəyə birbaşa və ÜST xətti ilə yardım göstərir.
Xatirinizdədirsə, Prezident İlham Əliyev hələ 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında belə bir qətnamənin irəli sürüləcəyini qeyd etmişdi, peyvənd millətçiliyini çox ciddi qınamışdı. Müvafiq qətnamənin qısa müddət sonra yekdilliklə qəbul olunması mütərəqqi dünya ictimaiyyətinin Azərbaycanın pandemiya ilə mübarizədə sivil, humanist, ədalətli mövqeyini bölüşdüyünü və dəstəklədiyini göstərir”.
Bakı terror aktlarının qarşısının alınmasında fəaldır - ABŞ2020-ci ildə Azərbaycan hökuməti terror aktlarının törədilməsi cəhdlərinin müəyyən edilməsi və qarşısının alınması üzrə fəal işləyib.

Bu barədə ABŞ Dövlət Departamentinin 2020-ci il üzrə terrorçuluqla bağlı illik hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısının alınması üçün əməliyyatlar keçirib, terrorçuluqda şübhəli bilinənləri həbs və təqib edib, eləcə Azərbaycan xaricində döyüş əməliyyatları aparan terrorçu qruplaşmalara qoşulmaqda və ya maliyyələşdirməkdə şübhəli bilinən və ölkəyə qayıdan azərbaycanlıları mühakimə edib.

"Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri ölkə ərazisində terror aktlarının aşkar olunması və qarşısının alınması üzrə adekvat bacarıqlar nümayiş etdirib" - hesabatda deyilir.
“AzerGold” əməkdaşları üçün istehsalat təcrübəsi təşkil edib13-17 dekabr tarixlərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində sənaye istiqaməti üzrə seçilmiş peşə təhsil müəssisələrində tədris aparan təlim ustaları üçün istehsalat təcrübəsi təşkil olunub. Praktiki məşğələlər formatında keçirilən tərcübə proqramı şirkətin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində icra edilib. İstehsalat təcrübəsinə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və Daşkəsən Peşə Məktəbinin çilingər-santexnik, dağ mədən işləri üzrə mütəxəssis və elektrik qaz qaynaqçısı ixtisasları üzrə tədris aparan istehsalat üzrə təlim ustaları qatılıblar.

Sözügedən təcrübə proqramı “İşəgötürənlərlə birgə çalışan işçilər üçün ixtisasartırma və kadr hazırlığı təlimlərinin təşkili” təşəbbüsü çərçivəsində həyata keçirilir. Layihə beynəlxalq təcrübə əsasında iş yerlərində təlim, stajkeçmə mexanizminin yaradılması və işəgötürən müəssisələrdə peşə təhsili sahəsində çalışan mühəndis-pedaqoji heyətin ixtisas artırmasına xidmət edir.

Xatırladaq ki, 19 may 2020-ci il tarixində dağ-mədən sahəsi üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində "AzerGold" QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında birgə fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb.
Azərbaycanda minimum aylıq əmək haqqı artırıldıPrezident İlham Əliyev Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

1. Minimum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1102) 1-ci hissəsi ləğv edilsin.

4. Bu Sərəncamın 1-ci və 3-cü hissələri 2022-ci il yanvarın 1-dən qüvvəyə minir
BƏƏ səfirliyi Azərbaycan universitetləri ilə birlikdə onlayn seminar təşkil edibBirləşmiş Ərəb Əmirlikləri dövlətinin Bakıdakı səfirliyi ilə Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universiteti birgə əməkdaşlıq çərçivəsində “Qadın Hüquqlarının Genişləndirilməsi” mövzusunda onlayn seminar təşkil edib.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə,
tədbirdə çıxış edən BƏƏ-in Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Abdalla AlShamsi ölkəsinin qadın hüquqlarına dair Mili Strategiyası barədə ətraflı məlumat verərək, qeyd edib ki, mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanın dövründə, qurulduğu gündən etibarən Birləşmiş Ərəb Əmirlikləri müxtəlif siyasi, iqtisadi və sosial sahələrdə, xüsusilə də böyük və sürətli dəyişikliklərin şahidi olmuşdur, qadınlara dair məsələlər və onların cəmiyyətdə iştirakı və qadınların hüquqlarının genişləndirilməsinə xüsusi diqqət yetirilmişdir. O vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərinin konstitusiyası bütün vətəndaşları üçün bərabər hüquqlara zəmanət verir və BƏƏ-də qadınlar kişilərlə eyni hüquqi statusa malikdirlər, onların mülkə sahib olmaq, təhsil almaq və əmlaka varis olmaq hüququ kişilərlə eynidir. “Dünya Bankının Qadınlar, Biznes və Hüquq üzrə 2020 Hesabatında BƏƏ-nin dünyanın ən yaxşı on iqtisadiyyatı arasında yer aldığı və gender bərabərliyi indeksində ən böyük irəliləyişə nail olduğu bildirilib.

“BƏƏ-də 1975-ci ildə Əlahəzrət Şeyxa Fatimə bint Mübarək tərəfindən Ümumi Qadınlar Birliyinin təsis edildiyi gün - 28 avqustda BƏƏ Qadınları Gününü qeyd edir.”, deyə AlShamsi öz çıxışında bildirib.
O, həmçinin, əlavə edib ki, BƏƏ humanitar böhranlarda həyata keçirilən bütün BƏƏ-nin maliyyələşdirdiyi humanitar proqram və layihələrin bir hissəsi kimi qadınların və qızların müdafiəsinə BƏƏ-nin öhdəliyini artırmaq məqsədi daşıyan "100 faiz Qadınlar" Siyasəti də hazırlayıb.

Filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova çıxış edərək, mövzunun aktuallığını vurğuladı. O bildirdi ki, dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ile bağlı aparılan tədbirlər bugün önəmli yerlərdən birini tutur. Azərbaycanda da son illərdə bu istiqamətdə intensiv işlər görülür.

Ülviyyə xanım bu seminarın təşkilində tələbələrin rolunu xüsusilə qeyd etdi və fürsətdən istifadə edərək gənc nəslin gender rolları barəsində daha ədalətli fikirlərinin formalaşmasını hədəfləyən bu mühüm təşəbbüsə görə BƏƏ səfirliyinə öz təşəkkürünü bildirdi.
Tədbir ərəbdilli tədqiqatçıların çıxışı ilə davam etdi.
Azərbaycanda daha 9 nəfər dönərdən zəhərləndiDaxili İşlər Nazirliyi (DİN) Şəkidə dönərdən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb.

Avrasiya.net xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Şəki Şəhər Rayon Polis Şöbəsinə 9 nəfərin qida zəhərlənməsi diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanaya müraciət etməsi barədə məlumatın daxil olduğunu deyib.

Həmin şəxslər ifadələrində şəhər ərazisində yerləşən “Gənclik” kafesində dönər yedikdən sonra səhhətlərinin pisləşdiyini bildiriblər.

Məlumat daxil olandan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə həmin obyektə baxış keçirilib, dönərin hazırlanmasında istifadə olunan qida məhsullarından qalan nümunələr qablaşdırılaraq götürülüb. Xəstəxanaya müraciət edən şəxslər barəsində isə məhkəmə tibbi ekspertiza təyin edilib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.4-cü (pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.
Moskvada erməninin azərbaycanlı bilib bıçaqladığı həkim öldüRusiyanın paytaxtı Moskvanın özəl klinikalarının birində erməniəsilli şəxsin azərbaycanlı bilərək bıçaqladığı özbək həkim xəstəxanada dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə Moskva Şəhər Prokurorluğu məlumat yayıb.

Xatırladaq ki, dekabrın 13-də 60 yaşlı Murad Ohanesyan qeydiyyata düşmədən daxil olduğu klinikada 41 yaşlı stomatoloq Camal Odilovu bıçaqlayıb.
Jurnalistlərə daha çox güzəşt və imtiyazlar verilə bilər"Media haqqında" qanun layihəsi jurnalistlər və media subyektləri üçün güzəşt və imtiyazların tətbiq olunmasını nəzərdə tutur.

Avrasiya.net xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında videokonfrans formatında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Ə.İsmayılov bildirib ki, qanun layihəsinin məqsədi sistemləşmənin təşkilidir:

“Bu sistemləşmə təşkil olunduqdan sonra daha çox güzəşt və imtiyazların verilməsi ilə bağlı layihələrlə çıxış edə bilərik. Layihədə nəzərdə tutulmuş normalar bizə bu imkanı verir”, - deyə Ə.İsmayılov bildirib.

Ə.İsmayılov vurğulayıb ki, “Media haqqında” qanun layihəsi qəbul olunduqdan sonra “Reklam haqqında” qanuna da dəyişikliklər edilə bilər:

“Reklam məsələləri “Reklam haqqında” qanunla tənzimlənir. “Media haqqında” qanun qəbul olunursa, bu qanundan irəli gələn müvafiq dəyişikliklər və uyğunlaşdırma həyata keçiriləcək. Bununla bağlı məsələlər media nümayəndələri ilə müzakirə ediləcək”, - deyə Ə.İsmayılov vurğulayıb.

"Qanun ayrı-ayrı şəxslərin arzu və istəklərinin toplusu deyil, hüquqi-normativ aktdır"Medianın İnkişafı Agentliyi (MEDİA) və Milli Televiziya və Radio Şurasının (MTRŞ) “Media haqqında” Qanun layihəsi ətrafında səsləndirilən iddialarla bağlı açıqlamasını, sözügedən layihənin ərsəyə gəlməsini zəruri edən amillərin təhrif olunması istiqamətində nəzərə çarpan cəhdlərə əsaslandırılmış və tutarlı cavab kimi qəbul etmək olar.

Qeyd edim ki, qanun layihəsi ətrafında səsləndirilən əsaslandırılmamış və qərəzli mülahizələrdən biri, sənədin hazırlanması prosesinin qapalı şəkildə aparılması və ictimai müzakirələrə çıxarılmaması barədə iddialardır. Ölkə gündəmini diqqətlə izləyən hər kəsə bəllidir ki, qanun layihəsi üzərində az qala bir ilə yaxındır ki, iş gedir və bu proses daim peşəkar mediaya açıq olub. Müxtəlif dövrlərdə qanun layihəsinin həm ayrı-ayrı media təsisatlarında, həm media qurumları rəhbərlərinin və təmsilçilərinin iştirakı keçirilən toplantılarda, həm də ADA Universitetində və digər ali təhsil müəssisələrində təşkil olunan seminar və təlimlərdə təqdimatı olub.

Bu təqdimatlar interaktiv qaydada keçirildiyi üçün bütün iştirakçıların qanun layihəsinin ayrı-ayrı müddəalarına münasibət bildirmək və öz təkilflərini irəli sürmək imkanı da olub, şübhəsiz. Bu baxımdan, hesab edirəm ki, “Media haqqında” Qanun layihəsi istisansız olaraq, son dövrlərdə geniş ictimai müzakirəyə çıxarılan və əlçatan olan hüquqi-normativ aktlardan biridir.

Bütün bunlara baxmayaraq, məsələn Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, “MEDİA qanun layihəsinin hazırlanmasını qapalı həyata keçirib və "Media" haqqında qanunun Milli Məclisin iki komitəsində təqdimatı zamanı tədbirə hakimiyyətyönlü media təmsilçilərini çağırıblar”.

Bu qədər absurd və əsassız bir iddianın irəli sürülməsi üçün, düşünürəm ki, xroniki narazılığın ən son həddinə çatmaq lazımdır ki, Milli Məclisdə keçirilən müzakirələrdə iştirak edən media təmsilçilərinin “hakimiyyətyönlü” olduğunu iddia edə biləsən. Sözügedən ictimai müzakirədə iştirak edən şəxslərin adlarını sıralamaqdan çox uzağam, amma Mehman Əliyev, az qala hər gün görüşdüyü, eyni baxış bucağına sahib olduğu şəxslərin Milli Məclisdə keçirilən toplantıda iştirakını görə bilməyibsə, o zaman problemi öz görmə qabiliyyətində, yaxud gözünü örtən qərəz pərdəsində axtarmalıdır.

Digər tərəfdən, bəziləri unudurlar ki, əgər bu və ya digər qanun layihəsinin müzakirəsi zamanı bütün maraqlı tərəflərin, o cümlədən qanunvericilik haqqında təsəvvürləri, hüquqi bilikləri olmayan insanların iştirakı təmin olunarsa, o zaman bəzi sahə qanunları istisna olunmaqla, istənilən hüquqi-normativ aktın müzakirəsində bütün ölkə əhalisi iştirak etməli, hər bir qanunun qəbuluna görə ayrıça ümumxalq səsverməsi – referendum keçirilməlidir. Elə “Media haqqında” Qanun layihəsi konkret sahəyə aid hüquqi-normativ akt olsa da, bütün ölkə əhalisini, o cümlədən həddi-buluğa çatmayan, yəni səsvermə hüququ olmayan Azərbaycan vətəndaşlarını da əhatə edir.

Qanun layihəsi ilə bağlı, təəssüf ki, heç bir əsası olmayan və paradoksal olsa da layihə ilə əlaqədar məlumatsızlıqdan və qərəzdən irəli gələn iddialardan biri də, sənədin məhdudlaşdırıcı xarakter daşıması, beynəlxalq təcrübəyə əsaslanmaması ilə bağlıdır. Maraqlıdır ki, özlərini media sektorunun “nəhəng”lərindən hesab edən, amma bütün dövrlərdə Əlahəzrət SÖZ-dən daha çox, özlərinin ölkə sərhədlərindən kənardakı, beyət və istinad etdikləri mərkəzlərlə ortaq mənafelərinə xidmət edən xroniki narazıların əksəriyyəti, nəinki “Media haqqında” Qanun layihəsinin ayrı-ayrı müddəaları ilə, heç media qanunvericiliyi ilə bağlı hissəsi ilə də tanış olmayıblar.

Halbuki ki, “Media haqqında” Qanun layihəsində bəzilərinin “məhdudlaşdırıcı” hesab etdiyi maddələr bundan öncə qəbuil edilən “Məlumat azadlığı haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında, eləcə də media sahəsini tənzimləyən digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə də öz əksini tapıb.

Tez-tez beynəlxalq hüquqdan nümunələr gətirən bəzi media ekspertləri, ən azı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və sözügedən sənədlərdə yer alan məhdudlaşdırıcı prinsiplərdən məlumatlı olmalıydılar. Yəni bilməliydilər ki, bütün bu prinsiplər Ümumdünya insan hüquqları Bəyannaməsində, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda, İnsan hüquqları və əsas azadlıqlar haqqında Avropa Konvensiyasında, Helsinki Yekun Aktında, Təkzib hüququ haqqında Beynəlxalq Konvensiyada, Üşaq hüquqları haqqında Konvensiyada və digər beynəlxalq sənədlərdə öz əksini tapıb.

BMT-nin insan hüquqları ilə bağlı müvafiq sənədlərində, həmçinin İnsan hüquqları və əsas azadlıqlar haqqında Avropa Konvensiyasında açıq şəkildə qeyd olunur ki, hər hansı bir insanın hüququ əgər başqa bir şəxsin hüquq və azadlıqlarını pozursa, gerçəkləşdirilə bilməz.
İnsan hüquqları və əsas azadlıqlar haqqında Avropa Konvensiyasının 10-cu maddəsində söz və ifadə azadlığının hansı hallarda məhdudlaşdırıla biləcəyi qeyd olunur.

Beləliklə, sözgedən Konvensiyaya görə, söz və ifadə azadlığı milli təhlükəsizliyə və ərazi bütövlüyünə təhdid yaratdığı halda, ictimai asayişin və ictimai rifahın müdafiəsi, əhalinin sağlamlığının və mənəviyyatının qurunması, digər şəxslərin ictimai nüfuzunun və hüquqlarının müdafiəsi, məxfi məlumatların qarşısının alınması, ədalət məhkəməsinin nüfuzunun qorunması və toxunulmazlığının təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər.

“Media haqqında” Qanun layihəsini diqqətlə oxuyan və müqayisəli təhlil aparmağı bacaran istənilən şəxs, sənəddə beynəlxalq müqavilələrdən irəli gələn məhdudlaşdırılmalardan kənarda hər hansı bir məhdudlaşdırılmanın olmadığını görə bilər.

Digər tərəfdən, bu məhdudlaşdırmalar ölkəmizdə daha öncə qəbul edilən və “Media haqqında” Qanun layihəsinin 2-ci maddəsində istiqamd olunan digər hüquqi-normativ aktlarda da öz əksini tapıb. O zaman ortalığa maraqlı bir məqam çxır: Bu gün “Media haqqında” Qanun layihəsinin ətrafında ajiotaj yaratmağa çalışanlar hansı səbəblərdən daha öncə qəbul edilən sənədlərə münasibətdə eyni aqressiyanı sərgiləmirdilər?

Bəlkə sözügedən layihənin hansısa maddəsində birbaşa onların maraqlarına toxunan məqamlar var. Məsələn, qanun layihəsinin 26.4-cü maddəsi... Həmin maddədə qeyd olunur ki, “media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir”.

Başqa bir neçə nümunə də gətirə biləm, amma buna ehtiyac duyulmadığını, eyni zamanda MEDİA və Milli Televiziya və Radio Şurasının birgə açıqlamasında, bütün sualların cavabının və izahının verildiyini düşünürəm.

Untumaq lazım deyil ki, qanun ayrı-ayrı şəxslərin arzu və istəklərinin toplusu deyil, hüquqi-normativ aktdır!

Elçin Mirzəbəyli
Əməkdar jurnalist
DTX-nın həbs etdiyi idmançılara hökm oxunduBakı Ağır Cinayətlər Məhkəməsində Bakıda adam oğurluğunda təqsirləndirilən dəstənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Avrasiya.net-in məlumatına görə, keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər- Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı Şaiq Hüseynov və Fəqan Eminoğlu 8 il 6 ay azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə təqsirləndirilən Fərəh Rəsulovaya isə sınaq müddəti seçilməklə şərti cəza verilib. Adam oğurluğunda sifarişçi olan Aygün Abbasovaya isə 5 il həbs cəzası təyin edilib. A.Abbasova cəzasını övladının 14 yaşı tamam olandan sonra başlayacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıblar.

Dəstə üzvləri arasında idmançılar, dünya və Avropa çempionatları mükafatçıları da var.

Məlumata görə, Xətai rayon sakini Hüseyn Əsgərov Aygün Abbasovaya 25 min manat borclu olub. Borcunu qaytara bilmədiyi üçün Aygün Abbasovanın sifarişi ilə kafelərin birinə dəvət edilib.

Əvvəllər məhkum olunan, Vasif Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan Şaiq Hüseynov və Fəqan Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirilərək Aygün Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparılıb.
Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan Niyaməddin Kazımlının iştirakı ilə Hüseyn Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25 min manatın əvəzinə 30 min manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində Aygün Abbasova həmin şəxslərə 10 min manat verəcəyini vəd edib.

Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Şaiq Hüseynov, Fəqan Eminoğlu, Vasif Allahverdiyev, Aygün Abbasova və Niyaməddin Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən Hüseyn Əsgərov girov saxlandığı yerdən sağ-salamat azad olunub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) və 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) maddələri ilə ittiham elan edilib. İttiham olunan şəxslərdən biri də Fərəh Rəsulova universal döyüş üzrə dünya və Avropa çempionudur.

İş üzrə zərərçəkmiş kimi tanınan şəxs Hüseyn Əsgərov da idmançı olub. Həbs edilənlərdən Vasif Allahverdiyev iş üzrə əsas təqsirləndirilən şəxs və dəstə rəhbəri kimi göstərilir. O, daha əvvəl həbs edilən Niyaməddin Kazımlı peşəkar idmançıdır. O, klassik güləş üzrə dəfələrlə Azərbaycan çempionatının və beynəlxalq yarışların mükafatçısıdır.