Zelenski Rusiya ilə bağlı Əliyevdən kömək istədiUkrayna Prezidenti Vladimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevlə görüşünün təfərrüatından yazıb.

Axar.az xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında paylaşım edib.

"Mən ölkələrimiz arasında əlaqələrin daha da inkişafında maraqlıyam", - Zelenski qeyd edib.

O, Azərbaycana Ukraynadakı özəlləşdirmə kampaniyası və “Böyük tikinti” proqramında iştirak etməyi təklif edib. Eyni zamanda, Əliyevi Kiyevə işgüzar səfərə də dəvət edib.

Zelenski görüş zamanı İlham Əliyevdən Rusiyada və işğal olunmuş Krım və Donbasda əsir saxlanılan ukraynalıların azad edilməsi prosesində iştirak etməyi xahiş edib.

“Rusiyada qanunsuz saxlanılan Ukrayna vətəndaşlarının, ilk növbədə Krım tatarlarının azad edilməsi məsələsi mənim əsas prioritetlərimdən biridir”, - deyə Zelenski Əliyevdən kömək istəyib.

Bundan əlavə, o, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün Kiyevdə Ukrayna-Azərbaycan-Türkiyə sammitinin keçirilməsini də təklif edib. Zelenski ölkələr arasında nəqliyyat və logistika əməkdaşlığında, xüsusilə dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə Avropa-Qafqaz-Asiya marşrutunun inkişafında böyük potensiala diqqət çəkib.
“Sanki Şuşanı üzərində saxlayan qayalara bu ayaqlarla dırmanmışdım” - Ülvi MəmmədovHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsi uğurla davam etdirilir.

Dekabrın 13-də gənc ekoloqlar Şuşa şəhərinə səfər edib, ərazinin radiasiya fonu və hava keyfiyyəti üzrə ölçmə işlərinin aparılması, eləcə də su və torpaq nümunələrinin götürülməsində iştirak ediblər. Bununla yanaşı, səfər zamanı gənclərin iştirakı ilə “Qarabağı qoru” şüarı altında kütləvi ağacəkmə aksiyası keçirilib.

Layihə iştirakçısı, Azərbaycan Skautlar Assosiasiyasının Baş katibi Ülvi Məmmədov öz feysbuk sosial şəbəkəsində təəssüratlarını ifadə edərək paylaşımda qeyd edib:

“Şuşaya gedirdik. Sprinterin sürücüsü, öz qubalım Bəhruzla Quba xatirələrindən danışaraq yol gedirdik. Söhbətimiz o qədər xoş idi ki, hər sözdən doğmalıq hiss edirdim. Pəncərədən görünən doğma Vətən mənzərələrini bağrıma basaraq, indiyə qədər getdiyim bütün yolları xatırlamağa çalışıram.

Həyatımın ən unudulmaz səfərlərini yaddaşımın saxlancından çıxarıb, mirvari dənələri kimi bir-bir gözlərimin önündən sıralayıram, baxıram. Lakin hiss edirəm ki, indiyə qədər ömrümə yazılmış bütün yollardan, həyəcan, maraq və xoş təəssüratlar dolu güzarlardan heç biri bu qədər olmayacaq.

Bu yol - müqəddəs ziyarətgaha aparan yoldur və ömrümün ən gözəl yoludur. Quba haqqında danışdığımız doğmalıq söhbətlətindən də doğma və müqəddəs idi. Bilmirəm. Bunu ilk dəfə idi hiss edirdim. Dünyanın harasında olsam da, hansı ölkəsində olsam da bu cür hiss etməmişdim.

Kim bilir, bəlkə bu qədər ömrü elə bu yolu getməkdən ötrü yaşayırmışam. Sprinterdən düşən kimi ayaqlarıma ağırlıq gəldi. Sanki Şuşanı üzərində saxlayan qayalara bu ayaqlarla dırmanmışdım. Bəlkə də, buranı azad etmək üçün canından, qanından keçən qardaşlarımızın ruhunu incitmək qorxusu idi bu?! Hər addımda “Gözəldir, çox gözəldir!” deyə-deyə deyingən qoca kimi danışırdım. Hər daşa baxanda Məmməd Arazın avazı ilə Vətən daşı olan ölkə vətəndaşlarımızı xatırlayıb, ruhlarına dualar oxuyurdum. Haqqınızı bizə halal edin, gözəl qəlbli qardaşlarımız!”
16 Noyabr döyüşü: Ordumuz buna görə dayandı - ƏliyevMüharibə bitəndən bəri 1 ildən çox müddət keçib və ümumiyyətlə, vəziyyət nisbətən sabitdir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidən danışırıqsa, vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir: "Bunun səbəbi isə əfsuslar olsun ki, Ermənistanın qisas almaq cəhdlərindən vaz keçməməsidir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən “yenilməz ordusu”, “gücü”, “əsgər və komandirlərinin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Buna görə də Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər".

"Digər məsələ isə ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsi idi. Buna görə həm fiziki, həm də siyasi olaraq sərhədləri demarkasiya və delimitasiya etmək mümkün deyildi. Beləliklə, keçən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə həmin ərazidə iqlim şəraiti digər ərazilərdən fərqli idi. Uca dağlar və qarla dolu bir ərazi idi. Bu ilin may ayında qar əriməyə başladı. Bu baş verən kimi Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı və bu sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, dövlət sərhədində mövqe tutdu. Yəni, hadisə belə olub. Əfsuslar olsun ki, Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi ilə bağlı iddialar irəli sürməyə başladı. Beləliklə, biz öz ərazimiz hesab etdiyimiz ərazidə dururuq", - dövlət başçısı qeyd edib.

İlham Əliyev vurğulayıb ki, Qarabağ müharibəsinin bitməsindən sonra lap ilk günlərdən Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyə başlamağı və delimitasiya üzrə birgə işçi qrupunu yaratmağı və ərazidə bütün mübahisələri masa üzərində aydınlaşdırmağı təklif etdik:

"Müharibə bitəndən sonra bir ildən çox müddətdə Ermənistan tərəfindən dövlət sərhədində hərbi təxribatlar törətmək üçün bir neçə cəhd edilib. Onların hamısı uğursuz oldu. Bütün bu səylər nəticəsində onlar öz hərbi mövqelərini itirdi və Azərbaycan dövlət sərhədində mövqelərini gücləndirdi. Eyni hal keçən ay baş verdi. O zaman onlar bilərəkdən Azərbaycan Ordusuna qarşı qəsdən təxribat törətdilər və bu, bir neçə gün davam etdi. İlk günlər ərzində atəş açılmırdı, çünki Azərbaycan əsgərləri həmin ərazinin onlara aid olmadığını və getməli olduqlarını onlara başa saldı və onlar da getdilər. Lakin bizə qarşı artilleriya hücumlarına başladılar. Bizdə bir neçə nəfər həlak oldu və yaralandı. İndi vəziyyət sabitdir. Biz özümüz heç nə planlaşdırmamışdıq, əks halda biz dayanmazdıq. Noyabrın 16-da baş vermiş toqquşma bir gündən az davam etdi. Səhər başladı və axşam saat 6-7 radələrində bitdi. Beləliklə, biz bunu planlaşdırsaydıq dayanmazdıq, çünki Ermənistanın istənilən yerdə bizi dayandırmaq üçün hərbi bacarığı yoxdur. Bizim belə planlarımız yoxdur və buna görə də biz dayandıq. Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Beynəlxalq oyunçular də bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik".
Prezident Administrasiyasının şöbə müdiri Əli İnsanovla görüşdüHaqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ə.İnsanov feysbuk səhifəsində paylaşım edib.

"Dekabrın 15-də, Azərbaycan Respublikasının Prezident Sarayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşdüm. 2 saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamları geniş müzakirə etdik. Cənab Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə məni təbrik etdi və partiyaya gələcək fəaliyyətində uğurlar arzuladı. Mən dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim. Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm" - paylaşımda bildirilib.
DİN jurnalistlərə müraciət etdi"KİV nümayəndələri jurnalist gödəkçələrindən istifadə etməlidir".

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, üzərində "press" yazılmış gödəkçələr jurnalistlərin təhlükəsizliyi və aksiya iştirakçılarından seçilməsi baxımından önəmlidir: "Jurnalist gödəkçələri vasitəsilə mətbuat nümayəndələri aksiya iştirakçılarından fərqlənirlər. Jurnalistlər aksiya iştirakçılarından seçilməlidir".
Azərbaycanda 11 yaşlı yeniyetmə qəlpə yarası aldıLənkəranda 11 yaşlı yeniyetmə qəlpə yarası alıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun Gəgiran kəndində baş verib.

Belə ki, 2011-ci il təvəllüdlü Şəhriyar Babək oğlu Məhərrəmzadə həyətdə oynayarkən partlayış baş verib. Nəticədə o, ayaqlarından xəsarət alıb.

İlkin məlumata görə, partlayış yeniyetmənin iriçaplı patronu (mərmini) balta ilə kəsdiyi an baş verib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun sağ ayağındakı yara dərin olmayıb. Yeniyetməyə sol baldırın aşağı üçdəbirinin didilmiş yarası və vətərin dərin defekti diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

İriçaplı pulemyot mərmisinin yeniyetmənin əlinə necə keçməsi araşdırılır.
Dayısının 20 yaşlı oğlunu öldürdü - AğstafadaDekabrın 14-ü saat 20 radələrində Ağstafa rayonu Köçəsgər kənd sakini 2001-ci il təvəllüdlü Çingiz Vəlizadənin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Avrasiya.net-ə bildirilib ki, aparılmış araşdırmalarla Köçəsgər kənd sakini 1998-ci il təvəllüdlü Əli Əsgərovun yaşadıqları kəndin ərazisindən keçən su kanalının yaxınlığında dayısı oğlu Çingiz Vəlizadə ilə şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı bıçaqla sonuncuya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əli Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Arşakyandan şok: Makron bizi bağışlamayacaqGələn il Fransada prezident seçkiləri keçiriləcək. Fransa erməniləri artıq öz namizədlərini seçiblər və ona hər cür dəstək verməyə başlayıblar. Fransa vətəndaşı olan ermənilər sağlam düşüncəyə zidd olaraq 63 yaşlı yazıçı və jurnalist Erik Zemmura “girişməyə” başladılar. Burada ermənilər və ümumilikdə Ermənistan üçün bir maraqlı məqam diqqət çəkir - Fransada demək olar ki, hər kəs Zemmuru faşizmin fəal tərəfdarı və Makronun ən qatı düşməni kimi tanıyır.

Axar.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Tevos Arşakyan çıxış edib.

“Birincisi, Zemmur sağçıdır. Onun baxışları nasist baxışlarına çox yaxındır. Məsələn, Zemmur qeyri-leqal miqrasiyaya, müsəlman ölkələrindən olan miqrantlara qarşı çıxır, islamofobiya və antisemit fikirləri ilə fərqlənir. Onu hətta müsəlmanlara qarşı nifrət yaratdığına görə bir neçə dəfə cərimələyiblər də. Yəni faşist baxışlarına malik ultramillətçidir”, - deyə erməni ekspert bildirib.

Arşakyan əlavə edib ki, əgər 2022-ci ildə Makron yenidən Fransa prezidenti seçilsə, o, bu olanları ermənilərin yadına salacaq:

“Makron artıq indidən hər şeyi görür və anlayır. Belə çıxır ki, biz yeganə dostumuza qarşı da xəyanət etmiş olduq. Amma bu dəfə ermənilər bu “oyununa” görə cavab verməli olacaq. Makron yalnız Ermənistana deyil, həm də erməni icmasına qarşı münasibətini dəyişəcək”.