QHT Agentliyi brifinq keçiribAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün kiçik qrant müsabiqəsinin nəticələrinə həsr olunmuş brifinqi keçirilib.

Brifinqdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva 2021-ci il üçün kiçik qrant müsabiqəsinə təqdim edilən layihələr barədə məlumat verib. İcraçı direktor bildirib ki, qrant müsabiqəsi Agentliyin yeni yaradılan elektron portalı “e-qrant.az” saytı vasitəsi ilə həyata keçirilib. İnsan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təbliği, ailə, qadın, uşaq və gender məsələləri, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə, sosial (o cümlədən şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid olan şəxslərin sosial problemlərinin, müharibə təsirlərinə məruz qalan bölgələrlə bağlı problemlərin həlli) və iqtisadi məsələlər, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi mövzularını əhatə edən 7 istiqamət üzrə 478 layihə təqdim olunmuşdur. Onlardan 26 layihə müsabiqə qaydalarına uyğun təqdim edilmədiyindən texniki seleksiyadan keçməyib (təşkilatın təqdim etdiyi dövlət reyestrindən çıxarışda qanuni təmsilçinin səlahiyyət müddəti bitdiyindən), 452 layihə qəbul edilib. Agentliyin Müşahidə Şurasının üzvləri tərəfindən müsabiqənin keçirilməsinin müvəqqəti qaydasına və meyarlara uyğun gələn layihələrə üstünlük verilib. 415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub.

Daha sonra mətbuat nümayəndələrinə Agentliyin loqosu təqdim olunub. Loqo Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar mərkəzi tərəfindən hazırlanmışdır. Ümumilikdə loqo ona sığınan təşkilatlar və ya müəssisələr şəbəkəsinə dəstək verməklə yanaşı, həm də həmin şəbəkəni daim nəzarətdə saxlayan qurumu ifadə edir. Simvolda dairənin daxilində yerləşən işarələr dəstək göstərən quruma sığınan təşkilatlar və ya müəsisələr şəbəkəsini 8 guşəli ulduz dövləti, kənarlarından əks olunan yarım dairəvi fiqurlar isə qayğını, işarə sayının məhz 3 ədəd olması isə ölkəmizdə 3-cü sektora aid olan vətəndaş cəmiyyətini ifadə edir.

Agentliyin əməkdaşları müvafiq istiqamətlər üzrə qrant müsabiqəsinin nəticələrini elan ediblər.

Sonda media nümayəndələrinə Agentliyin loqosu əks olunan xatirə hədiyyələri təqdim olunub.
İctimai nəqliyyat jurnalistlər üçün pulsuz OLSUN!Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Zahid Oruc jurnalistlərlə bağlı təklif irəli sürüb.

Avrasiya.net-in xəbərinə görə, deputatın təklifi bu cür olub:

"Biz istərdik ki, hökumət jurnalistlər üçün ictimai nəqliyyatdan pulsuz istifadəni, sosial ipoteka və vergi güzəştlərinə dair təklifləri də qəbul etsin. Söhbət büdcə yükü heç 1 milyona çatmayan məbləğdən gedir. Lakin medianın qanuni maliyyələşməsi və onun dayanıqlı iqtisadi bazasının yaradılması üçün dövlət maliyyələşməsinin şəffaf, açıq və hesabatlılıq şəraitində aparılması tələb edilir. Qanun layihəsi həm də özəl investisiyanın bu sahəyə qoyulmasını təşviq edir”.
Səfirlər Sakit Okean Alyansının Konfrans Zalının açılışını ediblərAzərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun fəxri qonaq qismində iştirakı ilə Sakit Okean Alyansının (Çili, Kolumbiya və Meksika) Bakıdakı səfirlikləri “Dəmirçi Tower”-in 24-cü mərtəbəsində yerləşən və geniş məkana sahib olan Sakit Okean Alyansının Konfrans Zalının açılışını edib.

Açılış mərasimində nazir müavini Elnur Məmmədov Azərbaycanın 2019-cu ilin iyul ayından Müşahidəçi Dövlət kimi iştirak etdiyi Alyansı mühüm inteqrasiya mexanizmi hesab edərək, Azərbaycan hökumətinin Sakit Okean Alyansı və onun üzvləri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.

O qeyd edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının artan inkişafı, eləcə də Azərbaycanın onun iqtisadi transformasiyasının mərkəzi olması faktı Bakıda Sakit Okean Alyansının konfrans zalının açılması qərarında öz əksini tapıb. O vurğulayıb ki, Alyans ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin sürətlə artması Alyansın konfrans zalı vasitəsilə Alyans ölkələri ilə Azərbaycanın işgüzar dairələri arasında birbaşa təmasların asanlaşdırılmasının əsas səbəblərindən biridir. Vitse-nazir işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələrinin Latın Amerikası şirkətləri üçün Azərbaycanda biznes imkanlarından yararlanmaq üçün unikal imkan yaratdığını, kənd təsərrüfatı, şəhərsalma, turizm və yaşıl enerji kimi sahələrin isə birgə müəssisələr üçün imkan yaratdığını vurğulayıb. Bundan başqa, o, işğaldan azad edilmiş ərazilərdə formalaşan nəqliyyat mərkəzinin Transavroasiya nəqliyyat layihələri çərçivəsində bütün Cənubi Qafqazın mövqeyini gücləndirəcəyini bir daha vurğulayıb. Sonda Nazir müavini Məmmədov hər iki tərəfin Sakit Okean Alyansı ölkələri ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsinə ümid etdiyini qeyd edib.

Ölkəsi Sakit Okean Alyansının “Pro Tempore” – ya sədrlik edən Kolumbiyanın səfiri Luis Antonio Dimaté, Meksika səfiri Rodriqo Labardini; və Çilinin missiya rəhbəri Fidel Koloma bu mexanizmin məqsəd və nailiyyətlərini vurğulayaraq, Sakit Okean Alyansı ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və dərinləşdirilməsinə tam sadiq olduqlarını qeyd ediblər. Onlar, iki tərəf arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcud olduğunu həmçinin vurğulayıblar.

Rəsmi çıxışlarıdan əvvəl səfirlər, missiya başçısı və xarici işlər nazirinin müavini Sakit Okean Alyansı ofisinin rəsmi açılışını edib qırmızı lenti kəsiblər.
Açılışda həmçinin idman və gənclər nazirinin müavini Fərhad Hacıyev, parlament üzvləri, o cümlədən Alyansa üzv ölkələrlə dostluq qruplarının rəhbərləri, Azərbaycan hökumətinin müxtəlif nazirliklərindən olan vəzifəli şəxslər, o cümlədən Xarici İşlər Nazirliyi, eləcə də Azərbaycanın digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər. Bakıda akkreditə olunmuş diplomatik korpusun müxtəlif nümayəndələri, akademiyanın, özəl sektorun və kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən digər xadimlər də açılış mərasimində iştirak ediblər.

Sakit okean Alyansı 2011-ci ilin aprel ayında Kolumbiya, Meksika, Peru və Çili tərəfindən iqtisadi artımın təşviq edilməsi, malların, xidmətlərin, kapitalın və insanların sərbəst hərəkətini təmin etmək üçün dörd tərəfdaş ölkənin inkişaf etdirilməsi və rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş iqtisadi və ticarət inteqrasiyası bloku kimi yaradılmışdır. Bu il alyansın onuncu ildönümü qeyd edildi. Alyans Asiya-Sakit okean regionuna vurğulanan siyasi ifadə və dünyaya proyeksiya platforması olmağa çalışır. Alyans demokratiyanın ümumi prinsipləri və dəyərləri, hüququn aliliyi, insan hüquqlarına hörmət, iqtisadi açıqlıq və çoxtərəfli münasibətlərə hörmət əsasında yaradılmışdır.

Bu gün Alyansın dörd üzv ölkəsi birlikdə:
Dünyanın səkkizinci ən böyük iqtisadiyyatıdır.
230 milyon nəfərlik bazara malikdir.
Latın Amerikası və Karib hövzəsi ölkələrinin ÜDM-nin 41%-i təşkil edir.
Dünyanda səkkizinci ixrac gücüdür.
Latın Amerikası və Karib hövzəsinə birbaşa xarici investisiyaların 38%-ni qəbul edir.
Adambaşına düşən gəlir 19.000 ABŞ dolları təşkil edir.
Hər il 56 milyon turist qəbul edir.

Digər ölkələrlə əməkdaşlıq

Sakit okean Alyansı xarici əlaqələrinin inkişafı, tərəfdaşları ilə əməkdaşlığın möhkəmləndirilməsi və Alyansın məqsədlərinin irəliləməsi üçün daimi və səmərəli mübadilənin qurulması üçün xüsusi səylər göstərir. Nəticədə, bu gün Alyans altı tərəfdaş dövlətdən (namizədlərdən) və 59 müşahidəçi dövlətdən ibarətdir, o cümlədən Azərbaycan 2019-cu ilin iyulundan. Alyans hər il maraq dairələrinin və konkret əməkdaşlıq layihələrinin tədqiqi məkanı olan, Azərbaycanın da fəal iştirak etdiyi müşahidəçi dövlətlər ilə Əməkdaşlıq Forumu təşkil edir.
Alyans əməkdaşlığın müxtəlif formaları arasında doqquz ölkədə diplomatik və konsulluq nümayəndəliklərini, o cümlədən Çili, Kolumbiya və Meksikanın Azərbaycanda eyni qərargahı bölüşməsi ilə yanaşı, həm də blokun Azərbaycanla müşahidəçi dövlət kimi münasibətlərinin dərinləşdirilməsində böyük potensialla irəliləməsi üçün səylərini birləşdirir.
Abutalıbov bu aksiyadan sui-istifadə edir - FotoBakının sabiq meri Hacıbala Abutalıbovun 1992-ci ildə Ümummilli lider Heydər Əliyevlə bağlı yaş senzi qadağasının aradan qaldırılması ilə bağlı keçirilən mitinqi öz maraqları naminə istifadə etməsi və o mitinqə heç bir aidiyyəti olmaması haqda hüquqşünas Səməd Vəkilovun Axar.az saytına açıqlaması rezonansa səbəb olub.

Mövzu ilə bağlı Axar.az-a həmin aksiyaların təşkilatçısı olan Arif Rüstəmovun xanımı Həvva Rüstəmova yazılı müraciət edib.

Sözügedən müraciəti təqdim edirik:

“Sizə müraciət edən Ulu Öndərimiz Heydər Əliyevin ən sadiq tərəfdarlarından, 90-cı illərin əvvəllərində Ulu Öndərimizin müdafiəsi ilə bağlı mitinqlərin təşkilatçılarından, azyaşlı oğulları – Ramin Rüstəmov və Tural Rüstəmovla birlikdə həmin mitinqlərdə fəal iştirak edən Arif Rüstəmovun həyat yoldaşı Həvva Həsənovadır.

Müraciətdə məqsədim Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun özündən uydurduğu, mediada, sosial şəbəkələrdə yaydırdığı, əsası olmayan, özünü müdafiə xarakterli, xoş məqsəd daşımayan bir videoda söylədiklərinin heç də həqiqət olmadığına şahidlik etməkdir:

Öncə nəzərə çatdırım ki, Arif Rüstəmov dünyasını dəyişdiyi üçün bu səbəbdən onun xanımı kimi özündən eşitdiklərim, şahidi olduğum məsələləri açıqlamağı özümə borc sayıram. Bunlar tarix üçün əhəmiyyətlidir.

Hacıbala Abutalıbov belə rəy yaratmağa çalışır ki, Ulu Öndər Heydər Əliyevin müdafiəsi, onun hakimiyyətə gəlişini əngəlləmək üçün yaradılan süni yaş senzi məsələsinin ləğvi tələbi ilə 1992-ci ildə keçirilən mitinqlərin təşkilatçısı olub.

Tam məsuliyyətimlə bildirirəm ki, Hacıbala Abutalıbov 1992-ci ildə silsilə şəklində keçirilən mitinqlərin heç birinin təşkilatçısı olmayıb. Mərhum həyat yoldaşım, Heydər Əliyevi səmimiyyətlə sevən, onun müdafiəsinə qalxan Arif Rüstəmov bu aksiyaların təşkilatçılarından biri olub. Onun söylədiklərinin hamısını dəqiqliyi ilə xatırlayıram.

Arif Rüstəmov yeganə şəxs idi ki, iki azyaşlı oğlunu da özü ilə o mitinqlərə aparırdı. Bunu təsdiq edən fotoşəkillər materiala əlavə edilir. Həmin vaxt edilən təhdidlərə, Əmircan qəsəbəsindəki evimizin qəsdən yaradılmasına baxmayaraq, Arif Rüstəmov Ulu Öndər Heydər Əliyevin digər tərəfdarları ilə birlikdə bu aksiyaları təşkil edir və azyaşlı oğlanları ilə birgə iştirak edirdi. Aksiyalardan birində oğlumuz Ramili hətta döyərək, xəsarət yetirmişdilər.

O mitinqlərə Abutalıbovun çağırışı ilə gələn bir nəfər belə olmayıb. Sadəcə, Hacıbala Abutalıbov həmin mitinqlərə bir iştirakçı kimi öz maraqları üçün gəlib, özünü gözə soxmağa çalışıb, indi isə özünü təşkilatçı kimi qələmə verməyə cəhd edir. Bunlar onun ilk günlərdən qeyri-səmimiyyətinin, yalnız öz maraqlarını güdməsinin əyani sübutudur.

Bu gün də əsassız olan bir videonu yayaraq, hansısa korporativ maraqlarını güdür.

Hacıbala Abutalıbov faktiki olaraq Heydər Əliyevin səmimi tərəfdarlarının, o dövrdə fədakarlıq edənlərin zəhmətini, haqqını mənimsəməyə cəhdlər göstərir. Fədakar adamların haqqını danaraq, özünə karyera qurmasını da bizlər bilirik.

Mən həyat yoldaşım Arif Rüstəmovdan eşitdiyim və özümün də şahidi olduğum üçün deyə bilərəm ki, bəli, o aksiyaları Arif Rüstəmovun da ətrafında birləşdiyi “Əlincə” Xeyriyyə Cəmiyyəti təşkil edirdi.

Gənclər də o mitinqə həmin vaxt Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin 19 yaşlı tələbəsi olan Sadiq Qurbanovun təşkilatçılığı və təşəbbüsü ilə toplanırdılar.

Bir məqamı da xüsusi vurğulayım, hətta bir zamanlar Hacıbala Abutalıbov mitinqdə iştirak edən azyaşlı oğlanlarımın guya onun qohumu olması haqda da yalan məlumatlar vermişdi. Arif Rüstəmov bunu sağlığında ifşa etmişdi.

Yeri gəlmişkən, bu proseslərlə bağlı Arif Rüstəmov ölümündən bir neçə ay əvvəl geniş müsahibə vermişdi. “35 il kölgədə qalan sirlər açıldı” başlıqlı həmin müsahibənin linkini də əlavə edirəm.

https://sia.az/aznews/social/862724.html

Bildiyim bir məqamı da açıqlayım: Sözügedən mitinqlərdə Heydər Əliyevin müdafiəsi ilə bağlı mitinqlərdə istifadə olunan portretləri Misirxan Vəliyevin evində hazırlanırdı. Bəzilərini isə Arif Rüstəmov öz evimizdə özü düzəldirdi.

Mən bu həqiqətləri deməyi özümə borc bilirəm və xahiş edirəm, dərc edəsiniz. Bu barədə fotoşəkillər əlavə olunur”.

Yeni qanunun mediamızın daha da güclənməsinə imkan verəcək - Spiker"Hər bir ölkənin, cəmiyyətin inkişafında media mühüm rola malik institutlardan biridir. Təbii ki, demokratik dövlətlər bu institutun inkişafına böyük əhəmiyyət verir"

Avrasiya.net xəbər verir ki, bunu parlamentin bugünkü iclasında çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova media haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Sədrin sözlərinə görə, Azərbaycanda da geniş dövlət dəstəyi və qayğısı ilə əhatə olunan mediamız son illərdə böyük inkişaf yolu keçib:

" Əminliklə deyə bilərik ki, Azərbaycan mediası əsas etibarilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və ölkəmizin inkişafına özünəməxsus töhfələr verir.

Biz, xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan mediasının göstərdiyi vətənpərvərlik və peşəkarlıq örnəyini təqdir edirik. Bilirsiniz ki, Vətən müharibəsində möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi cəbhədə olduğu kimi, informasiya müharibəsində də parlaq qələbə qazanıb. Cənab Prezidentin hər gün xarici media orqanlarına müsahibələri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz rol oynayıb. Hesab edirəm ki, mediamız da informasiya müharibəsində böyük qələbəmiz naminə öz töhfəsini verib. Yeni qanunun qəbulu isə mediamızın daha da inkişafına, mediaya dövlət dəstəyinin daha da güclənməsinə imkan verəcək"

Lalə Şövkət ilk dəfə Prezidentə MÜRACİƏT ETDİSabiq dövlət katibi, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva Prezident İlham Əliyevə müraciət edib.

Avrasiya.net xəbər verir ki, Lalə Şövkət Prezidentdən Gədəbəyin həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmlini azadlığa buraxmağı xahiş edib.

“Cənab Prezident! Mən ilk dəfədir Sizə müraciət edirəm. 39 gün aclığı davam etdirən Saleh Rüstəmli artıq ölüm ayağındadır. Qarabağ qəhrəmanı, vətənpərvər insanın belə vəziyyətə salınması ədalətsizlikdir”,-deyə müraciətdə bildirən Lalə Şövkət dövlət başçısını prosesə müdaxilə etməyə və S.Rüstəmlini azad etməyə çağırıb.

S.Rüstəmli günahsız həbs olunduğunu bəyan edərək 1 aydan çoxdur aclıq aksiyası keçirir.




Salyanda 21 yaşlı qızın intihar etməsinin təfərrüatı məlum olubSalyanda gənc qızın intihar etməsinin təfərrüatı məlum olub.

“Report”un məlumatına görə, rayonun Ərəbqardaşbəyli kənd sakini, 2000-ci il təvəllüdlü Bağırova Könül Şakir qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib. Onun cansız bədənini axşam saatlarında atası aşkar edib.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə yerləşdirilib.

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, zəhmətkeş ailədə doğulan K.Bağırova əvvəllər nişanlı olub və nişanlısının çox qısqanc olması səbəbi ilə qızın ailəsi nişanı qaytarıb.

Yaxınlarının bildirdiyinə görə, olduqca ağıllı və tərbiyəli olan K.Bağırovaya başqa bir oğlan elçi düşüb. Hər iki gəncin razılığı ilə gənclər nişanlanıblar. Bir neçə gündən sonra baş tutacaq nişan mərasiminə hazırlıqlar da görülübmüş.

Yaxınlarının sözlərinə görə, qızın əvvəllər nişanlı olması indiki nişanlısının ailəsindən gizlədilib. Hadisənin üstü açılandan sonra isə qızın ikinci dəfə nişanının qaytarılacağı barədə söz-söhbət yayılıb. Bütün olanların gərginliyini yaşayan K.Bağırova çıxış yolu kimi özünə qəsd edib. Onun üzərində olan kağız parçasında yazılıb: "Mənim ölümümdə heç kəs günahkar deyil".

Faktla bağlı araşdırma aparılır.
Fətullayevdən spikerə: DGK sədri ilə səs yazısını verə bilərəmİnanmıram ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Milli Məclisin spikeri Sahibə Qafarovaya mənə verdiyi müsahibə zamanı bəzi deputatların qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğu barədə tənqidi fikirlər işlətmədiyini desin. Çünki cənab S.Mehdiyevin icazəsi ilə mən söhbətimizin audioyazısını aparmışam. Bundan əlavə, S.Mehdiyev dedi ki, bu tənqidləri üstəlik Baş nazir Əli Əsədovun iştirakı ilə Milli Məclisin iclası zamanı da səsləndirmək və deputatlara cavab vermək istəyib. Amma reqlament buna imkan verməyib. Əgər Milli Məclisin sədrinə maraqlıdırsa, mən Səfər Mehdiyevlə söhbətimizin audioyazısını ona təqdim etməyə hazıram.

Avrasiya.net xəbər verir ki, bu fikirləri haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev Milli Məclisin sədri Sahibə Qafarovanın bugünkü bəyanatına cavab olaraq verdiyi açıqlamada deyib.

Jurnalist təəsüfləndiyini bildirib ki, onu və haqqın.az saytını hansısa intriqalara cəlb etmək istəyirlər. E.Fətullayev məmurları və deputatları açıq siyasətə və səmimiliyə çağırıb.

Xatırladaq ki, Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ona zəng vurduğunu, müsahibədəki fikirlərinin təhrif olunduğunu və haqqın.az saytına müsahibəsində bəzi deputatları fırıldaqçı adlandırmadığını deyib, fikirlərinin “təhrif olunduğuna görə” təəssüfləndiyini bildirib.

“Səfər Mehdiyev mənə zəng vurdu və təəsüflə qeyd etdi ki, müsahibədə onun fikirləri düzgün təqdim olunmayıb. O dedi ki, müsahibəsində deputatları yox, bəzi məmurları nəzərdə tuturdu”,- deyə Sahibə Qafarova bildirib.
"İcazəmiz olmadan heç kim bizim kontinental şelfimizə daxil ola bilməz"Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Şərqi Aralıq dənizində Türkiyənin və Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) qanuni hüquq və mənfəətlərini qorumaq üçün lazım olanı etməyə davam etdiklərini bildirib.

Avrasiya.net xəbər verir ki, Türkiyə Böyük Billət Məclsinində 2022-ci il büdcəsi ilə bağlı danışan Çavuşoğlu Kıbrıs və Şərqi Aralıq dənizi məsələlərinə də toxunub.

Çavuşoğlu bildirib ki, bu il Yunanıstan və rum kəsimi 6 dəfə 3-cü ölkə bayraqlı tədqiqat gəmilərini Türkiyənin qitə şelfinə göndərməyə çalışıb: "Hər dəfə əlaqədar ölkələrlə əlaqəmiz və silahlı qüvvələrimizin sahədə olması sayəsində bunun qarşısını aldıq".

Kıbrısda həll yolunun yalnız KKTC-nin varlığının və Kıbrıs türklərinin əldə edilmiş hüquqlarının tanınması ilə mümkün olacağını bildirən Çavuşoğlu, sınanmış düsturları təkrarlayaraq əbəs cəhdlərə ehtiyac olmadığını, suveren bərabərliyin təmin edildiyini qeyd edib.

Şərqi Aralıq dənizindəki hadisələrə də toxunan Çavuşoğlu, Amerika və Qətərin icazəsiz Türkiyə qitə şelfinə girməyəcəyini bildirib:

“Qətər və Exxon arasında imzalanmış müqaviləyə gəlincə, kimliyindən asılı olmayaraq, bizim icazəmiz olmadan heç kim bizim kontinental şelfimizə daxil ola bilməz. Bundan əlavə, heç kim bizim icazəmiz olmadan KKTC-nin lisenziya verdiyi ərazilərə girə bilməz. Buna görə də, bu müqavilənin beşinci paketində hər iki ölkə - Amerika və Qətər - bizim kontinental şelfimizə girməyəcəyinə dair öhdəlik götürdülər. KKTC və Kıbrıs türklərinin də Kıbrıs ətrafındakı bütün sərvətlərdə haqları var. Ona görə də deyirik ki, ədalətli paylaşım olana qədər KKTC-nin icazəsi olan ərazilərdə Kıbrıs türkləri üçün işimizi davam etdirəcəyik”.
Sumqayıtda “Azərişığ"ın nəzarətçisinə bıçaqla xəsarət yetirilibDekabrın 13-ü saat 18 radələrində “Azərişıq” ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin Enerji satış sahəsinin nəzarətçi mühəndisi Vaqif Bədəlova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Vaqif Bədəlov Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 36 ünvanında abonentin enerji xəttinə baxış keçirərək xidməti vəzifələrini yerinə yetirən zaman həmin ünvanda yaşayan Mübariz Mahmudov hakimiyyət nümayəndəsi Vaqif Bədəlovun kürək nahiyəsinə bıçaqla xəsarət yetirib zor tətbiq etməklə müqavimət göstərib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Mübariz Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq davam edir.