Ərəb Media Forumunda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilibAzərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin və Ərəb Media Forumunun birgə təşkilatçılığı ilə 8 dekabr 2021-ci il tarixində Ərəb Media Forumunun (ƏMF) Baş Qərargahında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar tədbir təşkil edilib. Bu haqda Azerforum.com-a Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyindən məlumat verilib.
ƏMF-nin Baş katibi Madi Əl-Xəmis tədbiri açıq elan edərək, çıxış üçün sözü Səfir Elxan Qəhrəmana verib.
Tədbirdə Küveytin ictimaiyyət xadimləri və yerli media ilə yanaşı, bir sıra dövlət qurumlarının nümayəndələri, o cümlədən Səfirliyin əməkdaşları iştirak ediblər.
Səfir Elxan Qəhrəman çıxşında 2021-ci ilin Azərbaycanda Prezident İlham Əliyevin sərəncamı ilə “Nizami Gəncəvi ili” elan edildiyini və bu il ərzində YUNESKO ilə yanaşı, İSESKO və TÜRKSOY təşkilatları çərçivəsində bir çox mədəni tədbirlərin təşkil olunduğunu bildirib. O, qeyd edib ki, 1991-ci ildə dahi şairin 850 illiyi ilə əlaqədar YUNESKO həmin ili Nizami Gəncəvi İli elan etmişdi.

Səfir bildirib ki, Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur: "Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Bakı, Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Bu il şairin əsərlərinin tərcüməsi, nəşri, təbliği və əlyazmalarının Azərbaycana gətirilməsi ilə bağlı bir çox tədbirlər həyata keçirilmişdir. Akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Böyük Britaniyanın Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi tərəfindən tanınmış rus şərqşünası Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı ingilis dilində nəşr olunmuşdur.

Həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ədəbiyyat festivalı çərçivəsində “Nizami Gəncəviyə məktub” adlı beynəlxalq ədəbi esse müsabiqəsi elan edilmişdir. Müsabiqə barədə Səfirliyin saytında müvafiq məlumat yerləşdirilmişdir”.
Səfir çıxışında qeyd edib ki, Səfirliyin təşəbbüsü ilə nəşr olunmuş və iştirakçılara təqdim olunan jurnal və kitabçalarda da Nizami Gəncəvi haqqında ərəb və ingilis dillərində məqalələrlə tanış olmaq mümkündür.
E.Qəhrəman sözünə davam edərək Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən dahi şairin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti haqqında danışıb və Mərkəzin 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış etdiyini vurğulayıb.

O bildirib ki, Nizami Gəncəvi İli münasibətilə Azərbaycanda şairin mədəni irsinin toplanması, dünyada təbliğ olunması ilə yanaşı, bir sıra digər əlamətdar mədəniyyət tədbirləri təşkil olunub. "Misal olaraq Şuşada Xarıbülbül Festivalını və Vaqif Poeziya Günlərini qeyd edə bilərik. Bu tədbirlər 28 illik Ermənistan işğalına son qoyulduqdan sonra azad edilmiş torpaqlarda keçirilən və xalqımızın, eləcə də mədəniyyət xadimlərimizin illər boyu həsrətlə gözlədikləri xoş günlər və təəsüratlar olmuşdur.
Bütün bu mədəniyyət tədbirləri 2021-ci ilin bütövlükdə Azərbaycanda bayram əhvali-ruhiyyəsi və qələbə ovqatı ilə keçməsinə səbəb olmuşdur” – Səfir çıxışını bu sözlərlə tamamladı.

Daha sonra Səfirliyin əməkdaşı Mirdavud Sultanov şairin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına daha ətraflı məlumat verib.
Səfir çıxışların sonunda jurnalistlərin və biznes nümayəndələrinin suallarını cavablandırıb və Azərbaycanda xüsusilə dost ölkələrin sərmayəsi üçün geniş imakanların yaradıldığını açıqlayıb, Ələt Azad İqtisadi Zonası, eləcə də işğaldan azad edilmiş torpaqlarda böyük potensialın mövcud olduğunu bildirib.

Eyni zamanda Səfir “Əl-Ənbə” və “Əl-Ədalə” televiziya kanallarına və Küveyt radiosuna müsahibələr verib.
Tədbir iştirakçılarına Səfirliyin təşəbbüsü və dəstəyi ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar nəşr edilmiş materiallar nümayiş edilib və paylanılıb.





Bakıda dəhşətli qətl: Kişi qayını tərəfindən güllələndiBakı şəhərində baş vermiş qətlin üstü açılıb.

Bu barədə Avrasiya.net-ə Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, dekabr 10-da, saat 21:00 radələrində Suraxanı rayon sakini, Allahverdi Mirzəyevin odlu silahla öldürülmüş meyiti onun Hövsan qəsəbəsindəki evinin həyətində tapılıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı intensiv əməliyyat axtarışları nəticəsində qətli törədən şəxs “isti izlərlə” yaxalanıb.

Bu, mərhumun yaxın qohumu – qayını Taryel Qurbanovdur.

T.Qurbanov istintaqa təhvil verilib.
Şirvan şəhərində intihara cəhdin qarşısı alınıbŞirvan şəhərində intihara cəhd hadisəsi olub.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər ikimərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibYeni Azərbaycan Partiyasının nümayəndələri ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər.

Partiya nümayəndələri dahi şəxsiyyətin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Azərbaycan Ordusunun əsgəri həlak olubƏlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Həsənov Nurlan Eldar oğlu dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.

Allah rəhmət etsin!
Azərbaycanda məktəbdə direktorla bufetçi arasında DAVA-DALAŞ - VİDEOTovuzda orta məktəbdə direktor əvəzi olaraq çalışan qadın məktəbin həyətində bufetçi qadınla dalaşıb.

Avrasiya.net ATV-yə istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndi Sahib İskəndərov adına tam orta məktəbdə baş verib.

Uzun illərdir məktəbdə bufetçi işləyən qadın bildirib ki, direktor əvəzi Gültəkin Nəsibova ona bufeti işlətməməsini deyib, o, buna etiraz edəndə isə döyülüb:

“Mənim məktəbin içində dükanım var, bufetdir. Onu qoymur açmağa. Üç aydır məktəb açılandan, qərar veriləndən qoymadı, dedi ki, mən öz adamlarıma verəcəyəm. Məni saçımdan tutub sürümək istədi”.

Bufetçini döyməkdə ittiham olunan Gültəkin Nəsibova bildirib ki, həmin bufet qeyri-qanuni tikilidir:

“Kabinetimə daxil olaraq, mənə hücum ediblər. Nalayiq sözlərlə məni təhqir ediblər. Mən öz təhlükəsizliyimi təmin etmək üçün əvvəlcə qayınatama, sonra atama zəng eləmişəm. Qayınatam polisə müraciət edib”.

Tərəflər bir-birini ittiham edir. Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır: “Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək”.


Yaponiya alimləri koronavirusu göstərən maska hazırladıYaponiyanın Kyoto Dövlət Universitetinin mütəxəssisləri COVID-19-la bağlı yoxlama prosesində mühüm irəliləyiş əldə ediblər.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Yasuxiro Sukamotonun rəhbərlik etdiyi qrup COVID-19 diaqnozu qoya bilən üz maskası hazırlayıb.

Alimlərdən ibarət qrup üzvləri koronavirusun aktiv və təhlükəli olmayan formasını dişi dəvəquşunun bədəninə yeritməklə, quşların yumurtalarından yüksək miqdarda antitel çıxara bilib. Hazırladıqları xüsusi filtri üz maskasına əlavə edən mütəxəssislər dəvəquşu yumurtalarından əldə edilən COVID-19 antitellərini maskanın üzərinə səpərək ixtiranın effektivliyini yoxlayıblar.

Maskanın ultrabənövşəyi şüa altında virusa reaksiya verməsinə nail olan alimlər qoruyucu vasitədən istifadə edən şəxs virusla təmasda olduğu halda maskanın parıldadığını və bunun müsbət nəticəyə işarə etdiyini qeyd ediblər. Maskanın 10 günlük sınaq müddətində COVID-19-a yoluxmuş 32 subyektdə virusu aşkarlaya bildiyi açıqlanıb.

Virusun mövcud olduğunu göstərən parlaqlıq ən çox üz və burun nahiyələrində müşahidə olunub.

Qeyd edilir ki, yeni maska gələn il aidiyyəti orqanların rəsmi razılığından sonra istifadəyə verilə bilər. Məlumata görə, yeni maska ​​hər kəs üçün əlçatan olsa, COVID-19-un testi prosesində yeni zəmin yarada bilər.
Məmurlardan hədə-qorxu ilə pul tələb edən jurnalistlərin istintaqı başa çatdıHədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlər- Asəf Novruzov və Məhsud Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Avrasiya.net xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Asəf Novruzov və Məhsud Səfərov həmin məcəllənin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.


Ermənistanda hərbi hissədə atışma - 1 hərbçi ölüb, 2-si yaralanıbErmənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.

Ermənistan mətbuatı xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Hadisə Ermənistanın cənub hissisndə yerləşən hərbi hissələrdən birində baş verib.

Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci ildə anadan olan Senik Arzumanyan ölüb.

Atəş açan əsgər daha 2 hərbçi yoldaşını yaralayıb.

Hadisənin təfərrüatı araşdırılır.