Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq - SəfirGələn ildən Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq.

Avrasiya.net bildirir ki, bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, son statistika iki ölkə arasında ticarətin artdığını əks etdirir. Belə ki, koronavirus pandemiyası və bir sıra məsələlərə baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi 10 ay ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 30% artıb.

İran səfiri əlavə edib ki, bunun özü gələn il ticarətin artırılmasının müjdəçisi ola bilər. Bundan başqa, iki ölkənin ticarətini artırmaq istiqamətində tranzit üzrə potensiallar var.

"Türkmənistanın paytaxtı Aşqabadda İƏT-in XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan və İran Prezidentlərinin görüşündən sonra iki ölkənin iqtisadi münasibətlərində ciddi inkişafın şahidi olacağıq. Bu da mütləq iki dövlətin və iki ölkə xalqlarının xeyrinə olacaq" -deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, Azərbaycan və İran arasında ticarət dövriyyəsi 10 ay ərzində 337 milyon dollar dəyərində təşkil edib. Qeyd olunan müddətdə Azərbaycan İrana 26,1 milyon dollar dəyərində məhsul ixrac, İrandan 311 milyon dollar dəyərində məhsul idxal edib.
"Sevinc Osmanqızı adlı məxluqun..."Sevinc Osmanqızı adlı məxluqun uzun illərdir ki, xaricdə “lövbər” salıb Azərbaycana qarşı “5-ci kolon”çu funksiyasını yerinə yetirməyi bəs deyilmiş kimi indi də rəhbərlik etdiyi kanalın canlı yayımlarından birində “kaş Prezidentimiz Paşinyan olardı”, deyə təəssüf hissini bölüşməsi həqiqətən də satqınlığın, idbarlığın və manqurtluğun ən son nöqtəsi sayıla bilər. “Soros ocağı”ndan qidalanan bu dırnaqarası “azərbaycanlı” blogerin belə bir sərsəm fikri səsləndirməsi əslində heç də təsadüfi deyil. Çünki o, Qərbdəki “ağa”larından yeni bir tapşırıq alıb: Azərbaycanın müxalif düşüncəli insanları arasında “paşinyansevərliyi” yaymaq, təbliğ etmək!

Bəli, bu da təzə bir trenddir. Daha doğrusu, siyasi xəstəlik və korazehinlikdir. Bu yolla ölkədə xüsusən də gənclərimiz arasında düşmən ölkənin məğlub baş nazirinə heyranlıq hissi formalaşdırmağa çalışırlar. Əsas məqsədləri isə Sevinckimilərin əli ilə gənclərimizin beyinlərini “yumaq”, onları siyasi cəhətdən zombiləşdirmək və onlarda mövcud Azərbaycan hakimiyyətinə qarşı etiraz hissini körükləməkdir. Məqsəd bu qədər açıq, aydın şəkildə ortadadır. Sevinc kimi milli satqınların vasitəsilə tarix boyu bizə qarşı düşmənçilik etmiş bir xalqın quldur liderlərinə - paşinyanlara, köçəryanlara, serj sərksiyanlara qarşı rəğbət hissi bu cür məkrli üsullarla formalaşdırılır. 44 günlük Vətən müharibəsinin gedişində Gəncəyə, Bərdəyə, Tərtərə, Mingəçevirə və başqa ərazilərimizə raket zərbələrinin endirilməsi əmrini verən, onlarla dinc vətəndaşımızın qətlə yetirilməsinə baiskar olan bir qatil Sevinc Osmanqızının ağzından cəmiyyətimizə “ideal lider” obrazında təqdim olunur.

Bu, hər nə qədər həyasızlıqdırsa da, eyni zamanda çox incəliklə düşünülmüş bir plandır. Lakin Azərbaycan cəmiyyətinin belə bir obraza ehtiyacı yoxdur. Bu saat Ermənistanın özündə gülüş, məsxərə, kinayə obyektinə çevrilmiş Nikol Paşinyanı Azərbaycan insanına “böyük demokrat” obrazında təqdim etmək cəhdi ən yumşaq dillə desək, axmaqlıqdır. Təəssüf ki, Sevinc Osmanqızı özünün kənardan nə qədər miskin göründüyünü görə bilmir. Bu son açıqlaması onun formal olaraq azərbaycanlı, xislətcə isə əsl erməni olduğunu nümayiş etdirdi. Beləliklə, Sevinc Osmanqızının sonuncu maskası da düşdü.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Bayram Məmmədovun ölüm səbəbi - RəsmiMüasir Hüquqşünaslar Dərnəyinin İstanbul şöbəsi NİDA-çı gənc Bayram Məmmədovun Türkiyədə vəfat etməsinə dair aparılan istintaqla bağlı açıqlama yayıb.

Avrasiya.net xəbər verir ki, açıqlamada Bayram Məmmədovun cəsədinin 2021-ci il mayın 2-də Kadıköydə dənizdən çıxarıldığı, dostlarının mayın 4-də Adli Tibb Kurumunda nəşini tanıdıqları qeyd olunur.

Bununla yanaşı, bildirilir ki, Bayram Məmmədovun suda boğularaq dünyasını dəyişdiyi məlum olub.

“İstintaq materiallarına daxil edilmiş Adli Tibb Kurumunun 29.11.2021-ci il tarixli ekspertiza rəyi ilə Bayram Məmmədovun suda boğularaq öldüyü müəyyən edilmişdir. Ekspertiza rəyinə uyğun olaraq, Prokurorluq 2021-ci il 7 dekabr tarixində məhkəmə təqibinin aparılmaması barədə qərar qəbul edib”, - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, NİDA-çı Bayram Məmmədov 2016-cı ildə həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş, 2019-cu ildə Əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Dündar Keşaplıya İtaliyada "Ən uğurlu xarici müxbir" mükafatı verilibİtaliyada türk jurnalist Keşaplıya idman sahəsində "Ən uğurlu xarici müxbir" mükafatı verilib. ROMA - İtaliya İdman Yazarları Dərnəyinin (USSI) təşkil etdiyi mükafatlandırma mərasimində türkiyəli jurnalist Dündar Keşaplı idmanda ilin "Ən uğurlu xarici müxbiri" adına layiq görülüb.

Avrasiya.net xəbər verir ki, Neapolda USSI-nin yaranmasının 75-ci ildönümü münasibətilə USSI prezidenti Canfranko Koppolanın ev sahibliyi ilə MSC Fantasia kruizində mükafat gecəsi keçirilib. Mərasimə İtaliyanın idman ictimaiyyətindən biznes, incəsənət və siyasət dünyasına qədər bir çox məşhur şəxslər qatılıb. USSI-nin İtaliya idmanının əsas elementlərindən biri olduğunu deyən Koppola mükafata layiq görülənləri təbrik edib.

Mərasimdə 30 ildən artıqdır İtaliyada yaşayan türkiyəli jurnalist Dündar Keşaplı idman sahəsində “Ən uğurlu xarici müxbir” mükafatına layiq görülüb. Keşaplı mükafatı USSI prezidenti Koppoladan alıb. Dündar Keşaplı çıxışında onu mükafata layiq görən USSI Administrasiyasına təşəkkür edərək, “İllərlə Türkiyənin aparıcı nüfuzlu qurumlarının müxbiri kimi bu sahədə fədakarlıqla çalışdıqdan sonra belə bir mükafata layiq görülmək mənim üçün böyük şərəfdir",- eyə bildirib. Keşaplı bu mükafatı Neapol kimi sevdiyi bir şəhərdə almaqdan da xoşbəxt olduğunu ifadə edərək, bu mükafatı kolleksiyasının ən önəmli yerində saxlayacağını bildirib.

Romada yerləşən Aralıq dənizi Jurnalistlər Cəmiyyətinin də qurucusu və sədri olan Keşaplı hazırda Türkiyədə bir çox aparıcı və əhəmiyyətli kanalların İtaliya təmsilçisidir. Keşaplı İtaliyada Rai, Sky və Mediaset kimi media qurumları üçün Türkiyə ilə bağlı məsləhətçilik funksiyalarını davam etdirir. Ronaldo, Platini, Roberto Carlos, Alessandro Del Piero, Lionel Messi, Ronaldinyo, Totti kimi bir çox önəmli ulduzlarla eksklüziv müsahibələrə imza atması ilə tanınan Keşaplı bu il də Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) və USSI ən çox özəl reportajlar hazırlayan jurnalistlərə verilən 'Xüsusi Xəbər Mükafatına' da layiq görülüb
Ukrayna Azərbaycanlıları Radasında gənclərin görüşü keçirilibZe!Molodyoika ilə qarşılıqlı memorandum imzalanacaq

Gənclər arasında futzal turniri keçiriləcək


Ukrayna Azərbaycanlıları Radasında Ze!Molodyojka gənclər təşkilatının beynəlxal əlaqələr şöbəsinin rəhbəri Alina Poddubnaya, UAGR sədri Vaqif Nağıyev və gənc fəallar ilə görüş keçirilib.

Giriş sözü ilə qonaqları salamlayan Ukrayna Azərbaycanlıları radasının baş katibi Ceyhun Məmmədov Ze!Molodyojka ilə üçüncü dəfə görüşdüklərini xatırladaraq bildirib ki əməkdaşlığın intensivləşməsi sevindiricidir. “Təşkikatlararası münasibətlərin peşəkarcasına qurulması və daha da inkişaf etdirilməsi üçün qarşılıqlı memarandum imzalanması vacibdir” deyən Məmmədov UAR həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov və Ze!Molodyojka rəhbəri, millət vəkili Aleksandr Sançenko tərəfindən imzalanacaq memorandumun gənclərimiz üçün böyük dəstək olacağını vurğulayıb. UAR baş katibi gəncərin birgə tədbirlərin təşkilinə hər zaman dəstək verəcəklərini bildirib.

İlk beynəlxalq əlaqələrinin Azərbaycan diasporu və gənclər təşkikatları ilə başladığını bildirən Ze!Molodyojka təmsilçisi Alina Poddubnaya görüş iştirakçılarına təşəkkür edib. Memarandum proekti üzərində çalışacaqlarını bildirən şöbə rəhbəri azərbaycanlı gənclərlə işləməkdən məmnun olduqlarını qeyd edib. “Ze!Molodyojkanın 3000 aktuv üzvü var. Kiev və Nikolayev təşkikatlarının rəhbərləri isə etnik azərbaycanlılardır. Biz belə gəncələri daha çox aramızda görmək istəyirik” deyən Alina Poddubnaya multikultural dəyərlərə hər zaman üstünlük vurğulayıb. Gənclər üçün liderlik, ilk tibbi təcili yardım, natiqlik seminarları, həftə sonu marafonları kimi yarışlar təşkil etdiklərini bildirən Poddubnaya azərbaycanlı gəncləri də aktiv olmağa çağırıb. .


Ukrayna Azərbaycanlı Gənclər Radasının sədri, tanınmış vokalist Vaqif Nağıyev ilk əməkdaşlıq təklifi verib: “Qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyli günü gəlir. Bu münasibətlə gəncər arası futzal turniri keçirməyi planlaşdırırq” deyən Nağıyev Ze!Molodyojkanı turnirdə iştiraka dəvət edib. UAGR sədri qeyd edib ki fərqli mövzularda debatların təşkili gənclərin hərtərəfli inkişafına faydalı olacaq.

Gənclərin qarşılıqlı müzakirəsi ilə yekunlan görüşdə müxtəlif peşə sahibləri ilə yanaşı yüngül çəkidə peşəkarlar arasında Ukrayna çempionu Nəzri Rəhimov da iştirak edib.
Astarada 44 yaşlı kişi özünü yandırdı - VƏZİYYƏTİ AĞIRDIRAstara sakini özünü yandırıb.

Hadisə Astara rayonunun Bürzübənd kəndində baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Vəfa Əliyev yaşadığı ünvanda üzərinə alışdırıcı maye tökərək həyatına qəsd edib.

Nəticədə ciddi yanıq xəsarətləri alan V.Əliyevi yaxınları Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada ilkin və zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti ağır olduğundan Bakıdakı Respublika yanıq Mərkəzinə göndərilib.

Hadisənin ailə-münaqişəsi səbəbindən baş verdiyi bildilir.

Faktla bağlı araşdırma aparılır.
Qazimiz həkim səhlənkarlığının qurbanı olduVətən müharibəsi qazisi Ülvi Hüseynov həkim səhlənkarlığının qurbanı olub.

Avrasiya.net xəbər verir ki, bu barədə qazi Ülvi Hüseynov Unikal.org-a özü şikayət edib.

21 yaşlı qazi bildirib ki, Vətən müharibəsi zamanı, sentyabrın 29-da Füzuli istiqamətində döyüşərkən sağ ayağından güllə yarası alıb:

"Mən ailənin bir övladıyam. Vətən müharibəsi zamanı güllə yarası aldım. Güllə arteriya, vena damarımı və sinirləri aparmışdı. Demək olar ki, bud nahiyəmdə əzələ qalmamışdı. "HB Güvən" klinikasının həkimi, professor Çingiz Əlizadə var. Ona professor demək mümkün deyil. Biz də bilməmişik onun yanına getmişik. Onun etdiyi əməliyyat zamanı güllə yarası alan deyil, digər ayağımın üst hissəsini zədələyib. Bir aparat var, əməliyyatda qanın qarşısını almaq üçün ayağın üstünə yapışdırılır. Həmin aparat ya boşluqdan, ya da digər hər hansı problemdən ayağımın üzərində partlayıb və yanıb. Ondan aldığım zədədən barmağımın biri amputasiya olunub. Həmin hadisə olandan sonra həkim mənə dedi ki, get evə, bir həftəyə sağalacaq. Vəziyyətin getdikcə daha da pisləşdiyi üçün başqa bir həkim gəldi baxdı və dedi ki, barmağın normal vəziyyətdə deyil. Qan yığılmışdı, qanqrena olmuşdu. Ondan sonra xəstəxanaya gəlmişəm, həkim mənə deyir ki, bir dənə barmaqdır da, uzaqbaşı kəsib atacayıq. Bu hadisə Fransada da ola bilər. Bununla bağlı şikayət etmədiyim qurum qalmayıb, iş hazırda prokurorluqdadır. Amma məsələyə heç kim baxmır".

Ü.Hüseynov qeyd edib ki, YAŞAT Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib:

"Lazım olarsa, görüntüsünü də təqdim edə bilərəm. Oranın demək olar ki, nə palatasında, nə də tibbi alətlərində sterilizasiya deyilən bir şey var idi. İki gün orada oldum, məni müalicə edəcək həkim Türkiyədə deyildi və bizə bildirildi ki, bir həftədən sonra gələcək. Ayağımın üstünə təcili dəri köçürülməli idi. Heç bir müalicə olunmadan geri qayıtmalı oldum".

Qazi ayağının sağalmağını və ona kömək edilməsini istəyir:

"Mənim üçün burada və ya xarici ölkədə mülaicə olunmaq fərq etmir. Xarici ölkə vacib deyil. Ölkəmizdə olan bir neçə yaxşı xəstəxana var, oralarda da müalicə etdirmək olar".
Oqtay Gülalıyevə baxmaq üçün tibb bacıları ayrılıbOqtay Gülalıyevin səhhəti ilə bağlı hər şey qaydasındadır. Yeni bir dəyişiklik yoxdur.

Bu sözləri Axar.az-a hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev atasının səhhəti ilə bağlı danışarkən deyib.

“Sonuncu dəfə xəstəxanaya yerləşdiriləndə həkim səhlənkarlığı ucbatından atamın qanında infeksiya yaranmışdı. Ona görə səhhəti kəskin şəkildə geriləmişdi. Hazırda xəstəxanda deyil, evdə baxılır. TƏBİB tibb bacıları təhkim edib, onlar səhər 09:00-dan axşam 18:00-a qədər nəzarət edirlər”, - o bildirib.

Təbriz Gülalıyev atasının vəfat etməsi ilə bağlı yayılan xəbərlərə isə belə aydınlıq gətirdi:

“Keçmiş müstəntiq Rüfət Səfərovun sosial şəbəkə hesabı oğurlanmışdı və onun profilindən atamın vəfat etməsi haqda saxta xəbər paylaşılmışdı. Tez zamanda xəbər yayıldı. Mən dərhal bunu təkzib etdim və Feysbuk səhifəmdə paylaşdım. Amma hələ də yanlış məlumatlar yayılır”.
Azərbaycanda bu şəxslərə hər ay 3 min manat, 5 otaqlı ev, lüks avtomobil veriləcəkAzərbaycan Velosiped Federasiyasının yeni prezidenti Mədət Quliyev idmançılar üçün təzə mükafatlar müəyyənləşdirib.

Eyni zamanda müdafiə sənayesi naziri olan M.Quliyevin göstərişi ilə mükafatlar barədə velosipedçilərin məşq etdiyi zalların girişinə məlumat lövhəsi yerləşdirilib.

Lövhədə Olimpiya, dünya və Avropa çempionu olan idmançıya “Mercedes-Benz A-Class” və ya "BMW" 7-ci seriya avtomobil, Bakı şəhərində 5 otaqlı mənzil, 100 min manat mükafat, ayda 3 min manat olmaqla illik 36 min manatlıq maddi yardım veriləcəyi qeyd olunub.

Adıçəkilən turnirlərdə gümüş medal qazanan idmançı isə “Mersedes E-Class” və ya "BMW "5-ci seriya avtomobil, Bakı şəhərində 4 otaqlı mənzil, 70 min manat mükafat və ayda 2 min olmaqla 24 min manatlıq maddi yardım alacaq.

3-cü yerin sahibi isə “Mersedes C-Class” və ya "BMW" 3-cü seriya avtomobilə, Bakıda 3 otaqlı mənzilə, 50 min manatlıq mükafata və ayda min manat olmaqla illik 12 min manat maddi yardıma sahib çıxacaq.

Qeyd edək ki, rəsmi olaraq Prezident sərəncamı ilə Olimpiya çempionlarına pul mükafatı təqdim edilir.(Qafqazinfo)
Azərbaycanda intihar edən məktəbli oğlanın FOTOSUDekabrın 3-də Bərdədə intihar edən yeniyetmənin fotosu yayılıb.

Publika.az xəbər verir ki, rayonun Əmirli kəndində yaşayan 2005-ci il təvəllüdlü Abbasov Rəşad Oktay oğlu valideynləri evdə olmayan zaman özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidən asaraq intihar edib.

O, orta məktəbin 10-cu sinfində oxuyurdu.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Həyatına qəsd edən məktəblinin fotosunu təqdim edirik.