Nağd pula güvənməyin, yatırım edin! - Məşhur milyarderMəşhur amerikalı milyarder, investor Rey Dalio investorlara nağd pula güvənməmək barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, məşhur milyarder nağd puldan qaçmaq lazım olduğunu bildirib.

"Beləliklə, bazarda qiymətləri dəyişə bilər. İnvestisiyaları necə balanslaşdıracağınızı bilirsinizsə, bu, ən vacib şeydir. Təhlükəsiz, balanslı bir portfeldə olun. Gəlirinizi azaltmadan riskinizi azalda bilərsiniz", - Dalio qeyd edib.

Dalio pulun nağd şəkildə saxlanılmasının əhəmiyyətli bir investisiya olmadığını və qızılda qiymət artımının davam edəcəyini bildirərək, investisiya yatırmağı tövsiyə edib
Tramp Ağ Evdəki işi barədə kitab yazırABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı olduğu dörd illik fəaliyyəti ilə bağlı kitab yazır.

“Report” xəbər verir ki, o, bu barədə “Newsmax TV”yə müsahibəsində bildirib.

“Bəli, mən onları (xatirələri - Red) yazıram. Görəcəksiniz, bu çox güclü olacaq”, - deyə o, jurnalistin müvafiq sualını cavablandırıb.

Tramp əlavə edib ki, onun kitabı naşirlər tərəfindən böyük maraq doğurub.

Eyni zamanda, ABŞ-ın 45-ci prezidenti öz xatirələrinin dərc olunma vaxtını, eləcə də orada işıqlandırılacaq mümkün mövzuları qeyd etməyib.
Bakıda iki qardaş döyüldüBakıda döyülmə hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1979-cü il təvəllüdlü Cəfərov Soltan Həmid oğlu və qardaşı 1983-cü il təvəllüdlü Cəfərov Bəhruz Həmid oğlu tanıdıqları şəxslər tərəfindən döyülüblər.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Elçin Quliyevin helikopterlə bağlı açıqlamasına aydınlıq GƏTİRİLDİNobayrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan DSX-nin hərbi helikopterinin hansı ildə istehsal olunduğu açıqlanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə DSX-nın Aparat rəhbəri general-mayor Elçin İbrahimov açıqlama verib.

Bu barədə haqqın.az-a danışan qurum rəsmisi bildirib ki, bort nömrəsi 20136 olan Mi-17 helikopteri 2012-ci ildə Azərbaycan üçün istehsal olunub və elə həmin ilin dekabrında DSX-nin istismarına verilib:

“Onun istismar müddəti 25 ildir və 2020-ci ilin avqustunda ilkin zəmanət müddətinin bitməsi ilə əlaqədar helikopter plana uyğun əsaslı təmir məqsədilə istehsal olunduğu zavoda göndərilib. Əsaslı təmir 2021-i ilin aprelində başa çatıb və bu, müvafiq şəkildə sənədləşdirilib”.

Qeyd edək ki, DSX rəisi, general-polkovnik Elçin Quliyevin məlum qəza ilə bağlı keçirdiyi brifinqdə helikopterlə əlaqədar danışarkən səsləndirdiyi “Helikopter yeni idi, üzərində qısa müddət öncə təmir işləri aparılmışdı” fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
Sosis yemək xərçəng riskini artırırBirləşmiş Krallığın Qlazqo Universitetinin əməkdaşları başda professor Cill Pell olmaqla yeni layihələrinin kifayət qədər maraq doğuran nəticəsini "Avropa xərçəng jurnalında” dərc ediblər.

Avrasiya.net Medicina.az-a istinadən xəbər verir ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb və həftəyə 2 və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut edib. 260 min xəstə qadının xəstəlik tarixçəsini təhlil edən qrup şok faktlar üzə çıxarıb.

Sübut olunub ki, gündəlik 10-15 qramdan artıq işlənmiş ət məhsulu yeyən qadının süd vəzi xərçəngi olma riski 20-30% artır. Bir sözlə, bu miqdar 2 sosiskaya bərabərdir. Eyni zamanda təbii qırmızı ətlə süd vəzi xərçəngi arasında hər hansı bağlılıq tapılmayıb.

Sənaye cəhətdən işlənmiş ət dedikdə bura kolbasa, sosis, vetçina, salyami, konservlər daxildir - bir sözlə supermarketdə qoxusu və dadı ilə ağızları sulandıran ət məhsulları.

Xatırladaq ki, hələ 2015-ci ildə Dünya Səhiyyə Təşkilatı termiki işlənmiş ət məhsullarını kolorekrotal xərçəngin inkişafına səbəb olan kanserogen qrupuna daxil etmişdi.
Ukrayna dron istehsal edəcək zavod tikirUkrayna döyüş dronları istehsal edəcək zavodun tikintisinə başlayır.

Avrasiya.net xəbər verir ki, bu sözləri bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz hərbi hava qüvvələrimizlə fəxr edirik. İlk dəfə 3 təyyarənin gətirilməsi ilə bağlı saziş imzalandı. Biz dron istehsal edəcək zavodun inşasına başlayırıq”, - deyə dövlət başçısı bildirib.