Rusiya və Hindistan dollardan imtina etdiRusiya və Hindistan silah müqavilələri bağlayarkən qarşılıqlı ödənişlərdə dollardan imtina ediblər, bütün ödənişlər rubl və rupi ilə həyata keçirilir.

Bunu “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev deyib.

“Ənənəyə görə, biz rahatlıq üçün bütün müqavilələrdə dollarla qeyd edirik. Real işdə isə “Rosoboroneksport” Amerika valyutası ilə hesablaşmalardan çıxıb. Hindistana gəlincə, bütün qarşılıqlı hesablaşmalar rubl və rupi ilə həyata keçirilir”, - deyə Mixeyev bildirib.
Kreml bu sualı verənə qədər İrəvan oyun oynayacaqİlham Əliyev Nikol Paşinyana Qərbin dəstəyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı əldə edilmiş razılaşmaları dəyişməsinə imkan verməyəcək.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq, hərbi ekspert Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, Ermənistan növbəti dəfə bir neçə stulda əyləşməyə çalışır. O, əlbəttə ki, elə Fransanın timsalında Avropa İttifaqının dəstəyinə ümid bəsləyir.

“İrəvanın bu oyunu Moskvanın “Bunlar nə vaxtadək davam edəcək?” sualını üzə vurmayana qədər davam edəcək. Rusiya Federasiyası regionda sülhməramlı prosesin əsas moderatorudur. Məhz Moskvanın zəmanəti ilə Azərbaycan konkret razılaşmalara razılıq verib. Ermənistan da öz hərəkətləri ilə Rusiya Federasiyasının həm Dağlıq Qarabağ münaqişəsi üzrə səylərini, həm də bütövlükdə regionda sülh və razılığın əldə edilməsi çabalarını zərbə altına qoyur.

Məncə, yaxın vaxtda vəziyyət dəyişəcək, çünki Moskvanın səbri tükənir”, - rusiyalı ekspert qeyd edib.

Mixalov “Demokratiya sammiti” mövzusuna da toxunub:

“Məlumdur ki, dekabrın 9-10 tarixlərində Ermənistanın ABŞ-dan dəvət aldığı "Demokratiya sammit" keçirəcək. Rusiya, Çin, Türkiyə və Azərbaycan bura dəvət ediməyib. Bu, son dərəcə səciyyəvi hərəkətdir. Hamımız yaxşı bilirik ki, “demokratiya” Qərbin anlayışında nə deməkdir. Düşünürəm ki, Ermənistanın sammitə dəvət alması ABŞ-ın respublikada "demokratik islahatlara" dəstək vermək üçün daha bir cəhdidir. Bu da orada yerləşən fondların işidir. Həmin fondlar Ermənistanı Qərbə yaxınlaşdırmaq niyyətindədirlər. Əlbəttə, bu, Ermənistanı Rusiyaya qarşı çevirmək cəhdidir. Niyə Azərbaycanı dəvət etməmisiniz? Çünki o, müstəqil siyasət yeridir, Qərb ona nəsə diktə edə bilməz. Ermənistan isə Cənubi Qafqazda zəif bənddir”.
Jurnalistə hücum edən DSX mayoru cəzalandırılıbDövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirov helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimində Baku.TV-nin əməkdaşına təzyiq göstərdiyinə görə cəzalandırılıb. Bu barədə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, mərasimdə baş verən insident araşdırılıb, Rövşən Cahangirov hörmətsizlik etdiyinə görə töhmət alıb.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, mayor Rövşən Cahangirov Baku.TV internet televiziyasının əməkdaşı Tural Müseibova hücum edib. Hadisə Dövlət Sərhəd Xidmətinin helikopter qəzasında həlak olan zabitləri ilə vida mərasimi zamanı baş verib. Baku.TV-nin müxbiri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə yaxınlaşaraq helikopterin qəzaya uğraması ilə bağlı faciəyə münasibət bildirməyə çalışıb. Lakin mayor Rövşən Cahangirov müxbiri kobud şəkildə itələməyə başlayıb, prosesi lentə alan operatoru isə hətta yumruqla vurub.
Lider dövlətlər Rusiyaya qarşı birləşirlərABŞ prezidenti Co Bayden Fransa, Böyük Britaniya, İtaliya və Almaniya liderləri ilə "Ukrayna ilə sərhəddə rus qoşunlarının toplanması" ilə bağlı telefon danışığı aparıb.

Bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

"Liderlər Ukrayna sərhədində Rusiyanın hərbi gücünün artırılması və Rusiyanın getdikcə daha sərt ritorikasına dair ümumi narahatlıqları müzakirə ediblər", - Ağ Evin bəyanatında deyilir.
Əli Həsənovun oğlunun Tiflisdəki biznesi üzə çıxdıPrezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin Tiflisdəki biznes fəaliyyəti ilə bağlı bəzi faktlar üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun əldə etdiyi sənədlərdən məlum olur ki, Həsənovlar ailəsinə məxsus "Ducle Nutrition LLC" 2017-ci ilin oktyabrında Tiflisin İsani rayonunda Tedzami küçəsi 5 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkətin direktoru Sənan Abdullayev adlı şəxsdir. Onun 100 faiz pay hüququ Şamxal Həsənliyə məxsusdur.

Şirkətin hansı profil üzrə fəaliyyət göstərdiyi məlum deyil.

Sənan Abdullayevin adı Gürcüstanın İctimai Qeydiyyat üzrə Milli Agentliyində qeydiyyata alınmış "Caspian Inspection Company" Ltd., "Village Group" Ltd., "Megobari" Ltd., B.h.e. Co. Ltd. və Pompa+ Ltd. şirkətlərinin təsisçiləri sırasında da keçir.
"Azəriqaz”ın əməkdaşı dünya çempionu olubDövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 12 ildir ki, qurumda çalışan Ruslan Tağıyevlə görüşüb.

Bu barədə “Azəriqaz”a istinadən xəbər veririk.

Məlumata görə, R.Tağıyev noyabrın 28-də Budo döyüş növləri üzrə Tunisdə keçirilmiş yarışda qalib gələrək dünya çempionu adına layiq görülüb.

Görüşdə R.Əliyev üç rəngli bayrağımızı zirvələrə ucaltdığı üçün R.Tağıyevə təşəkkür edib, onun əldə etdiyi uğurları yüksək qiymətləndirib. R.Tağıyev Budo döyüş növləri üzrə həm də dünya kubokunun sahibidir.

“Azəriqaz”ın baş direktoru Azərbaycanda idmanın inkişafına, gənclərə və idmançılara, eləcə də dünya çempionu R.Tağıyevə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan BUDO Döyüş Növləri Federasiyasının fəxri diplomu ilə təltif edilib.
Nazirliyin 19 əməkdaşı işdən çıxarıldıBu ilin 9 ayı ərzində meşə qanunvericiliyinin pozulması səbəbindən 19 nəfər işdən çıxarılıb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O bildirib ki, Meşələrin İnkişafı Xidməti və tabeli qurumlar tərəfindən ümumilikdə 2021-ci ilin 9 ayı ərzində meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar 3457 akt tərtib edilərək, 441 215 manat məbləğində ziyan hesablanıb:

"Bundan 2962 akt 6050 m3 həcmində 12834 ədəd ağacın qanunsuz kəsilməsinə görə tərtib edilib. Meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar 9 ay ərzində 216 478 manat məbləğində 186 iş hüquq-mühafizə və məhkəmə orqanlarına göndərilib. Həmçinin meşə qanunvericiliyinin pozulması səbəbi ilə meşə təsərrüfatı işçilərindən 1 şəxsin vəzifə maaşı azaldılıb, 91 xəbərdarlıq, 112 töhmət, 42 şiddətli töhmət verilməklə, 19 meşə təsərrüfatı əməkdaşının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib".
ABŞ Rusiyaya böyük zərbə hazırlayırABŞ və AB Rusiyanın ən böyük banklarına və Rusiyanın Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə tətbiq olunacaq. Xüsusilə, bu sanksiyalarla rublun dollara, avroya və ya funt-sterlinqə çevrilməsini əngəlləmək mümkündür.

Ən böyük sanksiya isə Rusiyanın SWİFT beynəlxalq ödəniş sistemindən çıxarılması ola bilər, lakin agentlik bu addımın sadə vətəndaşlara da ziyan vura biləcəyini bildirib.

Agentlik bildirib ki, ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə dekabrın 7-nə planlaşdırılan danışıqlarda sanksiyalar məsələsinə toxuna bilər.
Erməni xəstəliyinin metastaz vermiş formasıƏkrəm Bəydəmirli

Sivil qonşuluq prinsiplərindən uzaq olan bu toplum daha bir sıra saxtakarlıqlara əl atır. Bir sıra xarici internet resurslarının və həmçinin erməni mediasının yazdığına görə, hayların qondarma tarixçiləri 27 sentyabrı Artsax xalqına qarşı təcavüz günü kimi qeyd olunması təxribatını ortalığa atıblar. Təbii ki, onlar bu saxta və gülünc fikirlərini tirajlayıb və bunun üzərində qondarma siyasi ssenarilər quraraq dünyada davamlı yaymaq istəyirlər. Necəki 1915-ci il qondarma erməni soyqırımını 100 ildən artıqdır ki, dünyaya sırıyıblar.

Əslində bütün bunlara əhəmiyyət verməmək olardı. Ancaq burada bir vacib məqam var. Bu da ondan ibarətdir ki, 1915-ci il qondarma erməni soyqırımının dünyada yaratdığı çaşqınlıq bunu deməyə əsas verir ki, belə təxribatların qarşısı zamanında alınmalıdır. Qara siyasətlərini kilsələrdə formalaşdıran, mediada internet resurslarında düşmənçilik püskürən erməni toplumun hədəfi sülhə, sabitliyə deyil, sonu görünməyən münaqişələrə hesablanıb.

Bu gün Ermənistanda yaşanan təlatümlərin səbəbi tarixi və mövcud gerçəyi həmçinin öz layiq olduqları məğlubiyyətlərini həzm edə bilməmələridir.
Xarici qüvvələrin köməyi ilə son iki əsrdə hər zaman bizim tarixi torpaqlarımızı işğal edərək özlərinə dövlət quran və bu işğaldan daha da iştaha gələn bir xəstə toplum indi işğal etdikləri Azərbaycan ərazilərinin müəyyən hissəsini itirən zaman psixoloji böhrana düşüb. Bu məğlubiyyəti həzm edə bilməyən erməni toplumu və onun cinayətkar liderləri bu vaxta qədər dərk eləmir ki, bu, torpaqlar öz sahiblərinə qayıdıb.

Ermənistanda istər revanşist qüvvə olsun, istərsə də qeyri revanşist və yaxud liberal düşüncəli olsun bunların Azərbaycana və türk dünyasına qarşı mövqeyi çox vaxt eyni olur. Təəssüf ki, bütün bunlar erməni xəstəliyinin metastaz vermiş formasını xatırladır. Regionda bu düşüncə ilə necə sülhü bərqərar etmək olar, birgə sivil qonşuluq prinsipləri ilə yaşamaq olar? Dünyada gedən proseslər, mövcud reallıq onu diktə edir ki, biz bu toplumla birgə yaşamalıyıq, məqamı gələndə bunları əhliləşdirməliyik. Onu da unutmaq olmaz ki, silahı yerə qoymamaq şərtilə təbliğat sahəsində işimizi ən yüksək səviyyədə qurmalıyıq.

Nəhayət dünyada separatizmə yox deyilməsi, möhkəm sülhə sadiqlik üçün bu, qazandığımız möhtəşəm Zəfər masa üzərində təsdiqini tapmalıdır. Necəki faşızmin nə qədər təhlükəli olduğunu beynəlxalq aləm birmənalı qəbul etdi. Təəssüf ki, hazırda faşizmin yeni bir forması olan erməni separatizminə münasibət adekvat deyil. Bu isə ondan xəbər verir ki, erməni separatizmini dirçəltməyə hazır olan qüvvələr çox konfiqurasiyalı siyasətlərini davam etdirirlər. Bütün bu amillər regionda sülh və sabitlik üçün ciddi təhdid olaraq qalır.

Biz millət, dövlət olaraq postmüharibə dövründə informasiya siyasətini çox qüsursuz, peşəkar həyata keçirməliyik. Növbətçi tarixçilərdən, yerlibazlığdan, dostbazlığdan və nəhayət etinasızlıqdan qurtulmaq lazımdır. Elmli, imanlı insanlara, tədqiqatçı alimlərə, intellektual potensialı olan Vətəndaş Cəmiyyəti İnstitutlarına, dürüst media quruluşlarına və digər şəxslərə isti münasibət artmalıdır. Bu istiqamətdə işlər görən media quruluşlarının, QHT sektorunun maliyyə problemi aradan qalxmalıdır. Bu sahədə müəyyən çatışmazlıq var. Düşünürəm ki, onu aradan qaldırmaq gec deyil.

44 günlük Vətən müharibəsində Azərbaycan böyük Zəfər tarixini yazdı. Şablon səslənsə də bunları qeyd etməliyik. Biz Şəhidlərimizin, qazilərimizin qəhrəmanlığını dərindən öyrənməliyik. Onların bu fədakarlığı ədəbiyyat nümunələrində, kinofilmlərdə əksini tapmalıdır. Bu işlər ura halında deyil, kampaniyaçılıqdan uzaq, yalnız peşəkarların iştirakı ilə həyata keçirilməlidir. Bütün bunlar yetişən gənc nəslin məsuliyyətli vətənpərvərlik ruhunda dərin iz buraxar, digər tərəfdən gözlənilən təhlükələrin qarşısını ala bilər.
Sabirabadda maşın su kanalına aşdı - İki gənc öldüSabirabadda minik avtomobili su kanalına aşıb.

Avrasiya.net FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə, Sabirabad rayonunun Nərimankənd kəndində "ГАЗ" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.