
Bu barədə Cəlilabad rayon prokurorluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi 1976-cı il təvəllüdlü Akif Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsal Əliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirib, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Akif Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.