Səlim Müslümovun həbs müddəti uzadıldıSabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı bağlı istintaq orqanının təqdimatına baxılıb və həbs müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar DTX-də araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Təhsil Nazirliyinin sabiq işçisi AMEA-nın bir neçə əməkdaşının pulunu mənimsəyibTəhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının keçmiş baş redaktoru Rahil Nəcəfovun AMEA əməkdaşlarının pulunu mənimsədiyi iddia edilir.

Bu barədə "Report"a zərərçəkmişlər məlumat verib.

Bildirilib ki, R.Nəcəfov akademiyanın bir neçə əməkdaşını nazirlikdə işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların Azərbaycanda tanınacağı, dissertasiya işinin yazılacağı, eləcə də xarici nüfuzlu jurnallarda məqalələrinin dərc ediləcəyinə inandıraraq onlardan 3-5 min manat məbləğində pul tələb edib və əməkdaşların pulunu mənimsəyib.

Zərəçəkmiş şəxslər Rahil Nəcəfovun hüquqazidd əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rahil Nəcəfov Neftçala rayonunun Dördlər kəndində anadan olub. O, 2012 - cil ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub.
"Azərişıq"ın mühəndisi iş otağında öldüLənkəran rayonunda elektrik mühəndisi çalışdığı idarədə ölüb.

Hadisə bu gün səhər saatlarında “Azərişıq” ASC-nin “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) qeydə alınıb.

Belə ki, RETSİ-də mühəndisi vəzifəsində çalışan 1958-ci il təvəllüdlü Ağakişi Cahangir oğlu Xankişiyev qəflətən ölüb.

Onun insult keçirdiyi ehtimal olunur.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(Report)
Vətən müharibəsinin qazi müəllimi insultdan öldüVətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib. O, Bakı Dövlət Universitetinin məzunu olan Azad Orucovdur.

Avrasiya.net xəbər verir ki, bu haqda “Vətən müharibəsi əlillərinə kömək” İB-dən bildirilib.

Azad Orucov əsgəri xidmətini Murovdağda etdikdən sonra Salyan şəhər 2 saylı orta məktəbdə müəllim və təhsil şöbəsində işləyib.

Sonralar bir müddət Rusiyada yaşayıb və yenidən Azərbaycana dönüb. Ötən ilin sentyabrında könüllü olaraq zabit kimi Vətən müharibəsində iştirak edib.

Azad Orucovun ötən egcə 45 yaşında qəflətən insultdan öldüyü bildirilir.

Allah rəhmət eləsin.
Rəisi Azərbaycan və Türkmənistanla imzalanan müqavilənin əhəmiyyətindən DANIŞDIAzərbaycan, Türkmənistan və İran arasında qaz tədarükü üzrə imzalanmış müqavilə İranı regional tranzit mərkəzinə çevirə bilər.

Avrasiya.net-in məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi yerli televiziya kanallarına açıqlamasında deyib.

İ.Rəisinin sözlərinə görə, İran qonşu ölkələrlə tranzit və digər sahələr üzrə əməkdaşlıq barədə bir sıra razılaşmalar imzalayıb:

“Bu sənədlərin çox böyük əhəmiyyəti var. Qonşu ölkələrlə imzalanan müqavilələr iqtisadi inkişafa kömək edə bilər”, - deyə İran prezidenti bildirib.

İ.Rəisi qeyd edib ki, İranın limanları qonşu ölkələrlə ticarət dövriyyəsində əhəmiyyət kəsb edən amildir.

Qeyd edək ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana tədarük edilməsi üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına dekabrın 22-dən başlanılacaq və gündəlik 5-6 milyon kubmetr qaz tədarük ediləcək.


modern
Bakıdan Qusara istirahətə gedən yeniyetmə oğlan dağdan yıxılaraq ölübQusar rayonunda yeniyetmə oğlan faciəvi şəkildə ölüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 5-i saat 16 radələrində rayonun Laza kəndi ərazisində qeydə alınıb.

Belə ki, yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
ABŞ Ukraynaya görə Rusiyaya xəbərdarlıq edib"Ümid edirəm ki, Rusiya mövcud fikir ayrılığının aradan qaldırılması üçün öz qoşununu geri çəkəcək və gərginliyin azalması üçün diplomatik vasitədən istifadə edəcək”.

“Report” ABŞ Dövlət Departamentinin rəsmi məlumatına istinadən xəbər verir ki, bunu ölkənin dövlət katibi Entoni Blinken ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşlə bağlı açıqlamasında bildirib.

“ABŞ iki ölkə arasında yaranmış vəziyyətlə bağlı problemlərin həllinə yardım etməyə hazırdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrova açıq aydın başa salmaq istədim ki, Rusiya Ukraynaya münasibətdə istənilən təcavüzkar akt gerçəkləşdirsə, bunun çox ciddi nəticələri olacaq”, - E.Blinken vurğulayıb.

Dövlət katibi qeyd edib ki, Rusiya Ukrayna ilə sərhəddə önəmli dərəcədə qüvvə cəmləyib: “Biz Ukrayna daxilində sabitliyi pozmaq, bu ölkəyə qarşı təbliğat kampaniyasını aparmaq üçün sosial şəbəkələrdə fəaliyyətin 10 dəfə artdığını müşahidə etmişik”.

E.Blinkenin sözlərinə görə, Rusiyanın Ukraynaya ehtimal olunan təcavüzü şəraitində NATO müdafiə potensialını artırmağa hazırdır.

Jurnalistin Rusiyaya qarşı hərbi əməliyyatların nəzərdə tutulub-tutulmaması ilə bağlı sualına cavabında dövlət katibi ciddi iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırdıqlarını söyləyib.
Sabirabadda maşın su kanalına aşdı: ölənlər varSabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Nərimankənd kəndində QAZ markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Fəyal Eldar oğlu Bayramovun və sərnişini, 1989-cu il təvəllüdlü Cəlal Qurban oğlu Məmmədovun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Mingəçevirdə kütləvi dava: iki nəfər bıçaqlandıMingəçevir şəhərində iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə dekabrın 4-ü saat 20 radələrində şəhərin “Ay işığı” kafesində qeydə alınıb.

Belə ki, Ömər Alxanov və Fikrət Əhmədovun Novruz Bədəlov, Ruslan Hüseynov, Hüseyn Həsənli ilə aralarında dava düşüb. Nəticədə N.Bədəlov üzərində gəzdirdiyi cib bıçağı ilə Ö.Alxanovla F.Əhmədovu bıçaqlayıb.

Faklta bağlı Mingəçevir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığı zərər vurma) maddəsi ilə cinayət işi açılıb, N.Bədəlov şübhəli şəxs qismində saxlanılıb.


ABŞ Aİ-ni Rusiya təcavüzünə inandırmağa çalışıbABŞ Avropa ölkələrini Rusiyanın Ukraynaya təcavüzünə inandırmaq üçün kəşfiyyat məlumatları ilə dəstəklənən diplomatik fəaliyyətə həftələr sərf etdi. Amma buna baxmayaraq, bəzi Avropa müttəfiqləri belə bir təhlükənin reallığına inanmadılar.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” öz mənbəsinə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ-ın səyləri skeptik ölkələri, o cümlədən Almaniyanı Rusiyanın tezliklə öz qoşunlarını Ukraynaya göndərə biləcəyinə inandırmağa yönəlib.

“ABŞ ikitərəfli və kollektiv görüşlərdə və Aİ diplomatik kanalları vasitəsilə 29 NATO müttəfiqinə “Kremlin iddia edilən niyyətləri” ilə bağlı materiallar yayıb. Məxfi məlumatların ötürülməsinə noyabr ayında NATO nazirlərinin görüşündən əvvəl başlanılıb və burada digər məsələlərlə yanaşı, Ukrayna mövzusu da geniş müzakirə olunub", - məlumatda bildirilib.