Azərbaycan 10 erməni hərbçisini TƏHVİL VERDİAzərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışlar. Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin etmişdir.

Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim etmişdir.

Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk.
Hərbçilərimiz Hadruta hansı yolla gedib? - VideoƏslən Cəbrayıldan olan jurnalist, Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı illər sonra ata-baba yurdunu ziyarət edib.

Avrasiya.net xəbər verir ki, A.Cəbrayıllı hərbçilərimizin Hadruta hansı yolla getdiyindən danışıb.

Paylaşımda Süleymanlı, Qışlaq, Sur, Şişqaya kəndlərinin və oradakı yüksəkliklərin Hadrutun işğaldan azad olunmasındakı önəminə diqqət çəkilib.
UAR-ın baş katibinə "Ləyaqət və vətənpərvərlik" medalı verilib - FotoÜmumukrayna Vətəndaşlar Assosiasiyası “Ölkə”, Ukarayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədovu "Ləyaqət və vətənpərvərlik" medalı ilə təltif edib.

Avrasiya.net xəbər verir ki, medal Ukrayna Silahlı Qüvvələrinin 17-ci əlahiddə tank briqadasının mexanizə taborunun minaatan batareyasının təqdimatı əsasında verilib. Ceyhun Məmmədov bildirib ki , Ukraynanın şərqində döyüşlər başladığı vaxtan etibarən ilk növbədə ön cəbhədə olan hərbi birləşmələrə mütəmadi olaraq yardım edirlər. Bu yardımlar əsasən qida, tibbi ləvzimatlar, qış vaxtı isti geyimlər və pandemiya şəraitində lazım olan ləvazimatlardan ibarət olub.

Baş katib onu da əlavə edib ki, yeni il və 31 Dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə ön cəbhədə olan əsgərləri təbrik etmək üçün Ukrayna Azərbaycanlıları Radası prezident ofisi ilə birgə layihə hazrlayırlar.
Nə gündəsən, Yardımlı?Sumqayıtda doğulub boya-başa çatsam da, ata-baba yurdum Yardımlıya biganə qala bilmirəm. Yardımlı mənim üçün səcdəgah, həyatımın məğzi deməkdir. Onun uğrunda canımdan keçməyə hazıram. Uzun illər Amerika Birləşmiş Ştatlarında yaşadım, ən çox darıxdığım, həsrətini çəkdiyim də Yardımlı oldu…

Bu gün Yardımlının nimdaş görkəmini, sovet dövründən qalan solğun rəngini görəndə ürəyim ağrayır. Rayon mərkəzi şəhərdən çox, baxımsız, səliqə-səhmana ehtiyacı olan bir ucqar kəndə bənzəyir. Sanki bu yerlər insan qayğısına, övlad nəvazişinə həsrət qalıb. Küçələr nəinki abadlaşdırılmlr, hətta təmizlik işlərinə möhtacdır. Necə deyərlər, gördüyüm şəhərlər arasında ən pintisidir. Eh, o qədər problemləri var ki, saymaqla qurtarmaz…

Bu mənzərə hamını narahat edir, hər kəs bunun əziyyətini çəksə də, di gəl ki, insanlar susmağa, laqeyidliyə öyrəşiblər. Sanki hər şey qaydasındadır deyə, heç qımıldanan da yoxdur. Səsini çıxaran bir-iki adamı da az qala “vətən xaini” çıxarırlar…

Bəlkə də ölkədə yeganə yerdir ki, payız-qış mövsümündə buraya qonaq gətirməyə adam utanır. Hoteli bərbad halda, infrastrukturu pis gündə olan ikinci belə rayon tanımıram. Əlbəttə ki, bu problem bu gün yaranmayıb, uzun illərin biganəliyinin nəticəsidir. Fəqət müşahidə edəndə buna qarşı heç bir işin getmədiyinin şahidi olursan. Yəni ev köhnə ola bilər, amma səliqə-səhman olmayanda, həmin ev daha bərbad görkəm alır…

Məmurlar insan kimi çox mehriban və qayğıkeş görünürlər, sanki hamı öz vəzifəsini yüksək səviyyədə icra edir, amma nəticəyə baxanda, heç bir uğurdan söhbət gedə bilməz…

Bilirəm ki, rayondakı işsizlik problemində, kadrların ixtisarında, idarələrin regionlaşdırılmasında, təşkilatların bağlanmasında, pensiyaların kəsilməsində, insanların yoxsul vəziyyətə düşməsində rayondakı məmurların heç bir günahı yoxdur, amma rayonun təmiz saxlanılmamasında, küçələrin abadlaşdırılmamasında günahkar olanları az deyil…

Bəlkə də bu problemləri qaldırmağım, ictimailəşdirməyim kimlərinsə qəlbində mənə qarşı qəzəb, nifrət yaradır. Bəlkə də; sən buranın sakini deyilsən, niyə narahat olursan?- deyə, qınayanlar da tapılar. Amma inanın ki, mən Yardımlıya biganə qala bilmirəm. Yardımlı mənim üçün ən müqəddəs yerdir…

Elman Eldaroğlu
Rusiya Ukrayna sərhədinə hərbi texnika göndərir - VideoHazırda Rusiya Mərkəz Hərbi Dairəsinin 55-ci motoatıcı briqadasına məxsus Tiqr–M texnikaları daxil olmaqla, bir çox zirehli texnika Ukrayna sərhədinə daşınır.

Avrasiya.net xəbər verir ki, bununla bağlı müxtəlif Teleqram kanallarında video və informasiyalar yayılıb.

Qeyd edək ki, Rusiyanın Ukrayna sərhədinə 90 minlik ordu topladığı haqda Qərb mediası rəsmi qurumlara istinadla vaxtaşırı məlumat yayır.
Türmədən çıxdıqdan 15 dəqiqə sonra maşın qaçırdıŞəki rayon sakininə məxsus VAZ-2107 markalı avtomobilin şəhər ərazisindən naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırılması barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi Ağdaş rayonu Yeniarx kəndi ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb və hadisəni törədən şəxsin Göyçay şəhər sakini Heydər Heydərli olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş H.Heydərli həbs müddəti başa çatıb, cəzaçəkmə müəssisəsindən çıxdıqdan təxminən 15 dəqiqə sonra avtomobili qaçırıb və yaşadığı Göyçay rayonuna getmək istəyib. Lakin təkəri partladığından o, nəqliyyat vasitəsini yolun kənarında tərk edib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, H.Heydərli təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
ÜST "Omirkon"un aşkarlandığı ölkələrin sayını açıqladı"Omikron ştamı 38 ölkədə müəyyən edilib, lakin "delta" COVID-19-un dominant variantı olaraq qalır".

Avrasiya.net xəbər verir ki, bunu ÜST-ün Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxove deyib.

"Omikron" indiyədək ÜST-ün bütün altı regionunda, 38 ölkədə aşkarlanıb, infeksiyaların əsas artımı Afrikadadır", - Kerxove qeyd edib.


Müstəntiq Tofiq Yaqubluya görə Ələtə getdiTofiq Yaqublunun döyülməsi işi ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat yayıb.

O bildirib ki, T.Yaqublu Səbail Prokurorluğunda ifadə verdikdən sonra müstəntiqin təyinatı ilə ekspertizadan keçirilib. Daha sonra isə müstəntiq Habil Abbasov T.Yaqublu və vəkili Nemət Kərimlinin iştirakı ilə şikayətçinin naməlum şəxslər tərəfindən döyüldükdən sonra sərbəst buraxıldığı Ələt qəsəbəsindəki əraziyə baxış keçirib.

Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, T.Yaqublu Bakıdakı qanunsuz aksiya zamanı naməlum şəxslər tərəfindən maşına mindirilərək aparıldığı, aparılarkən yolda fiziki təzyiqə məruz qaldığı, daha sonra isə Ələt qəsəbəsində sərbəst buraxıldığını bildirmişdi.
Bərzani: Tezliklə qisasımızı alacağıq!Ən qısa vaxtda İŞİD-dən qisasımızı alacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Regional Muxtariyyətinin keçmiş rəhbəri Məsud Bərzani deyib.

“Millətimizi qorumaq və peşmərgə qüvvələri ilə bağlı narahatlıq yaratmamaq üçün müdafiə potensialını inkişaf etdirmək lazımdır. Tezliklə şəhidlərimizin qisasını düşməndən almalıyıq”, - Bərzani deyib.

Qey edək ki, İŞİD terror təşkilatının ötən gün Mahmurda həyata keçirdiyi hücum nəticəsində peşmərgə döyüşçüləri və mülki şəxslər həyatını itirib.