Dəhşətli bir böhran gəlir, qızılınızı satmayın - EkspertPul mədəniyyətdir. Bir çox sahələri tənzimləyir. İnkişaf etməkdə olan ölkələrin ən böyük problemi xarici kapitala ehtiyacdır.

Avrasiya.net xəbər verir ki, bu sözləri türkiyəli iqtisadçı Ramazan Qurdoğlu deyib.

Dəhşətli bir qlobal böhranın yaxınlaşdığını söyləyən Ramazan Qurdoğlu vətəndaşlara qızıllarını satmamağı tövsiyə edib:

"Bu, bəşər tarixində ən böyük böhrandır və gəlir. İnflyasiyanı partladacaqlar. Biz ayaqda qalmalıyıq. Bir - istehsal etməli, iki - əcdad toxumunu (qalıcı toxum - red.) artırmalı, üç - imkanı olan qızıla yatırım etməlidir”.

R.Qurdoğlu onu da bildirib ki, "virtual valyuta" yaratmaq istəyirlər.
"Taliban" xarici ölkələrdə səfirliklərinin açılmasını istəyir"Taliban" hərəkatı (terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altında) bu ilin sonuna qədər Kabildə bir sıra xarici dövlətlərin səfirliklərinin açılacağını gözləyir.

Avrasiya.net "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə "Taliban"ın siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Naim bildirib.

"Biz səfirliklərin gələn ilə kimi açılmasını gözləyirik, ancaq bu ölkələri dəqiqləşdirə bilmərəm", - deyə Naim vurğulayıb.

İran generallarından başsağlığıİran Silahlı Qüvvələrinin Baş qərargah rəisi briqada generalı Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş qərargah rəisi Kərim Vəliyevə başsağlığı verib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Sərhəd Qoşunlarının 14 hərbiçisinin vertolyot qəzasında şəhid olması münasibətilə verilən başsağlığı mesajında bildirilir: "Dərin kədər və təəssüf hissi ilə vertolyot qəzasını və hərbiçilərin həyatını itirməsi xəbərini aldıq. Uca Yaradandan hadisə qurbanlarına rəhmət, onların ailələrinə və yaxınlarına səbir diləyirəm. Hadisə nəticəsində xəsarət alanlara sağlamlıq arzulayıram".

Bu gün, həmçinin, İranın Sərhəd Qoşunlarının komandanı general Əhəməd Əli Qudərzi Azərbaycan Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə başsağlığı mesajı göndərib.

"Vertolyot qəzasında həyatını itirmiş sərhədçilərin ailələrinə, sizə, Azərbaycan xalqı və dövlətinə başsağlığı diləyirəm. Hadisə qurbanlarının ailələrinin dərdinə şərik olduğumuzu bildiririk", - deyə başsağlığında vurğulanıb.
Ümrə ziyarətinin şərtləri DƏYİŞDİRİLİRYeni növ koronavirusun (COVID-19) Cənubi Afrika Respublikasında ortaya çıxan "Omikron" ştammına görə Səudiyyə Ərəbistanı ümrə ziyarəti üçün yeni şərtlər tətbiq edib.

"Əl-Cəzirə" telekanalı xəbər verir ki, bu barədə ölkənin Həcc və Ümrə İşləri üzrə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ümrə ziyarəti üçün zəvvarlar Səudiyyə Ərəbistanında təsdiq edilmiş ən azı iki dozada COVID-19 peyvəndi vurdurmalıdır. ÜST tərəfindən təsdiqlənən, lakin Səudiyyənin vaksin siyahısında olmayan peyvəndlərlə vaksinasiya olunan zəvvarlara üç günlük karantin tətbiq ediləcək və onlar karantindən 48 saat sonra mənfi PCR testi təqdim etməlidirlər.

Yeni qərara əsasən, zəvvarların krallıqda qalma müddəti 10 gündən 30 günə qədər artırılıb.


SOCAR-ın işçisi dənizdə itkin düşdüBu gün Neft Daşlarında elektrik kimi çalışan əməkdaşlardan biri itkin düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında paylaşım edib.

“SOCAR Kompleks Qazma İşləri Trestinin Neft Daşları İstehsalat Bölümü 1779 saylı estakadayanı meydançanın qazma üzrə elektriki iş yerindən yoxa çıxıb.

Səhər saat 05:30 radələrində buruq ustası onu iş başında görüb. Səhər saat 7-də briqada növbəni dəyişdikdə həmin adamın olmadığını və meydançanın bir tərəfində ona məxsus qoruyucu kaskanı aşkar ediblər”, - M.Qəhrəmanlı bildirib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumatı təsdiqləyib.

“Dünən səhər saatlarında Neft Daşlarında bir əməkdaşımız itkin düşüb. Axırıncı dəfə 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb. Meydançanın perimetri boyu və yataqxanada axtarış aparılıb, sahəyə axtarış işləri üçün dərhal bir neçə gəmi cəlb olunub”, - o vurğulayıb.
BƏƏ Qızıl Yubileyini qeyd edirDekabr 2-i 2021-ci il tarixdə BƏƏ dövlətinin təsis edilməsinin 50 illik yubileyi qeyd edilir. Qızıl Yubiley növbəti 50 il üçün milli strategiyanın başlanğıcının müjdəçisidir və davamlı inkişaf, millətin unikal rəqabətliliyinin gücləndirilməsi və qlobal açıq iqtisadiyyat erasına dəstək verir.

BƏƏ-nin Azərbaycandakı səfirliyində Avrasiya.net-ə verilən məlumata görə, əlli İlliyin Layihələri- bu layihələr rəqəmsal iqtisadiyyata, süni intellekt və dördüncü sənaye inqilabı kimi sektorlara investisiya qoyuluşuna stimul verir. Bu layihələr çərçivəsində Qızıl Viza, Yaşıl Viza kimi fürsətləri təqdim etmişdir.

Davamlı iqtisadi inkişaf naminə BƏƏ innovativ həllər də irəli sürmüşdür . BƏƏ hazırda dünyanın ən böyük 3 günəş stansiyasına sahibdir. Bərpaolunan enerjiyə 163 mlrd ABŞ dolları məbləğində sərmayə ilə 2050-ci ilə kimi sıfr emissiya strateji təşəbbüsü irəli sürmüşdür.

İnsan haqları sahəsində də BƏƏ proqressivdir. Yeni əmək qanunu qəbul edilmişdir ki, bu, özəl sektor işçilərinin qorunmasının genişlənməsi məqsədi güdür. Oktyabr ayında BƏƏ 2022-2024-cü illər üçün BMT İnsan Haqları Şurasına üzvlük qazandı.
2020 BMT İP Gender Bərabərliyi İndeksində BƏƏ Ərəb dünyasında birinci və dünya üzrə 18-ci yeri tutdu. Qadınlar Federal Milli Şuranın 50%ni təşkil edir. Kosmos sahəsində BƏƏ Mars missiyasında 34% qadınlardır.

BƏƏ beynəlxalq ictimaiyyətin üzvü kimi də fəal rolunu möhkəmlədir. BƏƏ "Birlikdə daha güclü" şüarı altında BMT TŞ-in üzvü seçilərək, dövrümüzün bəzi çətin məsələləri ilə bağlı konstruktiv tərəfdaş olacaq.

BƏƏ digər ölkələrlə ikitərəfli dostluq münasibətlərinə böyük əhəmiyyət verir. Azərbaycan elə bir ölkədir ki, biz ümumi dəyərləri bölüşürük, əməkdaşlığın genişləndirilməsi üçün geniş iqtisadi potensiala malikik və bu, ölkələrimizin rəhbərliyinin güclü iradəsinə əsaslanır.
BƏƏ yeni nailiyyətlərə möhkəm inamla gələcəyə doğru irəliləyir.