QHT-lərə Dövlət Dəstəyi Agentliyinin iclası keçirildiAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən Avrasiya.net-ə bildiriblər ki, iclasda ilk olaraq, bir neçə gün bundan əvvəl vəfat etmiş Agentliyin Müşahidə Şurasının üzvü Əvəz Həsənovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası açıq elan edən Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. İlk olaraq “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2021-ci il tarixli Fərmanından irəli gələn məsələlərə baxılıb. Fərmana uyğun olaraq Müşahidə Şurası tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsinin müvəqqəti qaydası, qrant məbləğinin müəyyən edilməsinin müvəqqəti meyarları və hər mövzu üzrə qrant məbləğinin yuxarı həddi, habelə Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılmasının müvəqqəti qaydasına dair sənəd layihələri müzakirə olunaraq təsdiq edilib.

Sonra Agentliyin 2021-ci il üçün kiçik qrant müsabiqəsinin elan olunması məsələsinə baxılıb. İnsan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, sosial və iqtisadi, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi və s. istiqamətləri əhatə edən 7 istiqamət üzrə qrant müsabiqəsinin elan edilməsi qərara alınıb.

Qeyd edək ki, qrant müsabiqəsi Agentliyin yeni elektron portalı olan “e-qrant.az” saytı vasitəsilə keçiriləcək.
"Bu gün Azərbaycanda sabitliyi pozulmağa çalışan qüvvələr var"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

İlin sonuna doğru yaxınlaşsaq da, lakin ölkə gündəmində və siyasi proseslərdə müşahidə olunan məqamlar birilərinin gündəmi daim “qaynar” vəziyyətdə saxlamaq istəyindən xəbər verir. Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 zabitimizin şəhid olması, bunun səhərisi günü isə şəhidlərin dəfn mərasimi ilə eyni vaxta salınan icazəsiz aksiya zamanı “Milli Şura”nın üzvü Tofiq Yaqublunun döyülməsi hadisəsinə verilən reaksiya və yanaşmaların mahiyyəti də onu göstərdi ki, bu gün Azərbaycanda sabitliyin pozulması üçün hər fürsətdən istifadə etməyə, yararlanmağa çalışan qüvvələr var.

Özü də bu hadisələrin məhz Brüssel görüşü və “Demokratiya samit”i ərəfəsində baş verməsi heç də təsadüfi deyil. Bu ölaylar həqiqətən də hansısa təxribat planlarının mövcudluğundan xəbər verir. Bütün bunlar heç şübhəsiz ki, Azərbaycanın maraqlarına zərbə vurmağa, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın dünyada güclənmiş mövqelərini zədələməyə, sarsıtmağa xidmət edir. Ancaq unutmamalıyıq ki, Qarabağı, Şərqi Zəngəzuru işğaldan azad etməyimizlə üzərimizə düşən vəzifələr, milli hədəflər hələ tam icra olunmayıb. İndi qarşımızda daha böyük hədəflər dayanır. Bir tərəfdən işğaldan azad edilmiş ərazilərimizi bərpa etməli və iqtisadi dirçəlişinə çalışmalıyıq. Digər tərəfdən isə düşmən ölkə ilə sərhədlərimizin demarkasiyasına nail olmalı, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etməli, Xankəndi, Xocalı, Xocavənd kimi yaşayış məntəqələrimizdə suverenliyimizi möhkəmləndirməliyik.

Bütün bunların yükü, məsuliyyəti əlbəttə, ilk növbədə dövlətin üzərinə düşür. Amma biz də dövlətimizin yanında olmalıyıq. Eynilə 44 günlük müharibədə olduğu kimi indi də eyni ruh və qətiyyətlə milli birlik və həmrəylik nümayiş etdirməliyik. Çünki indi dövlətlə xalqın birliyi həmişəkindən də çox vacibdir. Cəmiyyətimizlə bərabər, həmçinin siyasi qüvvələr də milli birlik yolunu davam etdirməlidirlər. Biz həqiqətən də məhz birlikdə çox güclü oluruq.

Bizim birliyimiz şübhəsiz ki, anti-Azərbaycan qüvvələri narahat edir. Onlar ölkəmizdə sabitliyi pozmaq üçün daim fürsət, məqam gözləyirlər. Düşmənlərimiz kifayət qədər çoxdur və həm də məkrlidir. Lakin biz onlara zərrə qədər də fürsət verməməliyik. Milli birliyimizi qoruyub saxlamaq indi ən ümdə vəzifəmiz olmalıdır. Məğlub ermənilərdən ən böyük fərqimiz də elə milli birliyin vacibliyini dərk etməyimizdədir. Biz məhz buna görə qalibik!

Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs həbs edildiXəbər verildiyi kimi, noyabrın 27-si saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.

Bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətinin Avrasiya.net-ə verdiyi məlumatda bildirilib.

Aparılmış istintaqla müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Kərim İbrahimov cari il noyabrın 21-də Fidan Nəftəliyevanın mobil telefonunu oğurlamaqla telefonda olan sonuncuya məxsus şəxsi həyatının sirri hesab olan məlumatları qanunsuz əldə edərək onun ləyaqətini mütəmadi olaraq alçaltmaqla özünü öldürmə həddinə çatdırıb.

Kərim İbrahimov Cinayət Məcəlləsinin 125, 156.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 177.2.5 (oğurluq) və 242-ci maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Medianın həm məzmun, həm də inkişafına yalnız maddi dəstəklə nail olmaq mümkün deyilElçin Mirzəbəyli
Əməkdar jurnalist


Kitab və kağızın idxalının, istehsalının və satışının ƏDV-dən azad olunması son illərin ən mühüm və bir çox istiqamətlərdə inkişafa zəmin yarada biləcək hadislərindən biridir. Dövlət başçısının bu təşəbbüsü, şübhəsiz ki, ilk növbədə ölkədə aparılan islahatların tərkib hissəsi kimi dəyərləndirilməlidir. Xüsusilə də çap mediasının qorunması və inkişafı, nəşriyyat və poliqrafiya sahəsində irəliləyişə, müasir standartların tətbiqinə nail olunması, qəzetin, kitabın, oxu mədəniyyətinin təşviqi baxımından... Həm də, mənə görə, daha çox mədəni hadisədir. Bu, dövlətin bugünkü gəlirlərinin bir hissəsindən imtina etməklə gələcəyə yatırdığı investisiyadır.

Təbii ki, bir jurnalist kimi, kitab və kağızın idxalının, istehsalının və satışının ƏDV-dən azad olunmasına ilk növbədə çap mediasının, bütövlükdə isə medianın inkişafı kontekstindən yanaşıram. Eyni zamanda, hesab edirəm ki, bu sahədə gerçəkləşdirilən və reallaşdırılması nəzərdə tutulan islahatların effektivliyi qəbul olunan qərarların konseptual ardıcıllığından asılıdır. Yazılı mətbuatın və bütövlükdə medianın həm məzmun, həm də forma baxımından inkişafına, həmçinin rəqabətə davamlılığına, yalnız maddi dəstəklə nail olmaq mümkün deyil. Maddi dəstək sosial xarakterli addımdır. Amma media sosial sfera deyil və olmamalıdır da. Lakin mövcud real şərtlər və imkanlar daxilində, medianın, xüsusulə də yazılı mətbuatın nəinki inkişafına nail olmaq, hətta mövcudluğunu belə qoruyub saxlamaq mümkün deyil.

Bu baxımdan, media sektorunda həyata keçirilən islahatlar kompleks xarakter daşımalıdır və daşıyır da... Müəyyən zaman kəsiyində ağrılı təsir bağışlayır, bəzən atılan addımların, görülən işlərin arasındakı bağlılığı görmək də çətin olur. Hətta izahı verilsə də... Amma bu bütöv bir prosesdir və bütün daşlar yerinə oturmayanadək, nəticədən danışmaq çətin olacaq, yaxud nəzəri xarakter daşıyacaq.

Qənaətimə görə, hazırda bu sahədə aparılan islahatların bir neçə istiqaməti var:

- Müasir çağırışlara cavab verən hüquqi bazanın formalaşdırılması;
- Peşəkarlığın artırılması, bütün seqmentlərdə yüksək performans göstərə biləcək kadrların hazırlanması, peşəkar kadr bazasının formalaşdırılması;
- Vergi və digər güzəştlərin tətbiqi, həmçinin stimullaşdırıcı vasitələrlə xərclərin azaldılması və optimallığının artırılması;
- Mediada çağdaş informasiya məkanının tez-tez və dinamik bir şəkildə dəyişən çağırışlarına, tələblərinə cavab verən effektiv korporativ idarəçilik institutunun tətbiqi və s.

Bu siyahını, bütün detalları ayrı-ayrılıqda vurğulamaqla sonsuza qədər uzatmaq olar. Amma buna ehtiyac duyulmadığı qənaətindəyəm.

Müşahidələrimə görə, hazırda prosesin ilkin və ən ağır, yeni vərdişlər, alışqanlıqlar tələb edən mərhələsini başa vurmaq üzrəyik. “Media haqqında” Qanunun qəbul edilməsi ilə prosesin bütün komponentləri öz yerini alacaq və bərabər, yanaşı bir şəkildə islahatların növbəti mərhələsi üçün möhkəm, əsaslı platforma rolunu oynayacaqlar. Məhz bu səbəbdən, bəzən prosesin xaotik bir şəkildə aparıldığı barədə təəssüratın formalaşdırılmasına cəhdlər də nəzərə çarpır. Belə cəhdlər hər zaman olacaq. Ən önəmlisi, bu prosesi kompleks şəkildə görməyi bacaran, ona yaradıcı yön verən insanların prinsipial, qətiyyətli mövqeyi, islahatların mahiyyətini anlamaq bacarıqlarıdır.
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində atışma olub, yaralanan varGürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Qaracala kəndində silahlı insident baş verib.

“Report”un yerli bürosunun xəbərinə görə, kənd sakini həmkəndlisinə atəş açıb.

Qol və ayaq nahiyəsindən yaralanan gənc xəstəxanaya çatdırılıb, vəziyyəti sabit ağır kimi qiymətləndirilir.

İnsidentin səbəbi hələ bilinmir. Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.
Erməni təxribatçı hərbi qulluqçumuza hücum etdiXocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontinqentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.
"AzerGold" hedcinq əməliyyatları aparacaqBu gün “AzerGold” QSC-nin Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.

İclasda MŞ üzvləri, eləcə də səhmdar cəmiyyətinin sədri və İdarə Heyətinin üzvləri iştirak ediblər.

İclas iştirakçıları şirkətin builki gəlir-xərc smetasına dəyişiklikləri, “Cəmiyyətin qızıl satışından gəlirlərinə bazar qiymətinin mənfi təsirinin minimallaşdırılmasının təmin edilməsi məqsədi ilə hedcinq əməliyyatları üzrə Qaydalar”ı müzakirə edərək təsdiq edib. Cəmiyyətin işğaldan azad olunmuş ərazilərdəki əlvan metal yataqlarının perspektivliyi ilə bağlı strateji təhlilləri, “Daşkəsən” dəmir filizi yatağının istismarı layihəsi və digər dəyişikliklərin 2035-ci ilə qədər olan dövr üzrə inkişaf strategiyası daxilində təsdiq edilməsinə dair müvafiq qərarlar qəbul edilib.

Şagirdlər arasındakı mübahisənin təfərrüatı...Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli orta məktəbdə şagirdlər arasında baş verən və bir nəfərin kəsici alətlə xəsarət alması ilə nəticələnən mübahisənin təfərrüatı məlum olub.

Məktəbin direktoru Vəfa Tağıyevanın Axar.az-a hadisənin noyabrın 27-də saat 11:40 radələrində, məktəbdən kənarda mağazada qeydə alındığını bildirib.

Direktorun sözlərinə görə, mübahisə edən şagirdlərin hər ikisi həmin gün məktəbə gəlməyib:

"Həmin hadisə nə məktəbdə, nə də həmin şagirdlərin dərs vaxtında olmayıb. Ümumiyyətlə məktəb yoldaşına kəsici ailətlə xəsarət yetirən şagird 10 gün idi dərsə gəlmirdi. Həmin gün anası onu duz almaq üçün mağazaya göndərib. Şagirdin yaşadığı ev məktəbə yaxın ərazidədir. Küçədə xəsarət alan 6-cı sinif şagirdi ilə rastlaşıb və aralarında nə olubsa ona kəsici ailətlə yüngül kəsik xəsarəti yetirib. Mən həmin saatda məktdə idim və bir də gördüm ki, polis əməkdaşları gəldirlər. Məsələni biləndən sonra onlara da bildirdim ki, hər iki şagird dərsdə olmayıb və hadisə məktəb daxilində qeydə alınmayıb. Özləri də məsələni araşdırıb dəqiqləşdirdilər. Sonra mən xəsarət alan şagirdin evinə getdim baxdım ki, ciddi xəsarəti yoxdur. Birinci gün hər iki şagird məktəbə gəlib və bu gün də məktəbdə olublar".

V.Tağıyeva onu da bildirib ki, hadisəni törədən 5-ci sinif şagirdinin psixoloji problemi var: "Məktəbimizin psixoloqu bu barədə mənə məlumat verəndən sonra bir neçə dəfə şifahi, 1 dəfə yzılı və bir dəfə də həmin şagirdin valideynlərini məktəbə çağırıb xəbərdarlıq etmişəm. Hətta onun bibisi də müəllimədir, o, da bizim kimi bu haqda uşağın valideynlərinə müraciət edib ki, bu şagirdi xüsusi məktəblərdən birinə köçürüb orda təhsilinə davam etdirmək lazımdır.

Bununla bağlı xüsusi sənədlərin hazırlığına da başlanılılmışdı. Təssüf ki, sənədləşmə işləri başa çatmadan belə bir hadisə oldu. Biz həmin uşağa məktəbdə xüsusi nəzarət yetiririk. Sinif rəhbərinə də tapşırmışdım ki, mütləq ciddi nəzarət yetirin ona. O, həmişə məktəbdə xüsusi nəzarət altında olub. Valideynlərinə də dəfələrlə bu haqda demişik, lakin uşağı təhsildən yayındırmaq da olmaz deyə dərsə gəlməsinə icazə vermişdim.

Çox güman ki, sənədləşmə işləri başa çatdıqdan sonra həmin şagird yaxınlarının da razılığı ilə Bakı şəhərində fəaliyyət göstərən çətin tərbiyə olunan şagirdlər üçün nəzərdə tutulan xüsusi məktəbə köçürüləcək və təhsilinə orada davam etdirəcək."

Qeyd edək ki, Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli orta məktəbdə 1300 şagird təhsil alır və rayonun ən böyük məktəbidir. Həmin məktəbin 5-ci sinif şagirdi 6-cı sinifdə oxuyan şagirdə kəsici ailətlə yüngül xəsarət yetirib.

Faktla bağlı polis əməkdaşları araşdırma aparıb, hər iki məktəbli ilə profilaktik danışıqlar edilib.
ABŞ-ın düşməni Şimali Koreya, dostu isə Böyük BritaniyadırAmerikalılar Şimali Koreyanı ABŞ-ın əsas rəqibi, düşməni adlandırıb, dost olmayan ölkə isə Rusiyadır. Bu, “The Economist” jurnalı və Britaniyanın “YouGov” təhlili firmasının sorğusunun məlumatlarında qeyd olunub.

Belə ki, respondentlərin təxminən 55%-i Birləşmiş Ştatların əsas müttəfiqi kimi Böyük Britaniyanı qeyd edib. İkinci yeri 53% səslə Kanada, üçüncü yeri isə Fransa və İsrail (38%) tutub. Amerikalıların yalnız 2%-i Rusiyanı bu reytinqə daxil edib.

Dost olmayan dövlətlərə gəlincə, burada respondentlərin 35%-i Rusiyanı seçib.

Beləliklə, KXDR ABŞ-ın əsas düşməni statusu alıb (58%). İlk üçlüyə həmçinin İran (44%), Əfqanıstan və Çin (36%) daxil olub.

Sorğuda ümumilikdə 1500 nəfər iştirak edib.

Avrasiya.net
Deputat DTX əməkdaşlarının maaşının artırılmasını TƏKLİF ETDİMilli Məclisin deputatı Fazil Mustafa Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətindən danışıb.

Avrasiya.net xəbər verir ki, deputatün sözlərinə görə, DTX-nin aktiv fəaliyyəti Vətən müharibəsində də diqqət çəkib:

"Əvvəllər DTX sahibkarları incidən və digər mənfi əməllərlə yadda qalıb. Bu baxımdan hazırda bu qurumun fəaliyyəti təqdir olunmalıdır”.

Fazil Mustafa kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti sayəsində çalışan insanların maaşlarının artırilmasi, mənzil-məişət məsələlərinin həlli üçün büdcədən daha çox vəsait ayrilmali olduğunu deyib:

“Bu 5 faiz məsələləri ilə onları gündəmə gətirməyək”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə deyib ki, 5 faiz məhz büdcədən ayrılır, həmin qurumların əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə o qurumların xəzinə hesabına köçürülür.