Şabranda 1 yaşlı uşaq tualetə düşərək öldüŞabran rayonunda bədbəxt hadisə baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə dekabrın 1-də rayonun ferma ərazisində qeydə alınıb.

Belə ki, 2020-ci il təvəllüdlü Ümid Muradov ehtiyatsızlıqdan müvəqqəti istifadə üçün nəzərdə tutulan tualetin quyusuna düşərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
16 yaşlı qız dəm qazından boğularaq öldüSaatlı rayonunda dəm qazından ölüm hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə dekabrın 1-də qeydə alınıb.

Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Aytac İsmayılova yaşadığı evin hamam otağında çimərkən su qızdırıcının dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
NATO yeni konsepsiyanı elan edir: Rusiya da var...NATO-nun yeni Strateji Konsepsiyası alyansın bu gün üzləşdiyi çağırışları və narahatlıqları, o cümlədən Rusiya və terrorizmlə bağlı problemləri həll edəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken bildirib.

"Axırıncı dəfə biz - NATO 2010-cu ildə strateji konsepsiya yaratmışdıq və o zaman dünya tamamilə fərqli görünürdü. Tərəfdaş kimi Rusiya qeyd olundu, Çin qeyd olunmadı", - Blinken söyləyib.

O, yeni konsepsiyanın on il əvvəl deyil, bugünkü problemləri özündə əks etdirəcəyini qeyd edib.
Nazir iki yüksək rütbəli polisi işdən çıxardıŞəmkir rayon Polis Şöbəsinin iki yüksək rütbəli əməkdaşı vəzifəsindən azad edilib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmrlər imzalayıb.

Nazirin əmrləri ilə şöbənin xidmət üzrə rəis müavini, polis polkovniki İlqar Əliyev və İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Vüqar Məmmədov vəzifədən azad edilərək sərəncama götürülüb.

Məlumata görə, hər iki şəxs xidmətdə yol verdikləri nöqsanlara görə vəzifədən çıxarılıb.
Rusiya bu raketlərini Kurilə yerləşdirdiRusiya Sakit okean donanmasının “Bastion” sahil raket kompleksləri Kurilin Matua adasında ilk dəfə döyüş növbətçiliyinə başlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin Şərq Hərbi Dairəsindən məlumat verilib.

“Sakit okean donanmasının “Bastion” sahil raket kompleksinin hissələri Matua adasına yerləşdirilib və xidmətə başlayıb. Kuril silsiləsinin mərkəzi hissəsindəki bu ucqar adada Sakit okean donanmasının hərbçiləri 24 saat növbə çəkəcəklər”, - məlumatda qeyd olunub.
Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verildiBu günə qədər Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, küçələrə adları verilən şəhidlərimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Vətən müharibəsi qəhrəmanı fəxri adıyla və ya müxtəlif ordenlərlə təltif olunanlardır.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.