Xalid Niyazovdan SƏRT AÇIQLAMA: “Ramiz Mehdiyev elə bilir AMEA buna dədəsindən miras qalıb”“Həzərat, bu Ramiz Mehdiyev ki, var, deyəsən, akademik dühası o qədər qıcqırıb ki, elə bilir akademiya buna dədəsindən miras qalıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri özünün facebook statusunda Hüquq və İnsan Haqları İnstitutunun sabiq şöbə müdiri, elmlər doktoru, Əməkdar jurnalist Xalid Niyazov bildirib.

O, daha sonra statusunda yazıb:

“Adam bu qoca yaşında, ömrünün üzü o yana vədəsində rəhmət qazanmaq əvəzinə, lənətə işləyir.
Xislətində, içində yaratmaq, qurmaq adına “damazlığa” bircə hüceyrənin belə olmadığı bu zat ötən günlərinin heyfini qab-qacaq dükanına girmiş nə bilim nə kimi qarşısına çıxan hər şeyi çığnayıb qırmaqla çıxmaqda qərarlıdır.

Akademiyanın prezidentindən çox özünü bazar müdürü, “girdovoy” kimi aparan “Enveroviç” insanların söz və fikir azadlığını boğmaqla, düz söz deyəni məhz özünəməxsus çirkin, nalayiq, “yaraşır” üsullarla cəzalandırmaqla məşğuldur.

Adam bəndənizə qızıb ki, bəs niyə haqqında bir-iki tərifli şərh yazmışam. O üzdən çağırıb əshabələrinə tapşırıb ki, bu akademiyada ya mən qalmalıyam, ya da Niyazov.

Siz bir təfəkkürə baxın, ağıla baxın, səviyyəyə tamaşa edin!

Adam bu feodal, hətta bir az da irəli gedək, Azıx təfəkkürü ilə 25 il Prezident Administrasiyasında necə oturubmuş?!
Ölkənin elm qərargahına hansı mənəvi haqq və elmi “kapasitə” ilə başçılıq edir?!

Başdan-ayağa, ruslar demişkən, “yeriyən lətifə” olduğunu nə tez unudub?!

Məgər ailəsinin qudurğan əməllərinə görə bütün ölkənin qınağına tuş gələn, eləmə tənbəllik, yerindən duranın “Nə yemisən? Turşulu aş!” “çilədiyi” bu deyildimi?

Adamı göndəriblər ki, get, indiyədək özünə işləmisən, indi də bari, elmin gününə ağla, yaddaqalan bir iş gör akademiya üçün, amma çifayda… Heç görmüsünüzmü ki, yabanı ot qızılgül bitirsin, mişardan çıxmış “beşlik” taxta bəhərə düşsün?!

Azərbaycan elmi bu gündədir, həzərat!

Ümid ya hörmətli Prezidentədir ki, çıxarıb atsın, ya da Allahadır ki, “mələk”lərinə tapşırsın”.
Zaur Əliyev özünə 200 minlik xidməti avtomobil aldıİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev özünə yeni BMV markalı xidməti avtomobil alıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, Z.Əliyev yeni xidməti avtomobilini 10 AA 766 dövlət qeydiyyat nişanı ilə idarə edir.

Qeyd edək ki, həmin avtomobil 200 min manat dəyərindədir.
Bakıda rəis keçmiş işçisini kabinetində döydüAvtomobil Yollarının Mühafizə Xidməti MMC-nin rəisi Səftər İsmayılov keçmiş mühasibini otağında döyüb.

Avrasiya.net xəbər verir ki, bu barədə hadisədə zərəçəkən Kamil Hüseynovun Qaynarinfo.az-a müraciətində bildirilir.

O bildirib ki, Avtomobil Yollarının Mühafizə Xidməti MMC yarandığı gündən orada ağır çəkili nəqliyyat vasitələrinə nəzarət şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb:

"MMC-nin nəzdində olan Tərəzi Nəzarət Məntəqələrinin baş mütəxəssisi idim. İdarə rəhbərliyinin göstərişi ilə, bir neçə ay bundan əvvəl işə gəlmədiyim üçün ağır maddə ilə vəzifəmdən kənarlaşdırıldım”.

K.Hüseynov 9 ildir çalışdığı MMC-dən ağır maddə ilə qovulduğunu və keçmiş rəhbərliyin ondan 101 min manat vəsait tələb etdiyini iddia edib:

"Bu hadisə ilə bağlı MMC rəhbərliyindən bir sıra dövlət qurumlarına şikayət ünvanlamışam. Günahsız olduğumu bildirmişəm”.

K.Hüseynov dünən şikayəti ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Elman adlı vəzifəli şəxsinin qəbulunda olub:

"Elman müəllimin dəvəti ilə onun yanına getdim. Görüşdükdən sonra, Elman müəllimin razılığı ilə MMC-nin rəhbəri Səftər İsmayılovla da görüşdüm. Səftar İsmayılovun otağına daxil olan kimi üstümə hücum edib məni boğmağa başladı. Ondan müxtəlif yerlərə şikayət etdiyimə görə üstümə qışqırdı, təhqir etdi və məni bir neçə vəzifəli şəxslə birlikdə orada döydülər. Qollarımı bağlayıb, otaqdan çıxmağa qoymadılar. Məni 50 dəqiqə otaqda saxladılar. Bundan sonra Elman müəllim də hadisə yerinə gəldi və baş verənlərə görə öz narazılığını bildirdi. Sonra şikayət etməyim deyə mənə işə bərpa olunmağımla bağlı ərizə yazdırdılar. Otaqdan çıxmaq üçün ərizə yazmağa məcbur oldum. Ordan çıxan kimi Bakı Sağlamlıq Mərkəzinə getdim və rentgen olundum. Burnumu sındırıblar, bədənimin müxtəlif orqanlarını əziblər”.

K.Hüseynov artıq hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng mərkəzi”nə şikayət etdiyini də deyib:

"Məhkəmə Tibbi Ekspertizaya getmişəm. Məni döyənlərin adlarını vermişəm. Araşdırmanın nəticələrini gözləyirəm. Onların məni təhqir etmələrinə dair səs yazılarını da saxlamışam”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. O, baş verən hadisədən xəbərsiz olduğunu və məsələ ilə bağlı araşdırma ediləcəyini deyib:

“Bu, elə bir hadisədir ki, baş veribsə, bunu ancaq hüquq-mühafizə orqanları araşdıra bilər. Yəni bu barədə nə deyə bilərəm? Bu haqda ilk dəfə sizdən eşidirəm”.
Haçapaça qalmayın!...Bir neçə gün öncə ölkədəki və ölkə xaricindəki təxribat şəbəkəsinin fəallaşdığını, sifarişçilərindən Brüssel görüşü öncəsi aldıqları təlimatlar əsasında, ən müxtəlif bəhanələrlə üzərimizə yürüdüklərini və prosesin qarşıdurma müstəvisində keçirilməsi üçün daha aqressiv üsullara əl atacaqlarını yazmışdım. Çox gecikmədi və Paşinyanın timsalında erməniliyin edam kötüyündəki alt niyyətlərini ipdən açmaq üçün ən müxtəlif yollara əl atan qlobal maliyyə şəbəkəsinin tör-töküntüləri öncə sosial platformalar, daha sonra isə lokal provakasiyalar üzərindən hərəkətə gətirildilər...

...Əslində bütün bunlar məni təəccübləndirmir. Son 30 ildə dabbaqda gönünə bələd olduqlarımın “çiyərlərinə” çəkdikləri havanan tərkib hissəsini belə mikroelementlərinə kimi bilirəm. Məni təəccübləndirən, siyasi proseslərin dolanbaclarında illərin təcrübəsini qazanmış insanların məqsədyönlü şəkildə yaradılmış emosional mühitin təsiri altına düşmələridir.

Heç kim mələk deyil, bunu yaxşı başa düşürəm. Həmçinin onu da başa düşürəm ki, insan psixologiyası mürəkkəbdir və mühit şəraitin diqtə etdiyi şərtlər altında cinayətkarı qəhrəmana, qəhrəmanı isə ən qatı, ən amansız cinayətkara çevirə bilər. Məhz bu baxımdan, qiymətləndirmələrin konkret əmələ görə özünü bürizə verməsini daha doğru və həm də faydalı hesab edirəm.

Həm birinci, həm də ikinci Qarabağ savaşında ölümün gözünə dik baxan, insan xarakterinin və potensialının ən son və bəlkə də ağlasığmaz imkanlarını nümayiş etdirməyi bacaran, dişiylə, dırnağıyla düşmənə dirəniş göstərən onlarla insan tanıyıram ki, bu gün sıradan bir Azərbaycan vətəndaşı kimi həyatlarına davam edir, qürur duyulası keçmişlərindən sui-istifadə etmələrinə imkan yaratmırlar. Mənə görə, gerçək qəhrəmanlıq gerçək təvəzökarlığın sinonimidir. Daha öncə qeyd etmişdim insan psixologiyasının mürəkkəbliyini... Bax, məhz bu müstəvidən dəyərləndiriləndə ağlıyla, düşüncəsiylə, vücuduyla, hissləriylə tam, bütöv, şəraitdən asılı olmayaraq qəhrəmanlıq nümayiş etdirməyə hazır olan insanlarla, şəraitdən asılı olaraq, özünüqoruma instiktindən, yaxud emosional təsir vasitələrinin basqısı altında, təhtəlşüur olaraq, hansısa prosesin tərkib hissəsinə çevrilənlərin fərqləndirilməsinin tərəfdarıyam.

Elə indi, bu sətirləri yazarkən, təkcə “fit”lə hərəkətə gətirilənlərin deyil, emosional təsir vasitələrinin yükü altında əzilərək, sosial şəbəkələrin kin və aqressiya axını ilə “üzənlərin” əks istiqamətində hərəkət etdiyimi də yaxşı başa düşürəm.

Belə...

Nə olub? Nə özünüzə əl qatmısınız? Hanı sizin jurnalist kimi tərəfsizliyiniz? Hər gün yazılarınızda Qərbdən vutub Şərqdən çıxırsınız, dünyanın nəhəng siyasət adamlarına, texnoloqlarına “dərs” keçirsiniz, amma gözünüzün önündə baş verənlərə gələndə, uzun illərdən bəri faydalandığınız çevrənin maraqları bir yana qalsın, ölkənin mənafeyini də gözünüzün önündə cərəyan edən və kütləviləşməyən tamaşanın müəlliflərinin və oyunçularının pis niyyətlərinə qurban verirsiniz. Budur sizin cəsarətiniz?

Açiq danışacağam: Dünən, Vətənini sevən hər kəsin helikopter qəzasında həlak olan qardaşlarımıza yas saxladığı, gözümüzün içinə kimi yandığımız bir vaxtda paytaxtın mərkəzində təxribata cəhd göstərilməsi, üzərimizə yerimək üçüb marığda dayananlara xidmət, Azərbaycan dövlətinə və xalqına xəyanətdir. Bu xəyanətin başında kimin dayandığından və kimlərin, hansı səbəblərdən və hansı motivlə bu prosesin tərkib hissəsinə çevrildiyindən asılı olmayaraq! Daha öncə də qeyd etmişdim: Qiymətləndirmə konkret əmələ görə aparılmalıdır. Kimlərinsə nə vaxtsa etdiyi xidməti bu gün hadisələri təhlil edərək düzgün nəticə çıxaran, Millətin və Dövlətin mənafeyinə uyğun davranış sərgiləyən insanların başı üzərində “Domokl qılıncı”na çevirmək lazım deyil. Bu gün sərgilənən kütləvi psixoz məntiqindən belə anlaşılır ki, əgər kimsə nə zamansa Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə içtirak edibsə, yaxud əlinə silah alıb şəkil çəkdiribsə, cəbhə bölgəsində ezamiyyətdə olubsa, deməli dövlətə silah qaldıra, kütləvi qətliam törədə, soyğunçuluq edə, milli maraqları emosiyalarına, şəxsi qəzəbinə, aqressiyasına qurban verə bilər... Bu nə düşüncədir?

Ola bilsin ki, kütləvi aqressiya dalğasına qoşulanların bir hissəsi, xüsusilə də gənclər 1992-94-cü illərdə baş verənləri unudublar. Amma mən unutmamışam. Qarabağdan əlisilahlı Bakıya gəlib bazarlarda “rajon” kəsənləri, qızların, gəlinlərin namusuna göz dikənləri, günün günorta çağında soyğunçuluq edənləri yaxşı xatırlayıram. İndi nə edək, ölkəni yenidən həmin dövrə qaytaraq? Dərəbəyliyə, özbaşınalığa, xaosa rəvac verək? Azərbaycan Ordusunun darmadağın etdiyi ermənilər və onların himayədarları bunu istəyirlər. Daha kim istəyir, əlini qaldırsın... Kimin kim olduğundaha aydın görünsün. İt qurddan seçilsin yəni...

Son dəfə “küçəyə” çıxdığında sıradanbir təzyiq səbəbindən qorxudan gözü hədəqəyə çıxan, emosiyalarını ciovlaya bilməyənləri qabağa verib tülkü kimi “yurd”unda, yuvasında gizlənənləri başa düşdük, bu onların xislətidir. Bəs səhərdən axşama kimi “mənəm-mənəm” deyən, sanki dövlətin mənafeyini bunlardan başqa qoruyan yoxmuş kimi hikkəli bir davranış sərgiləyən, ağllı-ağıllı “poz” verib ağzından “dür” tökən modern, yeni, yaxud elə köhnə media, QHT baş, yaxud ayaqbilənləri hardadır? Onlar niyə tülkü kimi mısıblar? Gözləyirlər ki, hadisələr səngisin, yenidən ortalığa çıxıb “intellektul” potensiallarını, ultramədəni rəftarlarını sərgiləsinlər? Bir intellekt ki, dövlətin, xalqın mənafeyini müdafiə etmək cəsarətində və potensialında deyil, tüpürüm o intellektə!

Daha öncə də yazdığım kimi, heç kim mələk deyil. Vaxtilə Rusiya, Gürcüstan, Ukrayna üzərindən ölkəni qarışdırmaq üçün külli miqdarda pul daşıyanlardan bir neçəsi indi Azərbaycandan kənarda, mənbəyi erməni diasporuna gedib çıxan vəsaitlərlə “kanal”, yaxud kanallar açıb üstümüzə kin püskürürlər, qələbəmizi “məğlubiyyət” kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxırlar.

Məsuliyyətdən yayınmaq istəyən istənilən şəxs təzyiq vasitəsi kimi ən müxtəlif üsullara əl ata bilər. İndi kimsə aclıq aksiyası keçirirsə və bu aksiyanın təbliğatı ilk gündən, hətta başlamazdan öncə ayrı-ayrı “mərkəz”lərdən sosial şəbəkələr vasitəsilə total bir şəkildə aparılırsa, bu konkret şəxsin ittiham edildiyi əməli törətmədiyi anlamına gəlmir. Hər halda 450 min ABŞ dolları göydən düşməyib. Bu məğləğin hər senti ilə bağlı təkzibolunmaz sübutlar var... Təfərrüatına varmaq istəmirəm. Çünki bütün bunlara ən yaxın zamanlarda bir daha aydınlıq gətiriləcək!

Məlum şəbəkə və ya şəbəkələrin içərisində yer alanlara isə sözüm yoxdur. Amma bəzi “ağıl dəryaları”nı gerçək kimliklərini ortaya qoymağa çağırıram. Ya o yanlıq olun, ya da bu yanlıq. Haçapaça qalmayın!

Elçin Mirzəbəyli
“Yardımlı “işıq idarəsi” noyabrın 23-dən məni işıqsız qoyub”Məhərrəm Dostəliyev: “Kənddə hadisənin necə baş verməsi ilə bağlı şahidlər var”

Yardımlı rayon Peştəsər kənd sakini Dostəliyev Məhərrəm Alımirzə oğlu üzləşdiyi problemlə bağlı redaksiyamıza şikayət edib. M.Dostəlyev billdirdi ki, Peştəsər kəndində smart kart sisteminə keçilməsi ilə bağlı yeni sayğaclar quraşdırılıb.

Onun sözlərinə görə, 3 ay bundan qabaq podratçı şirkət gəlib boş torpağa 32-lik boru taxıb: “Halbuki boru elektirik xəttinin verilməsinə uyğun deyil, güclü küləyə uzun müddət davam gətirə bilməz. Bunlar azmış kimi heç bir bərkitmə işi də aparılmayıb. O zaman da mən Bakıda fəhlə işlədiyim üçün evdə olmamışam”.

M.Dostəliyev əlavə etdi ki, elektirik sayğacının quraşdırılması prosesi 3 aya başa gəldi: “Noyabrın 23-ü “işığ idarəsi”nin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Yardımlı rayon şöbəsi) əməkdaşları sayğacı həmin 32-lik boruya bağlayanda mən buna etiraz etdim və bildirdim ki, ora yox, təhlükəsiz və uyğun yerə qoyulsun. Etirazlardan sonra sayğacı geri qaytardılar. Noyabrın 23-ü isə mənim işığımı kədilər. Mənə “bizə deyiblər ki bura qoy, mən də bura qoymalıyam”- deyə bildirdilər.

Hazırda sayğacdan evə elektirik enerjisinin verilməsi üçün 30 metr kabel kabel lazımdır. Kabeli də öz hesabıma çəkməli olduğumu dedilər.

Noyabrın 24-də “işıq idarəsi”nə getdim. “İşıq idarəsi”nin müdiri mənə dedi ki, sən niyə əməkdaşlara etiraz edib, sayğacın ora qoyulmasına mane olmusan? Mən dedim ki, dövlətin malının uyğunsuz yerə qoyulub xarab olumasına göz yuma bilmərəm. Mənə dedilər ki sən sayğacın ora qoyulmasına etiraz etməməli idin. Məni hədələməyə başladılar və idarədən qovdular. Mənim üçün akt yazıblar ki, guya sayğacı bağlayan zaman onları təhqir etmişəm. Noyabrın 26-sı 199-a zəng vuraraq hadisə və mənə elektirik enerjisinin verilməməsi ilə bağlı bağlı məlumat vermişəm. Onlar da sistemi araşdırandan sonra sənə bildiriblər ki, köhnə sayğacla bağlı heç bir problem yoxdur. Heç bir borcumun olmadığını bildiriblər.
Daha sonra Yardımlı “işıq idarəsi” mənimlə bağlı polisə şikayət etdi. Aktda Arus kəndindən Salam adlı şəxsin də adı var. Halbuki həmin şəxs heç həmin yerdə olmamışdı. Buna kənd sakinləri şahiddir . Onu şahid göstəriblər ki, guya mən “işıq idarəsi”nin əməkdaşlarını təhqir eləmişəm. Bir sözlə məni şərlədilər. Onlar iş başında dövətin malına xəyanət edə bilər, mən onlara etiraz edə bilmərəm? Etiraz etmək hüququm yoxdur? Kənddə hadisənin necə baş verməsi ilə bağlı şahidlər var.

Bundan sonra guya ki, reyd keçiriblər – özü də bütün sistem smart karta keçəndən sonra. Reyd zamanı guya aşkar olunub ki, köhnə sayğaca müdaxilə etmişəm. Kənd smart kard sisteminə keçəndən sonra mən sayğaca necə müdaxilə edə bilərəm? Bunlar məni nə hesab edirlər?
Ayın 29-u “işıq idarəsi”nin müdirinin yanına getdim, dedi ki, sənin 523 manat cərimə olunmusan. Bütün kənd prosesə şahiddir. Mən deyirəm ki, sayğacı normal bir yerə qoysunlar. Bildirdilər ki, 523 manatı ödə, ondan sonra yeni sayğacı quraşdıraq. Mən dedim ki bu nəyə əsasən yazılıb? Mənə dedi ki, cərimə 700 manatdır, Allahına şükür elə ki 523 manat yazılıb”.

Yardımı Rayon Polis Şöbəsindən isə bizə bildirdilər ki, vətəndaşın “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Yardımlı rayon şöbəsinin əməkdaşlarına qarşı hər hansı bir kobudluğu ilə bağlı fakt qeydə alınmayıb.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Yardımlı rayon şöbəsinə və şöbənin müdiri Emil Bədəlova zəng vursaq da zəngimizə cavab verilmədi.
“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu isə bildirdi ki, məsələ araşdırılacaq.

Əli Zülfüqaroğlu
Prezidentin köməkçisi: “Ermənistan işğal edilmiş ərazilərdə mədəni irsin məhvi ilə məşğul olub”Azərbaycan Ermənistan ilə sülh danışıqlarının başlanmasında və regionda dayanıqlı sülhün təmin edilməsində maraqlıdır".

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq.

Prezidentin köməkçisi işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni abidələrinin sistemli şəkildə məhv edildiyini bildirib.

O, beynəlxalq ictimaiyyəti buna diqqət yetirməyə və Ermənistanın vandallığına qiymət verməyə, həmçinin beynəlxalq institutları işğaldan azad edilmiş ərazilərə qiymətləndirmə missiyası ilə səfər etməyə çağırıb.
Azərbaycanda deputatın bacısı oğlunu maşınla vurub öldürdülər - FOTOHacıqabulda axşam saatlarında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

VAZ-2107 markalı 54 BG 680 dövlət nömrə nişanlı avtomobil Şirvan sakini, 1991-ci il təvəllüdlü Cəfərov Şəhriyar Cəfərağa oğlunu vurub.

Hadisə Hacıqabul Rayon Polis Şöbəsinin qarşısında baş verib. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində vəfat edən Şəhriyar Cəfərov Hacıqabul RPŞ-nin keçmiş əməkdaşı olub. Əldə etdiyimiz məlumata görə, Ş. Cəfərov Milli Məclisin deputatı İltizam Yusifovun bacısı oğludur.(Qafqazinfo)
Azərbaycanın dostu Ərəb Elektron Media Birliyinin sədri seçilibKüveyt dövlətinin başçılıq etdiyi Ərəb Elektron Media Birliyi adlı yeni ərəb informasiya qurumu yaradılıb. Bu təşəbbüs Küveyt Elektron Media Birliyinin sədri Feysəl Xəlifə əs-Savvağ tərəfindən irəli sürülüb.

Bu günlərdə Misirin paytaxtı Qahirədə Küveyt, Misir, Səudiyyə Ərəbistanı, İraq, Livan, Qəmər Adaları, Mavritaniya və Sudandan olan nümayəndə heyətlərinin iştirakı ilə Ərəb Elektron Media Birliyinin təsis konfransı keçirilib.Bu haqda Azerforum.com-a Küveyt Elektron Media Birliyindən məlumat verilib.

Təsisçilər Ərəb Dövlətləri Liqasının himayəsi altında gələcək üçün müasir media şüarı altında yeni ərəb mediası reallığını formalaşdırmaq üçün belə bir media qurumunun yaradıldığını elan ediblər.
Feysəl Xəlifə əs-Savvağ çıxış edərək deyib ki, müasir ərəb mediasında inklüziv bir ölkə olmaq üçün Ərəb Elektron Media Birliyinin yaradılmasının zəruruliyini bildirib.

O, izah edib ki, bu qurum media sahəsində daha yaxşı gələcək üçün real və təsirli bir varlıq olmaq mesajını daşıyır və ona xidmət edir.

Küveyt Elektron Media Birliyinin sədri texnologiyanın əhəmiyyətini nəzərə almaqla bütün təcrübələrdən yararlanaraq, ərəblərin inklüziv platforma yaratmaq səylərini vurğulayıb. “Artıq hamımızın hədəflədiyi bir məqsədi inkişaf etdirmək üçün real və tətbiq edilə bilən bir baxış qurmaq üçün ümumi platformamız var. Mesajımız ölkəmizi təhlükələrdən qorumaq, onun müsbət cəhətlərindən maksimum faydalanmaq, bu geniş məkanda real iz qoymaq və müxtəlif aidiyyəti institutlarla və qurumlarla əməkdaşlığa başlamaq üçün müasir media ilə məşğul olmaqdır”,-deyə o əlavə edib.

O, müasir medianın fərdlərin həyatında böyük əhəmiyyət kəsb edən, cəmiyyətə, mədəniyyətlərin inkişafına, tərəqqiyə böyük təsiri olan mühüm amil olduğunu, ünsiyyət və qarşılıqlı əlaqənin qədim zamanlardan bəri insani xüsusiyyət olduğunu vurğulayıb.
Sonra iştirakçı ərəb ölkələrinin nümayəndələri çıxış edərək Küveyt Dövlətinə və Küveyt Elektron Media Birliyinə bu kimi platformaya ehtiyac olduğunu qeyd edib və bu təşəbbüsə görə Birliyə təşəkkürlərini bildirərək, Küveyt Dövlətinin bu sahədə qabaqcıl rolunu yüksək qiymətləndiriblər.
Daha sonra bəzi düzəlişlər edildikdən sonra yeni birliyin nizamnaməsi qəbul edilib və yeni idarə heyəti seçilib. Bu heyət, Feysəl Xəlifə əs-Savvağdan (Küveyt) prezident, Həsən Əl-Aboudidən (İraq) vitse-prezident kimi, Əbdül-Baqi Safiəl-Din (Sudan) baş katib, Xalid əl-Malik (Səudiyyə Ərəbistanı) və Dr. İman HamdanHamed Əhməd Əli (Qəmər Adaları) və AbdiAbdo (Mavritaniya) ibarətdir.
Küveyt Elektron Media Birliyinin baş katibi Zaidəl-Sanea və küveytli jurnalist Zaidəl-Sərbel bu görüşlərin baş koordinatoru kimi iclasda iştirak ediblər.

Qeyd edək ki, media təşəbbüsünün müəllifi olaraq yeni yaradılan quruma Küveyt Elektron Media Birliyinin sədri Feysəl Xəlifə əs-Savvağ rəhbərlik edəcək.

Xatırladaq ki, Feysəl Xəlifə əs-Savvağ bir neçə dəfə Azərbaycanda işgüzar səfərdə olub. Dəfələrlə ermənilərin Azərbaycana qarşı törətdiyi təxribat əməllərini, Xocalı soyqırımını pisləyən bəyanatlarla çıxış edib. O, Prezident İlham Əliyevin bu il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında iştirak edib. Həmçinin işğaldan azad olunan rayonlara səfər edib və bu haqda Küveyt mediasında geniş məqaləsi dərc olunub. Azərbaycanın dostu olan Feysəl Xəlifə əs-Savvağ 8 Noyabr – Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərərək xeyir-dualarını çatdırmaqdan fəxr və sevinc hissləri duyduğunu bildirib.
Mətbuat Şurası jurnalistə güc tətbiq edən DSX mayoru ilə bağlı BƏYANAT YAYDI"Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən "Baku TV"nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir".

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır. Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşaiyət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır.

"Azərbaycan Mətbuat Şurası "Baku TV"nin əməkdaşlarına münasibətdəki rəftarı qətiyyətlə pisləyir. Şura Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin diqqətini baş vermiş hadisəyə çəkərək qurumu kobudluğa yol vermiş əməkdaşı barədə müvafiq ölçü tədbiri götürməyə çağırır. Azərbaycan Mətbuat Şurası onu da bəyan edir ki, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda jurnalistin qanuni fəaliyyətinə maneçilik cəhdlərinin gələcəkdə də təkrarlanmaması üçün "Baku TV" əməkdaşlarının üzləşdiyi duruma həssas yanaşılması mütləqdir. Şura ümüd edir ki, bu yanaşma konkret əməllərdə əksini tapacaq, baş vermiş hadisəyə layiqli qiymət veriləcəkdir", - bəyanatda vurğulanıb.
“Ukrayna NATO-nun, daha doğrusu, ABŞ-ın nəzarətindədir”İvan Andrianov: “Ukrayna sadəcə olaraq bir neçə gün ərzində məğlub olan Gürcüstanın taleyini təkrarlayacaq”

Ukraynanın NATO tərəfindən dəstəklənməsi rəsmi Moskvaının naratalığına səbəb olub ki, bunu da başa düşmək o qədər də çətin deyil. NATO-ya daxil olan ölkə rəsmiləri rusiyalı həmkarlarının diqqətinə çatdırıblar ki, Ukraynanın ərazi bütövlüyünün pozulması ağır nəticələr doğuracaq. Sərhəddə hərbi texnikanın cəmləşməsi, hərbi təlimlərin keçirilməsi, atəşkəsin pozulması, tərəflərin hədələri müharibənin hər an alovlanacağından xəbər verir. Digər bir tərəfdən xarici medianın rəsmi və qeyri-rəsmi təşviş doğuran məlumatları vəziyyəti gərginləşdirir. Məsələn, . "The Mirror" qəzetinin məlumatına görə,ABŞ-la yanaşı, Vaşinqtonun əsas müttəfiqi Böyük Britaniya da Ukraynaya hərbi dəstək verməyə başlayıb. Qəzetin yazdığına görə,Böyük Britaniya Rusiya ilə müharibə olacağı təqdirdə Ukraynaya əsgər göndərməyə hazırdır. Həmin əsgərlərin isə əsasən xüsusi təyinatlılar, kəşfiyyatçılar, tibb işçiləri, mühəndislər və 400 nəfər paraşütçüdən ibarət qrup olacağı qeyd edilir. Müstəqil mənbələr isə bildirir ki, ingilis hərbçilərin bir qrupu artıq Ukrayna ərazisindədir. Onlar Ukrayna ordusunun döyüş qabiliyyətinin artırılması və Rusiyanın ehtimal olunan təcavüzünün qarşısını ala bilmək üçün təlimlər keçirlər.

ABŞ və Böyük Britaniya Ukraynaya kəşfiyyat məlumatları verməklə də dəstəklərini nümayiş etdirirlər. Prezident Vladimir Zelenski bəyan edib ki, ABŞ kəşfiyatının məlumatına görə, Rusiya Ukrayna ilə sərhəddə 100 min nəfərdən artıq canlı qüvvə, külli miqdarda hərbi texnika cəmləşdirib.

NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirib ki, Alyans Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə qeyri-adi hərəkətlərini diqqətlə izləyir və vəziyyətin dəyişməsinə cavab verməyə hazır olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Təzadlı fikirlər də mövcuddur. Ukraynanın Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini, general-mayor Viktor Yaqun bildirib ki, Rusiya və Ukrayna arasında hərbi konflikt olsa, NATO Kiyevə qoşun göndərməyəcək, lakin silah verə bilər.

“Tək qalmayacağıq, bu, birmənalıdır. Lakin birbaşa müdaxilə, NATO-nun hər hansı batalyonu, yaxud hərbi qrupunu ərazimizdə görməyəcəyik”, - deyə Yaqun bildirib.

General əlavə edib ki, Rusiya ilə mümkün toqquşma yalnız Ukraynanın problemidir və burada kəşfiyyat məlumatları Kiyevin köməyinə çata bilər. Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Pyotr Nedzelski isə “Apostrof” YouTube kanalının efirində bildirib ki, Rus ordusu qorxaqdır və müqavimətin ilk əlamətlərində “qaçacaq”. Polkovnik Rusiyanın guya “istila müharibəsi” aparması, Ukraynanın isə “evini qoruması” fikrini də dilə gətirib.

Hətta amerikalı hərbi ekspert, jurnalist Daniel Devis deyib ki, Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə olacağı təqdirdə ABŞ-ın müdaxiləsi və nüvə zərbələri mübadiləsi istisna edilmir. Amma bütün bun fikirlər yaxşı heç nə vəd etmir.

NATO-nun baş katibi Yens Stoltenberq dünən keçirdiyi mətbuat konfransında deyib ki, biz Ukraynanı NATO-ya gedən yolda, Avro-Atlantik inteqrasiya yolunda dəstəkləyirik, onun islahatlarını, korrupsiya ilə mübarizəsini, müdafiə və təhlükəsizlik sistemini gücləndirməsini dəstəkləyirik. NATO standartlarına riayət etmək lazımdır. Bu, 30 üzv dövlətin qərarı ilə olmalıdır, alyansın genişləndirilməsi ilə bağlı konsensus lazımdır.

Stoltenberq vurğulayıb ki, Ukrayna suveren və müstəqil dövlətdir, heç kim bu məsələyə qarışa bilməz, bunu ancaq Ukrayna və NATO ölkələri həll edə bilər.

NATO rəhbəri eyni zamanda gələcəkdə Ukraynaya qarşı hər hansı hücumunun fəsadlarının ağır ola biləcəyini deyib. O, bunun siyasi və iqtisadi bədəlinin ağır olacağını vurğulayıb.

“Xalq Cəbhəsi” Geopolitik Proqnozlar Mərkəzinin analitiki, politoloq İvan Andrianova mövzu ilə bağlı 3 sual ünvanladı…

- Rusiya Ukraynanın NATO ilə yaxınlaşmasından və alyansın silahla təmin olunmasından niyə narahatdır?

- Şübhəsiz ki. Üstəlik, sualınızda Rusiyanın bu mövqeyinə təsir edən iki məqamı qeyd edirsiniz. Birincisi, sizə xatırlatmaq istərdim ki, soyuq müharibə başa çatarkən NATO və Vaşinqtonda çoxlu vədlər verilmişdi ki, onların da mahiyyəti alyansın şərqə doğru genişlənməyəcəyi ilə bağlı idi. Qorbaçov və onun ətrafı, sonra Yeltsin buna inanırdı. Bu vədlərin qiyməti indi hamıya məlumdur: bu gün alyansın qoşunları birbaşa Rusiya ilə sərhəddə yerləşir. Məsələn, Baltikyanı respublikaların ərazisində. Və bu, Almaniyada olduqlarından daha yaxındır. Bu,Ukraynada konstitusiyaya zidd silahlı çevriliş kimi dəyərləndiriləcəyi ümün vacibdir. Bu ölkə Moskvanın strateji hərbi planlarında, o cümlədən yuxarıda adı çəkilən Soyuq Müharibə dövründə həmişə 2-ci strateji eşelon ərazisi kimi nəzərə alınıb.

Bu gün vəziyyət dəyişib, Ukrayna faktiki olaraq NATO-nun, daha doğrusu, ABŞ-ın nəzarətindədir. Hərbi nöqteyi-nəzərdən bu o deməkdir ki, ehtimal olunan cəbhə xətti və yalnız quru Rusiya-Ukrayna sərhədi iki min kilometrə yaxındır, hərbi əməliyyatlar baş verərsə, paytaxt Moskvaya daha yaxındır.

Əgər əvvəllər bu istiqamətdə NATO ölkələrinin ərazilərindən məsafə 1100 km-dən çox idisə, hazırda bu, 450 km-ə yaxındır. Bu ixtisarın iki dəfədən çox olması, şübhəsiz ki, Rusiya müdafiə departamentinin nümayəndələrini və müvafiq olaraq ali siyasi rəhbərliyi narahat edir.

Bu, Ukraynanın istehlak materialı rolunu oynadığı və yalnız Rusiyanın mühüm mərkəzlərinin yaxınlığında yerləşən ərazi kimi qəbul edildiyi geosiyasət və strategiya ilə bağlı sualınızın birinci hissəsidir.

Silah və sursatların alınmasına gəlincə, müdafiə baxımından Rusiya üçün bu problem deyil.

İyirmi ildən artıq intensiv istifadədə olan şişmə qayıqların və ya bir cüt sahil mühafizə gəmisinin alınması çətin ki, Krımda yerləşən raket kreyserləri bir yana, Rusiya sualtı qayıqları və freqatları ilə rəqabət apara bilsin. "Ən son Jewelin tank əleyhinə sistemlərinə" gəlincə, onların ötən əsrin 80-ci illərinin ortalarında ABŞ ordusu tərəfindən qəbul edildiyini xatırlatmaq yerinə düşər.

Ötən ilki Qarabağ müharibəsində ölkənizin də istifadə etdiyi “Bayraktar”lara gəlincə, onlar döyüşlərin əvvəlində və ortasında özlərini parlaq şəkildə göstərmişlər. Amma son mərhələdə sıradan çıxamağa başladılar, operatorlara tabe olmurdular, elektronikası xarab olurdu və s.

Başqa bir şey Kiyevin yeddi ildir ki, “Donbas respublikası”na qarşı mübarizə aparmasıdır. Hava hücumundan müdafiə sistemləri və tıxacları olmayan “DXR” və “LPR”nin mülki şəxsləri və milisləri üçün Ukrayna və xüsusilə Türkiyə pilotsuz təyyarələri, eləcə də müasir atıcı silahlar həqiqətən təhlükə yaradır.

Üstəlik, onlara 100 minə yaxın Ukrayna hərbçisi müqavimət göstərir.

Və bu “respublikaların” ərazisində 600-700 minə yaxın Rusiya vətəndaşı yaşayır. Və Moskva onlara cavabdehdir. Ukrayna rəhbərliyi isə bu barədə kifayət qədər məlumatlıdır.

- Moskva Kiyevi hədələyir...

- Təhdid kimi də qiymətləndirilə bilən sərt xəbərdarlığı doğrudan da rəhbərliyimiz bir dəfə səsləndirmişdi. Ancaq burada da kontekst vacibdir.

Futbol üzrə dünya çempionatının açılışına az qalmış Rusiyanın müvafiq xidmətləri xəbər veriblər ki, Ukrayna hərbçiləri çempionatın açılış mərasimi zamanı 2008-ci ildə gürcü hərbçilərinin Tsxinvala və Rusiya sülhməramlılarına hücumu zamanı baş vermiş təxribata oxşar təxribat planlaşdırır. Baş nazir Putin Pekin Olimpiadasının açılış mərasimində olarkən.

Putin həqiqətən də “Donbas respublikalarına” hücum ehtimalını şərh edərkən deyib: “Əgər əyilsəniz, dövlətçiliyinizlə bağlı sual yaranacaq”. Artıq nə prezident, nə hökumət üzvləri səviyyəsində, nə də parlament palatalarının rəsmi sənədlərində bu qəbildən olan bəyanatlar yox idi.

Və bu asanlıqla təsdiqlənir. İnternetdə hər şey var.

Üstəlik, Rusiya hakimiyyəti Ukrayna ilə normal, tərəfdaşlıq və hətta müttəfiqlik münasibətlərində daha çox maraqlıdır. Amma hazırda Kiyevdə hakimiyyətdə elə adamlar var ki, onlarla konstruktiv dialoq qurmaq mümkün deyil. Bu gün oliqarxlar, nasistlər, gey cütlüklər, komediyaçılar, boksçular və mənim üçün tamamilə anlaşılmaz olan başqa insanlar var ki, dövləti necə idarə etmək barədə zərrə qədər də anlayışı yoxdur. Məhz onların hərəkətləri və qərarları ona gətirib çıxardı ki, bir vaxtlar SSRİ-nin ən varlı respublikasında indi qazın aylıq qiyməti orta pensiyadan bahadır. Və belə misallar çoxdur.

- Müharibə yenidən başlaya bilərmi?

- Əgər siz vətəndaş müharibəsini, yəni Ukraynanı və Donbas və Luqansk əhalisini nəzərdə tutursunuzsa, bəli. Çünki açıq deyək, əgər Kiyev doğrudan da Moskva ilə vuruşsaydı, o zaman Ukrayna çoxdan Rusiya Federasiyasının xəritəsində yeni regiona çevriləcəkdi. Bu gün, ümumiyyətlə, yalnız bir neçə ölkə hərbi güc baxımından Rusiya ilə müqayisə edilə bilər. Bu, ABŞ və qismən Çindir. Qalan hər şey - Türkiyə, Fransa, Almaniya və hətta Aİ-nin bütün birləşmiş ordusu, buna baxmayaraq yaradılıbsa, bu, Rusiya Federasiyasının silahlı qüvvələrindən daha zəif bir miqyasda bir sıradır.

Donbasda vətəndaş müharibəsi isə dayanmır. Bəli, müxtəlif dərəcədə müvəffəqiyyətlə müşahidə olunan atəşkəslər var idi. Lakin elə bir ay olmadı ki, “DXR” və ya “DXR” əraziləri üzərindən mərmi uçmasın, mülki insanlar snayper atəşindən ölməsinlər. Ölənlərin sayı dəhşətlidir.

BMT-nin rəsmi məlumatlarına görə, yeddi il ərzində hər iki tərəfdən 13 mindən çox insan həlak olub. Eyni zamanda, hələ 2015-ci ildə Alman kəşfiyyatı yalnız o vaxt 50 minə yaxın insanın öldüyünü bildirən bir hesabat yayımladı. O vaxtdan altı il keçib... Bəli və tanınmamış respublikaların məlumatları da BMT-nin rəqəmlərinin xeyli aşağı göstərildiyini deməyə imkan verir.

Sonda mən Donbasda münaqişənin real alovlanması təhlükəsindən danışmağa imkan verən bir neçə faktı əlavə etmək istərdim: Türkiyə pilotsuz təyyarələrinin istifadəsi, hansı ki, bütün razılaşmalarla birbaşa qadağandır, Ukrayna Silahlı Qüvvələri tərəfindən atışmaların sayının artırılması, NATO ölkələrinin də qadağan edildiyi texnikaların təmas xəttinə ötürülməsi və onun “boz zonaya” daxil olması, Ukraynaya öldürücü silahların tədarükü, Şimali Atlantika Alyansının hərbi təlimatçılarının Ukrayna hərbçiləri arasında daimi mövcudluğu və s. siyahını uzatmaq olar.

Eyni zamanda, bir çox ekspertlər bu fikirdədir və onlarla razılaşmamaq olmaz ki, Rusiya ilə Ukrayna arasında silahlı toqquşma baş verərsə, Kiyev NATO-dan birbaşa dəstək görməyəcək. Sadəcə ona görə ki, bu, ağlı başında olan heç bir generalın istəmədiyi Üçüncü dünya müharibəsinin başlanğıcı olacaq. Bu o deməkdir ki, Ukrayna sadəcə olaraq bir neçə gün ərzində məğlub olan Gürcüstanın taleyini təkrarlayacaq.