"Tuqay meşələrindən əsər-əlamət də qalmayıb"Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Gənclərin işğaldan azad olunmuş ərazilərin ekoloji qiymətləndirilməsində iştirakı" layihəsi çərçivəsində ilk səfərim Cəbrayıl rayonuna oldu.

Orada müşahidələr apardım və ekoloji qiymətləndirmədə iştirak etdim. Təəssüf olsun ki, müşahidə etdim ki, erməni vandalizmi nəticəsində Araz çayının qırağı ilə sıx Tuqay meşələrindən əsər-əlamət də qalmayıb. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri — Böyük Mərcanlı, Soltanlı, Əmirvanlı və başqa kəndlər yerləşir. Hər 3 kənddə olduq. Hər tərəfdə dağıdılmış, uçurulmuş, yandırılmış evlərin qalıqları, başı kəsilmiş, gövdələri yandırılmış ağaclar var.

Böyükmərcanlı kəndində məhv edilmiş tut bağlarını tətdiq etdim. Böyük Mərcanlı sakinləri baramaçılıqla, üzümçülüklə məşğul olublar. Yolun sağı da, solu da aqrotexniki qulluq edilmədiyi üçün cılızlaşan və əksər hissəsi quruyan üzümlüklər tut bağları, üzüm plantasiyaları idi. ETSN-nin əməkdaşının bildirdiyinə görə tut bağları bura baramaçılıq üçün salınmışdı. İndi nə o tut bağları var, nə də üzümlüklər.

Cəbrayılda da işğaldan azad olunan digər rayonlarımızda olduğu kimi çox ciddi şəkildə minatəmizləmə əməliyyatları həyata keçirilir. “Ohanyan səddi”nin bir hissəsi Cəbrayılın ərazisinə düşür.

Tut bağlarından sonra yolumuz Əmirvanlı kəndinə oldu. Erməni işğalından əvvəl rayonda yaşı 400–500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq olub. ETSN-nin əməkdaşının dediklərinə görə Cəbrayılın 24 min hektarlıq meşə ərazisinin 23 min hektarı məhv edilib. Ermənilər Cəbrayılın meşələrini qırıb, rayon ərazisindəki bütün qiymətli ağacları kəsərək Ermənistana daşıyıb. Qiymətli Araz palıdı meşə sahələrinə qarşı xüsusi amansızlıq göstərilib. Zəngilanda olduğu kimi, Cəbrayılda da 100-200 il, hətta Əmirvarlı kəndində təbiət abidəsi hesab olunan, yaşı 800 il olan ağacı belə kəsiblər. Əmirvanlı kəndində əsas gövdəsi kəsilmiş və yandırılmış Şərq Çinarına baxış keçirdik. Bu Şərq Çinarı təbiət abidəsi statusludur. 3 metrə yaxın diametri olan gövdəsini də yandırıblar. İndi həmin gövdənin kənarlarından 12 Araz çinarı boy verib, uzanıb, qollu budaqlı olublar.

Əmirvanlı kəndindən çıxıb 3 km qət edərək Soltanlı kəndinin qum yatağına baxış keçirdik. Qarabağın yenidən qurulmasında bu qum yatağının yüksək tikinti əhəmiyyəti vardır. Sabah Füzuli rayonuna səfər edəcəyik. Səfərimlə bağlı fikirlərimi sizinlə paylaşacağam.



Ülvi Məmmədov / 30.11.2021
Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Azərbaycana başsağlığı verdiQuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Avrasiya.net xəbər verir ki, başsağlığı mesajında deyilir:

“Qardaş ölkə Azərbaycanımızın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonunun Qaraheybət Hərbi Hava Limanında təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində onlarla soydaşımızın həlak olması və yaralanması xəbərini böyük kədərlə öyrəndim. Allah bu faciəli qəzada həyatını itirən azərbaycanlı qardaşlarımıza rəhmət eləsin. Onların kədərli ailələrinə, əziz Azərbaycan xalqına və Azərbaycan hökumətinə öz adımdan və dövlətim adından başsağlığı verir, səbr diləyirəm”.
Yaxın saatlarda hava KƏSKİN PİSLƏŞƏCƏK - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİDünəndən cənub-qərb küləyinin üstünlüyü havanın temperaturunun iqlim normasından 5 dərəcəyədək yüksək olmasına səbəb olub.

Avrasiya.net-ə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, küləyin maksimal sürəti Qobustanda 28 m/s, Daşkəsəndə 25 m/s, Xınalıqda 24 m/s, Altıağacda 18 m/s, Lerik, Astarada 17 m/s, Qubada 16 m/s, Yardımlıda 15 m/s, Bakı, Pirallahıda 20 m/s, Maştağa, Qum adası, Binədə 18 m/s, Neft Daşlarında 17 m/s, Çilov adasında 16 m/s, Sumqayıtda 15 m/s-ə çatıb.

Hazırda Bakıda havanın temperaturu 18-20 dərəcə isti təşkil etsə də və hava nisbətən mülayim olsa da, yaxın saatlarda hava şəraitinin dəyişəcəyi gözlənilir. Qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin yaxın 4-5 saata ölkə ərazisinə yaxınlaşması artıq şimal-qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.

Küləyin maksimal sürəti günün ikinci yarısından axşama doğru Bakıda və Abşeron yarımadasında 15-20 m/s, arabir 23-28 m/s, bəzi yerlərdə 30 m/s olacaq. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək.

Sabah gündüz saatlarında külək zəifləyəcək.
Dövlət Agentliyi deputatın şirkətini məhkəməyə verdiDövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Piran kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Kaspi Yıldız” MMC tərəfindən qanunsuz qum-çınqıl hasilatının aparıldığı müəyyən edilib.

Avrasiya.net xəbər verir ki, agentliyin rəsmisi Samir Qurbanov bildirib ki, faktla bağlı bu ilin 26 oktyabr tarixində protokol tərtib edilib və şirkət barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lerik Rayon Məhkəməsinə göndərilib.

O qeyd edib ki, sözügedən şirkət qanunsuz qazıntı işlərini davam etdirdiyi üçün barəsində toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Qeyd edək ki, “Kaspi Yıldız” MMC Milli Məclisin deputatı İqbal Məmmədovə məxsusdur.
Ərdoğan Putinə zəng edəcək: Mühüm müzakirəTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında dekabrın 3-də telefon danışığının olacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin toplantısında deyib.

O, liderlərin Ukrayna mövzusunu müzakirə edəcəklərini bildirib.

Qeyd edək ki, Türkiyə lideri Ukrayna ilə Rusiya arasında vasitəçiliyə hazır olduğunu bildirmiş, Ukrayna isə buna müsbət baxdığını açıqlamışdı.
Rusiya səfirliyi Azərbaycana başsağlığı verdiRusiyanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Avrasiya.net xəbər verir ki, bu barədə səfirliyin Tvitter səhifəsində yazılıb.

“Azərbaycan Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik! Allah rəhmət eləsin”, - başsağlığında vurğulanıb.
ABŞ səfirliyi Azərbaycana başsağlığı verdiABŞ-nin Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Avrasiya.net xəbər verir ki, bu barədə səfirliyin Tvitter səhifəsində yazılıb.

“Səfir Örl Litzenberqer helikopter qəzasında həlak olanlara görə başsağlığı verir”, - paylaşımda bildirilib.
Beyləqanda polis güllələndiNoyabrın 30-u saat 1 radələrində Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Beyləqan rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, kənd sakini 1981-ci il təvəllüdlü Eldəniz Alışov kənd ərazisində xidmətdə olan Beyləqan Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölməsinin polis nəfərləri Mirsahib Abdullayev və Sarvan Çıraqzadənin ona yaxınlaşaraq üzərində olan qoşalülə ov tüfənginin sənədlərini tələb etdikdə Eldəniz Alışov silahın qeydiyyatsız olduğunu bildirmiş, polis əməkdaşları silahı təhvil verməsini tələb etdikdə isə o, Sarvan Çıraqzadənin sağ ayağına atəş açaraq xəsarət yetirmiş, E.Alışov ikinci dəfə atəş açmağa cəhd etdikdə polis əməkdaşları silahı onun əlindən almışlar.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam edir.
Messi: "Biz bütün mümkün kubokları qazanmaq istəyirik"Fransanın “Pari Sen-Jermen” futbol komandasının argentinalı hücumçusu Lionel Messi növbəti "Qızıl top"u qazanmaq istəyib-istəməyəcəyi barədə sualı cavablandırıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

“Bu barədə düşünmürəm, mən həmişə ilk növbədə komandanın kuboklarını düşünürəm. Biz bütün mümkün kubokları qazanmaq istəyirik. Fərdi mükafatlar haqqında düşünməyə vaxt yoxdur.

Biz hər gün iş görürük və tədricən komandanın məqsədlərinə çatmağa doğru irəliləyirik", - deyə Paris klubunun mətbuat xidməti futbolçudan sitat gətirib.

Xatırladaq ki, noyabrın 29-da Lionel Messi karyerasında yeddinci “Qızıl top”unu qazanıb.
Avropa İttifaqının prezidentindən Ermənistanla Azərbaycana TƏKLİFErmənistan və Azərbaycan arasında siyasi dialoq dayanıqlı nizamlanmaya gətirib çıxara bilər.

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti forumunda çıxışı zamanı deyib.

“Regionda uzanan münaqişələr əsas problem olaraq qalır. Onlar beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq yeni səylər tələb edir. Avropa İttifaqı münaqişələrin qarşısının alınması və həllində öz rolunu oynamağa hazırdı. Bura etimadın yaradılması və davamlı və hərtərəfli nizamlanmanın təşviqi, o cümlədən münaqişədən sonra yenidənqurma tədbirlərinə dəstək daxildir.

Ermənistanla Azərbaycan arasındakı münasibətlər vəziyyətin kövrəkliyini göstərir. Mən tam əminəm ki, yalnız siyasi dialoq dayanıqlı nizamlanmaya gətirib çıxara bilər. Bu, həmçinin Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyətinin birləşməsini, körpülərin qurulmasını və barışıq səylərinə kömək etməyi tələb edəcək”.