Tofiq Yaqublu xəstəxanaya aparıldıTofiq Yaqublu xəstəxanaya aparılıb.

Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat paylaşıb.

O bildirib ki, təcili tibbi yardım vasitəsilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına gedirlər.

Qeyd edək ki, bu gün Bakıda keçirilən icazəsiz aksiya zamanı Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirildiyi bildirilib. Məsələ barədə DİN də məlumat yayıb. Qeyd edilib ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır: "Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq".
Elçin Quliyevin mühafizəçisi jurnalisti vurdu - VideoDövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib.

Avrasiya.net xəbər verir ki, hadisə tanınmış jurnalist, Baku TV-nin əməkdaşı Tural Museyibov DSX-nin rəisi Elçin Quliyevdən açıqlama almaq istəyərkən baş verib.

R.Cahangirov T.Museyibovu itələyib, ərazidən uzaqlaşdırmaq istəyib, bu prosesi çəkən operatora isə yumruq atıb.

Rövşən əvvəllər "Speys" və "Lider" TV-də çalışıb.

Keçmiş media əməkdaşının özünü qoçu və kobud aparması ictimai qınaqla nəticələnib.

Qeyd edək ki, Rövşən Cahangirov müğənni Elnarə Xəlilovanın həyat yoldaşıdır.
AzTV faciəvi qəzaya görə efir proqramında dəyişiklik etdiAzərbaycan Televiziyası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə əlaqədar olaraq efir proqramında dəyişiklik edib.

Avrasiya.net xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildiirlib ki, hadisə ilə bağlı məlumatın çıxdığı andan etibarən kanalın səlahiyyətli şəxsləri əyləncəli və musiqili verilişlərin dayandırılması, efir proqramının sözügedən faciəvi hadisəyə uyğunlaşdırılması ilə bağlı qərar qəbul edib.

“Azərbaycan Televiziyası ölkə əhəmiyyətli hadisələr, xalq və dövlət üçün həssas məqamlarda dərhal reaksiya verir, verilişlərin mövzularında dəyişiklik edir, ictimaiyyətin məlumatlandırılması üçün səfərbər olur. Bundan sonra da bu siyasətin davam etdirilməsinə çalışacağıq” – deyə məlumatda bildirilib.
Yaxşı ki, Tanrı və zaman bizə ulu və şərəfli bir millət olaraq işğal təqvimini Zəfər təqvimi ilə əvəzləməyə imkan verdi. 44 günlük Vətən müharibəsində Şanlı Azərbaycan Ordusunun əldə etdiyi qələbələr işğalçı Ermənistanı kaputilyasiya sənədini imzalamağa məcbur etdi. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də heç bir döyüş əmliyyatı keçirilmədən, itki vermədən mənfur düşməndən təmizlənərək Azərbaycana geri qaytarılıb. Bu şəhidlərimizin şücaətinin, qazilərimizin qəhrəmanlığının nəticəsində mümkün oldu. Ağdam və Kəlbəcərdən sonra Laçının da döyüşsüz azad edilməsi Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik mübarizəsinin məntiqi yekunu idi. Bu qeyri-adi bir mübarizə idi. Dünya hərb tarixində bu cür mübarizə nümunələrinə müstəsna hallarda rast gəlinir. Çox nadir müharibələr var ki, onlar tarixə illərlə işğal altında qalan ərazilərin bir qisminin real hərbi əməliyyatlar nəticəsində, digər qisminin isə diplomatik savaş sayəsində azad edilməsi ilə düşüb. 44 günlük müharibə də məhz belə müharibələrdən biridir və biz bunu hər yerdə qürurla vurğulaya bilərik.

Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi millətçi-şovinist erməniləri necə sevindirmişdisə, 28 illik aradan sonra Laçının yenidən öz tarixi sahibinə qovuşması da bu xəstə təfəkkürlü toplumu ikiqat artıq məyus etdi. Çünki onlar vaxtilə Şuşanın ardınca Laçını işğal etməklə bu rayonun ələ keçirilməsinin onlar üçün necə böyük strateji əhəmiyyətə malik olduğunu göstərirdi. Təcavüzkar qonşularımız əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçınını işğal etməklə həm Azərbaycanın digər rayonlarını işğal etmək üçün əlverişli mövqe qazanmaq imkanı əldə etmişdilər, həm də iqtisadiyyatımıza ciddi ziyan vurmuşdular. Laçın rayonu həmin vaxt Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm paya malik olan rayonlarımızdan biri sayılırdı.

İşğaldan öncə Laçın Azərbaycanın ən inkişaf etmiş rayonlarından biri olub. Erməni qəsbkarları işğal dönəmində bu rayonun bütün iqtisadi infrastrukturunu, mədəni-məişət obyektlərini, tarixi abidələrini, məktəblərini, məscidlərini dağıdaraq talan ediblər. Bu onların iç üzünü, faşist xislətini göstərməklə bərabər, həm də bizə qarşı etnopsixoloji zəmində nifrətlərini təsdiqləyir. İrqçiliyə, milli zəmində nifrətə, türkofobiyaya söykənən erməni faşizmi bəşəriyyətə ağır zərbə vurmuş alman faşizmindən də daha qəddar və amansızdır. Bunun əyani təsdiqini bu gün işğaldan azad edilmiş rayonlarımıza səfər edən istənilən əcnəbi qonaq gedib öz gözləri ilə görə bilər.

Ermənilər vəhşi qəbilələr, vandallar kimi Qarabağda, Şərqi Zəngəzurda, o cümlədən Laçın rayonunda hər şeyi yerlə-yeksan ediblər, müasir dövrümüzdə misli görünməmiş barbarlığa imza atıblar. Lakin şükürlər olsun ki, Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın davam edən bu barbarlığa 44 günlük müharibə ilə son qoydu və erməni faşizmini cəzalandırdı, torpaqlarımızı işğaldan azad etdi. Laçın rayonunun işğaldan azad olunması tarixi ədalətin bərpa edilməsidir. Biz tarixi ədalətin qalib gələcəyinə inanırdıq. Bütün Azərbaycan xalqı buna inanırdı. Yurd həsrəti ilə yaşayan laçınlılar da buna qeyd-şərtsiz inanırdılar. Və budur, indi laçınlıların böyük səbr və mətanətlə dözdüyü yurd həsrətinə artrıq son qoyulmaqdadır.

Bu gün Laçının işğaldan azad edilməsinin birinci ildönümü tamam olur. İndi Laçın ikinci həyatına başlayır. Prezident İlham Əliyev ötən bir il ərzində Laçın rayonuna iki dəfə - 14 fevral və 16 avqust tarixlərində səfər edib və işğalın ağır nəticələrinin aradan qaldırılması, bərpa və yenidənqurma işlərinin aparılması üçün bütün lazımi tapşırıqlarını verib. Hazırda Laçında çox ciddi quruculuq və bərpa işləri gedir. Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və böyük infrastruktur layihələri reallaşdırılır. Bir sözlə, Laçın yenidən qurulur, laçınlılar isə Böyük Qayıdış gününə hazırlaşırlar. İnşAllah Laçın tezliklə öz əvvəlki gözəlliyinə, bənzərsizliyinə qovuşacaq. Amma biz bədnam qonşularımızın bu son 30 ildə bizə qarşı törətdiyi vəhşilikləri bundan sonra heç zaman unutmamalıyıq. Biz bundan sonra qalib xalq kimi hər zaman torpaqlarımızı göz bəbəyi kimi qorumalıyıq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Fırtına: 22 yaşlı azərbaycanlı dənizçi dənizə düşdüTürkiyədə yük gəmisində çalışan azərbaycanlı gənc dənizə düşüb.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Türkiyə vaxtı ilə bu gecə saat 02:00 radələrində Ereğli rayonundakı limanda lövbər salan Panama bayraqlı "Ünzile Main” quru yük gəmisində baş verib.

Hadisə gəminin şəxsi heyətində işləyən 22 yaşlı azərbaycanlı Anar Orucovun qırılan kəndiri təmir etdiyi vaxt baş verib. O, güclü külək əsməsi nəticəsində dənizə düşüb. Sahil Təhlükəsizlik Qayıq Komandanlığı və Ereğli Bələdiyyəsi Xilasetmə Xidmətinə bağlı xilasetmə əməkdaşları hadisə yerinə cəlb edilib. Gecə saatlarında başlayan əməliyyat-axtarış tədbirləri səhər saatlarında da davam edib. Dənizə düşən işçinin gəminin altında ola bilmə ehtimalını qiymətləndirən xilasetmə qrupları külək dayandıqdan sonra axtarış işlərinə davam edəcəklər. Digər tərəfdən bölgəyə dalğıc qrupları da cəlb edilib.

Anar Orucovun axtarışı davam edir.
ABŞ və Britaniya səfirləri Ağdama gediblərBu gün ABŞ səfiri Li Litzenberqer və Böyük Britaniya səfiri Ceyms Şarp Ağdama birgə səfər edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter”də bildirib.

“Bu gün ABŞ və Böyük Britaniya səfirləri ilə birlikdə Ağdama ortaq ziyarət təşkil etdik. Səfər çərçivəsində qonaqlara dağıdılan yerlər göstərildi və şəhərin gələcək quruculuq işləri barədə məlumat verildi”.
Bakıda tanışını öldürən üç qardaş həbs olunduNoyabrın 27-si saat 21 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü İrşad Əliyevə və dostu 2000-ci il təvəllüdlü Fərid Əliyevə bıçaqla xəsarətlər yetirilməsi, yetirilmiş xəsarətlər nəticəsində Fərid Əliyevin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlərin tanışları Sabunçu qəsəbə sakinləri - Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları ilə Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi 41 ünvanında yerləşən kafenin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rahib Lətifov bıçaqla Fərid Əliyevə və İrşad Əliyevə xəsarətlər yetirib, Ramil Lətifov və Qorxmaz Lətifov isə silah qismində istifadə etdikləri vasitələrlə İrşad Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Toplanmış sübutlarla Rahib Lətifov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə), Ramil və Qorxmaz Lətifovlar isə CM-nin 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.
Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin 4-cü topaqələviləşdirmə ərazisində həyata keçirilən tikinti-quraşdırma işləri zamanı qədim maddi mədəniyyət qalıqlarına dair yeni fraqmentlər aşkar edilib.

Üzə çıxarılan arxeoloji abidənin araşdırılması məqsədilə ərazidə işlər dərhal dayandırılıb, arxeoloji ekspediyanın təşkil edilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müraciət edilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə “AzerGold” QSC və AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu arasında 3 sentyabr 2021-ci il tarixində bağlanmış müqavilə çərçivəsində ərazidə çöl-tədqiqat işləri aparılıb. Arxeoloji qazıntılar zamanı ərazidə Son tunc-Erkən dəmir dövrünə (e.ə.II min.sonu-I min. əvvəli) 58 daş qutu qəbir müəyyən edilib. Xocalı-Gədəbəy mədəniyyətinə aid qəbirlərdə insan sümükləri ilə yanaşı, xəncər, nizə və toppuz, bilərzik, sırqa, kəmər, muncuq və s. silah və məişət əşyaları aşkarlanıb. Əşyalar arasında çoxsaylı saxsı küpə, bardaq, qazan, kasa və s., həmçinin Misirdən gətirilmiş mavi pasta muncuqları və Hind okeanı üçün xarakterik olan kaurilərə rast gəlinib.

Arxeoloji tədqiqat prinsiplərinə uyğun olaraq ərazidə aşkar edilmiş qəbirlərin hamısı təmizlənib, foto və qrafik təsvirləri çəkilib və müvafiq qeydlər aparılıb. Maddi mədəniyyət nümunələri ərazidən götürülərək qablaşdırılıb, kameral tədqiqatların aparılması üçün İnstitutun arxeoloji fonduna təqdim edilib.

Arxeoloqların qənaətinə görə, aşkar olunan yeni arxeoloji abidə 2019-cu ildə Çovdar qızıl mədənin 3-cü topaqələviləşdirmə sahəsində tədqiq edilmiş nekropolun bir hissəsidir. Həmin dövrdə Çovdar nekropolunda aparılmış qazıntılar zamanı 156 qəbir, 6000-dən çox eksponat tapılıb və tədqiq edilib. Hazırda həmin nümunələr əsasında yerli və əcnəbi mütəxəssislərin birgə əməkdaşlığı ilə nüfuzlu beynəlxalq laboratoriyalarda analizlər aparılır.
Analiz təhlillərinin nəticəsində qədim tayfaların regionun digər xalqları ilə qohumluq əlaqələri barədə genetik məlumatlar əldə ediləcək.

Qədim tayfaların burada məskunlaşma tarixi, dəfn olunanların cinsi, yaşı, xəstəlikləri, ölüm səbəbi, qida rasionu öyrəniləcək. Bununla da, qədim insanların məişəti, həyat tərzi, məşğulluqları, həmin dövr üçün bölgədə xarakterik olan epidemik xəstəliklər müəyyənləşəcək. Həmçinin nekropoldan tapılmış metal əşyalar üzərində həyata keçirilən spektral analizlər onların tərkibinin öyrənilməsinə imkan verəcək
Baş prokuror: “Prezident qəzanın tam araşdırılması üçün tapşırıq verib”Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizin ailələrinə, yaxınlarına öz adımdan və Baş Prokurorluğun kollektivi adından başsağlığı verirəm, xəsarət alanlara şəfa diləyirəm.

Avrasiya.net xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Kamran Əliyev bildirib ki, bu faktla bağlı artıq cinayət işi başlanıb:

"Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı əsasında cinayət işi tam və hərtərəfli araşdırılacaq, bu hadisənin bütün səbəb və şəraiti istintaq zamanı öyrəniləcək. İstintaqın gedişi barədə Azərbaycan ictimaiyyəti ətraflı və mütəmadi məlumatlandırılacaq.

Baş prokuror təəssüf hissi ilə qeyd edib ki, bəzi şəxslər tərəfindən bu hadisədən siyasi məqsədləri üçün sui-istifadə hallarına cəhdlər göstərilir, heç bir fakta söykənməyən əsassız şayiələr yayılır.
“Bununla bağlı bildirirəm ki, bu kimi şəxslər barədə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ən sərt tədbirlərin görülməsi təmin ediləcək. Bu faciədən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir”, - deyə Baş prokuror Kamran Əliyev əlavə edib.
Bakıda universitetin qarşısında dava: 2 nəfər bıçaqlandıTrend xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Səbail rayonu ərazisində, Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında baş verib. Hadisə nəticəsində iki nəfər bıçaqlanıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu açıqlamasında bildirib ki, hadisə zamanı bıçaq xəsarətləri alan Əli Allahverdizadə və Eşqin Müseyibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.