Bu il 248 uşağa Polad, 65 uşağa isə Xudayar adı verilibBu il doğumu qeydə alınan uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan adlar arasında Polad və Xudayar üstünlük təşkil edir.

2020-ci ildə və 2021-ci ilin on ayı ərzində hər iki adın uşaqlara verilməsi halı əvvəlki illərlə müqayisədə kəskin artıb. Ölkəmizdə Polad adı 2020-ci il ərzində, Xudayar adı isə Vətən müharibəsi dövründə məşhurlaşıb.

Bu ilin hələ yanvar-oktyabr ayları ərzində yeni doğulan 248 körpəyə Polad adı verilib. Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.

Bununla yanaşı, bu ilin on ayında 65 uşağa Xudayar adı verilib. Bu ad ötən il ərzində cəmi 3 nəfərə qoyulmuşdusa, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı. 2018-ci ildə isə cəmi bir uşağa Xudayar adı verilmişdi.

Bu ilin birinci yarısında Polad adı 154 körpəyə, Xudayar adı isə 33 körpəyə verilmişdi.

Beləliklə, son aylar ərzində, yəni iyul, avqust, sentyabr və oktyabr aylarında Polad adı daha 94 uşağa, Xudayar adı isə daha 32 uşağa verilib. Bu da o deməkdir ki, ölkədə yeni doğulan oğlan uşaqlarına bu adların verilməsi kəskin artıb.

Qeyd edək ki, Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.

Xudayar adı isə Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.
İranın qarşısını almağa hər an hazırıq - Blinkenİran və onunla əlaqəli qrupların Silahlı Qüvvələrimizə hücum etməməsi üçün ABŞ hərəkətə keçməyə hazırdır.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken jurnalistlərə açıqlamasında deyib.

“İran, yaxud onun adından hərəkət edən qrupların bu kimi addımlarının qarşısını almaq üçün prezident ali səviyyədə istənilən yerdə, istənilən vasitə ilə əsaslandırılmış addım atmağa hazırdır”, - deyə dövlət katibi bildirib.
İntihar etmək istədi - SAĞ qaldıBakıda intihara cəhd hadisəsi qeydə alınıb.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
İpoteka faizləri aşağı salınmalı, şərtlər yumşaldılmalıdır - DeputatAzərbaycanda ipoteka faizləri aşağı salınmalı və şərtlər yumşaldılmalıdır.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, faizlərin yüksək olması ipoteka kreditləri üçün əlçatanlığı azaldır:

"Bu gün İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən adi və güzəştli ipoteka təklif olunur. Adi ipoteka üzrə maksimum faiz 8 faizdir. Faizin yüksək olması həm aylıq ödənişin, həm də bütövlükdə ödəniləcək vəsaitin artmasına gətirib çıxarır. Məsələn, vətəndaş adi ipoteka üzrə 150 min manat kredit götürürsə, 25 il ərzində aylıq ödənişi 1157 manat, bütövlükdə isə 347 min manat olur. Ödənilən vəsaitin həcmi göründüyü kimi kifayət qədər böyükdür. Götürülən kreditlə 25 il ərzində ödəniləcək vəsait arasında 3 dəfəyə yaxın fərq var. Yəni, vətəndaş aldığı pulu 3 misli isə geri qaytarır. Güzəştli ipoteka kreditləri üzrə şərtlər adi ipoteka ilə müqayisədə daha məqbuldur".

Hazırda Azərbaycanda fəaliyət göstərən 23 bankdan dövlət ipotekası almaq mümkündür. Həmin banklar aşağıdakılardır:

1. "AFB Bank" ASC

2. "AccessBank" QSC

3. "Azər-Türk Bank" ASC

4. "Azərbaycan Beynəlxalq Bankı" ASC

5. "Azərbaycan Sənaye Bankı" ASC

6. "Bank Avrasiya" ASC

7. "Bank Respublika" ASC

8. "Bank VTB (Azərbaycan)" ASC

9. "Bank of Baku" ASC

10. "Expressbank" ASC

11. "Günay Bank" ASC

12. "Kapital Bank" ASC

13. "Muğanbank" ASC

14. "PAŞA Bank" ASC

15. "Rabitəbank" ASC

16. "TuranBank" ASC

17. "Unibank" KB ASC

18. "Xalq" Bankı ASC

19. "YapıKredi Bank Azərbaycan" QSC

20. "Yelo Bank" ASC

21. "Ziraat Bank Azərbaycan" ASC

22. Bank "BTB" ASC

23. “Premium Bank” ASC

"E-gov" portalında qeyd olunan məlumata görə, hazırda İpoteka və Kredit Zəmanət Fondunun kommersiya banklarına güzəştli, yəni illik 4 faizli ipoteka ilə bağlı verdiyi limitlər bitib.

Adi ipoteka üzrə bəzi banklarda da vəsait azdır.

Güzəştli və adi kreditlər üzrə şərtlərə gəlincə müvafiq olaraq minimum 10 və 15 faiz ilkin ödəniş nəzərdə tutulsa da, demək olar ki, kommersiya banklarının əksəriyyətində minimum ilkin ödəniş 30 faizdir. Təkcə "Kapital Bank"da hər iki kredit növü üzrə və "Premium Bank"da normal ipoteka üzrə minimum ilkin ödəniş 15 faiz tələb edilir.

Digər tərəfdən hər bir ailə üzvünün saxlanması üçün xərclər banklar üzrə fərqlidir.

Ən aşağı rəqəm 98 manat olmaqla "TuranBank"da, ən yüksək məbləğ isə 300 manat olmaqla "Muğanbank" ASC-dədir. Həmçinin "Azər-Türk Bank"da 150, "Azərbaycan Beynəlxalq Bankı"nda isə 155 manat hesablanır. Digər banklara gəlincə bu rəqəm 190-200 manat arasında dəyişir.

Qeyd edək ki, ölkə üzrə yaşayış minimumu 190 manatdır. İpoteka şərtlərində qeyd olunub ki, borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz.
Müxalifət 7 noyabr mitinqindən imtina etdiVahid Milli Hərəkat və onun müttəfiqləri 7 noyabrda Tiflisdə genişmiqyaslı etiraz aksiyası keçirəcək.

Avrasiya.net xəbər verir ki, bu sözləri VMHP-nın sədri Nika Meliya hazırda davam edən parlament önündəki aksiyada elan edib.

O deyib ki, buna qədər partiya liderləri regionlara gedəcək və Batumi, Kutaisi də daxil olmaqla, müxtəlif şəhərlərdə aksiyalara qatılacaqlar:

“Biz, sizinlə birgə, geri çəkilməyəcəyik və ölkəni başdan-başa cəbhəyə çevirəcəyik. Bizi olduqca maraqlı, tarixi, ağır və vacib macəra gözləyir, biz əl-ələ getməliyik və dostu da, düşməni də təəccübləndirməliyik”

N.Meliya ötəngünkü seçkilərin total şəkildə saxtalaşdırıldığını da bildirib.

Qeyd edək ki, ötən gün yerli idarəetmə orqanlarına seçkilərin ikinci turu keçirilib. MSK-nın nəticələrinə görə, hakim Gürcü Arzusu 20 şəhər və rayonda keçirilən seçkilərin 19-da (o cümlədən Tiflisdə) qalib gəlib.

***

"Zaman" partiyasının lideri Yelena Xoştariya müxalifətin mitinqinin 7 noyabrda olmayacağını bildirib.

O, "Pirveli" kanalının efirində 7 noyabrın 2007-ci il hadisələri ilə assosiasiya doğurduğu üçün bu tarixdə aksiya keçirməyəcəklərini deyib: "Ola bilsin, 6 və ya 8 noyabr olsun, ancaq 7 noyabrda aksiya keçirilməyəcək".

Y.Xoştariya yaxın müddətdə dəqiq tarixin elan ediləcəyini bildirib.

Qeyd edək ki, 2007-ci il 7 noyabrda o vaxt Saakaşviliyə müxalif olanlar aksiya keçirmişdi. Toqquşmalarda polis də daxil olmaqla, 500-ə qədər insan xəsarət almışdı