Göygöldə it döyüşdürənlər həbs edildiGöygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində qanunsuz olaraq it döyüşdürən şəxslər saxlanılıb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Kəlbəcər rayonunda qeydiyyatda olmaqla Göygöl rayonunda yaşayan Məftun Hüseynli, Nofəl Hüseynov və Göygöl rayon sakini Samir Nəbiyev qanunsuz olaraq özlərinə məxsus itləri döyüşdürüblər.

Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq Maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər 10 sutka inzibati qaydada həbs edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda ər arvadını öldürdüNoyabrın 29-u saat 13 radələrində 1998-ci il təvəllüdlü Ləman Ələsgərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Sabunçu rayonu, Pirşahı qəsəbəsində kirayədə yaşadığı evin həyətində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1990-cı il təvəllüdlü Şəhriyar Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ləman Ələsgərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şəhriyar Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
20 yaşlı polis VƏFAT ETDİAğdaş rayonunun Kotavan kənd sakini, 20 yaşlı polis serjantı Kamil Əhmədli Bakıda müalicə aldığı xəstəxanda vəfat edib.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.

İlkin məlumata görə, polis ağciyərində yaranmış problem səbəbindən vəfat edib.
Şok: insanların görünüşü dəyişəcəkTemperaturun yüksəlməsi insanların görünüşünü əhəmiyyətli dərəcədə dəyişəcək, lakin bu dəyişikliklərin özünü necə göstərəcəyini zaman göstərəcək.

Axar.az xəbər verir ki, bu barədə Misirin "Sasapost" nəşrində yayımlanan məqalədə bildirilib.

"Dəyişən ətraf mühit şəraitinə uyğunlaşmaq effektiv yaşamaq üçün açardır. Bu gün daha sürətli qlobal istiləşməni gördükcə, yalnız dəyişikliklərə uyğunlaşan növlərin sağ qalacağı aydınlaşır. Qalanları yox olmağa məhkumdur.

Qlobal istiləşmə artıq bu gün heyvanların uyğunlaşmasını sürətləndirib. Biz görürük ki, bəzi növlər yeni həyat şəraitinə uğurla uyğunlaşır, digərləri isə geridə qalır, nəsli tükənir. Bu fakt Darvinin "ən güclü olan sağ qalır" prinsipini açıq şəkildə sübut edir", - bioloq Sara Ridinq vurğulayıb.

O qeyd edib ki, insanlar isti iqlimə uyğunlaşmaq üçün daha kiçik beyinlərə hazırlaşmalıdırlar.

Alimlər isə belə hesab edirlər ki, bu, tamamilə normal təbii prosesdir, ona görə də panikaya səbəb yoxdur.
BMT: Dünyada koronavirusa qarşı vaksinasiya qeyri-kafidirDünya koronavirusa qarşı qlobal peyvəndlə ayaqlaşmır.

“Report” xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.

"Biz olmaq istədiyimiz yerdə deyilik", - o qeyd edib. BMT rəsmisi bildirib ki, 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40% -ni peyvənd etmək planlaşdırılırdı.

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş də dünya ölkələrini yeni “omikron” ştamının yayılması ilə bağlı vəziyyətlə əlaqədar nəzarət tədbirlərini gücləndirməyə çağırıb.

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının sonunun bir neçə tədbirdən asılı olduğunu bildirib.

Almaniyada təhlükəli ştama yoluxanların sayı artdıAlmaniyanın Hessen federal əyalətində koronavirusun yeni “omikron” ştamına 4 yoluxma halı müəyyən edilib.

Bu barədə DPA agentliyi məlumat yayıb.

Yoluxanların hamısı hazırda karantinə salınıb.

Onların hansı ölkədən gəldiyi araşdırılır.

Bundan əvvəl Şimali Reyn-Vestfaliya federal əyalətində Cənubi Afrikadan gələn iki nəfərdə yoluxma aşkarlanıb.

Ümumilikdə, Almaniyada təhlükəli hesab edilən ştama yoluxanların sayı 6 nəfər təşkil edir.


İsrail kəşfiyyatı ABŞ və Avropaya MƏLUMAT ÖTÜRDÜ: İran buna nail ola bilərSon iki həftə ərzində İsrail kəşfiyyat xidmətləri ABŞ və bir sıra Avropa ölkələrinə İranın uranın 90%-ə qədər zənginləşdirilməsi üçün texniki hazırlıqla məşğul olduğu barədə məlumatlar ötürüb.

Publika.az xəbər verir ki, bu barədə bazar ertəsi "Axios" portalı ABŞ-dan olan iki mənbəyə istinadən məlumat yayıb .

İsrailin ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələrinə təhvil verdiyi kəşfiyyat məlumatlarına görə, İranın hazırlıq işləri ona bir neçə həftə ərzində uranın müəyyən edilmiş səviyyəyə zənginləşdirilməsinə keçməyə imkan verəcək.

Portalın məlumatına görə, 90% səviyyəsinə qədər zənginləşdirilmiş uran nüvə silahının hazırlanmasında istifadə edilə bilər.

İsrail Baş Nazirinin ofisi, Xarici İşlər Nazirliyi və ölkənin Müdafiə Nazirliyi bu məlumatı şərh etməkdən imtina edib.

İyulda İranın o zamankı prezidenti Həsən Ruhani demişdi ki, onun ölkəsinin imkanları uranı 90%-ə qədər zənginləşdirmək üçün kifayətdir.

İranın nüvə proqramı üzrə JCPOA-nın bərpası ilə bağlı danışıqların yeddinci raundu bu ilin iyununda fasilədən sonra noyabrın 29-da Vyanada bərpa olunub.

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib ki, İran və “beşlik” beynəlxalq vasitəçilərin (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) Birgə Komissiyasının iclası kifayət qədər uğurla başlayıb, danışıqlarda iştirak edənlər razılığa gəliblər.