Bu gün Mixail Saakaşvilinin məhkəməsi olacaqGürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili bazar ertəsi məhkəmə prosesində iştirak etməyə qərar verdi.

Gürcüstan mətbuatına istinadən xəbər veririk ki, bu sözləri “Empatiya” reabilitasiya mərkəzinin rəhbəri, həkim Mariam Cişkariani deyib.

O bildirib ki, Saakaşvilinin hələ uzun zaman xəstəxana şəraitində müalicə alması vacibdir.

Keçmiş dövlət başçısının hüquq müdafiəçiləri ümid etmirlər ki, hökumət Saakaşvilini ictimaiyyət qarşısına çıxmasına və onlara müraciət etməsinə imkan verəcək. Hüquq müdafiəçilərinin sözlərinə görə, Mixail Saakaşvili məhkəmə iclasında iştirak etmək istəyir, lakin o, cəzaçəkmə müəssisəsinin nə qərar verəcəyini bilmir.

Məlumat üçün bildirək ki, 29 noyabr tarixində Tbilisidə müxalifətin 2007-ci il 7 noyabr mitinqinin qarşının alınması işi ilə əlaqədar məhkəmə prosesi baş tutacaq.

Xatırladaq ki, bundan əvvəl 2 dəfə Penitensiar Xidmət Saakaşvilinin məhkəməyə çıxmasını təhlükə adlandırıb.
Xalq artisti koronaya yoluxduAzərbaycanın xalq artisti, tanınmış diktor Eldost Bayramov 10 gündən artıqdır ki, COVİD-19 virusu ilə mübarizə aparır.

Avrasiya.net xəbər verir ki, bu barədə şair Faiq Balabəyli məlumat yayılıb.

O bildirib ki, Eldost Bayramovun müalicəsini davam etdirmək, başqa xəstəliklərindən də qurtulmaq üçün mütləq digər xəstəxanaya köçürülməlidir.
İrandan üçtərəfli müqavilə AÇIQLAMASI: 5 vilayət...İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək.

Publika.az xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində İran hökumətinin sözçüsü Əli Bahadori yazıb.

Ə.Bahadori bildirib: "Xarici siyasətdəki bütün imkanlara balanslaşdırılmış baxışın nəticəsi olan İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli qaz müqaviləsi İranın 5 vilayətini qazla təmin edəcək. Qonşulara xüsusi diqqət yetirilməklə, xarici əlaqələr sahəsi artıq bir neçə konkret ölkə ilə məhdudlaşmır".

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar.

Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5 - 2 milyard kubmetrədək qaz göndəriləcək.

دیپلماسی در #دولت_مردمی در خدمت منافع ملی است.
با قرارداد گازی سه‌جانبه بین ایران، ترکمنستان و آذربایجان که نتیجه نگاه متوازن به همه ظرفیت‌ها در سیاست خارجی است، معادل گاز پنج استان ایران تامین خواهد شد. با نگاه ویژه به همسایگان، میدان روابط خارجی دیگر محدود به چند کشور خاص نیست. pic.twitter.com/8VVTXwE2yi — علی بهادری جهرمی (@alibahaadori) November 28, 2021
Əliyev Aşqabadda nəyə nail oldu?Əliyev Rəisi ilə görüşdü və Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzaladı: sazişə əsasən Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndərəcək;

2 milyard kubmetr qaz beynəlxalq qaz bazarı üçün o qədər də böyük olmasa da, burada Bakının strateji gedişi xüsusilə diqqət çəkir.

Birincisi, türkmən qazı Avropa bazarına ayaq açır:

Azərbaycana göndərilən türkmən qazı böyük ehtimalla Türkiyəyə satılacaq. Hərçənd, bu uzun illərdir Rusiya və Çin bazarından asılı qalan Türkmənistanın Avropa bazarına ilk addımı hesab edilə bilər.

- Bakı Transxəzər layihəsinin gerçəkləşməsinə qədər Aşqabada qaz bazarını şaxələndirmək imkanı yaradır: bu, Türk Dövlətləri Təşkilatına yeni qoşulan Türkmənistanın bu çətir altında fəaliyyətini daha da stimullaşdıracaq;

- Türkmən qazına “çıxış” tapan Bakının “qaz müharibələri”ndə əli güclənir və bu gediş Transxəzər layihəsinə siyasi dəstəyi artıra bilər;

İkincisi, İranla yeni səhifə açılır:

- Tehranın regionda tranzit imkanı artır və bu, İranı Azərbaycanla işləməkdə maraqlı edir;

- İrana yeni imkanın yaradılması bu ölkənin Ermənistan siyasətinin tamamilə dəyişməsi demək deyil, hərçənd, Tehranı regionda müharibədən sonrakı vəziyyəti qəbul etməyə, Zəngəzur dəhlizinə münasibətini dəyişdirməyə, 3+3 formatına qoşulmağa da sövq edir: Əliyev-Rəisi görüşünün atmosferi də bu gözləntiləri artırır;

Beləliklə, Azərbaycan bir sazişlə iki nəticəni əldə edir.

Asif Nərimanlı
İran: Ən böyük hədəfimiz İsraili məhv etməkdir!İran Baş Qərargahının mətbuat katibi, briqada generalı Əbülfəzl Şikarçı bəyan edib ki, İsraili məhv etmək ölkənin silahlı qüvvələrinin ən böyük hədəfidir.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, İsrail və İran arasındakı gərginlikdən danışarkən bildirib.

“İsraili məhv etmək bizim ən böyük hədəfimizdir və biz bu məqsəddən geri çəkilməmişik”, - deyə Şikarçı qeyd edib.

O, həmçinin Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri kimi İsrailə dəstək verən ölkələri “sionist rejimin bir parçası” adlandırıb.
Ata öz övladını hamının gözü qarşısında oğurladı - VideoMasallı şəhərində ata öz övladını zor gücünə qaçırıb.

Avrasiya.net Asiya TV-yə istinadən xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.

Belə ki, Göyçay rayon sakini Elvin Tofiq oğlu Əliyev Masallı şəhərində yaşayan keçmiş həyat yoldaşından azyaşlı övladını zor gücünə alaraq, qaçırıb.

Uşağı idarə etdiyi “Nissan Murano” markalı, 10 UK 118 Dövlət nömrə nişanlı avtomobilə mindirən Elvin Əliyev avtomobilin qarşısını kəsən keçmiş həyat yoldaşına xəsarət yetirərək, ərazidən uzaqlaşıb.
Azərbaycan və İran xalqlarının ürəkləri bir döyünür - RəisiAzərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyil, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür.

Avrasiya.net xəbər verir ki, bu barədə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə bildirib.

İran Prezidenti deyib: “Bizim tarix və sivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha da möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik. İndiyə qədər olan təcrübə də bunu göstərir ki, biz həmişə öz məsələlərimizi özümüz müzakirə edəndə onların bir çoxunun həllinə nail olmuşuq və qarşıdakı maneələri dəf etmişik”.

Seyid İbrahim Rəisi vurğulayıb ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan və dəstəkləyən ölkələrdən biri İran İslam Respublikası olub.