Deputat Türkiyədə ağır əməliyyat keçirdiTürkiyədə xəstəxanaya yerləşdirilən millət vəkili Vahid Əhmədov ağır açıq ürək əməliyyatı keçirib.

Bu barədə Axar.az-a danışan millət vəkili hazırda səhhətində heç bir problem olmadığını bildirib.

“Səhhətimdə heç bir ciddi narahatlıq yoxdur. Hər şey qaydasındadır. Allahın izni ilə noyabrın 30-da Bakıya qayıdacağam”, - o deyib.
Üçtərəfli saziş: ermənilər buna görə narahatdırTürkmənistan- Azərbaycan-İran arasında dünən enerji sahəsində imzalanan saziş, sözsüz ki, rəsmi Bakıya xeyli dividentlər gətirəcək.

Avrasiya.net xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qeyd edib.

Politoloqa görə, məsələnin dörd əsas cəhəti mövcuddur:

“Birincisi odur ki, sazişdə 2 milyard kubmetr türkmən qazının İran vasitəsilə Azərbaycana çatdırılması nəzərdə tutulur. Bu, çox böyük rəqəmdir. Müqayisə üçün deyim ki, bu il Qərbə təxminən 5 milyard kubmetr qaz ixrac etmişik.

İkincisi, sözügedən saziş faktiki olaraq “Cənub-Şimal” və “Cənub-Qərb” tranzit xəttinin yenidən Azərbaycan üzərindən canlanmasıdır.

Üçüncüsü, bu sazişlə İran və Azərbaycan geosiyasi ziddiyyətləri kənara qoyaraq iki tərəfin də maraqlarına cavab verəcək və onları iqtisadi-siyasi sahədə yaxınlaşdıracaq yeni layihələrə start verirlər. Ermənistan ekspertlərinin dünəndən etibarən narahatlıq keçirmələri heç də təsadüf deyil. İndi Paşinyan “Cənub-Şimal” və “Cənub-Qərb” xəttinin Azərbaycanın kurasiyasında olduğunu daha yaxşı anlayacaq. Əgər rəsmi İrəvan Zəngəzur dəhlizini açsa, o da dividentlər əldə edə biləcək.

Sonuncu əsas məqam isə odur ki, bu sazişlə Avropa İttifaqı və Azərbaycan arasında iqtisadi-siyasi sahədə yaxınlaşma ola bilər. Brüssel ilk dəfə olaraq Azərbaycanın köməyi ilə Türkmənistan qazını əldə edə bilər. AB-nin təbii qaz məsələsinə aktual baxmasını nəzərə alsaq, bu saziş Qarabağ məsələsində Avropanın ermənipərəst siyasət aparmasını minimallaşdıracaq”.
Misirdə Azərbaycan dilini öyrənən tələbələrin fonetika klubu yaradılıbMisirdəki diaspor mərkəzində Azərbaycan dilinin qrammatikasını mənimsəmiş tələbələrin nitq qabiliyyətini təkmilləşdirmək məqsədilə fonetika klubu yaradılıb.

AZƏRTAC xəbər verir ki, “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun sədrliyi ilə klubun ilk məşğələsi keçirilib. Qahirədə təhsil alan azərbaycanlı tələbələrin də iştirakı ilə həftədə 3 saat keçiriləcək dərslərdə misirli gənclər dilimizin orfoepiya normaları çərçivəsində sözlərin düzgün tələffüz qaydalarını öyrənəcəklər. Məşğələlər zamanı hər həftə yeni mövzu seçiləcək və tələbələrə Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinin qiraəti üzrə biliklər aşılanacaq. Növbəti həftə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərini oxuyan və əzbərləyən misirli gənclər onları Azərbaycan dilində söyləyəcəklər. Kursun rəhbərləri onların nitqi ilə bağlı fonetik təhlil aparacaqlar.

Qeyd edək ki, misirli gənclər və Qahirədə təhsil alan digər ölkələrdən olan tələbələr diaspor mərkəzimizdə təmənnasız keçirilən Azərbaycan dili kurslarına böyük maraq göstərirlər. Dilimizi öyrənmək istəyənlərin sayı ildən-ilə artır.
“Taliban” Avropa ittifaqından yardım istədiQətərin paytaxtı Dohada “Taliban”rejiminin xarici İşlər naziri Emirhan Muttaki ilə Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi elçisi Tomas Niklasson arasında görüş keçirilib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, görüş zamanı tərəflər Əfqanıstana humanitar yardım, hava limanlarının açılması, qızların təhsili kimi müxtəlif mövzularda danışıqlar aparıb.

Avropa İttifaqının Komissiyası bəyanatında bu görüşün müvəqqəti “Taliban” hökumətini tanıması demək olmadığını xüsusi vurğulayıb.

Bəyanata görə, hər iki tərəf Əfqanıstanda hava limanlarının açıq saxlanmasının vacibliyini qeyd edib. Müvəqqəti hökumət hava limanlarının fəaliyyətini davam etdirmək üçün Aİ-dən yardım istəyib.

Tərəflər həmçinin Əfqanıstanda humanitar vəziyyətin pisləşməsi ilə bağlı narahatlıqlarını ifadə edib. Aİ tərəfi əfqan xalqına humanitar yardım göstərmək niyyətini ifadə edərkən, müvəqqəti hökumətdən dövlət işçilərinin aylardır ödənilməyən maaşlarını ödəmə öhdəliyini xatırladıb.

Bundan əlavə, Avropa İttifaqı bəyanatında qız və oğlanların beynəlxalq standartlara uyğun təhsillərini bərabər şəkildə davam etdirmələrinin təmin edilməsinin vacibliyini bildirib.
Dilimiz kimliyimizdirTürkiyə Cümhuriyyəti Türk Dil Kurumunun devizlərindən biri – “Dilimiz – Kimliyimizdir” ifadəsidir. Biz kimliyimizi beşikdən anlamağa başlasaq da, Ana dilimizə ilk elmi yanaşmamız orta məktəbdən başlanır. Bu baxımdan orta məktəbdəki “Ana dili” dərsliklərimiz hamımız üçün irsi əhəmiyyət kəsb edir.

Azərbaycan türklərinin maariflənməsi, onları dünyanın ən öncül xalqları sırasına çatdırmaq məsələsi ortaya çıxanda adlarını tarixi kitablardan oxuyub öyrəndiyimiz R.Əfəndiyev, M.Şəfi Vazeh, S.Ə.Şirvani, M.Mahmudbəyov, A.Bakıxanov, professor Mirzə Kazımbəy, Krım tatarı İsmayıl Qaspıralı və Ziya Göyalp yadımıza düşür. Mənsub olduğu xalqın övladlarının hərtərəfli yetişməsi və inkişafına öz fəaliyyəti də daxil olmaqla təşəbbüs göstərən ziyalılar - görkəmli şəxsiyyətlər keçmişdə də olub, bu gün də var, gələcəkdə də mütləq olacaqdır.

Bu cür yanaşma, təhsilə yüksək qiymət, xalqın, millətin sabahı dü­şü­nül­mə­səy­di, onda Azərbaycan türklərinin ziyalı övladlarının sədası dünyanın ən qabaq­cıl və inkişaf etmiş dövlətlərinin müqəddəs təhsil ocaqlarının audi­to­ri­ya­la­rın­dan, təhsil müəssisələrindən, elm mərkəzlərindən gəlməzdi.

Belə şəxsiyyətlərdən biri də orta məktəblər üçün kamil dərsliklərin hazırlanıb nəşr edilməsinə çalışan, uzun illər dərslik müəllifi kimi fəaliyyət göstərən, türk dünyasının görkəmli alimi, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Türkiyə Cümhuriyyəti Atatürk Kültür Dil və Tarix Yüksək Qurumunun fəxri üzvü, akademik Tofiq Hacıyevdir. Akademikin yaradıcılığı çoxşaxəlidir. O, həm ədəbiyyat, həm də dil tarixi ilə bağlı olan qaranlıq məsələlərin işıqlandırılmasına çalışmış, həm də gələcək nəslin geniş elmi dünyagörüşə sahib bir şəxsiyyət kimi yetişməsində orta məktəblərdə tədris edilən dərsliklərin kamil nümunələrinin hazırlanmasında öz səylərini əsirgəməmişdir.

Geniş auditoriyalarda xalqın gələcəyi olan tələbələr qarşısında mühazirələr oxuyan alim təcrübədən hiss edirmiş ki, kamil, məzmunlu, dərin elmi faktlarla zən­gin orta məktəb dərslikləri olmadan, ali məktəblərdə savadlı kadrların yetişdirilməsi qeyri-mümkündür. Elə ona görə də elmi yaradıcılığının ilk illərindən orta məktəblər üçün yazılan dərsliklərin dilinin sadə, məzmununun elmi, həc­mi­nin yığcam, orada özünə yer tutan fikirlərin daha konkret olması məsələləri onun diqqət mərkəzində olmuş və bu cür məsələlərə, öz məqalələrində və əsər­lə­rin­də xeyli yer ayırmışdır.

Akademik 1985-ci ildə “Dil mədəniyyəti” (VII buraxılış, Bakı, Elm, səh.72-79) jurnalında nəşr olunan “Ana dili dərsliklərinin dili haqqında” məqaləsində bu sahə ilə bağlı öz fikirlərini cəmləşdirərək yazır : “İbtidai siniflərin dərslik­lə­ri­nin, xüsusilə “Ana dili” kitablarının dilindən bütövlükdə tədris prosesi ilə bağlı çox şey asılıdır. Bu siniflər gələcəkdə onilliyi başa vuranlar üçün sanki bü­növ­rə­dir, onillik təhsilə fon verir. Ümumiyyətlə, uşaqların başqa elmləri öyrənmələri də onların dil səviyyələri ilə bilavasitə bağlıdır”. (Şeirimiz, nəsrimiz, ədəbi di­li­miz: Bakı, Yazıçı, 1990, səh.36)

Tofiq Hacıyevin orta məktəb dərsliklərinin dili ilə bağlı irəli sürdüyü fikirlər bu gün də öz aktuallığını itirməmişdir. Alim dərsliklərin dilinin iki cəhətinə diqqət yetirməyi tövsiyə edərək yazır: “Bu dərsliklərin dilinə iki cəhətdən fikir verməliyik. Əlbəttə, birinci növbədə, də­qiqliyə, sərrastlığa, səlisliyə və aydınlığa... Uşaqlar üçün ana dili dərs­lik­lə­rin­də bu cəhətə də diqqət yetirmək lazımdır: unutmamalıyıq ki, uşaqlar dərsliyə ana laylasının birbaşa müşayiətindən gəlirlər. Yəni onlarda poetik əhval-ruhiyyə, nəğmə və nağıl dilinin sehri hakim olur... Bu dərsliklərdə dilin emosionallığına təkcə şeir və hekayələrdə yox, müəllif mətnlərində də fikir vermək lazımdır”. (Yenə orada səh.37)

Görkəmli dilçi alim dərsliklərin hazırlanmasında dərslik müəlliflərinin böyük mə­su­liy­yət daşıdıqlarını diqqətə çatdırır. Qeyd edir ki, müəlliflər dərslik hazırlayarkən həmin dərsliklərə daxil edilən elmi və bədii mətnlərin dilinə, elmi dəyərinə məsuliyyətlə yanaşmaqla yanaşı, öz yazılarında da bu tələbləri göz­lə­mə­yə məsuldurlar. Əgər belə olmasa, tərtib edilən dərsliklərin dilində bir hərc­mərc­lik, bir dolaşıqlıq özünü göstərər. Dərsliklərə daxil edilən mətnlərin dili, elmi dəyəri, səviyyəsi dərsliyi tərtib edənin dilinə, onun fikirlərini ifadə edən cüm­lələrdəki məzmuna və ideyaya uyğun olmalıdır. Belə olmasa, dərslik ala­bə­zək bir məzmun daşıyar, onunla tanış olan şagirdlər elə ilk baxışdan dərslikdən bezib uzaqlaşmağa çalışarlar.

Akademikin dediyi kimi, uşaq-şagird kitabı müqəddəs sayır, müəllimin de­di­yin­dən çox, kitabdan oxuduqlarına inanır. Elə buna görə də dərsliyin dili mü­əl­li­min nitqindən daha çox diqqətçəkən, orada öz əksini tapan mətnlərdəki məz­mun daha çox inandırıcı və qəbuledilən olmalıdır. Bütün bunları nəzərə alaraq alim yazır: “Uşaq hamıdan çox kitaba ina­nır və onda kitaba qarşı şübhə yaratmaq çox təhlükəlidir. Bir dəfə bir qeyri-də­qiq şey gördümü, sonra hər sözə, hər ifadəyə qulp qoymağa çalışacaq”. (Yenə orada, səh.38)

Tofiq Hacıyev dərsliklərin hazırlanmasında milliliklə bağlı məsələlərin də diqqətdə saxlanmasını ön plana çəkir. Dərsliklərə daxil edilən ədəbi-bədii nümunələrin daha çox milli səciyyə daşıyan materiallarla təmin edilməsini məsləhət görür və yazır: “Dildə milliliklə əlaqədar onu da deyim ki, dərsliklərdə tərcümələr həddindən artıq çoxdur: III sinfin “Ana dili”ndə ümumi materialın dörddə biri tərcümədir. Bu tərcümə bolluğunda bir cəhət odur ki, uşaqlar üçün əcnəbi anlayışlar çoxdur. Həmçinin tərcüməçilərin dili həmişə təmiz azərbaycanca səslənmir”. (Yenə orada, səh.39)

Görkəmli alim dərsliklərdən danışarkən təkcə həmin dərsliyə daxil edilən mətn­lə­rin məzmunu, ifadə tərzi, milli səciyyə daşıması məsələləri ilə bağlı fikirlər söy­lə­məklə kifayətlənmir, eyni zamanda, şagirdlərin yaş səviyyəsini nəzərə alıb sa­də, primitiv məzmun daşıyan mətnlərin daxil edilməsinin də əleyhinə çıxır və bu məsələni nəzərə alaraq yazır: “Dərsliklərin hazırlanmasında şagirdlərin yaş sə­viyyəsini nəzərə almaq lazımdır. Bu düzdür. Ancaq bu prinsipdən sui-istifadə et­mək də olmaz. Uşaq hesab eləyib, uşaqlara bəsit şeylər danışmaq yaramaz. Tə­biət, cəmiyyət haqqında uşaqlarda yaş səviyyəsinə uyğun, lakin bəsit yox, dol­ğun məzmunlu məlumat yaratmağın qayğısına qalmaq lazımdır. Bütün bu iş­lərdə dərsliklərin dili mühüm, bəlkə də, əsas faktordur. Həm də uşaqlar buradan ana dilini öyrənirlər”. (Yenə orada, səh.44)

Akademikin orta məktəb dərslikləri ilə bağlı yazdığı məqalənin digəri onun 1994-cü ildə (kollektivlə birgə) yazıb nəşr etdirdiyi dərslikdən bir il sonraya tə­sa­düf edir. “Türk dili: dərslik, şagird və qavrayış” adlı bu məqalə Xəzər Uni­ver­sitetində keçirilən, konfransın (27-28 yanvar 1995) materialları sırasında çap edilmişdir.

Akademik Tofiq Hacıyev orta məktəb dərsliyinin müəllifi olana qədər Azər­bay­can dili ilə bağlı bir neçə kitabın həm həmmüəllifi, həm də tək müəllifi kimi çıxış etmişdir. “Azərbaycan ədəbi dili tarixi” (kollektiv müəllif, Bakı, Elm-1991), “Azər­baycan dili” (Z.Budaqova ilə birgə, Bakı, Elm-1992) bu qəbildən olan kitablar sırasına daxildir. Bundan sonra isə professor 1994-cü ildə “Öyrətmən” nəşriyyatında çap olun­muş “Türk dili” (orta ümumtəhsil məktəblərin IX sinifləri üçün dərslik) dərs­li­yi­nin müəlliflərindən biri kimi çıxış etmişdir. 1994-cü ildə “Türk dili” dərsliyi ayrılıqda həm orta ümumtəhsil məktəblərinin IX sinifləri, həm də X və XI sinifləri üçün birlikdə çap olunmuşdur.

XX əsrin 90-cı illərinə qədər Azərbaycan dili bir fənn kimi son olaraq 8-ci siniflərdə tədris olunurdu. Lakin buna baxmayaraq, şagirdlər institutlara qəbul olunmaq üçün Azərbaycan dilindən də imtahan verirdilər. Arada qalan iki illik fasilə şagirdləri həm Azərbaycan dili ilə təmasdan uzaqlaşdırır, həm də öy­rə­ni­lən elmi materialın unudulmasına şərait yaradırdı. Arada olan bu ikiillik boşluğu aradan qaldırmaq və Azərbaycan dili dərsləri ilə ünsiyyəti sona qədər davam etdirmək üçün 1994-cü ildən başlayaraq həm orta məktəblərin 9-cu, həm də, 10-11-ci sinifləri üçün dərsliklər nəşr olunmağa başladı: 1994-cu ildə nəşr olunan bu “Türk dili” dərslikləri həm 9-cu həm də 10 və 11-ci siniflər üçün hazırlanmışdır. 9-cu siniflər üçün ayrıca, 10-11-ci siniflər üçün isə bir dərslik hazırlanmışdır. 9-cu siniflər üçün hazırlanan “Türk dili” dərsliyi Tofiq Hacıyev, Əsgər Quliyev, Nizami Cəfərov, X-XI siniflər (iki sinif bir dərslik şəklində) üçün “Türk dili” (“Öyrətmən” - 1994) dərsliyi isə yenə də Tofiq Hacıyev, Nizami Cəfərov tərəfindən hazırlanıb nəşr edilmişdir.

Dərslik hazırlanarkən akademik öz əqidəsinə sadiq qalaraq ilk olaraq yad xalqların dilçilərinin fikirlərini yox, Azərbaycan dilinin inkişafı və püxtələşməsində rolu olan görkəmli şəxsiyyətlərin dil haqqındakı fikirlərini dərslikdə əks etdirmişdir. Dərsliyə daxil edilən ilk mətn müəllifi görkəmli şəxsiyyət Firudin bəy Köçərli olan “Ana dili haqqında” (səh.3) mətnidir. Onun ardınca isə Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldıran Şah İsmayıl Xətai (1487-1524) haqqında yığcam məlumat verilmişdir.

Bunun ardınca isə iki bədii mətn: Məmməd Səid Ordubadinin “Ana dili” və dahi sənətkar Cəlil Məmmədquluzadənin ana dilinin saflığı və ona olan sevgini əks etdirən “Anamın kitabı” əsərindən bir parça verilmişdir. Bu mətnlərin hər birində dilə olan münasibət məsələləri əks olunduğundan, müəllif bu mətnləri bilərəkdən dərsliyin əvvəlinə daxil etmişdir.

90-cı illərdən əvvəl nəşr olunan “Azərbaycan dili” dərsliklərində dilə mə­həb­bət və sevgi aşılayan mətnlərlə qarşılaşmaq mümkündür. Düzdür, 1948- ci ildə nəşr edilən “Azərbaycan dilinin sərfi” (sövtiyyat və şəkliyyat) dərsliyində də bu cür yanaşmadan istifadə olunmuşdur. Dərsliyin ilk səhifəsində M.Kazımbəy, M.F.Axundov, C.Məmmədquluzadə və C.Cabbarlının şəkilləri verilsə də, onların dillə bağlı söylədikləri hər hansı bir fikir, yaxud, dilin taleyi ilə bağlı yazılmış hər hansı bir əsərdən heç bir nümunə verilməmişdir. Dərsliyin “ Dil və dilçilik” adlanan birinci bölməsində “Dil nədir ?” (səh.19), “Yazı” (səh.22), “Dilçilik” (səh.25), “Etimologiya” (səh.27), “Lüğətçilik” və “Dialektologiya” (səh.29-30) başlıqlı mətnlər verilmiş və izahı nümunələrlə aydınlaşdırılmışdır.

Dərsliyin ikinci bölməsi “Azərbaycan dilinin quruluşu və tarixi” (səh.35-97), üçüncü bölməsi isə “Nitq mədəniyyəti” (səh.96-100) adı altında ve­ril­miş­dir. Birinci bölmədə Azərbaycan dili, onun türk dilləri içərisində yeri, dilimizin morfoloji quruluşu, ədəbi dilimizin fəaliyyət dairəsi, Azərbaycan dilinin Şimal və Cənub normaları, Azərbaycan Respublikasının dövlət dili kimi məsələlər öz əksini tapmışdır.

“Nitq mədəniyyəti” (səh.98-140) adlanan üçüncü bölmədə isə nitq mə­də­niy­yəti anlayışı, ədəbi dil, nitq normaları, müasir Azərbaycan dilinin normaları və sair məsələlər işıqlandırılmış, çox düzgün olaraq, gələcəkdə ali təhsil alacaq tələbələrin öyrənmək məcburiyyətində qalacaqları “Dilçilik”, “Nitq mə­də­niy­yəti” kimi fənlərlə tanışlıq məqsədilə onlar haqqında yığcam da olsa mə­lu­mat verilmişdir, bu yığcam tanışlıqla onların bünövrəsi qoyulmuşdur.

Akademik Tofiq Hacıyev öz əziz tələbəsi Nizami Cəfərovla birlikdə həmin ildə orta məktəblərin X-XI siniflərində tədris ediləcək “Türk dili” dərsliyini də yazıb nəşr etdirmişlər (Tofiq Hacıyev, Nizami Cəfərov “Türk dili” XX-XI siniflər üçün dərslik, “Öyrətmən” nəşriyyatı, Bakı-1994). 151 səhifədən ibarət olan bu dərsliyin 75 səhifəsinə daxil edilən elmi material və tapşırıqlar orta məktəbin X sinifləri, 75-ci səhifədən 150-ci sə­hi­fə­sinə qədər daxil edilən elmi material isə orta məktəblərin XI sinifləri üçün nə­zər­də tutulmuşdur. Dərsliyə X və XI siniflər üçün daxil edilən elmi məlumatın hamısı birlikdə üslubiyyat fənninin orta məktəblər üçün hazırlanmış yığcam variantını təşkil edir.

Dərsliyin 10-cu sinifdə tədris olunması nəzərdə tutulan hissəsi “IX sinifdə keçilmişlərin təkrarı” (səh.3-9) və “ Üslubiyyat” (səh.17-75) bölmələrindən ibarətdir. “Üslubiyyat” bölməsində (X sinifdə tədris olunması nəzərdə tutulan hissədə) Üslubiyyat və “Türk ədəbi dilinin üslubları” (səh.12-17) haqqında geniş məlumat verilmişdir. Digər bölmələrdə isə bədii üslub, elmi üslub, publisistik üslub və fərdi üslub ayrı-ayrı bölmələr şəklində dərsliyə daxil edilmiş, orada əksini tapan qrammatik elmi məlumatları möhkəmləndirmək üçün bədii əsərlərdən seçilən parçalardan ibarət tapşırıqlar verilmişdir. Bu tapşırıqlara daxil edilən bədii parçaların əsasını Anarın, Elçinin, İ.Şıxlının və digərlərinin əsərlərindən seçilən bədii nümunələr təşkil edir. Bunlarla bərabər, yeri gəldikcə Azərbaycan dilçiliyinin görkəmli simaları Ağaməmməd Abdullayev, Zərifə Budaqova, Abdulla Şərifov, Paşa Sultanov, Zeynal Tağızadə və digərləri haqqında yığcam da olsa məlumat verilmişdir.

Müəlliflərin dərsliyi bu cür tərtib etmələri bir tərəfdən ali məktəbdə öy­rə­ni­lə­cək “Üslubiyyat” fənni ilə ilkin tanışlıq, digər tərəfdən dilçiliyimizi çi­yin­lə­rində bu yüksəkliyə qaldıran görkəmli dilçilərə hörmət və ehtiram ifadəsi idi. Dərsliyin tədrisi XI sinifdə nəzərdə tutulan hissəsi isə üslubiyyatın digər böl­mə­lərini təşkil edir.

Üslubiyyatda öyrənilən üslublardan ikisi – “Məişət üslubu” və “Rəsmi-işgüzar üslub” da dərsliyin XI siniflər üçün hazırlanan bölməsinə daxil edilmişdir. “Məişət üslubu” adlanan birinci bölmədə, “Məişət üslubu nədir?”, “Məişət üslubunun yaranma şəraiti” (səh.84-88), “Dialoji nitq” (səh.87-91), “İntonasiya və jest hərəkət” (səh.92-96), “Məişət üslubunda dil qatlarının təzahürü” (səh.97-100) və “Məişət üslubu bədii ədəbiyyatda” (səh.101-103) mətnləri daxil edilmişdir. Bu mövzularla bağlı bədii əsərlərdən seçilmiş mətnlərdən də istifadə edilmişdir.

Bu bölmədə çox doğru olaraq türk terminalogiyasının yaradıcılarından biri Məhərrəm Kamil (1897-1938), Rəsul Əlabbas oğlu Rüstəmov (1914-1943) haqqında çox yığcam şəkildə məlumat verilmişdir. Bölmədə verilmiş tapşırıq mətnləri isə əsasən C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.Ə.Sabir, C.Cabbarlı və digər ədiblərin əsərlərindən seçilmişdir.

Dərsliyin XI siniflər üçün nəzərdə tutulmuş bölməsinin ikinci hissəsini isə “Rəsmi-işgüzar üslub” (səh.104-125) təşkil edir. Bu hissəni isə rəsmi-işgüzar üslub, rəsmi və işgüzar sənədlərin dili, rəsmi-işgüzar üslubun təzahür formaları, sənəd dilində rəsmi və qeyri-rəsmi ifadələr, üslubların ayrılması və birləşməsi kimi məsələlər təşkil edir. Daha sonra Azərbaycan dilinin bütün bölmələrini əhatə edən “V-XI siniflərdə keçilənlərin təkrarı” (səh.134-150) başlıqlı bir hissə daxil edilmiş, Azərbaycan dilində öyrənilməsi lazım bilinən bütün qanun-qaydalarla bağlı çalışmalar verilmişdir.

Hər bir dilçiyə məlumdur ki, Azərbaycan dilinin bütün bölmələrinin (fo­ne­ti­ka, leksika, morfologiya, sintaksis) öyrədilməsinə hələ orta məktəbin aşağı si­nif­lərindən başlanılır. Asandan çətinə, sadədən mürəkkəbə gedən bu yol hər bir şagirdin dilçiliyin qanun-qaydalarının hərtərəfli və elmi şəkildə öyrənməsinə şə­ra­it yaradır. Ali məktəbə qəbul olunan abituriyentlər institutda oxuduğu illərdə, hə­lə orta məktəbdə öyrəndikləri qayda-qanunları ətraflı öyrənib möh­kəm­lən­dir­mək­də heç bir çətinlik çəkmir. Bu sahədə böyük nailiyyətlərin əldə edilməsində heç bir maneə ilə qarşılaşmırlar.

O təcrübəni nəzərə alaraq deyə bilərik ki, akademik Tofiq Hacıyevin də həmmüəllifi olduğu 9-10 və 11-ci siniflər üçün hazırladıqları Azərbaycan dili dərslikləri də ali məktəblərdə tədris edilən “Nitq mədəniyyəti” fənninin əsasını təşkil edir. Çəkinmədən demək olar ki, pedaqoji institutların elə bir fakültəsi yox­dur ki, orada “Nitq mədəniyyəti” fənni tədris edilməsin. Gələcəkdə siniflərə daxil olub fənlərin tədrisi ilə məşğul olan hər bir kadr gözəl nitq qabiliyyətinə malik olmalıdır.

Məlumdur ki, bu gün yazılıb nəşr edilən bütün dərsliklərin hamısı kuri­ku­lu­mun tələbləri əsasında hazırlanır. Bu kitablarda, demək olar ki, qrammatik qay­da­ların öyrənilməsi üçün o qədər də material verilmir. Məsələn, orta mək­təb­lə­rin 9-cu sinifləri üçün nəşr edilmiş “Azərbaycan dili” dərsliyinə təqribən 27 yığ­cam mətn daxil edilmişdir. Bu mətnlərin tədrisinə ayrılan saat­ların miqdarına diqqət yetirdikdə, onların öyrənilməsinə ayrılan saatların dərs­likdə qrammatik qaydaların öyrənilməsinə ayrılan saatlardan bir neçə dəfə çox olduğunun şahidi oluruq.

Məsələn, IX sinif dərsliyinin 26-cı səhifəsində yazılır: “Tamamlıq haqqında öyrəndiklərinizi yadınıza salıb sualları cavablandırın. Fikirlərinizi nümunələrlə əsaslandırın”. Dərsliyin 38-ci səhifəsində isə yazılır: “Nitqdə söylənilən hər han­sı bir fikri daha qabarıq və canlı vermək üçün, jest və mimikalardan istifadə olunur”. Əgər şagird jest və mimikanın nə olduğunu öyrənməyibsə bu tələbi necə yerinə yetirə bilər? Əgər bu siniflərdə jest və mimikanın nə olduğunu şa­girdə öyrətmək lazım idisə, onda bu cür materiallar dərsliklərdən niyə çı­xa­rı­lırdı?

Orta məktəblərin XI siniflərində bu gün tədris edilən “Azərbaycan dili” dərs­liklərinə üslubiyyatla və digər sahələrlə bağlı yalnız 8 yığcam elmi məlumat daxil edilib. Tədrisinə bu qədər saat ayrılan Azərbaycan dilinə 8 elmi qram­ma­tik anlayışın daxil edilməsi az deyilmi?

Əgər 9,10,11-ci siniflər üçün hazırlanan “Azərbaycan dili” dərslikləri di­li­mizin qanun-qaydalarının öyrədilməsində əsas vəzifəni yerinə yetirə bil­mirsə, on­da bu dərsliklər ibtidai siniflər üçün hazırlanan dərsliklərdən nə ilə fərqlənir.

Qəbul imtahanları üçün Azərbaycan dilindən hazırlanan suallar mətnlər üzə­rində iş aparmaqla bağlıdırmı?! Elə başa düşürəm ki, vaxt gələcək, akademik Tofiq Hacıyevin həmmüəllifliyi ilə nəşr olunan dərsliklərə yenidən ehtiyac du­yu­lacaq və dərsliklərdə özünü göstərən bu boşluqlar aradan qaldırılacaqdır.

Sərdar Zeynal,
fiologiya elmləri doktoru
Minaya düşən hərbçilərin ayaqları amputasiya edildiFüzuli rayonunda minaya düşən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçularının son durumu açıqlanıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadənin ayaqlarından biri amputasiya edilib.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir.

Qeyd edək ki, DİN Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
HƏMAS Böyük Britaniyanı məhkəməyə verəcəkHƏMAS-ın Siyasi Büro üzvü Musa Əbu Mərzuk Böyük Britaniyanın hərəkatın terror siyahısına salınması ilə bağlı qərarına qanuni yollarla etiraz edəcəklərini açıqlayıb.

Axar.az xəbər verir ki, o, Britaniyanın qərarına qarşı müxtəlif qurum və təşkilatlarla fəal iş apardıqlarını, vəkillər vasitəsilə məhkəməyə müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, Böyük Britaniya hakimiyyəti HƏMAS-ın siyasi qanadını da terror siyahısına daxil edib.
İran və Azərbaycan arasında ticarət inkişaf edəcək - İranlı rəsmiİran və Azərbaycan arasında yükdaşıma və tranzit sahələrində xərclərin azaldılması ticarətin inkişafı ilə nəticələnəcək.

Avrasiya.net bildirir ki, bunu Trend-ə açıqlamasında İranın Yol və Nəqliyyat Təşkilatının beynəlxalq tranzit və nəqliyyat idarəsinin baş direktoru Cavad Hedayəti deyib.

C.Hedayətinin sözlərinə görə, hazırda İran və Azərbaycan arasında yükdaşıma və tranzit xərclərinin qarşısında duran maneələrdən biri xərclərdir.

Hedayəti əlavə edib ki, İran və Azərbaycanın ticarətinin inkişafı qarşısında duran maneələrə rüsumların mürəkkəbliyi, icazə blanklarının sayını əlavə etmək olar: İki ölkə arasında rüsumlar qarşılıqlı olaraq hər bir tərəf üçün misal olaraq bir neçə milyon dollardır. Halbuki bu iki ölkənin ticarəti və tranzitinə böyük mənfi təsir göstərir. Amma bu rüsumlar azaldılarsa, ticarət və tranzit əlaqələri daha da inkişaf edə bilər".

İranlı rəsmi bildirib ki, nəqliyyat, ticarət əlaqələrinin inkişaf etdirilməsinin əsas infrastrukturlarından biri hesab olunur. İqtisadi baxımdan etibarlı, təhlükəsiz infrastrukturlar təmin olunmadıqca və ucuz yükdaşıma mövcud olmadıqca, heç bir ölkənin ticarəti lazım olduğu səviyyədə inkişaf edə bilməyəcək.

Onun sözlərinə görə, Azərbaycan və İran arasında 10 ay ərzində ticarət dövriyyəsi təxminən 340 milyon dollar təşkil edib. Halbuki iki ölkənin mövcud potensialını nəzərə aldıqda bu rəqəm çox çox aşağıdır: "Bu rəqəmin aşağı olmasının müəyyən bir hissəsini nəqliyyat sektorunda axtarmaq lazımdır. Nəqliyyat sektorunda Azərbaycan və İran 2-3 sahədə əməkdaşlıqlarını artıra bilərlər. Bir sahəsi sərnişinlərin daşınmasıdır. Koronavirus pandemiyası nəticəsində təbii ki, sərnişindaşıma azalıb. Əlbəttə hazırda vaksinasiya ilə bu maneə aradan qalxmaqdadır. Digər sahələr isə ticarət və tranzit sahələridir".
İsrail xarici turistlər üçün sərhədlərini bağladıİsrail Bakı vaxtı ilə saat 02:00-dan sərhədlərini xarici vətəndaşları üçün 14 gün müddətinə bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkəyə qayıdan İsrail vətəndaşları, öz növbəsində karantində qalmalı olacaqlar.

Qeyd edilir ki, sözügedən qərar koronavirusun yeni "omikron" ştammının yayılması ilə əlaqədar verilib.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.
Göyçayda polislər qəzaya düşdü: ölən və yaralanan varGöyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN - in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Publika.az-a bildirib ki, bu gün axşam saatlarında Göyçay Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Məzahir Mirzəliyev "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişin polis serjantı, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Babayev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü M. Mirzəliyev isə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Yol-nəqliyyat hadisəsi polis əməkdaşlarının xidmətdə olmadıqları vaxt baş verib.

Faktla bağlı araşdırma aparılır.