“IMEI” kod nədir və nə üçün lazımdır?Azərbaycanda mobil telefon istifadəçilərinin sayı günbəgün artmaqdadır. Statistikaya görə, ölkədə aktiv olan mobil cihazların sayı 11 milyondan çoxdur. Azerforum.com xəbər verir ki, son bir ildə isə 1 milyona yaxın yeni mobil cihaz istifadə olunmağa başlanılıb. Belə olan halda mobil cihazlarla bağlı bir çox məsələlər gündəmə gəlir.

Məsələn, mobil telefon itərsə, yaxud da oğurlanarsa, nə etmək lazımdır? Bundan əlavə, ikinci əl telefon alan zaman ucuz qiymətə təklif edilən mobil cihazın oğurluq, yaxud da hansısa borc predmeti olmadığını necə müəyyənləşdirmək olar? Bütün bu problemlərin həlli üçün mobil telefonların “IMEI” kodundan yararlanmaq mümkündür. “IMEI (International Mobile Equipment Identification)” – mobil cihazlar üçün tək və bənzərsiz olaraq təsis edilən beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən unikal nömrədir.

Müxtəlif rəqəmlərin kombinasiyasından təşkil olunan bu nömrə Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlər üçün ayrılır. İstehlaka yararlı hər bir mobil cihazın 15 rəqəmdən ibarət öz “IMEI” nömrəsi olur. Ölkəmizdə markasından asılı olmayaraq istənilən mobil telefonun “IMEI” kodunu müəyyən etmək üçün həmin cihazdan *#06# yığmaq kifayətdir. *#06# qısa nömrəsi yığılan zaman cihazın “IMEI” kodu ekranda əks olunur. Cihazın “IMEI” kodu onun qutusunun üzərində də qeyd olunur. Mobil cihazınızın “IMEI” kodunu bilən istifadəçi cihaz oğurlanan, yaxud da itirilən zaman tapılması üçün “IMEI” məlumatlarını təqdim edərək polisə müraciət edə bilər.

Bu zaman müraciət edən şəxsin təqdim etdiyi “IMEI” kod üzrə polis tərəfindən Mobil Cihazların Qeydiyyat Sisteminə (MCQS) sorğu göndərilir və cihaz aktivləşdirilən kimi yeri müəyyən olunur. “IMEI” kodu vasitəsilə, həmçinin cihazı kilidləmək də mümkündür. Bunun üçün “IMEI” kodu “qara siyahı”ya daxil etmək lazımdır. Adətən “IMEI” kodun “qara siyahı”ya daxil edilməsi cihaz oğurlandıqda, eləcə də bu və digər hallar zamanı hüquq-mühafizə orqanlarının tələbi əsasında baş verir. “Qara siyahı”ya daxil edilən “IMEI” nömrələri üzrə mobil cihazların fəaliyyəti 24 saat ərzində məhdudlaşdırılır.

Məlumat üçün bildirək ki, “IMEI” kodunun axtarışda olması, Azərbaycan Respublikasında qeydiyyatdan keçməsi, “IMEI” nömrəsinin Beynəlxalq GSM Assosiasiyası tərəfindən dəstəklənməsi, istifadəsinin məhdudlaşdırılması haqqında məlumatları imei.az saytından yoxlamaq mümkündür. “IMEI” nömrəsinin hansı mobil telefona aid olduğu haqda məlumatları isə beynəlxalq imei.info saytından əldə etmək olar
Prezident iki xanımı nazir müavini təyin etdiAzərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib

Nazirliyin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.
Bakıda qorxunc hadisə - 3 qardaş birgə qətl törətdiDaxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətllə bağlı məlumat yayıb.

DİN-dən Avrasiya.net-ə daxil olan məlumatda deyilir:

"Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə noyabrın 27-də saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisindən Bakı şəhər sakini 21 yaşlı Fərid Əliyevin və Şamaxı rayon sakini 25 yaşlı İlşad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri, F.Əliyevin orada ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı Şəhər baş Polisi İdarəsinin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Lətifov və qardaşları - əvvəllər məhkum olunmuş Rahib və Qorxmaz saxlanılaraq istintaqa təhvil veriliblər".
"İki ölkənin mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri baş tutacaq”“İran və Azərbaycan prezidentlərinin Aşqabadda baş tutmuş görüşü gözlədiyimiz kimi yüksək səviyyədə keçirildi”.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə keçirdiyi mətbuat konfransında bildirib.

“İran XİN rəhbəri bu gün bu barədə açıqlama yayacaq. Tezliklə iki ölkənin mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri baş tutacaq”.
Cəbrayılda 41 yaşlı şəxs minaya düşdüCəbrayılda 41 yaşlı şəxs minaya düşüb.

Bu barədə Avrasiya.net-ə rayon prokurorluğundan məlumat verilib.

29 noyabr 2021-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
“Müvəqqəti Əli”, yaxud 3 Əlidən “Qoçəli”yəSovet dövründə partiya nomenkulaturasında və el arasında dəyərdən düşmüş, sürtülmüş, əziz-üzük nəsnələrə, bəzən isə hətta insanlara da xitabən deyilən məşhur bir ifadə vardı: Üçlük. Bu yazıda “üçlüyün” əvvəlinə əlavə edilən sözün xatırladılmasına elə də ciddi ehtiyac duyumuram. Zənnimcə, “üçlük” özündə “əzik-üzük”, “yararsız” və s. bu kimi bütün digər metaforik, gücləndirici sifətləri ifadə edir. SSRİ-nin süqutundan sonra “üçlük” İkinci Qarabağ müharibəsinə, daha dəqiq desəm, Ordumuzun Zəfərinə qədər yaxamızdan əl çəkmədi. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin timsalında 28 il günümüzə, güzaranımıza urcah oldu. Və son nəticədə aydınlaşdı ki, “0” “3”-dən daha dəyərli imiş... “Üçü birə dəyməz” deyirlər e, el arasında... Bu el məsəli də özünü Minsk Qrupunun həmsədrlərinə münasibətdə doğrultdu...

“Üçlüyə”, yaxud “üçlüklərə” olan münasibətimiz dövlət müstəqilliyimizin bərpasından sonra dövriyyəyə buraxılan pul nişanlarında da özünü büruzə verdi. Pul nişanları bir neçə dəfə dəyişsə də, onların arasında “üçlük”lərə yer olmadı. Daha dəqiq desək, “üçlük”lər layiq olduqları yerə göndərildilər və qəpiklərin sırasında dayanaraq, hətta mağazaların marketinq siyasətinin ən bəsit elementinə çevrilmək imkanı da qazana bilmədilər. Yəni ənənəvi “üçlük”lər “3 qəpik” statusunda da bir işə yaramadıqlarını gündəlik həyatımızda təsdiqlədilər.

Amma təəssüf ki, “üçlüklər” pul nişanı kimi tarixin arxivinə göndərilsələr də, hətta xarici siyasətdəki mövqeləri obrazları kimi gerçək dəyərini qazansa da, ölkənin siyasi arenasının şərti olaraq, “radikal” adlandırılan transferə açıq düşərgəsindəki “üçlük”ləri hələ də gözə sıçramağa davam edirlər. Əgər belə demək olarsa, “bizim” radikal düşərgənin köhnədən qalma, sonradan gəlmə və lap sonradan HƏPpənmə, yaxud hoppanma üç ƏLİ-si var.

Sonuncunun gəlişi ilə “üçlüyün” “mənəvi”-siyasi sərhədləri bütün fərqlənmə-qorunma nişanları, komponentləri ilə birlikdə tamamlanıb. Ola bilsin ki, ya vəlvələdən, ya da zəlzələdən üçdən son ikisinin, bəlkə elə üçünün də radikalizmdən geriyə transfer pəncərəsi bizim görmədiyimiz, yaxud görə bilmədiyimiz hansısa məchul bir istiqamətdən hələ xeyli müddət açıq qalacaq. Yəni ÜçƏli-dən BirƏli-nin, yaxud İkiƏli-nin bu düşərgədəki mövcudluğu müvəqqəti xarakter daşıyır. Bu “müvəqqəti” məsələsinə necə gəlib çıxdığımı bilmirəm, amma yadıma uzun illər öncə tanışlarımdan birinin “olmuş əhvalat” kimi nəql elədiyi hadisə düşdü. Yeri gəlmişkən, sizə də nəql eləyim, bəlkə elə doğulduğunuz, yaşadığınız bölgədə buna bənzər hadisələr olub. Deməli, Vətənimizin gözəl guşələrindən birində yerləşən və insanların ləqəblə (ayama) tanındığı kəndə mövsümi işlərə dəstək vermək üçün qonşu kəndin kolxozundan Əli adlı traktorçu göndərilir. Kəndə çatan kimi ondan adının nə olduğunu soruşurlar. Təbii ki, “adım Əlidir” cavabını verir. Amma kəndin “qırx lotuları” deyirlər ki, “bizim kənddə 30-40 Əli var, hərəsinin də öz ayaması. Bu səbəbdən də sənə də bir ləqəb tapmalıyıq”. Əlidən “sənətin, peşən nədir” soruşurlar, o da öz növbəsində “traktorçuyam” deyir. Amma traktorçuluq da işə yaramır, bəlli olur ki, kənddə yaşayan Əlilərdən 5 nəfəri traktorçudur. Kəsəsi, kəndə yeni gələn traktorçu Əli söz-söhbətdən bezib deyir ki, ay camaat, məndən əl çəkin, bu kəndə müvəqqəti gəlmişəm... Elə bu sözləri deyər-deməz, adamın adını “müvəqqəti Əli” qoyurlar...

Hələlik radikal düşərgənin “üçlüyünə” daxil olan əlilərin hansı birinin “müvəqqəti” olduğunu söyləməyə çətiblik çəkirəm, amma şübhə etmirəm ki, zaman keçdikcə üçdən biri quru “yurd”da qalacaq.

...Bu gün ölkənin siyasi arenasında çox şey dəyişib. Təxminən 2-3 il öncə bir-birini kəskin şəkildə ittiham edən, nəinki bir araya, hətta təsadüfən üz-üzə gətirilmələri mümkün olmayan siyasi təşkilatlar ölkənin milli maraqları naminə vahid mövqedən çıxış edir, siyasi dialoq mədəniyyəti sərgiləyirlər. Bununla yanaşı, hələ də soyadları fərqli olsa da, eyni, yaxud “müvəqqəti” eyni təfəkkürün daşıyıcısı olan 3 Əli sosial şəbəkələrdə özgə ifalarının sədaları altında “Qoçəli” oynamağa davam edir. İndi yalnız məkan dəyişib, lokal qarşıdurma yaratmaq üçün istifadə olunan yarıboş “meydan”lardan, çap və onlayn medasından sosial şəbəkələrə transfer olunub. Yalan və böhtanlardan, fantastik vədlərdən yorularaq, öz gerçək həyatlarına qayıdan “tərəfdar”ları isə “troldarlar əvəzləyib. Beləliklə 3 Əli eyni anda 300 Əliyə çevrilir, özlərinin püskürdükləri aqressiyaya, yalan və böhtanlaraa, qarayaxmalara fərqli adlar altında qahmar çıxırlar. Ortalıqda isə, sadəcə 3 Əli var. ÜçƏli...

Vəssalam!

Elçin Mirzəbəyli

"Ürəklərimiz birlikdə döyünür" - Tazin AktarBizim qardaşlığımızı, dostluğumuzu heç kim poza bilməz. Hər iki dövlət güclüdür və haqsızlığa qarşı, regionda sülhün qorunması üçün birgə mübarizə aparırlar.

Bunu Azerforum.com-a Pakistanın tanınmış eksperti, jurnalist Tazin Aktar dünən Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşünə münasibətində deyib.

O, qeyd edib ki, iki qardaş ölkə - Pakistan və Azərbaycan prezidentləri ticarət-iqtisadi əməkdaşlıq məsələlərini diqqət mərkəzində saxlayaraq ikitərəfli münasibətlərin təşviqini müzakirə ediblər: "Hər iki lider regional və beynəlxalq forumlarda bir-birini dəstəkləmək barədə razılığa gəliblər. Onlar həmçinin iki xalq arasında siyasi əlaqələrin inkişafı ilə bağlı konsensus əldə ediblər. Pakistan Prezidentinin İƏT dövlət başçılarının növbəti sessiyasında çıxışı zamanı Azərbaycan Prezidentini təbrik etməsini daha vacib görürəm. Bu, Pakistanın Azərbaycana qeyd-şərtsiz dəstəyini ifadə edir ki, Pakistan bunu təkcə ikitərəfli səviyyədə nümayiş etdirmir, həm də çoxtərəfli forumlardan elan edə bilər".

T.Aktar deyib ki, görüş iki qardaş arasında olub. Bədən dili hər iki Prezidentin bir-birinə çox isti hisslər bəslədiyini təsvir edirdi: "Şübhəsiz ki, bizim tariximiz, adət-ənənələrimiz, mədəniyyətimiz ortaqdır və ürəklərimiz birlikdə döyünür. Pakistan müharibədəki qələbəyə və onun rəhbərliyinin Azərbaycan dövlətinin möhkəm qurulmasında uğur qazanmasına sevinir".
Bakıda şadlıq sarayında toy vaxtı ofisiantlar arasında QANLI DAVABakıda şadlıq sarayında keçirilən toy vaxtı ofisiantlar arasında dava-dalaş düşüb.

Publika.az xəbər verir ki, hadisə noyabrın 27-də gecə saatlarında baş verib. Nizami rayonu Babək prospektində yerləşən "Şəhzadə" şadlıq sarayında ofisiant işləyən Quliyev Cəmil Salah oğlu ilə Teymurlu Ərhun İslam oğlu arasında dava dalaş yaranıb. Bunu görən və qanlı olayın qarşısını almağa çalışan oranın digər işçisi Asəf Fərzəliyev araya girib. Bu zaman Cəmil Quliyev əlindəki bıçaqla ona ağır xəsarət yetirib. Döş qəfəsindən daxilə nüfuz edən bıçaq xəsarəti alan Asəf xəstəxanaya yerləşdirilib. Hadisəni törədən gənc qaçaraq gizlənib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb, araşdırma aparılır.
Azərbaycanda polis idarədə bıçaqlandıDaxili İşlər Nazirliyi (DİN) Şirvan şəhərində Mənzil Kommunal İstismar Sahəsi İdarəsində polisin bıçaqlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Avrasiya.net xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov qeyd edilən hadisənin noyabrın 26-da baş verdiyini deyib.

“Xuliqanlıq hərəkətləri edən Xəqani Əliyev hadisə zamanı polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq - Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi açılıb.

Şirvan Şəhər Məhkəməsinin qərarı ilə X.Əliyev barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib, cinayət işi üzrə araşdırmalar davam etdirilir”, - deyə o qeyd edib.
Bakıda 15 yaşlı idmançı öldü - FotoBakı şəhəri, Binəqədi rayonunda yeniyetmə Rəhman Yekəyev dünyasını dəyişib.

Avrasiya.net Oxu.Az-a istinadən xəbər verir ki, qan azlığı xəstəliyindən əziyyət çəkən 15 yaşlı R.Yekəyev yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Rəhman Yekəyev karateçi olub. O, 2017-ci ildə keçirilən beynəlxalq şotokan karate-do üzrə filialın II açıq çempionatında kumite üzrə qızıl medal qazanıb.